Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 3(006)-1431/2023 15.03.2023 BAKI ŞƏHƏRİ NƏSİMİ RAYON MƏHKƏMƏSİ Bakı şəhəri, Nəsimi rayon məhkəməsinin hakimi Hüseynov Elməddin Mirpaşa oğlunun sədrliyi, məhkəmə iclas katibi Mustafayeva İlhamə Mövlan qızının katibliyi, protokolu tərtib etmiş Bakı şəhər BPİ X4 İdarəsinin baş inspektoru X1, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan Şəxs Kamran oğlunun iştirakları ilə xx.xx.1995-ci ildə Gürcüstan Respublikasında anadan olmuş, Gürcüstan Respublikası vətəndaşı, orta təhsilli, evli, işləməyən, Gürcüstan Respublikasında qeydiyyatda olan və Bakı şəhəri, Xəzər rayonu, Binə qəsəbəsi, yeni yaşayış həyət evində yaşayan Şəxs Kamran oğlunun barəsində Azərbaycan Respublikası DİN Bakı şəhər BPİ X4 İdarəsi tərəfindən daxil olmuş inzibati xəta haqqında materiallara baxaraq məhkəmə müəyyən etdi: Şəxs Kamran oğlu nəqliyyat vasitəsini idarə etmək hüququ olmadan xx.xx.2022-ci il tarixdə idarə etdiyi, texniki cəhətdən saz vəziyyətdə olan «Mercedes Benz» markalı EE- 094-QQ dövlət nömrə nişanlı avtomaşınla Nəsimi rayonu, Ü.Hacıbəyov küçəsi və K.Səfərəliyeva küçəsinin kəsişməsində ehtiyatsızlıq nəticəsində qarşısında anidən dayanan sürücü Zərərçəkmiş şəxs idarə etdiyi, texniki cəhətdən saz vəziyyətdə olan «AUDİ Q-5 Minik» markalı **-TL-*** dövlət nömrə nişanlı avtomobillə toqquşmuş və toqquşma nəticəsində sonuncuya maddi zərərin yetirilməsinə səbəb olan yol-nəqliyyat hadisəsi törətmişdir. Məhkəmə iclasında barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan Şəxs Kamran oğlu özünü təqsirli bilərək verdiyi izahatında göstərmişdir ki, xx.xx.2022-ci il tarixdə o idarə etdiyi, texniki cəhətdən saz vəziyyətdə olan «Mercedes Benz» markalı EE- 094-QQ dövlət nömrə nişanlı avtomaşınla Nəsimi rayonu, Ü.Hacıbəyov küçəsi və K.Səfərəliyeva küçəsinin kəsişməsində ehtiyatsızlıq nəticəsində qarşısında anidən dayanan sürücü Zərərçəkmiş şəxs idarə etdiyi, texniki cəhətdən saz vəziyyətdə olan «AUDİ Q-5 Minik» markalı **-TL-*** dövlət nömrə nişanlı avtomobillə toqquşmuşdur. Hadisə nəticəsində nəqliyyat vasitələrinə maddi ziyan dəymişdir. Lakin hadisə yerində xəsarət alan şəxs olmamışdır. Sürücülük vəsiqəsinin Azərbaycan ərazisində müvəqqəti sürücülük vəsiqəsi ilə əvəz olunması barədə və 1 aydan artıq idarə etmə hüququnun olmamasını əvvəlcədən bilməmişdir. Törətdiyi inzibati xətadan peşmandır. Qeyd olunanları nəzərə alaraq barəsində daha yüngül cəza təyin edilməsini xahiş etmişdir. Məhkəmə iclasında inzibati xəta haqqında protokolu tərtib etmiş X2 izahatında bildirmişdir ki, Şəxs Kamran oğlu nəqliyyat vasitəsini idarə etmək hüququ olmadan xx.xx.2022-ci il tarixdə «Mercedes Benz» markalı EE-094-QQ dövlət nömrə nişanlı avtomaşınla Nəsimi rayonu, Ü.Hacıbəyov küçəsi və K.Səfərəliyeva küçəsinin kəsişməsində ehtiyatsızlıq nəticəsində qarşısında anidən dayanan sürücü Zərərçəkmiş şəxs idarə etdiyi, texniki cəhətdən saz vəziyyətdə olan «AUDİ Q-5 Minik» markalı **-TL-*** dövlət nömrə nişanlı avtomobillə toqquşmuş və toqquşma nəticəsində Zərərçəkmiş şəxs maddi zərərin yetirilməsinə səbəb olan yol-nəqliyyat hadisəsi törətmişdir. Bu səbəbdən də Şəxs Kamran oğlu barəsində inzibati xəta haqqında protokol tərtib edilərək baxılması üçün aidiyyətı üzrə məhkəməyə göndərilmişdir. Məhkəmə barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsi və inzibati xəta haqqında protokolu tərtib etmiş şəxsi dinləyib, inzibati xəta haqqında iş üzrə materialları araşdırıb, sübutlara qiymət verərək hesab edir ki, Şəxs Kamran oğlunun Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 332.4-cü maddəsində nəzərdə tutulmuş əməli törətməsi özünün etirafı, Bakı şəhər BPİ X4 İdarəsinin baş inspektoru X2 tərəfindən tərtib edilmiş 02 yanvar 2023-cü il tarixli, İXP ******* nömrəli inzibati xəta haqqında protokol və digər iş materialları ilə sübuta yetirilir. "Yol hərəkəti haqqında" Azərbaycan Respublikası Qanunun 35-1-ci maddəsinə görə Azərbaycan Respublikasında müvəqqəti olan əcnəbi və ya vətəndaşlığı olmayan şəxs yol hərəkətinin tənzimlənməsi sahəsində Azərbaycan Respublikasının tərəfdar çıxdığı beynəlxalq müqavilələrə uyğun olaraq xarici dövlətin səlahiyyətli orqanı tərəfindən verilmiş və etibarlıq müddəti qurtarmamış sürücülük vəsiqəsi əsasında Azərbaycan Respublikası ərazisində nəqliyyat vasitələrini idarə etmək hüququna malikdir. Əcnəbi və ya vətəndaşlığı olmayan şəxs Azərbaycan Respublikasında müvəqqəti və ya daimi yaşamaq üçün icazə aldıqda, ölkə ərazisində nəqliyyat vasitələrini idarə etmək üçün sürücülük vəsiqəsini həmin icazəni aldığı gündən bir ay müddətində bu Qanunun 35-ci maddəsinin Vİ-Vİİİ hissələrində müəyyən edilmiş qaydada dəyişdirməlidir. “Yol hərəkəti haqqında” Azərbaycan Respublikası Qanununun 35-1-ci maddəsinin həmin Qanunun 33-cü, Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 263-1-ci və Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 332-ci maddələri ilə əlaqəli şəkildə şərh edilməsinə dair Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin 19 may 2022-ci il tarixli qərarından görünür ki, yol hərəkətinin tənzimlənməsi sahəsində Azərbaycan Respublikasının tərəfdar çıxdığı beynəlxalq müqavilələrə uyğun olaraq xarici dövlətin səlahiyyətli orqanı tərəfindən verilmiş və etibarlıq müddəti qurtarmamış sürücülük vəsiqəsinə malik olan Azərbaycan Respublikasının vətəndaşı və Azərbaycan Respublikasında müvəqqəti və ya daimi yaşamaq üçün icazə alan şəxslər “Yol hərəkəti haqqında” Azərbaycan Respublikası Qanununun 35-1-ci maddəsinin müvafiq tələblərinə əməl etmədikdə, həmin Qanunun 33-cü maddəsinin V hissəsinə əsasən hüququ məhdudlaşdırılmış şəxs kimi nəqliyyat vasitələrini idarə etmək hüququ olmayan şəxs hesab edilir. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 9.1-ci maddəsinin tələbinə əsasən inzibati xəta törətmiş şəxs haqqında tətbiq edilən tənbeh ədalətli olmalıdır, yəni inzibati xətaların xarakterinə, onun törədilməsi hallarına uyğun, qanuni və əsaslı olmalıdır. Həmin Məcəllənin 21-ci maddəsinin tələbinə görə inzibati tənbeh məsuliyyət tədbiridir və inzibati xəta törədən şəxsi qanunlara əməl edilməsi ruhunda tərbiyələndirmək, habelə həm inzibati xəta törətmiş şəxs, həm də başqa şəxslər tərəfindən yeni inzibati xəta törədilməsinin qarşısını almaq məqsədi daşıyır. Həmin Məcəllənin 31.2-ci maddəsinin tələbinə əsasən fiziki və ya vəzifəli şəxslər barəsində inzibati tənbeh tətbiq edilərkən xətanın xarakteri, inzibati xəta törədən şəxsin şəxsiyyəti, onun təqsirinin dərəcəsi, əmlak vəziyyəti, habelə məsuliyyəti yüngülləşdirən və ağırlaşdıran hallar nəzərə alınır. Həmin Məcəllənin 332.2-ci maddəsinə görə nəqliyyat vasitəsini idarə etmək hüququ olmadan nəqliyyat vasitəsinin idarə edilməsinə görə - yüz manat məbləğində cərimə edilir. Həmin Məcəllənin 332.4-cü maddəsinə əsasən bu Məcəllənin 332.2-ci maddəsində nəzərdə tutulmuş xəta nəticəsində zərər çəkmiş şəxsin sağlamlığına yüngül bədən xəsarətinin yetirilməsinə və ya zərər çəkmiş şəxsə maddi zərər vurulmasına görə-dörd yüz manat məbləğində cərimə edilir və ya işin hallarına görə, pozuntunu törədənin şəxsiyyəti nəzərə alınmaqla, bir ayadək müddətə inzibati həbs tətbiq olunur. Yuxarıda göstərilən qanunvericilik normaları və Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenumunun qərarı ilə müəyyən olunur ki, Şəxs Kamran oğlu avtomobili idarə edərkən artıq onun srücülük hüququ olmayan şəxs statusunda olmuşdur. Məhkəmə inzibati xəta törətmiş şəxs Şəxs Kamran oğlunun əməlindən səmimi peşman olmasını məsuliyyətini yüngülləşdirən hal kimi nəzərə alır. Məhkəmədə inzibati xəta törətmiş şəxs Şəxs Kamran oğlunun məsuliyyətini ağırlaşdıran hallar müəyyən edilmədi. Məhkəmə inzibati tənbeh tədbiri tətbiq edərkən inzibati xətanın xarakterini, təqsirin dərəcəsini, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin şəxsiyyətini və işin digər hallarını nəzərə alaraq hesab edir ki, Şəxs Kamran oğluna Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 332.4-cü maddəsinin sanksiyasında nəzərdə tutulan cərimə növündə inzibati cəzanın tətbiq edilməsi məqsədə müvafiqdir. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 43, 49-51, 114-115, 117, 129 və 130-cu maddələrini rəhbər tutaraq məhkəmə q ə r a r a a l d ı: Şəxs Kamran oğlu Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 332.4-cü maddəsində nəzərdə tutulmuş inzibati xətanın törətməkdə təqsirli bilinib, 400 (dörd yüz) manat miqdarında inzibati qaydada cərimə edilsin. Qərarın surəti rəsmi qaydada alındığı gündən 10 (on) gün müddətində Bakı Apellyasiya Məhkəməsinə Nəsimi Rayon Məhkəməsi vasitəsi ilə şikayət verilə bilər. Hakim: Elməddin Hüseynov
Məhkəmə qərarları › İş №3(006)-1431/2023
Bakı Şəhəri Nəsimi Rayon Məhkəməsi Qərar — İş №3(006)-1431/2023
15.03.2023 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver