Məhkəmə qərarları › İş №3(006)-1426/2022

Bakı Şəhəri Nəsimi Rayon Məhkəməsi Qərar — İş №3(006)-1426/2022

16.05.2022 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 3(006)-1426/2022 16.05.2022 BAKI ŞƏHƏRİ NƏSİMİ RAYON MƏHKƏMƏSİ Hakim: Pənahov Babək Əkbər oğlunun sədrliyi Məhkəmə iclasının katibi: X9 Qərardan şikayət verən şəxs: X1 vəkili Nümayəndə qızının Qərarından şikayət verilən orqan: X15 Xidmətinin Bakı şəhər İdarəsinin nümayəndəsi X3 iştirakları ilə X1 X15 Xidmətinin Bakı şəhər İdarəsi tərəfindən qəbul edilmiş xx.xx.2022-ci il tarixli, MN ******* saylı inzibati tənbeh vermək haqqında qərardan verdiyi şikayətə açıq məhkəmə iclasında baxaraq M Ü Ə Y Y Ə N E T D İ: Şikayətdə göstərilmişdir ki, Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında X15 Xidməti Bakı şəhər İdarəsinin rəisi X16 "xxxx" MMC-nin direktoru X2 “X4 "xxxx" MMC-də məzuniyyət hüquqlarına işçiyə məzuniyyətin verilməməsinə, habelə istifadə edilməmiş əmək məzuniyyətinə görə müəyyən edilmiş kompensasiyanın ödənilməməsinə görə” 15 mart 2022-ci il tarixli, MN ******* nömrəli inzibati xəta haqqında protokola əsasən Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 192.5-cı maddəsində nəzərdə tutulmuş inzibati xətanı törədilməsinə dair 1.600 manat məbləğində cərimə edilməsi haqqında 28 mart 2022-ci il tarixli, MN ******* nömrəli qərar qəbul etmişdir. Bu qərar “Vətəndaşların müraciətləri haqqında” Azərbaycan Resublikasının Qanunu və Azərbaycan Resublikası İnzibati Xətalar Məcəlləsinin tələblərinin kobud şəkildə pozulması ilə qəbul edildiyindən, prosedur qaydalara əməl edilmədiyindən, inzibati xəta hadisəsi və əməldə inzibati xəta tərkibi olmadığından ona xitam verilməlidir. İlk növbədə qeyd edilir ki, şikayət buna səlahiyyəti olmayan şəxs tərəfindən inzibati orqana təqdim edilmiş və inzibati orqan “Vətəndaşların müraciətləri haqqında” Qanunun 6.2 və 6.3-cü maddələrinə zidd olaraq şikayəti icraata qəbul etmişdir. Belə ki, inzibati orqan xx.xx.2021 -ci il tarixli ərizənin X4 oğlu Məmmədov Sadiq tərəfindən yazılamasına, imzalanmasına, inzibati orqana atası tərəfindən buna səlahiyyət verilməsini təsdiq edən müvafiq etibarnamənin təqdim etməməsinə, nümayəndə kimi çıxış etməsinə dair heç bir qeydin olmamasına, nümayəndə kimi çıxış edən şəxsin adının, soyadının, atasının adının və ünvanının qeyd edilməməsinə baxmayaraq, bu ərizə icraata qəbul edilmiş və onun əsasında icraata başlanılmışdır. Ərizədə əks olunan imzanın X7 məxsus olmadığı müəyyən edildiyinə görə inzibati orqana şifahi müraciət edilərək bildirilmişdir ki, X11 ilə əlaqə saxlanılan zaman sonuncu "xxxx" MMC-dən və onun rəhbərliyindən heç bir şikayətinin olmadığını göstərərək ərizənin onun oğlu tərəfindən verildiyini söyləyir. Bu da belə ehtimal etməyə əsas verir ki, Məmmədov Sadiq atasının xəstəliyindən və köməksiz vəziyyətindən istifadə edərək bu şikayəti verməklə "xxxx" MMC-dən özünə pul tələb etmək niyyəti olub. X12 dəfələrlə "xxxx" MMC-nin əməkdaşları ilə telefon əlaqəsi saxlamış və şikayət edəcəyini bildirərək hədə-qorxu ilə pul tələb etmişdir. Bundan əlavə, inzibati orqan protokolda inzibati xətanın mahiyyəti kimi “X4 "xxxx" MMC-də istifadə edilməmiş əmək məzuniyyətinə görə kompensasiyası Azərbaycan Respublikası Əmək Məcəlləsinin 135-ci maddəsinin tələbləri pozularaq gec ödənildiyini” qeyd etmişdir. Azərbaycan Respublikası Əmək Məcəlləsinin 135-ci maddəsinə əsasən bu Məcəlləyə uyğun olaraq işəgötürən tərəfindən işçiyə əmək məzuniyyətinin verilməməsi qadağandır. İşçi müvafiq iş ilində əmək məzuniyyətindən istənilən səbəbdən istifadə etmədikdə, ona həmin iş ili (iş illəri) üçün istifadə edilməmiş əmək məzuniyyətinə görə müəyyən olunmuş qaydada və məbləğdə kompensasiya ödənilir. Lakin inzibati orqan tərəfindən nəzərə alınmamışdır ki, Əmək Məcəlləsinin müddəalarına əsasən işçiyə istənilən növ məzuniyyətlər və istifadə edilməmiş əmək məzuniyyətinə görə kompensasiya yalnız işçinin ərizəsi əsasında işəgötürənin əmri ilə verilir və işçinin ərizəsi olmadan məzuniyyətin və ya istifadə edilməmiş əmək məzuniyyətinə görə kompensasiyanın verilməsinə dair işəgötürənin əmri etibarsızdır. Belə ki, Əmək Məcəlləsinin 138-ci maddəsinə görə bütün növ məzuniyyətlərin verilməsi işçinin ərizəsi əsasında işəgötürənin əmri (sərəncamı, qərarı) ilə rəsmiləşdirilir. Əmrdə (sərəncamda, qərarda) işçinin adı, atasının adı və soyadı vəzifəsi (peşəsi), verilən məzuniyyətin növü, müddəti, müvafiq iş ili, məzuniyyətin başlandığı, qurtardığı və məzuniyyət müddəti bitdikdən sonra işçinin işə başlamalı olduğu il, ay, gün göstərilməlidir. İstifadə edilməmiş məzuniyyət günlərinə görə kompensasiya işçinin ərizəsi olmadan yalnız işçi ilə bağlanılan əmək müqaviləsinə xitam verildikdə ödənilə bilər. Əmək Məcəlləsinin 144.2-ci maddəsinə görə əmək müqaviləsinə xitam verilməsinin səbəbindən və əsasından asılı olmayaraq işçiyə işdən çıxan günədək hər-hansı şərt və ya məhdudiyyət qoyulmadan istifadə etmədiyi bütün iş illərinin əsas məzuniyyətlərinə görə pul əvəzi ödənilməlidir. Əmək Məcəlləsinin 144.2-ci maddəsindən başqa Əmək Məcəlləsinin digər hər hansı maddə ilə istifadə edilməmiş məzuniyyətlər üçün pul əvəzinin işçinin ərizəsi olmadan verilməsi nəzərdə tutulmamışdır. Beləliklə, Əmək Məcəlləsinin yuxarıda göstərilən maddələrinin təhlilindən belə qənaətə gəlinir ki, işçi ilə bağlanılan əmək müqaviləsinə xitam verilənədək işçiyə istifadə edilməmiş əmək məzuniyyətinə görə kompensasiyasının vaxtında verilməməsinə görə yanlız bu kimi kompensasiyanın ödənilməsi barədə işçinin ərizəsi olduğu təqdirdə inzibati tənbeh verilə bilər. Qeyd edilməlidir ki, X4 "xxxx" MMC-də işlədiyi müddət ərzində əmək məzuniyyətin verilməsi və ya istifadə edilməmiş əmək məzuniyyətinə görə kompensasiyanın ödənilməsi ilə bağlı ərizəsi olmamışdır. Lakin, inzibati orqan tərəfindən X4 məzuniyyətin verilməsi və ya istifadə etmədiyi məzuniyyət günlərinə görə kompensasiyanın ona ödənilməsi ilə bağlı ərizəsinin olub-olmamasını müəyyən etmək üçün müvafiq araşdırmalar aparılmadan qanunsuz qərar qəbul edilmişdir. X11 tərəfindən yalnız 21 fevral 2022-ci il tarixində istifadə etmədiyi məzuniyyət günlərinə görə kompensasiyanın ona ödənilməsi ilə bağlı ərizə ilə "xxxx" MMC-nin direktoruna müraciət edilmiş və ona hesablanan kompensasiya tam şəklində ödənilmişdir. Yuxarıda qeyd edilənlərə əsasən hesab edilir ki, inzibati orqan işin hallarının hərtərəfli, tam və obyektiv araşdırılmalı idi və inzibati xəta hadisəsi olmadığını müəyyən edərək inzibati xəta haqqında iş üzrə icraata başlamamalı və icraaata xitam verməli idi. "xxxx" MMC ilə X11 arasında xx.xx.2019-cu il tarixli əmək müqaviləsi bağlanmışdır. xx.xx.2020-ci il tarixdə, yəni müqavilə bağlandıqı tarixdən tam 8 ay keçdikdən sonra X11 ərizə ilə müraciət edərək ona 199 günlük ödənişsiz məzuniyyətin verilməsini xahiş etmiş və xx.xx.2020-ci il tarixli, 42-1/m/İMAS nömrəli əmr əsasında ona 199 təqvim günlük məzuniyyət verilmişdir. Ödənişsiz məzuniyyətin müddəti qurtarana kimi X11 xəstələnmişdir. Göründüyü kimi, işçi Əmək Məcəlləsinin 135-ci maddəsinin 2-ci hissəsi ilə müəyyən edilmiş faktiki olaraq tam bir iş ili ərzində "xxxx" MMC-də işləməmişdir. Beləliklə, X4 "xxxx" MMC-də iş stajının təhlilindən belə qənaətə gəlinir ki, işçiyə istifadə edilməmiş əmək məzuniyyətinə görə kompensasiyasının vaxtında verilməməsinə görə bu kimi kompensasiyanın ödənilməsi barədə işçinin ərizəsindən əlavə, işçinin faktiki olaraq 1 il ərzində müəssisədə işləməsi müəyyən edildiyi təqdirdə, şikayət edənə inzibati tənbeh verilə bilər. Əlavə olaraq qeyd olunur ki, inzibati orqan tərəfindən Elçin Məmmədova ünvanlanmış bildirişlər vaxtında ona çatdırılmamış, buna görə də inzibati orqan tərəfindən iş üzrə iclaslarda onun və ya nümayəndəsinin iştirakı mümkün olmamışdır. Göstərilənləri nəzərə alaraq inzibati tənbeh vermə haqqında qərarın ləğv edilməsi xahiş olunur. Məhkəmə iclasında şikayətçi X1 vəkili Nümayəndə şikayətdə göstərilənlərə uyğun izahat verərək onun təmin edilməsini xahiş etdi. Məhkəmə iclasında qərarı qəbul etmiş qurumun nümayəndəsi X13 izahatında göstərdi ki, X14 xx.xx.2022-ci il tarixdə X15 Xidmətinin Bakı şəhər İdarəsinə müraciət edərək bildirmişdir ki, atası X10 2021-ci il tarixdən "xxxx" MMC-də fəhlə işləyir, həmin ilin iyun ayından paralic olub, sağ ayağı və sağ qolu işləmədiyi üçün işə çıxmır. Atasının əmək haqqısı 550 manatdır, ondan 250 manat kartına köçürülürdü, 300 manatı isə əlbəəl alırdı. "xxxx" MMC-dən ona bildirmişlər ki, atasının məzuniyyət pulu 199 manat təşkil edir. Lakin, o bununla razılaşmayaraq göstərmişdir ki, atasından iki ay sonra eyni maaşla eyni işə qəbul edilən və sonra atasından 2 ay qabaq işdən çıxan digər şəxsə 400 manat məzuniyyət haqqı verilib. Bununla bağlı "xxxx" MMC-yə müvafiq sorğular verilmiş, Natiq Məmmədovun özü ilə də əlaqə saxlanılmış və o, yataq xəstəsi olduğunu bildirərək oğlunun yazdıqlarını təsdiq etmiş, pozulmuş hüquqlarının bərpasını xahiş edərək məzuniyyətin verilməsini və ya onun əvəzi olaraq kompensasiyanın ödənilməsini tələb etmişdir. Aparılmış araşdırma nəticəsində məlum olmuşdur ki, bu şəxsə işlədiyi dövr ərzində ümumiyyətlə məzuniyyət verilməyib, eyni zamanda məzuniyyətin əvəzi olaraq kompensasiyası da ödənilməyib. Bununla da Azərbaycan Respublikası Əmək Məcəlləsinin 135-ci maddəsinin tələbləri pozulmuşdur. "xxxx" MMC tərəfindən isə yalnız İdarəyə belə müraciət daxil olduqdan, yəni xəta aşkar edildikdən sonra N.Məmmədova 2019-2020-ci illər üçün məzuniyyətə görə kompensasiya ödənilmişdir. Göstərilənlərlə əlaqədar "xxxx" MMC-nin direktoru X6 barəsində Azərbaycan Respulikasının İnzibati Xətalar Məcəlləsinin 192.5-ci maddəsinə uyğun olaraq inzibati tənbeh vermə haqqında xx.xx.2022-ci il tarixli, MN ******* saylı qərar qəbul edilmişdir. Şikayətin rədd edilməsini xahiş edir. İş materiallarında olan:  X5 X15 Xidmətinin Bakı şəhər İdarəsinə ünvanladığı xx.xx.2022-ci il tarixli müraciətdə qeyd olunur ki, onun atası X10 2021-ci il tarixdən "xxxx" MMC-də fəhlə işləyir, həmin ilin iyun ayından paralic olub, sağ ayağı və sağ qolu işləmədiyi üçün işə çıxmır. Atasının əmək haqqısı 550 manatdır, ondan 250 manat kartına köçürülürdü, 300 manatı isə əlbəəl alırdı. "xxxx" MMC-dən ona bildirmişlər ki, atasının məzuniyyət pulu 199 manat təşkil edir. Lakin, o bununla razılaşmır, atasından iki ay sonra eyni maaşla eyni işə qəbul edilən və sonra atasından 2 ay qabaq işdən çıxan digər şəxsə 400 manat məzuniyyət haqqı verilib. Məsələnin araşdırılması xahiş olunur;  "xxxx" MMC üzrə verilmiş xx.xx.2020-ci il tarixli, 42-1/2/İMAS saylı əmrə əsasən MMC-də inşaat fəhləsi işləyən X7 xx.xx.2020-ci il tarixdən xx.xx.2021ci il tarix də daxil olmaqla 199 təqvim günü müddətinə ödənişsiz məzuniyyət verilmişdir;  X4 "xxxx" MMC-yə ünvanlanmış xx.xx.2022-ci il tarixli ərizədə 2019-2021-ci iş illəri üçün istifadə etmədiyi məzuniyyət günlərini ona kompensasiya şəklində ödənilməsi xahiş olunur;  "xxxx" ASC tərəfindən tərtib edilmiş xx.xx.2022-ci il tarixli 6 və 7 saylı ödəniş tapşırıqlarına əsasən "xxxx" MMC X7 2019-2020-ci illər üzrə məzuniyyətə görə 163,21 və 201,09 manat kompensasiya ödəmişdir;  X15 Xidmətinin Bakı şəhər İdarəsi tərəfindən tərtib edilmiş xx.xx.2022-ci il tarixli, MN ******* saylı inzibati xəta haqqında protokola görə X4 "xxxx" MMCdə istifadə edilməmiş əmək məzuniyyətinə görə kompensasiyası Əmək Məcəlləsinin 135-ci maddəsinin tələbləri pozularaq gec ödənilmişdir;  X15 Xidmətinin Bakı şəhər İdarəsi tərəfindən qəbul edilmiş xx.xx.2022-ci il tarixli, MN ******* saylı inzibati tənbeh vermə haqqında qərara əsasən X4 "xxxx" MMC-də məzuniyyət hüquqlarının pozulmasına, işçiyə əmək məzuniyyətinin verilməməsinə, habelə istifadə edilməmiş əmək məzuniyyətinə görə müəyyən edilmiş kompensasiyanın ödənilməməsinə görə şirkətin direktoru X8 Azərbaycan Respulikasının İnzibati Xətalar Məcəlləsinin 192.5-ci maddəsi ilə təqsirli bilinərək 1.600 manat məbləğində cərimə edilmişdir. Məhkəmə iş materiallarını araşdırıb və proses iştirakçılarının izahatlarını dinləyərək belə nəticəyə gəlir ki, X8 tərəfindən verilmiş şikayət əsassız olduğundan rədd olunmalı, mübahisələndirilən qərar dəyişdirilmədən saxlanılmalıdır. Azərbaycan Respublikası Əmək Məcəlləsinin 135-ci maddəsinin 2-ci hissəsinə əsasən işçi müvafiq iş ilində əmək məzuniyyətindən istənilən səbəbdən istifadə etmədikdə ona həmin iş ili (iş illəri) üçün istifadə edilməmiş əmək məzuniyyətinə görə müəyyən olunmuş qaydada və məbləğdə kompensasiya ödənilir. Həmin Məcəllənin 134-cü maddəsinə görə əmək məzuniyyətlərinin verilmə vaxtı işəgötürənin və işçinin təşəbbüsü ilə əsaslandırılmaqla onların qarşılıqlı razılığı ilə başqa vaxta keçirilə bilər (1-ci hissə). İşçiyə əmək məzuniyyətinin müəyyən edilmiş növbədə nəzərdə tutulan vaxtda verilməsinin istehsalın, işin, xidmətlərin normal gedişinə xələl gətirə biləcəyi hallarda işəgötürənin təşəbbüsü və işçinin razılığı ilə əmək məzuniyyəti başqa vaxta keçirilə bilər (4-cü hissə). Tərəflərin qarşılıqlı razılığı ilə əmək məzuniyyətinin istifadə edilməyən hissəsi növbəti iş ili üçün əmək məzuniyyəti ilə birləşdirilə bilər (5-ci hissə). Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 192.5-cı maddəsi işçinin məzuniyyət hüquqlarının pozulmasına, işçiyə əmək məzuniyyətinin verilməməsinə, habelə istifadə edilməmiş əmək məzuniyyətinə görə müəyyən edilmiş kompensasiyanın ödənilməməsinə görə məsuliyyət müəyyən edir. Beləliklə məhkəmədə müəyyən olunur ki, X11 "xxxx" MMC-də inşaat fəhləsi kimi işə qəbul edilmiş, xx.xx.2020-ci il tarixdən xx.xx.2021-ci il tarix də daxil olmaqla ona 199 təqvim günü müddətinə ödənişsiz məzuniyyət verilmiş, istifadə etmədiyi məzuniyyətə görə kompensasiya ala bilmədiyi üçün X15 Xidmətinə müraciət edilmiş və yalnız bundan sonra ona xx.xx.2022-ci il tarixdə 2019-2020-ci illər üzrə məzuniyyətə görə kompensasiya ödənilmişdir. Göründüyü kimi, "xxxx" MMC tərəfindən X7 istifadə edilməmiş məzuniyyətinə görə müəyyən olunmuş kompensasiya Azərbaycan Respublikası Əmək Məcəlləsinin 135-ci maddəsində nəzərdə tutulmuş qaydada vaxtında ödənilməmişdir. İnzibati Xətalar Məcəlləsinin 133.2.8-ci maddəsinə əsasən inzibati tənbeh vermək haqqında iş qərardan verilən şikayətə və ya protestə baxılarkən qəbul edilmiş qərarın qanuniliyi və əsaslılığı iş üzrə olan və əlavə təqdim olunmuş materiallar əsasında yoxlanılır. Həmin Məcəllənin 134.1.1-ci maddəsinə görə inzibati tənbeh vermək haqqında iş üzrə qərardan verilən şikayətə və ya protestə baxılaraq qərarın dəyişdirilmədən, şikayətin və ya protestin isə təmin edilmədən saxlanılması haqqında qərar qəbul edilir. Yuxarırda qeyd edilənlərə əsasən və Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 128-130-cu və 133-135-ci maddələrini rəhbər tutaraq məhkəmə Q Ə R A R A A L D İ: Şikayət təmin edilməsin. X15 Xidmətinin Bakı şəhər İdarəsi tərəfindən qəbul edilmiş xx.xx.2022-ci il tarixli, MN ******* saylı inzibati tənbeh vermək haqqında qərar dəyişdirilmədən saxlanılsın. Qərardan, onun surəti rəsmi qaydada verildiyi andan 10 gün müddətində Bakı şəhəri Nəsimi Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinə şikayət verilə bilər. Hakim Babək Pənahov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar