Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 3(006)-1430/2023 15.03.2023 BAKI ŞƏHƏRİ NƏSİMİ RAYON MƏHKƏMƏSİ Hakim Tağıyev Azər Heydər oğlunun sədrliyi, Lətifov Vəli Abdurəşid oğlunun katibliyi, inzibati xəta haqqında protokolu tərtib etmiş şəxs Nəsimi RPİ-nin 21-ci PB-nin polis bölməsi polis sahə rəisi X1, zərərçəkmiş şəxs X2 barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs iştirakı ilə, xx.xx.1968-ci il tarixdə İmişli rayonunda anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı (FİN: xxxxxxx), ünvan 1 ünvanında qeydiyyatda olan və ünvan 2ında yaşayan Şəxs Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 510-ci maddəsi ilə təqsirli bilinməsinə dair inzibati xəta haqqında materiala açıq məhkəmə iclasında baxaraq, məhəkmə MÜƏYYƏN ETDİ: Şəxs Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 510-ci maddəsi ilə nəzərdə tutulmuş inzibati xətaları törətməsinə dair xx.xx.2023-cü il tarixli, MN ******* saylı inzibati xəta haqqında protokol Nəsimi Rayon Məhkəməsinə göndərilmişdir. İnzibati xəta haqqında protokola əsasən, Şəxs xx.xx.2023-cü il tarixdə Nəsimi rayonunda yerləşən Bakı Slavyan Universitetinin yanında tanımadığı qadına müxtəlif təkliflər etmiş, həmin qadın ona etiraz edərək evli olduğunu bildirmiş, lakin o qadına boşanmaq fikri olub-olmadığını sual edərək xırda xuliqanlıq etmişdir. Məhkəmə iclasında iştirak edən inzibati xəta haqqında protokolu tərtib etmiş şəxs Nəsimi RPİ-nin 21-ci PB-nin polis sahə rəisi A.H.İsgəndərov bildirmişdir ki, xx.xx.2023-cü il tarixdə, “Sfera.AZ” xəbər portalında, “Lexus” markalı 10-CV010 dövlət qeydiyyat nişanlı avtomobilin sürücüsü, tanımadığı qadını, idarə etdiyi avtomobili ilə izləyərək, sonuncunun Bakı şəhəri, Nəsimi rayonunda Bakı Slavyan Universitetinin qarşısında olan zaman idarə etdiyi avtomobili saxlayaraq, xanıma müxtəlif təkliflər etdiyi, həmin qadın etirazını bildirib evli olduğunu bildirməsinə baxmayaraq, həmin şəxs boşandığını bildirərək, qadından boşanmaq fikrinin olub-olmadığını soruşması barədə məlumat paylaşılmışdır. Həmin şəxsin xx.xx.1968-ci il təvəllüdlü Şəxs olduğu məlum olmuşdur. Bununla əlaqədar o, Şəxs polis bölməsinə dəvət edilmiş və PB-də sonuncunun barəsində Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 510-cu maddəsi ilə inzibati xəta haqqında protokol tərtib edilmişdir. Göstərilənləri nəzərə alaraq Şəxs barəsində müvafiq inzibati tənbeh tədbirinin tətbiq edilməsini məhkəmədən xahiş etmişdir. Məhkəmə iclasında iştirak edən barəsində inzibati iş üzrə icraat aparılan şəxs Şəxs izahatında bildirmişdir ki, o, xx.xx.2023-cü il tarixdə Nəsimi rayonunda yerləşən Bakı Slavyan Universitetinin yanında ona məxsus “Lexus” markalı **-CV-*** dövlət qeydiyyat nişanlı avtomobil ilə hərəkət edən zaman bir nəfər qadının yoldan keçmək istədiyini görmüş, ona yol vermiş və həmin qadın ona baxıb gülərək minnətdarlıq etmişdir. Ddaha sonra o, maşını saxlamış və həmin şəxs kamerasını çıxararaq video çəkə-çəkə onun avtomobilin yanından keçmişdir. Onun həmin xanımdan xoşu gəldiyi üçün idarə etdiyi avtomobili 10-15 metr qarşıda saxlayaraq maşından düşmədən xanımın ona çatmasını gözləmiş, sonuncu ona yaxınlaşan zaman o maşının şüşəsini endirib onunla tanış olmaq istədiyini bildirdikdə sonuncu isə ona evli olduğunu demiş, o isə özünün subay olduğunu, əgər subaydırsa onunla evlənmək istədiyini bildirmişdir. Daha sonra həmin qadın getdiyini görmüş və o da getmişdir. Hal-hazırda əməlindən səmimi peşmandır, bir daha belə hərəkətlərə yol verməyəcəkdir və etdiyi əmələ görə həmin xanımdan üzr istəyir. Göstərilənləri, əməlindən səmimi peşman olmasını, bir daha belə hərəkətlərə yol verməcəyinə dair söz verməsini və etdiyi əmələ görə həmin xanımdan üzr istəməsini nəzərə alaraq barəsində başlanılmış inzibati xəta haqqında iş üzrə icraata xitam verilməsini xahiş etmişdir. Məhkəmə iclasında iştirak edən zərərçəkmiş şəxs N.A.İmanlı izahatında bildirmişdir ki, Şəxs onun öz atası yaşındadır, onun bu məsələrdə heç bir planı yoxdur, xəbəri olmadan tanımadığı şəxsdən evlilik təklifi alacağını barədə heç düşünməmişdir. Şəxs ona yol vermiş və o da təşəkkür etmişdir. Lakin sonununcu onun təşəkkürünü yanlış analayaraq onun subay, boşanmaq fikrinin olub-olmadığını, onunla evlənmək istəyini bildirmiş, o isə həmin şəxsə evli olduğunu demiş və oradan uzaqlaşmışdır. Sonuncunun ona təkrar evlilik təklifi edərkən üzünün düşməyi məqsədilə hadisəni video qeydə almışdır. Bundan başqa, zərərçəkmiş şəxs N.A.İmanlı məhkəməyə ərizə təqdim edərək bildirmişdir ki, onun hal-hazırda Şəxs qarşı şikayəti, tələbi yoxdur və onun üzr istəməsini qəbul etmişdir. Bununla bağlı sonuncunun barəsində yüngül inzibati tənbeh tədbirinin tətbiq edilməsini məhkəmədən xahiş etmişdir. Məhkəmə proses iştirakçılarının izahatlarını dinləyib, toplanmış sübutlara məcmu halda hüquqi qiymət verərək hesab edir ki, Şəxs barəsində Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 510-ci maddəsi ilə olan inzibati xəta haqqında iş üzrə icraata xitam verilməlidir. Belə ki, iş materiallarında olan 14 mart 2023-cü il tarixli, MN ******* saylı inzibati xəta haqqında protokoldan görünür ki, Şəxs xx.xx.2023-cü il tarixdə Nəsimi rayonunda yerləşən Bakı Slavyan Universitetinin yanında tanımadığı qadına müxtəlif təkliflər etmiş, həmin qadın ona etiraz edərək evli olduğunu bildirmiş, lakin o qadına boşanmaq fikri olubolmadığını sual edərək xırda xuliqanlıq etmişdir. İş materiallarında olan 14 mart 2023-cü il tarixli raportdan görünür ki, xx.xx.2023-cü il tarixdə, “Sfera.AZ” xəbər portalında, “Lexus” markalı **-CV-*** dövlət qeydiyyat nişanlı avtomobilin sürücüsü, tanımadığı qadını, idarə etdiyi avtomobili ilə izləyərək, sonuncunun Bakı şəhəri, Nəsimi rayonunda Bakı Slavyan Universitetinin qarşısında olan zaman idarə etdiyi avtomobili saxlayaraq, xanıma müxtəlif təkliflər etdiyi, həmin qadın etirazını bildirib evli olduğunu bildirməsinə baxmayaraq, “Lexus” markalı avtomobili idarə edən şəxs boşandığını bildirərək, qadından boşanmaq fikrinin olub-olmadığını soruşması barədə məlumat paylaşılmışdır. Həmin şəxsin xx.xx.1968-ci il təvəllüdlü Şəxs olduğu məlum olmuşdur. Bununla əlaqədar o, Şəxs polis bölməsinə dəvət etmişdir. İş materiallarında olan CD-R diskdə olan videogörüntülərə məhkəmə iclasında baxış keçirilərkən müəyyən edilmişdir ki, Şəxs “Lexus” markalı **-CV-*** dövlət qeydiyyat nişanlı avtomobildə hərəkət edərkən piyada N.A.İmanlıya “Salam-aleykum bir dəqiqə dayan” söyləmiş, sonuncu ona “Bəli buyurun” deyərək cavab vermiş, O, “hara gedirsən?” sualı vermiş, daha sonra “Mən sənə görə dayandım” və özün göstərək “İstəməzsən belə bir dostun olsun, tanışın olsun?” sualını vermiş, N.A.İmanlı “Ailəliyəm” söyləmiş, Şəxs “Məndə evli olub ayrılmışam” söyləmiş, “Sənin ayrılmaq fikrin yoxdu?” sualını vermiş və daha sonra hər ikisi “Sağol” deyərək uzaqlaşmışdır. İş materiallarında olan zərərçəkmiş şəxs N.A.İmanlının məhkəməyə təqdim etdiyi ərizədən görünür ki, inzibati xəta törədən şəxs Şəxs qarşı şikayəti, tələbi yoxdur və onun üzr istəməsini qəbul etmişdir. Bununla bağlı sonuncunun barəsində yüngül inzibati tənbeh tədbirinin tətbiq edilməsini məhkəmədən xahiş etmişdir. Beləliklə, məhkəmə iclasında müəyyən edilmişdir ki, xx.xx.2023-cü il tarixdə, “Sfera.AZ” xəbər portalında, “Lexus” markalı 10-CV 010 dövlət qeydiyyat nişanlı avtomobilin sürücüsü, tanımadığı qadını, idarə etdiyi avtomobili ilə izləyərək, sonuncunun Bakı şəhəri, Nəsimi rayonunda Bakı Slavyan Universitetinin qarşısında olan zaman idarə etdiyi avtomobili saxlayaraq, xanıma müxtəlif təkliflər etdiyi, həmin qadın etirazını bildirib evli olduğunu bildirməsinə baxmayaraq, “Lexus” markalı avtomobili idarə edən şəxs boşandığını bildirərək, qadından boşanmaq fikrinin olub-olmadığını soruşması barədə məlumat paylaşılmışdır. Həmin şəxsin xx.xx.1968-ci il təvəllüdlü Şəxs olduğu məlum olmuşdur. Bununla əlaqədar o, Şəxs polis bölməsinə dəvət etmiş və polis bölməsində sonuncunun barəsində Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 510-cu maddəsi ilə inzibati xəta haqqında protokol tərtib edilmişdir. Göstərilənlərə əsasən məhkəmə hesab edir ki, Şəxs N.A.İmanlının qarşı etdiyi hərəkət yəni, sonuncuya evlilik təklifi etməsi və o, buna etiraz edib evli olduğunu bildirdikdən sonra ondan boşanmaq fikrinin olub-olmadığını soruşması xırda xuliqanlıq, yəni ictimai qaydanı pozan hərəkət kimi qiymətləndirilə bilməz və Şəxs əməlində inzibati xəta tərkibi yoxdur. Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 510-cu maddəsinə əsasən, xırda xuliqanlıq, yəni ictimai qaydanı pozan, lakin fiziki şəxslər üzərində zor tətbiq olunması ilə və ya belə zorun tətbiq edilməsi hədəsi ilə, yaxud özgənin əmlakının məhv edilməsi və ya zədələnməsi ilə müşayiət edilməyən hərəkətlərə görə - əlli manatdan yüz manatadək məbləğdə cərimə edilir, işin hallarına görə, pozuntunu törədənin şəxsiyyəti nəzərə alınmaqla, bu tədbirlərin tətbiqi kifayət sayılmadıqda, on beş günədək müddətə inzibati həbs tətbiq olunur. Təsvir olunanlardan görünür ki, məhkəmə araşdırması zamanı barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs əməlində Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 510 maddəsi ilə nəzərdə tutulan inzibati xətaların tərkibi olmamışdır. Belə ki, Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 3-cü maddəsinə əsasən, yalnız bu Məcəllə ilə nəzərdə tutulmuş inzibati xətanın törədilməsində təqsirli hesab edilən və inzibati xəta tərkibinin bütün digər əlamətlərini daşıyan əməli (hərəkət və ya hərəkətsizliyi) törətmiş şəxs inzibati məsuliyyətə cəlb olunur. Həmin Məcəllənin 8.1-ci maddəsinə əsasən barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin təqsiri bu Məcəllədə nəzərdə tutulmuş qaydada sübuta yetmədikdə və bu, inzibati xəta haqqında iş üzrə icraata baxmış hakimin, səlahiyyətli orqanın (vəzifəli şəxsin) qüvvəyə minmiş qərarı ilə müəyyən edilmədikdə o, təqsirsiz hesab edilir. Həmin Məcəllənin 8.2-ci maddəsinə əsasən inzibati məsuliyyətə cəlb olunmuş şəxs öz təqsirsizliyini sübut etməyə borclu deyildir. Həmin Məcəllənin 8.3-cü maddəsinə əsasən inzibati məsuliyyətə cəlb olunan şəxsin təqsirli olması barəsində şübhələr onun xeyrinə həll edilir. Həmin Məcəllənin 53.1.2-ci maddəsinə əsasən əməldə inzibati xəta tərkibi olmadıqda - inzibati xətalar haqqında işlər üzrə icraat başlanıla bilməz, başlanmış icraata isə xitam verilir. Həmin Məcəllənin 105.1-ci maddəsinə əsasən bu Məcəllənin 53-cü maddəsində nəzərdə tutulmuş hallardan hər hansı biri olduqda, icraatında inzibati xəta haqqında iş olan hakim və ya səlahiyyətli orqan (vəzifəli şəxs) inzibati xəta haqqında işin icraatına xitam verilməsi haqqında qərar qəbul edir. Həmin Məcəllənin 109.2-ci maddəsinə əsasən bu Məcəllənin 53 və 104.1-ci maddələrində nəzərdə tutulmuş hallar olduqda inzibati xəta haqqında iş üzrə icraata xitam verilməsi və ya inzibati xəta haqqında iş üzrə icraatın dayandırılması barədə qərar qəbul edilir. Beləliklə məhkəmə hesab edir ki, barəsində inzibati iş üzrə icraat aparılan şəxs Şəxs əməlində Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 510-ci maddəsi ilə nəzərdə tutulan inzibati xətaların tərkibi olmadığına görə, iş üzrə icraata xitam verilməlidir. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 21, 43, 106-112, 114.1.1, 115.1, 115.5, 117, 128.2.1, 130.1, 510 və 535.1-ci maddələrini rəhbər tutaraq, məhəkmə QƏRARA ALDİ: Şəxs barəsində Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 510-ci maddəsi ilə başlanılmış inzibati xəta haqqında iş üzrə icraata xitam verilsin. Qərardan 10 gün müddətində Bakı Şəhəri Nəsimi Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Sədrlik edən: Azər Tağıyev
Məhkəmə qərarları › İş №3(006)-1430/2023
Bakı Şəhəri Nəsimi Rayon Məhkəməsi Qərar — İş №3(006)-1430/2023
15.03.2023 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver