Məhkəmə qərarları › İş №3(006)-1427/2020

Bakı Şəhəri Nəsimi Rayon Məhkəməsi Qərardad — İş №3(006)-1427/2020

09.07.2020 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № 3(006)-1427/2020 09.07.2020 BAKI ŞƏHƏRİ NƏSİMİ RAYON MƏHKƏMƏSİ Mən, Bakı şəhəri Nəsimi rayon məhkəməsinin hakimi Hüseynov Elməddin Mirpaşa oğlu x1 barəsində Bakı şəhəri Nəsimi rayon Polis İdarəsinin 21-ci Polis Bölməsi tərəfindən İnzibati Xətalar Məcəlləsinin 510-cu maddəsi ilə qəbul edilmiş qərarın ləğv edilməsinə dair x3 şikayətini məhkəmədə baxmağa hazırlayarkən m ü ə y y ə n e t d i m: x4 şikayət ərizəsi ilə məhkəməyə müraciət edərək x1 barəsində Bakı şəhəri Nəsimi rayon Polis İdarəsinin 21-ci Polis Bölməsi tərəfindən İnzibati Xətalar Məcəlləsinin 510-cu maddəsi ilə qəbul edilmiş qərarın ləğv edilməsini və onun barəsində 15 gün müddətinə inzibati həbs tənbeh tədbirinin tətbiq edilməsini xahiş etmişdir. Şikayət ərizəsini və ona əlavə edilmiş sənədləri araşdıraraq hesab edirəm ki, şikayət geri qaytarılmalıdır. Belə ki, x1 barəsində Bakı şəhəri Nəsimi rayon Polis İdarəsinin 21-ci Polis Bölməsi tərəfindən İnzibati Xətalar Məcəlləsinin 510-cu maddəsi ilə qəbul edilmiş qərarın ləğv edilməsi xahiş edilsə də, lakin inzibati xəta haqqında qərar şikayət ərizəsinə əlavə edilməmişdir. Məhkəməyə təqdim edilmiş sənədlərdən mübahisələndirilən inzibati xəta haqqında iş üzrə hansı tarixdə və kimin tərəfindən qərar qəbul edilməsi müəyyən edilmir. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 128.2-ci maddəsinə əsasən inzibati xətalar haqqında işlər üzrə qərardan şikayət və ya protest aşağıdakı qaydada verilir: 128.2.1. hakimin qərarından - apellyasiya instansiyası məhkəməsinə; 128.2.2. kollegial orqanın qərarından - kollegial orqanın olduğu yerin məhkəməsinə; 128.2.3. səlahiyyətli orqanın (vəzifəli şəxsin) qərarından - yuxarı səlahiyyətli orqana (vəzifəli şəxsə) və ya məhkəməyə. Bundan başqa qeyd edirəm ki, məhkəməyə ərizə təqdim edilərkən həmin ərizənin nəticə hissəsində müraciətin hansı qərar üzrə olması qeyd edilməmişdir. Qeyd olunanlarla bağlı hesab edirəm ki, x1 barəsində Bakı şəhəri Nəsimi rayon Polis İdarəsinin 21-ci Polis Bölməsi tərəfindən İnzibati Xətalar Məcəlləsinin 510-cu maddəsi ilə qəbul edilmiş qərarın ləğv edilməsinə dair x3 şikayət ərizəsi Azərbaycan Respublikası İXM-nin 128-ci maddəsinin tələblərinə uyğun olmadığından geri qaytarılmalıdır. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 128-130-cu maddələrini rəhbər tutaraq məhkəmə Q Ə R A R A A L D İ M: x1 barəsində Bakı şəhəri Nəsimi rayon Polis İdarəsinin 21-ci Polis Bölməsi tərəfindən İnzibati Xətalar Məcəlləsinin 510-cu maddəsi ilə qəbul edilmiş qərarın ləğv edilməsinə dair x3 şikayət ərizəsi geri qaytarılsın. Hakim: Elməddin Hüseynov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar