Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 3(006)-1427/2024 08.05.2024 BAKI ŞƏHƏRİ NƏSİMİ RAYON MƏHKƏMƏSİ Bakı şəhəri Nəsimi rayon Məhkəməsinin hakimi Hüseynov Elməddin Mirpaşa oğlunun sədrliyi, məhkəmə iclas katibi Mustafayeva İlhamə Mövlan qızının katibliyi, Azərbaycan Respublikası Fövqəladə Hallar Nazirliyi X5 Xidməti 2-ci ərazi X5 İdarəsinin X5 Şöbəsinin inspektoru X1, barəsində icraat aparılan hüquqi şəxs Şəxs ASC-nin nümayəndəsi X2 iştirakları ilə, Şəxs ASC-nin Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 518.1-ci maddəsi ilə inzibati məsuliyyətə cəlb olunmasına dair Azərbaycan Respublikası Fövqəladə Hallar Nazirliyi X5 Xidməti 2-ci ərazi X5 İdarəsindən daxil olmuş inzibati xəta haqqında materiala açıq məhkəmə iclasında baxaraq, müəyyənetdi: Bakı şəhəri Nəsimi rayon Məhkəməsinə Azərbaycan Respublikası Fövqəladə Hallar Nazirliyi X5 Xidməti 2-ci ərazi X5 İdarəsindən Şəxs ASC-nin barəsində tərtib edilmiş 03 aprel 2024-cü il tarixli MN ******* nömrəli inzibati xəta haqqında protokol və ona əlavə edilmiş sənədlər daxil olmuşdur. Məhkəmədə barəsində icraat aparılan hüquqi şəxs Şəxs ASC-nin nümayəndəsi X3 məhkəmə yazılı etiraz edib ona uyğun izahatında göstərdi ki, Azərbaycan Respublikası Fövqəladə Hallar Nazirliyi X5 Xidməti 2-ci ərazi X5 İdarəsi tərəfindən Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 518.1-ci maddəsinə əsasən Şəxs ASC barəsində tərtib olunmuş inzibati material, baxılması üçün Nəsimi Rayon Məhkəməsinə göndərilmişdir. İş materiallarında olan 2-ci ərazi X5 İdarəsi tərəfindən xx.xx.2024-cü il tarixdə tərtib edilmiş ******* saylı protokoldan görünür ki, guya xx.xx.2024-cü il tarixdə ünvan 1 ünvanında yerləşən Şəxs ASC-nin binasında planlı yanğın-texniki müayinə keçirilən zaman YTQ № 01-2001-in 5.2., 5.3. və 6.1-ci bəndlərində qeyd olunan tələblərin pozulmasına dair nöqsan aşkar edilmişdir. Bunun nəticəsində Şəxs ASC tərəfindən Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 518.1-ci maddəsində nəzərdə tutulmuş inzibati xəta törədilmişdir. 2-ci ərazi X5 İdarəsi tərəfindən xx.xx.2024-cü il tarixdə tərtib edilmiş ******* saylı protokolu əsassız və qanunsuz hesab edirik və aşağıda göstərilən əsaslara görə inzibati xəta haqqında iş üzrə icraata xitam verilməli olduğunu məhkəmənin diqqətinə çatdırır. İlk növbədə qeyd edir ki, protokol tərtib olunan tarixədək müraciət etmələrinə baxmayaraq, Azərbaycan Respublikası Fövqəladə Hallar Nazirliyi X5 Xidməti tərəfindən binaya baxış keçirilməmiş, tövsiyyə xarakterli göstərişlər və mövcud olan nöqsanlar barədə məlumat verilməmiş, bunların aradan qaldırılması ilə bağlı hər hansı bir müddət təyin olunmamışdır. Həmçinin protokol tərtib olunarkən AR İXM-nin 100-cü maddəsində tələbləri pozularaq, Şəxs ASC-nin nümayəndəsinin iştirakı təmin olunmamış, ona bu məcəllədə nəzərdə tutulmuş hüquqları və vəzifələri izah edilməmiş, protokol nümayəndə tərəfindən imza olunmamış və yaxud onun protokolu imzalamaqdan imtinası barədə protokolda qeyd aparılmamışdır. Bildirir ki, xx.xx.2024-cü il tarixdə tərtib edilmiş ******* saylı protokolda göstərilən nöqsanların xx.xx.2024-cü il tarixli 1531 nömrəli X6 aktı ilə öz təsdiqini tapması əks olunur. Belə ki ,xx.xx.2024-cü il tarixli 1531 nömrəli X6 aktında pozuntulardan biri kimi köçürmə çıxışlarının bəzi qapılarının otaqdan çıxışa doğru açılmadığı göstərilmişdir. Azərbaycan Respublikasında Yanğın Təhlükəsiziliyi Qaydalarının 5.2-ci bəndinə əsasən, “Köçürmə çıxışlarının bütün qapıları otaqlardan çıxışa doğru sərbəst açılmalıdır”. Məlumat verir ki, xx.xx.2024-cü il tarixli 1531 nömrəli X6 aktı ilə aşkar olunan pozuntu Şəxs ASC tərəfindən qısa müddət ərzində aradan qaldırılmışdır. Halhazırda ŞəxsSC-nin ünvan 2 ünvanda yerləşən filialının binasında köçürmə çıxışlarının bütün qapıları sərbəst surətdə otaqlardan çıxışa doğru açılır. Azərbaycan Respublikasında Yanğın Təhlükəsiziliyi Qaydalarının 5.3-cü bəndinə əsasən, “köçürmə çıxışlarında turniketlərin, dəhlizlərin, sürüşən, fırlanan, qalxıb-endirilən qapıların və digər sərbəst çıxışa mane olan qurğuların quraşdırılması qadağan olunur”. Azərbaycan Respublikasında Yanğın Təhlükəsiziliyi Qaydalarının bu tələbinə əsaslanan, X5 Xidməti xx.xx.2024-cü il tarixli 1531 nömrəli Yanğın-Texniki Müayinə aktında digər pozuntu kimi ünvan 2 ünvanda binanın əsas giriş-çıxış qapısında guya sərbəst çıxışa mane olan bankomat qurğusunun quraşdırılması göstərilir. Bununla əlaqədar bildirir ki, Şəxs ASC-nin ünvan 2 ünvanda yeləşən filialının binası kütləvi insan (50 və ya çox) toplaşan obyektlər sırasına aid edilə bilməz. Belə ki, iş günləri ərzində həmin binada işçi və müştərilərin ümumi sayı 35-40 nəfərdən çox ola bilməz. Bu səbəbdən hesab edir ki, binanın giriş qapısının yanında quraşdırılmış bankomat qurğusu bu sayda insanın operativ şəkildə köçürülməsinə heç bir maneə yarada bilməz. Azərbaycan Respublikasında Yanğın Təhlükəsiziliyi Qaydalarının 6.1-ci bəndinə əsasən, “Elektrik qurğuları və elektrik qurğularının istehlakçılar tərəfindən istismarı zamanı müvafiq qaydaların və digər normativ sənədlərə uyğun olaraq quraşdırılıb istismar edilməlidirlər”. “Azərbaycan Respublikasında Yanğın Təhlükəsiziliyi Qaydaları”nın bu bəndinə əsaslanan X5 Xidmətinin xx.xx.2024-cü il tarixli 1531 nömrəli Yanğın-Texniki Müayinə aktında digər bir pozuntu kimi guya binada olan elektrik təsərrüfatına profilaktiki baxışın keçırilmədiyi göstərilmişdir. “Elektrik enerjisindən istifadə Qaydaları”nın 9.3.1-ci bəndinə əsasən, elektrik qurğularının etibarlı və təhlükəsiz istismarını və elektrik enerjisindən qənaətlə istifadə olunmasını təmin etmək üçün istehlakçı ona məxsus olan elektrik qurğularının və mühafizə vasitələrinin texniki vəziyyətini yoxlamalı, profilaktik sınaqların keçirilməsini təmin etməlidir. X5 Xidmətinin Şəxs ASC-yə ünvanlanan xx.xx.2023-cü il tarixli məktubunda kabel və naqillərin istismarı zamanı mexaniki təsirlərə məruz qalma ehtimallarını, rütubət, günəş şüalarının təsiri, digər əlaqəli amilləri nəzərə alaraq elektrik təsərrüfatında profilaktiki sınaqların ildə bir dəfə keçirilməsi məqsədə uyğun hesab edilir. “Elektrik avadanlığının mühafizə torpaqlanması və müqavimətinin yoxlanılması və ölçülməsi” və “Kabel və naqillərin izolyasiyasının ölçülməsi” barədə xx.xx.2024-cü il tarixli protokolların surətini məhkəməyə təqdim edərək bildirir ki, ŞəxsSC-nin ünvan 2 ünvanda yerləşən filialının binasındakı elektrik təsərrüfatına mütəmadi olaraq, elektrik təsərrüfatı üzrə texniki rəhbər, texniki işçi və filial müdirindən ibarət tərkibdə yaradılan komissiya tərəfindən profilaktiki baxış tədbirləri həyata keçirilmişdir. Bu dəlil və etirazda sadalanan digər dəlillər 2-ci ərazi X5 İdarəsinin xx.xx.2024cü il tarixdə tərtib edilmiş ******* saylı protokolunda əsaslandığı halların reallıqdan uzaq, qərəzli və qanunvericiliyə zidd olduğunu sübut edir. Yuxarıda qeyd olunanlara əsasən, ŞəxsSC barəsində Azərbaycan Respublikası Respublikası İnzibati Xətalar Məcəlləsinin 518.1.-ci maddəsi ilə nəzərdə tutulmuş inzibati xətanı törətməsinə dair 3(006)-1427/2024 saylı iş üzrə icraata xitam verilməsini xahiş edir. Məhkəmə iclasında Azərbaycan Respublikası Fövqəladə Hallar Nazirliyi X5 Xidməti 2ci ərazi X5 İdarəsinin X5 Şöbəsinin inspektoru X4 izahatında bildirdi ki, Şəxs Açıq Səhmdar Cəmiyyətinə məxsus Nəsimi rayonu, 28 May küçəsi 21A ünvanında yerləşən binasında keçirilmiş planlı yanğın-texniki müayinə zamanı yanğın təhlükəsizliyi sahəsində çatışmazlıqlar aşkar olunmuş və bununla bağlı İXM-nin 518.1-ci maddəsinə əsasən xx.xx.2024-cü il tarixli, MN ******* saylı protokol tərtib olunaraq baxılması üçün məhkəməyə göndərilmişdir. Lakin hal-hazırda protokol üzrə aşkar olunmuş çatışmazlıqlar aradan qaldırıldığından Şəxs Açıq Səhmdar Cəmiyyəti barəsində müvafiq qərarın qəbul edilməsini məhkəmədən xahiş etmişdir. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 518.1-ci maddəsinə əsasən mülkiyyət formasından asılı olmayaraq müəssisə, idarə və təşkilatlarda, ictimai yerlərdə, anbarlarda, yataqxanalarda və ya digər yaşayış sahələrində, meşələrdə və nəqliyyatda yanğın təhlükəsizliyi standartlarının, normalarının və qaydalarının tələblərinin pozulmasına və ya yerinə yetirilməməsinə görə inzibati məsuliyyət nəzərdə tutulmuşdur. İş materiallarında olan və məhkəmə iclasında tədqiq edilmiş yanğın-texniki müayinənin aparılması haqqında Azərbaycan Respublikası Fövqəladə Hallar Nazirliyi X5 Xidməti 2-ci ərazi X5 İdarəsinin 18 mart 2024-cü il tarixli, 1531 nömrəli qərarından görünür ki, illik plana əsasən Şəxs ASC-də xx.xx.2024-xx.xx.2024-cü il tarixlərdə plan üzrə növbəti yoxlamanın aparılması qərara alınmışdır. İş materiallarında olan sahibkarlıq sahəsində aparılan yoxlamaların vahid məlumat reyestrindən KY242093577 saylı Çıxarışdan görünür ki, yoxlamanın xx.xx.2024-cü il tarixdən xx.xx.2024-cü il tarixədək keçirilməsi yoxlamaların vahid məlumat reyestrində qeydiyyata alınmışdır. İş materiallarında olan xx.xx.2024-cü il tarixli, 1531 saylı “Yanğın-texniki müayinə Aktı”na əsasən ünvan 3 ünvanında yerləşən Şəxs ASC-yə məxsus binada əsas giriş-çıxış qapısında sərbəst çıxışa maneə olan bankomatın quraşdırılması, köçürmə çıxışlarının bəzi qapılarının çıxışa doğru açılmaması, binada olan elektrik təsərrüfatına profilaktiki baxış keçirilməməsi aşkar olunmuşdur. Barəsində inzibati xəta haqqında icraat aparılan hüquqi şəxsin nümayəndəsi tərəfindən məhkəməyə təqdim edilmiş sənədlərdən görünür ki, ünvan 3 ünvanında yerlən Şəxs ASC-yə məxsus binada aşkar edilmiş yanğın təhlükəsizliyi əleyhinə qaydaların pozulması halları aradan qaldırılmışdır. Məhkəmə, proses iştirakçısının izahatını dinləyib, habelə iş materiallarını araşdırıb hesab edir ki, Şəxs ASC barəsində İnzibati Xətalar Məcəlləsinin 518.1-ci maddəsi ilə başlanılmış inzibati xəta haqqında iş üzrə icraata xitam verilməlidir. Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 8.1-ci maddəsinə əsasən barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin təqsiri bu Məcəllədə nəzərdə tutulmuş qaydada sübuta yetmədikdə və bu, inzibati xəta haqqında iş üzrə icraata baxmış hakimin, səlahiyyətli orqanın (vəzifəli şəxsin) qüvvəyə minmiş qərarı ilə müəyyən edilmədikdə o, təqsirsiz hesab edilir. Həmin Məcəllənin 48-ci maddəsinə əsasən inzibati xətalar haqqında işlər üzrə icraatın vəzifələri şəxslərin hüquqlarını və azadlıqlarını, onların qanuni mənafelərini qorumaqdan, inzibati xəta haqqında hər bir işin hallarını vaxtında, hərtərəfli, tam və obyektiv surətdə aydınlaşdırmaqdan, inzibati xəta törətmiş şəxsi aşkar etməkdən və onu inzibati məsuliyyətə cəlb etməkdən, çıxarılmış qərarın icrasını təmin etməkdən, habelə inzibati xətanın törədilməsinə kömək edən səbəbləri və şəraiti aşkar etməkdən və inzibati xətaların qarşısını almaqdan ibarətdir. Həmin Məcəllənin 76.1-ci maddəsinə əsasən inzibati xətanın olub-olmamasını, inzibati xəta törədən şəxsin təqsirini və işin düzgün həlli üçün əhəmiyyətli olan digər halları müəyyən etmək üçün hakimin, səlahiyyətli orqanın (vəzifəli şəxsin) əsaslana bildiyi hər cür faktik məlumatlar inzibati xətalar haqqında işlər üzrə sübutlar sayılır. Bu məlumatlar maddi sübutlarla, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin, zərər çəkmiş şəxsin, şahidlərin izahatları ilə, digər sənədlərlə, xüsusi texniki vasitələrin göstəriciləri ilə, müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqanın (qurumun) informasiya sistemində, habelə digər dövlət informasiya sistemlərində (ehtiyatlarında) aşkar olunan məlumatlarla, ekspertin rəyi ilə, inzibati xəta haqqında protokolla, bu Məcəllə ilə müəyyən edilmiş digər protokollarla müəyyən edilir. Həmin Məcəllənin 84.1-ci maddəsinə əsasən İnzibati xətalar haqqında işlərə baxan hakim, səlahiyyətli orqan (vəzifəli şəxs) işin bütün hallarının məcmusunun hərtərəfli, tam və obyektiv surətdə baxılmasına əsaslanan öz daxili inamı ilə sübutları qiymətləndirir. Həmin Məcəllənin 53.1.2-ci maddəsinin tələbinə görə inzibati xəta tərkibi olmadıqda inzibati xətalar haqqında işlər üzrə icraat başlanıla bilməz, başlanmış icraata isə xitam verilir. Qeyd edilən Məcəllənin 105.1-ci maddəsinə görə bu Məcəllənin 53-cü maddəsində nəzərdə tutulmuş hallardan hər hansı biri olduqda, icraatında inzibati xəta haqqında iş olan hakim və ya səlahiyyətli orqan (vəzifəli şəxs) inzibati xəta haqqında işin icraatına xitam verilməsi haqqında qərar qəbul edir. Məhkəmə, iş üzrə toplanmış sübutların məcmusunun tam, hərtərəfli və obyektiv baxılmasına əsaslanmaqla belə nəticəyə gəlir ki, Şəxs ASC barəsində tərtib edilmiş inzibati xəta haqqında protokolda göstərilən pozuntuların hazırda mövcud olmaması müəyyən olunduğundan, onun barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 518.1-ci maddəsi ilə başlanmış inzibati xəta haqqında iş üzrə icraata xitam verilməlidir. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 43, 53, 114-115 və 128-129-cu maddələrini rəhbər tutaraq məhkəmə QƏRARA ALDİ: Şəxs ASC barəsində Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 518.1ci maddəsi ilə başlanılmış inzibati xəta haqqında iş üzrə icraata xitam verilsin. Qərarın surəti rəsmi qaydada verildiyi vaxtdan 10 (on) gün müddətində işə baxan Bakı şəhəri Nəsimi Rayon Məhkəməsi vasitəsilə və ya bilavasitə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və ya protesti verilə bilər. Hakim: Elməddin Hüseynov
Məhkəmə qərarları › İş №3(006)-1427/2024
Bakı Şəhəri Nəsimi Rayon Məhkəməsi Qərar — İş №3(006)-1427/2024
08.05.2024 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver