Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 3(006)-1430/2021 18.06.2021 BAKI ŞƏHƏRİ NƏSİMİ RAYON MƏHKƏMƏSİ Hakim Mustafayeva Solmaz Rafael qızının sədrliyi, Məhkəmə iclasının katibi Fərəcova Təranə Aydın qızının katibliyi, Şikayət verən şəxs X2 iştirakı ilə X2 Baş X8 İdarəsi tərəfindən qəbul edilmiş 25.05.2021-ci il tarixli, ******* saylı inzibati tənbeh vermə haqqında qərarın ləğvi barədə şikayətinə açıq məhkəmə iclasında baxaraq, M Ü Ə Y Y Ə N E T D İ: X3 şikayət ərizəsi ilə məhkəməyə müraciət edərək, Baş X8 İdarəsi tərəfindən qəbul edilmiş 25.05.2021-ci il tarixli, ******* saylı inzibati xəta haqqında qərarın ləğvi barədə qərar qəbul edilməsini məhkəmədən xahiş etmişdir. Məhkəmə iclasında iştirak edən şikayətçi X3 şikayətində göstərilənlərə uyğun izahat verərək göstərmişdir ki, 2021-ci ilin yanvar ayında **-UA-*** dövlət nömrə nişanlı avtomobili Bakı şəhəri, Ənvər Qasımzadə küçəsi ilə idarə etdiyi zaman barəsində AR İXMnin 327.1-ci maddəsinə əsasən protokol tərtib edilmişdir. Həmin protokolla razılaşmayaraq etiraz etmişdir. Barəsində qanunsuz protokolu tərtib edən yol polis əməkdaşı müvafiq qeydin aparılması məqsədilə protokolu ona təqdim etməmişdir. Həmin protokola əsasən onun iştirakı təmin olunmadan Bakı şəhər BPİ tərəfindən 02.04.2021-ci il tarixli, TP4172725 saylı inzibati tənbeh vermək haqqında qərar qəbul edilmişdir. Həmin qərardan narazı qalıb, protokol və qərarı BPİ-dən əldə etdikdən sonra Nəsimi Rayon Məhkəməsinə şikayət etmişdir. Nəsimi Rayon Məhkəməsinin 29.03.2021-ci il tarixli 3(006)-803/2021 saylı qərarı ilə Bakı şəhər BPİ DYPİ tərəfindən qəbul edilmiş 02.04.2021-ci il tarixli TP4172725 saylı inzibati tənbeh vermə haqqında ləğv olunaraq inzibati xəta haqqında işə yenidən baxılması üçün səlahiyyətli orqana göndərilmişdir. Azərpoçt vasitəsi ilə aldığı 25 may 2021-ci il saat 13:00-dək şikayətə yenidən baxılması barədə bildirişi 25.05.2021-ci il saat 17:20 radələrində, yəni təyin olunan tarix keçdikdən sonra almışdır. Bu fakt poçt qəbzinin üzərindəki möhürlərlə təsdiq olunur. Qəsdən ona işə baxılması müddəti keçirilməklə göndərilmişdir. Həmçinin ona inzibati xəta haqqında cəza qərarda qeyd edilən maddə ilə deyil, başqa maddə ilə elan edilmiş, protokol, qərar isə İXM-nin 327.1-ci maddəsi ilə qəbul edilmişdir. 26.05.2021-ci il tarixdə o, Bakı şəhər BPİ DYPİ-yə gələrək qərarı qəbul etmiş İXHİÜİŞ-nin inspektoru, polis mayoru X5 etirazlarını və həmçinin sübutları - görüntüləri, yol polis əməkdaşı ilə olan yazılı video görüntülərə baxış keçirilməsini xahiş etmiş, lakin heç bir nəticə olmadığından yenidən məhkəməyə müraciət etmək məcburiyyətində qalmışdır. Odur ki, yuxarıda qeyd olunanları, habelə qanunvericiliyin tələblərini rəhbər tutaraq, 25.05.2021-ci il tarixli, ******* saylı inzibati xəta haqqında iş üzrə qərarın ləğv edilərək inzibati xəta haqqında iş üzrə icraata xitam verilməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir. Məhkəmə iclasının vaxtı və yeri barədə qanunamüvafiq qaydada məlumat verilməsinə baxmayaraq Baş Dövlət Yol Polis İdarəsinin nümayəndəsi məhkəmə iclasına gəlməmiş, məhkəmə iclasının onun iştirakı olmadan keçirilməsi mümkün hesab edilmişdir. Məhkəmə şikayət ərizəsini, şikayət verən şəxsin izahatını və iş materiallarını araşdıraraq hesab edir ki, şikayət əsaslı olduğu üçün təmin edilməlidir. Belə ki, iş materiallarında olan inzibati tənbeh vermə haqqında qərarın surətindən görünür ki, 25.05.2021-ci il tarixli, ******* nömrəli qərara əsasən X1 Xətalar Məcəlləsinin 327.1-ci maddəsinə əsasən 40 manat məbləğində cərimə olunmuşdur. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 8.2-ci maddəsinə əsasən inzibati məsuliyyətə cəlb olunmuş şəxs öz təqsirsizliyini sübut etməyə borclu deyildir. Həmin Məcəllənin 8.3-cü maddəsinə əsasən isə inzibati məsuliyyətə cəlb olunan şəxsin təqsirli olması barəsində olan şübhələr onun xeyrinə həll olunur. Həmin Məcəllənin 84.1-ci maddəsinə əsasən inzibati xətalar haqqında işlərə baxan hakim, kollegial orqanın üzvü, vəzifəli şəxs işin bütün hallarının məcmusunun hərtərəfli, tam və obyektiv surətdə baxılmasına əsaslanan öz daxili inamı ilə sübutları qiymətləndirir. Şəxsin inzibati məsuliyyətə cəlb edilməsi üçün sübutların məcmusu tələb olunur və heç bir sübutun, o cümlədən sübutlardan biri olan inzibati xəta haqqında protokolun və qərarın qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 122.1-ci maddəsinə əsasən bu Məcəllənin 327.1-327.5, 328, 329.1, 329.2, 330, 339.1-1, 346.3, 346-1.1, 3461.5, 353.2 və 469.3-cü maddələrində nəzərdə tutulmuş xətalar foto və ya video qeydiyyat funksiyalarına malik xüsusi texniki vasitələrin köməyi ilə aşkar edildikdə, xüsusi texniki vasitələrin məlumatları müvafiq icra hakimiyyəti orqanının mərkəzi informasiya sisteminin proqram təminatı əsasında real vaxt rejimində elektron formada birbaşa həmin mərkəzi informasiya sisteminə ötürülür, inzibati xətanı törətmiş şəxsin iştirakı olmadan real vaxt rejimində, “Elektron imza və elektron sənəd haqqında” Azərbaycan Respublikasının Qanunu ilə müəyyən edilmiş qaydada elektron sənəd şəklində inzibati tənbeh vermə haqqında elektron qərar çıxarılır və həmin mərkəzi informasiya sisteminin müvafiq səlahiyyətli əməkdaşının elektron imzası ilə təsdiqlənir. Təsdiq edilmiş həmin qərar real vaxt rejimində, xüsusi texniki vasitələrin məlumatları əlavə edilməklə, elektron qaydada müvafiq icra hakimiyyəti orqanının informasiya sisteminə göndərilir. Həmin Məcəllənin 135.1-ci maddəsinə əsasən inzibati xəta haqqında iş üzrə qərarın ləğv edilməsi və ya dəyişdirilməsi üçün əsaslar aşağıdakılardır: 135.1.1. hakimin, səlahiyyətli orqanın (vəzifəli şəxsin) gəldiyi nəticələr üzrə mühüm əhəmiyyət kəsb edən bütün faktiki halların araşdırılmaması; 135.1.2. hakimin, səlahiyyətli orqanın (vəzifəli şəxsin) gəldiyi nəticələrin işin faktiki hallarına uyğun olmaması; 135.1.3. hakim, səlahiyyətli orqan (vəzifəli şəxs) tərəfindən müəyyən edilmiş iş üçün əhəmiyyətli olan halların sübuta yetirilməməsi; 135.1.4. inzibati məsuliyyət müəyyən edən qanunun normasının düzgün tətbiq edilməməsi; 135.1.5. tətbiq edilmiş tənbehin bu Məcəllənin 31 – 34-cü maddələrinin tələblərinə uyğun olmaması; 135.1.6. bu Məcəllə ilə müəyyən edilmiş tələblərin işin hallarının hərtərəfli, tam və obyektiv araşdırılmasına maneə törədəcək dərəcədə pozulması. Məhkəmə araşdırması zamanı müəyyən edilmişdir ki, Bakı şəhəri Baş Polis İdarəsinin X8 İdarəsi X3 barədə Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 327.1-ci maddəsi ilə qərar qəbul edərkən onun əməlində inzibati xəta hadisəsinin olubolmaması araşdırılmamış, formal olaraq inzibati məsuliyyətə cəlb olunması barədə qərar qəbul edilmişdir. Göründüyü kimi, qərar heç bir sübuta istinad edilmədən və Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin tələblərinə riayət edilmədən tərtib edilərək qəbul edilmişdir. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 53.0.1-ci maddəsinə əsasən inzibati xəta hadisəsi olmadıqda inzibati xətalar haqqında işlər üzrə icraat başlanıla bilməz, başlanmış icraata isə xitam verilir. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 134.1.3-cü maddəsinə əsasən inzibati xəta haqqında iş üzrə qərardan verilən şikayətə və ya protestə baxılarkən bu Məcəllənin 53-cü maddəsində nəzərdə tutulduğu hallarda qərarı ləğv edərək inzibati xəta haqqında iş üzrə icraata xitam verilməsi haqqında qərar qəbul edilir. Beləliklə, məhkəmə hesab edir ki, X2 şikayəti təmin edilməli, onun barəsində Baş Dövlət Yol Polis İdarəsi tərəfindən qəbul edilmiş 25.05.2021-ci il tarixli, ******* saylı qərar ləğv edilməli və inzibati xəta haqqında iş üzrə icraata xitam verilməlidir. Yuxarıdakılara əsasən və Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 128-136-cı maddələrini rəhbər tutub, QƏRARA ALDİ: X2 barəsində Baş Dövlət Yol Polis İdarəsi tərəfindən qəbul edilmiş 25.05.2021-ci il tarixli, ******* saylı qərar ləğv edilsin və inzibati xəta haqqında iş üzrə icraata xitam verilsin. Qərardan rəsmi qaydada verildiyi vaxtdan 10 (on) gün müddətində Bakı şəhəri Nəsimi Rayon Məhkəməsi vasitəsi ilə şikayət verilə bilər. Hakim Solmaz Mustafayeva
Məhkəmə qərarları › İş №3(006)-1430/2021
Bakı Şəhəri Nəsimi Rayon Məhkəməsi Qərar — İş №3(006)-1430/2021
18.06.2021 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver