Məhkəmə qərarları › İş №3(006)-1427/2022

Bakı Şəhəri Nəsimi Rayon Məhkəməsi Qərar — İş №3(006)-1427/2022

06.05.2022 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 3(006)-1427/2022 06.05.2022 BAKI ŞƏHƏRİ NƏSİMİ RAYON MƏHKƏMƏSİ Hakim Mustafayeva Solmaz Rafael qızının sədrliyi, Fərəcova Təranə Aydın qızının katibliyi, Azərbaycan Respublikası Dövlət Gömrük Komitəsinin Təhqiqat Şöbəsinin təhqiqatçısı X11, Şikayət vermiş şəxs X4 iştirakları ilə, X4 Azərbaycan Respublikası Dövlət Gömrük Komitəsi Əməliyyat-İstintaq Baş İdarəsi tərəfindən qəbul edilmiş 14.02.2022-ci il tarixli, 10000/00** EP ***4051 saylı qərarının ləğv edilməsinə dair şikayətinə açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: Barəsində inzibati tənbeh vermə haqqında qərar qəbul olunmuş X12 Azərbaycan Respublikası Dövlət Gömrük Komitəsinin Əməliyyat-İstintaq Baş İdarəsinin 14.02.2022-ci il tarixli 10000/00** EP ***4051 saylı inzibati tənbeh vermə haqqında qərarından şikayət verərək, həmin qərarın ləğv edilməsi, inzibati xəta haqqında iş üzrə icraata xitam verilməsini məhkəmədən xahiş etmişdir. Məhkəmə iclasında iştirak edən şikayət vermiş şəxs X12 şikayətin məzmununa uyğun izahat verərək bildirmişdir ki, o, "xxxx" MMC-də gömrük bəyannamələrinin tərtib edilməsi üzrə aparıcı mütəxəssis vəzifəsində çalışır. Azərbaycan Respublikası Dövlət Gömrük Komitəsinin Əməliyyat-İstintaq Baş İdarəsinin 14 fevral 2022-ci il tarixli, 10000/0055 saylı inzibati tənbeh vermə qərarına əsasən heç bir səbəb olmadan guya Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 509.2-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətdiyinə görə 400 manat məbləğində cərimə edilmişdir. Qərarda göstərilmişdir ki, X3, X5 və X20 ixtisas attestatları olmadığı halda, adları sadalanan şəxslər "xxxx" MMC-də əmək müqaviləsi əsasında gömrük bəyannamələrinin tərtib edilməsi üzrə aparıcı mütəxəssis vəzifəsində işləyən ixtisas attestatı olan X8 məxsus Asan İmzadan istifadə etməklə gömrük bəyannamələrinin tərtibi ilə məşğul olmuşlar. Bununla da X12 tərəfindən gömrük brokerinin vlət Gömrük Komitəsinin Əməliyyat-İstintaq Baş İdarəsinin 14 fevral 2022-ci il tarixli, 10000/0055 saylı inzibati tənbeh vermə haqqında Qərarında heç onun əslində hansı şirkətdə işlədiyi, onun Asan İmzasından guya istifadə etdikləri qeyd edilən şəxslərdən hansının onunla eyni şirkətdə işləməsi, hansının isə tam başqa şirkətin əməkdaşı olması belə Azərbaycan Respublikası Dövlət Gömrük Komitəsinin Əməliyyat-İstintaq Baş İdarəsi tərəfindən müəyyən edilmədən və araşdırılmadan guya onların eyni şirkətin əməkdaşları olduqları və ondan başqa daha 3 nəfərin onun Asan İmzasından istifadə etdikləri qeyd edilmişdir. Halbuki, Qərarda qeyd edildiyi kimi, o, "xxxx" MMC-nin deyil, tam başqa şirkət olan "xxxx" MMC-nin işçisidir və Qərarda adları çəkilən, guya onun Asan İmzasından istifadə etdikləri müəyyən edilən şəxslərdən Sənan Əlili və Anar Abdullayev isə ümumiyyətlə heç vaxt onun əməkdaşı olduğu "xxxx" MMC-nin işçiləri olmamışlar və hazırda da bu şirkətdə çalışmırlar. Adı gedən şəxslər tam başqa şirkətin əməkdaşlarıdırlar və onda olan məlumata görə onlar etibarnamə əsasında müştərilərin adına gələn yüklərin gömrük rəsmiləşməsi başa çatdıqdan, bu yüklərə aid YGB-lər buraxılışa getdikdən sonra yüklərin təhvil alınması və müştərinin anbarına təqdim edilməsi işləri ilə məşğuldurlar. Digər şəxs - X9 isə şikayətləndirdiyi Qərarda qeyd edildiyi kimi, "xxxx" MMC-nin deyil, əksinə "xxxx" MMC-nin işçisidir və 02 dekabr 2021-ci il tarixdə onların ofisə guya yoxlama adı ilə daxil olan, əslində isə heç bir sənəd təqdim etmədən, habelə özlərini təqdim etməyən şəxslərin daxil olduqları gündən - 02.12.2021-ci il tarixdən 1 gün öncə işə sınaq müddətilə qəbul edilmiş və bu onun ilk iş yeri olmaqla yanaşı hələ real işə belə başlamamışdır. Ümumiyyətlə isə nə Sənan Əlili, nə də ki Anar Allahverdiyev onunla eyni şirkətdə işləmədiklərindən onların onun Asan İmzası ilə Gömrük Bəyannaməsini tərtib etmələri də mümkün deyil, belə ki həm DGK-nin mövcud elektron sistemində Asan İmza ilə eyni vaxtda yalnız bir nəfərin işləməsi mümkündür, ikinci şəxs isə istəsə belə Asan İmzadan istifadə edə bilməz, həmçinin bu imzada yalnız təmsilçi şirkətin müştəriləri üçün Bəyannamə yazıla bilər. Müştəri ilə təmsilçilik müqaviləsinin scanı sistemə yüklənmədikdə isə Bəyannamənin yazılması və təsdiqi mümkün deyil. Buna baxmayaraq, heç bir əsas olmadan, Bakı Baş Gömrük İdarəsi Əməliyyat və Təhqiqat İdarəsi Əməliyyat şöbəsinin əməliyyat müvəkkili X16 izahatı və həmin izahatı heç bir araşdırma aparmadan bu şöbənin rəis müavini X6 və həmin şöbənin böyük əməliyyat müvəkkili X7 təsdiq etməsi halı Qərarı qəbul edən və AR DGK-nin Əməliyyat İstintaq İdarəsinin iş icraçısı təhqiqatçı Yaşar Əmirov üçün əsas olmuş və onun özü isə yenə də heç bir araşdırma aparmadan mənim və digər adı gedən şəxslərin yazılı izahatlarına heç bir məhəl qoymamış, sadəcə öz həmkarlarının izahatlarını təsdiqləmiş, onlara üstünlük vermişdir. Ən paradoksal hal isə budur ki, Qərarda qeyd edildiyi kimi, 02 dekabr 2021-ci il tarixdə ofisdə yoxlama keçirən bu şəxslər izahatında yazmışlar ki, guya həmin vaxt - 02 dekabr 2021-ci il tarixdə onlar ondan başqa daha 3 nəfərin - S.Əlilinin, A.Allahverdiyevin və M.Qəhrəmanovun guya onun Asan İmzasından istifadə etməklə gömrük bəyannaməsini yazdıqlarını yerində müəyyən etmişlər, əslində isə Asan İmzadan edilən Çıxarışdan da göründüyü kimi, həmin gün onun Asan İmzasından yalnız bir bəyannamə tərtib edilmişdir ki, onu da təbii ki, elə həmin gün o özü yazmışdır. Bundan başqa, tərəfindən 5 ədəd X29 yazılmışdır ki, onların da yazılma vaxtları ayrı-ayrı saatlarda olmuşdur. Hər bir X22 yazılması üçün təxminən 5-10 dəqiqə vaxt tələb olunur və bu hal da onu sübut edir ki, yoxlanışa gələn zaman həmin şəxslərin onun imzasında başqalarının bəyannamə yazdıqlarını müşahidə etmələri mümkün deyil. Beləliklə də, qərarda qeyd olunan digər 3 şəxsin həmin gün onun Asan imzasından istifadə edilməklə guya hansısa Bəyannaməni yazdıqları barədə iddiaları əslində X23 tam təkzib edilir. Göründüyü kimi, AR Dövlət Gömrük Komitəsinin 09 mart 2022-ci il tarixli Qərarı və Dövlət Gömrük Komitəsinin Əməliyyat-İstintaq Baş İdarəsinin 14 fevral 2022-ci il tarixli, 10000/0055 saylı inzibati tənbeh vermə haqqında Qərarda qeyd olunan halların heç biri həqiqətə uyğun deyil. Qeyd edilənlərin nəzərə alınaraq şikayətin təmin edilməsini, Azərbaycan Respublikası Dövlət Gömrük Komitəsinin Əməliyyat-İstintaq Baş İdarəsi tərəfindən qəbul edilmiş 14.02.2022-ci il tarixli 10000/00** EP ***40511 saylı inzibati tənbeh vermə haqqında qərarın ləğv olunmasını məhkəmədən xahiş etmişdir. Məhkəmə iclasında qərarından şikayət verilmiş orqanın nümayəndəsi X21 izahat verərək bildirmişdir ki, 25 yanvar 2022-ci il tarixdə Əməliyyat-İstintaq Baş İdarəsində tərəfindən Azərbaycan Respublikasının vətəndaşı X24 barəsində Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 509.2-ci maddəsi ilə inzibati xəta haqqında iş üzrə icraat başlanılmaqla inzibati araşdırma aparılmış, sonuncunun qeyd olunan maddədə nəzərdə tutulan xətanı törətməsi tam və kifayət qədər sübuta yetirildiyindən 02 fevral 2022-ci il tarixdə inzibati araşdırma başa çatdırılmaqla həmin Məcəllənin 509.2-ci maddəsi ilə inzibati xəta haqqında protokol tərtib edilmiş, 14 fevral 2022-ci il tarixdə işə baxılmaqla Dövlət Gömrük Komitəsi Əməliyyat-İstintaq Baş İdarəsinin rəisi, gömrük xidməti generalmayoru Məsum Rəsulovun inzibati tənbeh vermə haqqında 10000/0055 nömrəli 14.02.2022-ci il tarixli qərarı ilə L.A.Seyidəliyeva təqsirli bilinərək 400 manat məbləğində inzibati cərimə edilmişdir. Hesab edirlər ki, L.A.Seyidəliyevanın həmin qərardan verdiyi şikayət əsassızdır. Belə ki, 02 dekabr 2021-ci il tarixdə Dövlət Gömrük Komitəsinin Bakı Baş Gömrük İdarəsinin əməkdaşları tərəfindən həyata keçirilmiş kompleks tədbirlər zamanı Azərbaycan Respublikasının vətəndaşları X3, X5 və X20 "xxxx" MMC-də gömrük bəyannamələrinin tərtib edilməsi üzrə aparıcı mütəxəssis vəzifəsində işləyən və ixtisas attestatı üzrə gömrük brokeri kimi fəaliyyət göstərilməsi hüququ verilmiş əməkdaşı, Azərbaycan Respublikasının vətəndaşı X4 asan imzasından istifadə etməklə gömrük bəyannamələrinin tərtibatı ilə məşğul olması faktı müəyyən edilmiş, bu barədə akt tərtib olunmuş və toplanmış materiallar araşdırmanın davam etdirilməsi məqsədilə Azərbaycan Respublikası Dövlət Gömrük Komitəsinin Əməliyyat-İstintaq Baş İdarəsinə göndərilmişdir. Faktla bağlı Azərbaycan Respublikası Dövlət Gömrük Komitəsi Əməliyyat-İstintaq Baş İdarəsi İstintaq və təhqiqat idarəsinin Təhqiqat şöbəsində izahat verən Azərbaycan Respublikası Dövlət Gömrük Komitəsi Bakı Baş Gömrük İdarəsi Əməliyyat və Təhqiqat İdarəsi Əməliyyat şöbəsinin əməliyyat müvəkkili X28 izahat verərək bildirmişdir ki, 02.12.2021-ci il tarixdə keçirilmiş kompleks tədbirlər nəticəsində Azərbaycan Respublikasının vətəndaşları X3, X5 və X20 ixtisas attestatları olmadığı halda "xxxx" MMC-də gömrük bəyannamələrinin tərtib edilməsi üzrə aparıcı mütəxəssis vəzifəsində işləyən və ixtisas attestatı üzrə gömrük brokeri kimi fəaliyyət göstərilməsi hüququ verilmiş əməkdaşı, Azərbaycan Respublikasının vətəndaşı X8 məxsus asan imzadan istifadə etməklə gömrük bəyannamələrinin tərtibi ilə məşğul olduqları müəyyən edilmiş, X12 isə özünə məxsus asan imzanı sözügedən şəxslərə verərək bu xətanın törədilməsinə şərait yaratmışdır. Bu səbəbdən də aşkar edilmiş hüquq pozuntusu aktlaşdırılaraq imzalanmışdır. Qeyd olunan məsələ ilə bağlı izahatları alınan Azərbaycan Respublikası Dövlət Gömrük Komitəsi Bakı Baş Gömrük İdarəsi Əməliyyat və Təhqiqat İdarəsi Əməliyyat şöbəsinin rəis müavini X13 və həmin şöbənin böyük əməliyyat müvəkkili X2 Emil Vaqif oğlu ilə eyni məzmunda izahat verərək, X16 izahatında qeyd etdiklərini təsdiq etmişdirlər. Lalə Seyidəliyeva şikayətində 02 dekabr 2021-ci il tarixdə asan imzasından istifadə etməklə yalnız 1 gömrük bəyannaməsinin tərtib edildiyini və həmin bəyannaməni də özünün tərtib etdiyini qeyd etsə də, araşdırma prosesində əvvəlcədən izahatları alınmış X13, X14 və X28 izahatlarında göstərmişlər ki, tərtib olunmuş gömrük bəyannamələri qeydiyyata alınmaqla sorğu nömrəsi əldə olunana qədər orada asan imzadan istifadə edilməklə istənilən dəyişikliklərin edilməsi və hətta bəyannamənin silinməsi mümkündür, lakin bəyannamə qeydiyyata alınmaqla sorğu nömrəsi əldə edildikdən sonra, həmin bəyannamənin sistemdən silinməsi mümkün deyildir. 02 dekabr 2021-ci il tarixdə kompleks tədbirlər həyata keçirilən zaman, X8 məxsus asan imzadan istifadə edilməklə 1 gömrük bəyannaməsinin tərtibatı prosesi artıq başa çatdırılmış, bundan əlavə Anar Allahverdiyev, Məmməd Qəhrəmanov və Sənan Əlili tərəfindən Lalə Seyidəliyevanın asan imzasından istifadə etməklə digər bəyannamələr tərtib olunmuş, lakin həmin şəxslər bizim əməkdaşların ofisə daxil olduğunu görüb tərtib etdikləri bəyannamələri silmişlər. X19 şikayətində Sənan Əlili və Anar Allahverdiyevin onun işlədiyi şirkətin əməkdaşları olmadığını əsas gətirərək onun asan imza kartı ilə bəyannamə tərtib etməsinin mümkünsüzlüyünü göstərsə də, iş üzrə materiallarla tanış olarkən həmin şəxslərin hadisə baş verən tarixdə və yerdə olduqları təsdiq olunmuş, habelə bu xüsusat eyni ofisdə fəaliyyət göstərdikləri hər üç şəxsin öz izahatları ilə yanaşı işdə olan digər sübutlar ilə tam təsdiq olunmuşdur. Bununla belə, iş üzrə materiallarda olan Anar Allahverdiyevin, Məmməd Qəhrəmanovun və Sənan Əlilinin izahatlarında gömrük rəsmiləşdirilməsi üzrə mütəxəssis qismində fəaliyyət göstərmələri üçün ixtisas attestatlarının olmadığı və vəzifələrinin bəyannamələri tərtib edən Lalə Seyidəliyevaya rəsmiləşmə əməliyyatlarının aparılmasında köməklik göstərmək olduğu qeyd olunmuşdur. Bundan əlavə, Sənan Əlili izahatında 02.12.2021-ci il tarixdə kompleks tədbirlər həyata keçirilən zaman, Məmməd Qəhrəmanova bəyannamələrə görə ödənişlərin ödənilməsi prosesini göstərdiyini bildirmiş, öz növbəsində Məmməd Qəhrəmanov da izahatında Sənan Əlilinin izahatında qeyd etdiyi ifadəni təsdiq etmişdir. Bütün bu sadalanan hallar, həmçinin gömrük bəyannaməsinin tərtibinə görə haqqın ödənilməsinin bəyannamənin tərtibinin mərhələsinə aid olması inzibati xəta hadisəsinin baş verməsini bir daha təsdiq edir. Həmçinin material öyrənilərkən müəyyən edilmişdir ki, Azərbaycan Respublikasının vətəndaşı Lalə Seyidəliyeva “Murphy Shipping and Commercial Services" MMC-nin əməkdaşıdır və həmin şirkətin əməkdaşı olmaqla 02 dekabr 2021-ci il tarixdə həmin ünvanda eyni şirkətin əməkdaşı Məmməd Qəhrəmanovun, habelə "xxxx" MMC-nin əməkdaşları olan Anar Allahverdiyevin və Sənan Əlilinin ona məxsus elektron imza kartından istifadəsi qaydalarını pozaraq ona məxsus asan imzanı digər şəxslərin istifadəsinə verməklə qeyd olunan inzibati xətanı törətmiş və bu da iş üzrə materiallarda öz təsdiqini tapmışdır. Qeyd olunanların nəzərə alınmasını və şikayətin rədd edilməsini məhkəmədən xahiş etmişdir. Məhkəmə tərəflərin izahatlarını, şikayəti və iş materiallarını nəzərdən keçirərək hesab edir ki, şikayət təmin edilməlidir. Belə ki, iş materiallarında olan Azərbaycan Respublikası Dövlət Gömrük Komitəsinin Əməliyyat-İstintaq Baş İdarəsi tərəfindən qəbul edilmiş 14.02.2022-ci il tarixli 10000/00** EP ***4051 saylı inzibati tənbeh vermə haqqında qərarından görünür ki, X12 Azərbaycan Respublikası İXM-in 509.2-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətdiyinə görə 400 (dörd yüz) manat məbləğində inzibati cərimə edilmişdir. İş materiallarında olan Azərbaycan Respublikası Dövlət Gömrük Komitəsinin sədrinin müavini X17 tərəfindən qəbul edilmiş 09.03.2022-ci il tarixli qərardan görünür ki, X4 şikayəti əsassız olduğundan Azərbaycan Respublikası İXM-in 509.2-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətməkdə təqsirli bilinərək inzibati cərimə edilməsinə dair Əməliyyat-İstintaq Baş İdarəsinin 10000/0055 nömrəli 14.02.2022-ci il tarixli qərarı dəyişdirilmədən, şikayət təmin edilmədən saxlanılmışdır. İş materiallarında olan əmək müqaviləsinin bağlanması ilə bağlı əmək müqaviləsi bildirişindən görünür ki, X12 "xxxx" MMC tərəfindən 01.03.2021-ci il tarixli əmək müqaviləsinə əsasən gömrük bəyannamələrinin tərtib edilməsi üzrə Aparıcı Mütəxəssis vəzifəsinə işə qəbul edilmişdir. İş materiallarında olan Azərbaycan Respublikası Dövlət Gömrük Komitəsi tərəfindən 06.08.2019-cu il tarixdə verilmiş 0016 nömrəli ixtisas attestatından görünür ki, X4 ixtisas attestatının etibarlılıq müddəti 06.08.2024-cü il tarixədəkdir. İş materiallarında olan Dövlət Gömrük Komitəsinin əməkdaşları tərəfindən tərtib edilmiş 02.12.2021-ci il tarixli aktdan görünür ki, "xxxx" MMC-nin faktiki fəaliyyət göstərdiyi ünvanda Məmməd Qəhrəmanovun, Anar Allahverdiyevin, Sənan Əlilinin faktiki olaraq bəyannamə tərtib etmək hüququna malik Lalə Seyidəliyevanın elektron imza kartı ilə gömrük bəyannamələrinin tərtibatı fəaliyyəti ilə məşğul olduğu müəyyən edilmişdir. Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 509.2-ci maddəsinə əsasən Gömrük brokerinin (gömrük təmsilçisinin), səlahiyyətli iqtisadi operatorun və ya gömrük daşıyıcısının qanunla mühafizə edilən sirlərdən və ya məlumatlardan öz məqsədləri üçün istifadə etmələrinə və ya qanunla nəzərdə tutulan hallar istisna olmaqla, üçüncü şəxslərə bu cür məlumatlar verməsinə, yaxud gömrük brokeri (təmsilçisi) kimi fəaliyyət göstərilməsinin gömrük qanunvericiliyi ilə müəyyən edilmiş digər qaydalarının və şərtlərinin pozulmasına görə-vəzifəli şəxslər üç yüz manatdan beş yüz manatadək məbləğdə, hüquqi şəxslər min manatdan min beş yüz manatadək məbləğdə cərimə edilir. Məhkəmə qeyd edir ki, şəxs inzibati xətanın mövcudluğu ilə razılaşmırsa, protokol tərtib etmiş şəxsin subyektiv mülahizəsinə əsasən, öz müşahidəsinə əsasən tərtib etdiyi yeganə sübut növü olan protokol əsasında şəxsə inzibati tənbeh verilə bilməz. Şəxs protokolla razılaşdıqda, əlavə sübut toplamadan, əlavə sübut mövcud olmadan, yalnız həmin protokol əsasında şəxs inzibati məsuliyyətə cəlb edilə bilər, lakin göründüyü kimi şəxs inzibati xəta törətməsi ilə razılaşmadığı şəraitdə, səlahiyyətli orqan protokolda göstərilən əməlin şəxs tərəfindən törədilib-törədilməməsini, törədildiyi təqdirdə təqsirin mövcud olub-olmadığını müəyyən etmək üçün əlavə sübut toplamadan, həmin protokolla kifayətlənib, inzibati tənbeh vermə haqqında qərar çıxarmışdır. Şəxsin inzibati xəta törətməsi sübutlarla təsdiqini tapmalıdır. Sübut toplamaq isə inzibati tənbeh vermiş səlahiyyətli orqanın üzərinə düşür. Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 8.1-ci maddəsinə əsasən barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin təqsiri bu Məcəllədə nəzərdə tutulmuş qaydada sübuta yetmədikdə və bu, inzibati xəta haqqında iş üzrə icraata baxmış hakimin, səlahiyyətli orqanın qüvvəyə minmiş qərarı ilə müəyyən edilmədikdə o, təqsirsiz hesab edilir. Həmin Məcəllənin 8.2-ci maddəsinə əsasən inzibati məsuliyyətə cəlb olunmuş şəxs öz təqsirsizliyini sübut etməyə borclu deyildir. Həmin Məcəllənin 8.3-cü maddəsinə əsasən inzibati məsuliyyətə cəlb olunan şəxsin təqsirli olması barəsində şübhələr onun xeyrinə həll edilir. Həmin Məcəllənin 76.1-ci maddəsinə əsasən inzibati xətanın olub-olmamasını, inzibati xəta törədən şəxsin təqsirini və işin düzgün həlli üçün əhəmiyyətli olan digər halları müəyyən etmək üçün hakimin, səlahiyyətli orqanın əsaslana bildiyi hər cür faktik məlumatlar inzibati xətalar haqqında işlər üzrə sübutlar sayılır. Bu məlumatlar maddi sübutlarla, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin, zərər çəkmiş şəxsin, şahidlərin izahatları ilə, digər sənədlərlə, xüsusi texniki vasitələrin göstəriciləri ilə, ekspertin rəyi ilə, inzibati xəta haqqında protokolla, bu Məcəllə ilə müəyyən edilmiş digər protokollarla müəyyən edilir. Həmin Məcəllənin 84.1-ci maddəsinə əsasən inzibati xətalar haqqında işlərə baxan hakim, səlahiyyətli orqan işin bütün hallarının məcmusunun hərtərəfli, tam və obyektiv surətdə baxılmasına əsaslanan öz daxili inamı ilə sübutları qiymətləndirir. Yuxarıda sadalanan normaların tələblərindən görünür ki, şəxsin inzibati məsuliyyətə cəlb edilməsi üçün sübutların məcmusu tələb olunur və heç bir sübutun, o cümlədən sübutlardan biri olan inzibati xəta haqqında protokolun və qərarın qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur. İş materialları araşdırılarkən müəyyən edilmişdir ki, gömrük orqanının əməkdaşları tərəfindən 02.12.2021-ci il tarixli aktın tərtib olunarkən X4 iştirakı təmin edilməmişdir. İnzibati tənbeh vermə haqqında qərarda Məmməd Qəhrəmanovun, Anar Allahverdiyevin, Sənan X1 məxsus asan imzadan istifadə etməsi qeyd edilsə də, bu fakt məhkəmə iclasında sübuta yetirilməmişdir. Beləliklə, məhkəmə araşdırması zamanı X4 Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 509.2-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətməsi öz təsdiqini tapmamışdır. Azərbaycan Respublikasının İXM-in 53.1.1-ci maddəsinə əsasən inzibati xəta hadisəsi olmadıqda, həmçinin İXM-in 53.1.2-ci maddəsinə əsasən inzibati xəta tərkibi olmadıqda inzibati xətalar haqqında işlər üzrə icraat başlanıla bilməz, başlanmış icraata isə xitam verilir. Həmin Məcəllənin 134.1.3-cü maddəsinə əsasən inzibati xəta haqqında iş üzrə qərardan verilən şikayətə və ya protestə baxılaraq həmin Məcəllənin 53-cü maddəsində nəzərdə tutulduğu hallarda qərarı ləğv edərək inzibati xəta haqqında iş üzrə icraata xitam verilməsi haqqında qərar qəbul edilir. Göstərilənlərə əsasən məhkəmə hesab edir ki, barəsində qərar çıxarılmış X4 Azərbaycan Respublikası İXM-in 509.2-ci maddəsinin tələblərini pozması məhkəmə araşdırması zamanı öz təsdiqini tapmadığından X4 şikayəti təmin edilməli və Azərbaycan Respublikası Dövlət Gömrük Komitəsinin Əməliyyat-İstintaq Baş İdarəsi tərəfindən qəbul edilmiş 14.02.2022-ci il tarixli 10000/00** EP ***4051 saylı inzibati tənbeh vermə haqqında qərar əsassız olduğundan ləğv edilməli və inzibati xəta haqqında iş üzrə icraata xitam verilməlidir. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 128-135-ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏRARA ALDİ: X4 şikayəti təmin edilsin. Azərbaycan Respublikası Dövlət Gömrük Komitəsinin Əməliyyat-İstintaq Baş İdarəsi tərəfindən qəbul edilmiş 14.02.2022-ci il tarixli 10000/00** EP ***4051 saylı inzibati tənbeh vermə haqqında qərar ləğv edilsin və inzibati xəta haqqında iş üzrə icraata xitam verilsin. Qərardan, onun surəti rəsmi qaydada verildiyi vaxtdan 10 (on) gün müddətində Bakı şəhəri Nəsimi Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Sədrlik edən Solmaz Mustafayeva

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar