Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 3(006)-1418/2021 02.06.2021 BAKI ŞƏHƏRİ NƏSİMİ RAYON MƏHKƏMƏSİ Hakim Hüseynov Elməddin Mirpaşa oğlunun sədrliyi, məhkəmə iclas katibi Mustafayeva İlhamə Mövlan qızının katibliyi, barəsində inzibati qaydada icraat aparılan şəxs Şəxs, Zərərçəkmiş şəxs, protokolu tərtib edən şəxs Bakı şəhər Nəsimi Rayon Polis İdarəsinin 19-cu Polis şöbəsinin polis sahə inspektoru X1 iştirakları ilə, xx.xx.1997-ci ildə Bakı şəhərində anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, subay, orta təhsilli, işləməyən, məhkumluğu olmayan, ünvan 1 ünvanında qeydiyyatda olan və Xətai rayonu, ünvan 2 yaşayan Şəxs barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 227-ci maddəsi üzrə Nəsimi Rayon Polis İdarəsinin 19-cu Polis şöbəsi tərəfindən tərtib olunmuş MN ******* saylı inzibati xəta haqqında protokola və ona əlavə edilmiş sənədlərə açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: Şəxs 18.05.2021-ci il tarixdə Bakı şəhəri, Nəsimi rayonu, H.B.Əliyev küçəsi 120-də yerləşən «Kardeşler» Marmaris restoranının qarşısında saxladığı Zərərçəkmiş şəxs məxsus «KAMAZ» markalı, **-OG-*** dövlət nömrə nişanlı yük avtomobilindən 440 manat dəyərində iki ədəd akkumulyatorunu gizli yolla talayaraq oğurlamışdır. Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan Şəxs məhkəmə iclasında törətdiyi inzibati xətada özünü təqsirli bilərək verdiyi izahatında göstərmişdir ki, 18 may 2021-ci il tarixdə Bakı şəhəri, Nəsimi rayonu, H.B.Əliyev küçəsi 120-də yerləşən «Kardeşler» Marmaris restoranının yanında nəzarətsiz vəziyyətdə olan «KAMAZ» markalı, **-OG-*** dövlət nömrə nişanlı yük avtomobil onun diqqətini çəkmiş və ətrafda şəxslərin olmamasından istifadə edərək həmin yük avtomobilinin iki ədəd akkumulyatorunu üzərində olan açardan istifadə edərək gizli yolla oğurlamışdır. Daha sonra həmin oğurlanmış ləvazimatları satmış və əldə edilmiş pulu öz şəxsi istifadəsi üçün xərcləmişdir. İzahatının sonunda hal-hazırda maddi imkanı olmadığı üçün dəymiş ziyanı ödəyə bilmədiyini, törətdiyi əməldən səmimi peşman olduğunu bildirərək barəsində həbslə bağlı olmayan inzibati tənbeh tədbirinin tətbiq edilməsini xahiş etdi. Məhkəmə iclasında zərərçəkmiş şəxs qismində dindirilmiş Zərərçəkmiş şəxs verdiyi izahatında göstərmişdir ki, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan Şəxs tanımır və onunla heç bir qohumluğu, düşmənçiliyi və ya ədavəti yoxdur. O, 17.05.2021-ci il tarixdə, saat 23:00 radələrində Bakı şəhəri, Nəsimi rayonu, H.B.Əliyev küçəsi 120-də yerləşən «Kardeşler» Marmaris restoranının yanında ona məxsus «KAMAZ» markalı, **- OG-*** dövlət nömrə nişanlı yük avtomobilini saxlayaraq yaşadığı ünvana getmişdir. 18 may 2021-ci il tarixdə, saat 05:50 radələrində həmin əraziyə yenidən qayıdarkən ona məxsus həmin «KAMAZ» markalı, **-OG-*** dövlət nömrə nişanlı yük avtomobilinin 440 manat dəyərində iki ədəd akkumulyatorunun oğurlandığını aşkar etmişdir. Daha sonra baş vermiş oğurluq hadisəsi barədə Nəsimi rayon Polis İdarəsinin 19-cu Polis şöbəsinə ərizə ilə müraciət edərək hadisə barədə rəsmi məlumat vermişdir. Sonradan oğurluq edən şəxsin barəsində inzibati xəta haqqında icraat aparılan Şəxs olduğu müəyyən edilmişdir. İzahatının sonunda barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs şikayətçi olduğunu, törədilmiş hüquqazidd əməl nəticəsində ona dəymiş maddi ziyanın ödənilmədiyini bildirərək, onun barəsində daha ağır inzibati tənbeh tədbirinin tətbiq edilməsini xahiş etdi. Məhkəmə iclasında inzibati protokolu tərtib etmiş şəxs Bakı şəhər Nəsimi Rayon Polis İdarəsinin 19-cu Polis şöbəsinin polis sahə inspektoru X2 izahatında bildirdi ki, 18 may 2021-ci il tarixdə Zərərçəkmiş şəxs Nəsimi rayon Polis İdarəsinin 19-cu Polis şöbəsinə ərizə ilə müraciət edərək Bakı şəhəri, Nəsimi rayonu, H.B.Əliyev küçəsi 120-də yerləşən «Kardeşler» Marmaris restoranının yanında ona məxsus «KAMAZ» markalı, **- OG-*** dövlət nömrə nişanlı yük avtomobilinin iki ədəd akkumulyatorunun oğurlanması barədə məlumat vermişdir. Aparılan araşdırmalardan sonra müəyyən olunmuşdur ki, 18 may 2021-ci il Bakı şəhəri, Nəsimi rayonu, H.B.Əliyev küçəsi 120-də yerləşən «Kardeşler» Marmaris restoranının yanında olan Zərərçəkmiş şəxs məxsus «KAMAZ» markalı, **-OG- *** dövlət nömrə nişanlı yük avtomobilinin 440 manat dəyərində iki ədəd akkumulyatorunu oğurlayan şəxs Şəxsdur. Belə ki, barəsində inzibati xəta haqqında icraat aparılan şəxs 18 may 2021-ci il tarixdə Bakı şəhəri, Nəsimi rayonu, H.B.Əliyev küçəsi 120-də yerləşən «Kardeşler» Marmaris restoranının yanında olan Zərərçəkmiş şəxs məxsus «KAMAZ» markalı, **-OG-*** dövlət nömrə nişanlı avtomobilin nəzarətsiz vəziyyətdə olmasından istifadə edərək 440 manat dəyərində iki ədəd akkumulyatorunu oğurlamış və hadisə yerindən uzaqlaşmışdır. Aparılan araşdırmalardan sonra barəsində inzibati xəta haqqında icraat aparılan şəxs Şəxs inzibati qaydada tutulmuş və barəsində protokol tərtib edilərək baxılması üçün məhkəməyə göndərilmişdir. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 76.1-ci maddəsinə əsasən inzibati xətanın olub-olmamasını, inzibati xəta törədən şəxsin təqsirini və işin düzgün həlli üçün əhəmiyyətli olan digər halları müəyyən etməkdən ötrü hakimin, səlahiyyətli orqanın (vəzifəli şəxsin) əsaslana bildiyi hər cür faktik məlumatlar inzibati xətalar haqqında işlər üzrə sübutlar sayılır. Bu məlumatlar maddi sübutlarla, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin, zərərçəkmiş şəxslərin, şahidlərin izahatları ilə, digər sənədlərlə, xüsusi texniki vasitələrin göstəriciləri ilə, ekspertin rəyi ilə, inzibati xəta haqqında protokolla, bu Məcəllə ilə müəyyən edilmiş digər protokollarla müəyyən edilir. Qeyd olunan Məcəllənin 84.1-ci maddəsinə əsasən inzibati xətalar haqqında işlərə baxan hakim, kollegial orqanın üzvü, vəzifəli şəxs işin bütün hallarının məcmusunun hərtərəfli, tam və obyektiv surətdə baxılmasına əsaslanan öz daxili inamı ilə sübutları qiymətləndirir. İş materiallarında olan inzibati qaydada tutma haqqında protokoldan görünür ki, Şəxs 31 may 2021-ci il tarixdə, saat 22:30-da inzibati qaydada tutulmuşdur. İş materiallarında olan Azərbaycan Respublikası DİN-nin Nəsimi rayon Polis İdarəsinin 19-cu polis şöbəsinin təhqiqatçısı Ziyatxan Əliyev tərəfindən qəbul edilmiş 28.05.2021-ci il tarixli qərardan görünür ki, Zərərçəkmiş şəxs ərizəsi əsasında toplanmış material üzrə əməldə cinayət tərkibi olmadığından cinayət işinin başlanılması rədd edilmişdir. Məhkəmə Azərbaycan Respublikası Bakı şəhər Nəsimi Rayon Polis İdarəsinin 19-cu Polis şöbəsinin polis sahə inspektoru X2 tərəfindən tərtib edilmiş 01 iyun 2021-ci il tarixli, MN ******* saylı inzibati xəta haqqında protokolu, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin və zərərçəkmiş şəxsin izahatlarını dinləyib, iş materiallarını araşdıraraq hesab edir ki, Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 227-ci maddəsində nəzərdə tutulan əməli törətməsi toplanmış sübutlarla təsdiqini tapır. Ona görə də o, inzibati məsuliyyətə cəlb edilməlidir. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 3-cü maddəsinə əsasən yalnız bu Məcəllə ilə nəzərdə tutulmuş inzibati xətaların törədilməsində təqsirli hesab edilən və inzibati xəta tərkibinin bütün digər əlamətlərini daşıyan əməli (hərəkət və hərəkətsizlik) törətmiş şəxs inzibati məsuliyyətə cəlb olunur və tənbeh edilir. Həmin Məcəllənin 12-ci maddəsinə əsasən həmin Məcəllə ilə qorunan ictimai münasibətlərə qəsd edən, hüquqazidd olan, təqsirli sayılan (qəsdən və ehtiyatsızlıq üzündən törədilən) və inzibati məsuliyyətə səbəb olan əməl (hərəkət və ya hərəkətsizlik) inzibati xəta hesab olunur. Qeyd olunan Məcəllənin 227-ci maddəsi xırda talama, yəni oğurlama, mənimsəmə, israfçılıq, qulluq mövqeyindən sui-istifadə və ya dələduzluq yolu ilə özgəsinin əmlakını talamağa görə inzibati məsuliyyəti müəyyən edir. Həmin maddənin “Qeyd” hissəsinə əsasən bu Məcəllənin 227-ci maddəsi həmin maddədə göstərilən əməllər Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin müvafiq maddələrinə əsasən cinayət məsuliyyətinə səbəb olmadıqda tətbiq edilir. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 31.2-ci maddəsinin tələbinə əsasən fiziki və ya vəzifəli şəxslər barəsində inzibati tənbeh tətbiq edilərkən xətanın xarakteri, inzibati xəta törədən şəxsin şəxsiyyəti, onun təqsirinin dərəcəsi, əmlak vəziyyəti, habelə məsuliyyəti yüngülləşdirən və ağırlaşdıran hallar nəzərə alınır. Məhkəmədə inzibati xəta törətmiş şəxs Şəxs məsuliyyətini yüngülləşdirən və ağırlaşdıran hallar müəyyən edilmədi. İnzibati xətanın xarakterini və işin göstərilən hallarını, eləcə də inzibati xəta törədənin şəxsiyyətini və təqsirinin dərəcəsini nəzərə alaraq məhkəmə hesab edir ki, Şəxs inzibati qaydada həbs tənbeh tədbirinin tətbiq edilməsi inzibati tənbehin məqsədlərini təmin edə bilər. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 43, 115, 117, 128, 129 və 130-cu maddələrini rəhbər tutaraq, məhkəmə qərara aldı: Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 227-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətməkdə təqsirli bilinib 02 (iki) ay müddətinə inzibati qaydada həbs edilsin. İnzibati qaydada həbs müddətinin əvvəli 31 may 2021-ci il tarixdən, saat 22:30dan hesablansın. Qərarın icrası Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin İnzibati X4 Məntəqəsinə və Nəsimi rayon Polis İdarəsinə həvalə edilsin. Qərarın surəti rəsmi qaydada verildiyi gündən 10 (on) gün müddətində Bakı Apellyasiya Məhkəməsinə Nəsimi Rayon Məhkəməsi vasitəsi ilə şikayət verilə bilər. Hakim: Elməddin Hüseynov
Məhkəmə qərarları › İş №3(006)-1418/2021
Bakı Şəhəri Nəsimi Rayon Məhkəməsi Qərar — İş №3(006)-1418/2021
02.06.2021 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver