Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 3(006)-1432/2023 15.03.2023 BAKI ŞƏHƏRİ NƏSİMİ RAYON MƏHKƏMƏSİ Hakim: Pənahov Babək Əkbər oğlunun sədrliyi Məhkəmə iclasının katibi: X1 İnzibati xəta haqqında Bakı şəhəri Nəsimi Rayon Polis İdarəsinin protokolu tərtib etmiş şəxs: 22-ci polis şöbəsinin sahə rəisi X2 Zərər çəkmiş şəxs: Zərərçəkmiş şəxs Barəsində icraat aparılan şəxs: X3 iştirakları ilə xx.xx.1976-cı il tarixdə Bakı şəhərində anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı (FİN: xxxxxxx), evli, Bakı şəhəri, Nəsimi rayonu, F.Qasımzadə küçəsi, ev 01, mənzil 90-da qeydiyyatda olan X6 barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 227 və 535.1-ci maddələri üzrə tərtib olunmuş 14 mart 2023-cü il tarixli, MN ******* saylı inzibati xəta haqqında protokola və ona əlavə edilmiş sənədlərə açıq məhkəmə iclasında baxaraq məhkəmə M Ü Ə Y Y Ə N E T D İ: X6 ünvan 1 ünvanda yerləşən “Samokat.az” adlı obyektdə Zərərçəkmiş şəxs məxsus 400 manat dəyərində “Porodo Max” markalı skuteri mənimsəmiş, bununla bağlı xx.xx.2023-cü il tarixdə, saat 11:55 radələrində həmin ünvanda polis şöbəsinə dəvət olunan zaman polis əməkdaşının qanuni tələbinə qəsdən tabe olmamışdır. Məhkəmədə inzibati xəta haqqında protokolu tərtib etmiş şəxs Bakı şəhəri Nəsimi Rayon Polis İdarəsinin 22-ci polis şöbəsinin sahə rəisi X5 izahat verərək göstərdi ki, Zərərçəkmiş şəxs “102” xidmətinə müraciət edərək göstərmişdir ki, 2022-ci ilin noyabr ayında oğluna aid skuteri təmir etdirmək üçün ünvan 1 ünvanda yerləşən “Samokat.az” adlı servisə vermişdir. Lakin, bir müddətdən sonra həmin yerə gəlib samokatı geri istəsə də, servisdə işləyən X6 onu qaytarmaqdan imtina etmiş və guya bu samokatın servisə təmin üçün verilmədiyini bildirmişdir. Bununla bağlı araşdırma aparılan zamanı Vüqar skuteri guya servisdə tapdığını deyərək onu sahibinə qaytarmışdır. Onun əməlində cinayət tərkibi olmadığından təhqiqatçının qərarı ilə cinayət işinin başlanılması rədd edilmiş, eyni zamanda Vüqar Quliyevi mənimsəmə faktı ilə əlaqədar İnzibati Xətalar Məcəlləsinin 227-ci maddəsi üzrə məsuliyyətə cəlb olunması üçün materiallar aidiyyəti üzrə göndərilmişdir. Bununla əlaqədar müvafiq tədbir görülməsi üçün o, xx.xx.2023-cü il tarixdə, saat 11:55 radələrində ünvan 1 ünvanda yerləşən “Samokat.az” adlı obyektə gedib Vüqar Quliyevi polis şöbəsinə dəvət etsə də, sonuncu onunla kobud davranmış, heç yerə getməyəcəyini bildirib onun qanuni tələbinə tabe olmamışdır. O da əlavə kömək çağıraraq onu 22-ci polis şöbəsinə aparmışlar. Məhkəmə iclasında zərər çəkmiş şəxs Zərərçəkmiş şəxs izahatında göstərdi ki, 2022-ci ilin noyabr ayında oğluna aid, dəyəri 400 manat olan skuteri təmir etdirmək üçün Bakı şəhəri, Nəsimi rayonu, 23 saylı orta məktəbin yaxınlığında yerləşən “Samokat.az” adlı servisə vermişdir. Onun özünün də şəxsi problemlərinə başı qarışdığından həmin ərəfələrdə skuterin servisdə qaldığını unutmuşdur. Lakin bir müddət sonra skuteri götürmək istədikdə, skuter ona verilməmişdir. Orada işləyən Vüqar adlı şəxs ondan skuterin həqiqətən ora verildiyini təsdiq edən sənəd tələb etmişdir. O isə aralarında olan telefon danışığını sübut etmək üçün telefon danışıqlarının siyahısını "xxxx" MMC-dən əldə etmiş, lakin sonradan xatırlamışdır ki, aralarında olan danışıqlar “WhatsApp” proqramı vasitəsilə olmuşdur. Həmin danışıqları da əldə etmək üçün aidiyyəti şəbəkəyə müraciət etsə də, ona “WhatsApp” vasitəsi ilə danışıqların internet üzərindən olduğuna görə siyahının "xxxx" MMC tərəfindən verilmədiyi bildirilmişdir. Vüqar Quliyevin əsəbi formada olan cavablarına görə o, “102” xidmətinə müraciət etmişdir. Sonradan Vüqarın arvadı ona zəng edərək skuterin servisdə tapıldığını və gəlib onu götürə biləcəyini bildirdikdə, artıq müraciəti barədə polis şöbəsində araşdırma aparılırdı. Hazırda skuter ona təqdim edilmiş, Şəxs isə ondan etdiyi hərəkətlərə görə üzr istəmişdir. Bu səbəbdən də Şəxslə barışmış, ondan şikayət və tələbi yoxdur. Məhkəmə iclasında barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs X6 izahat verərək göstərdi ki, zərər çəkmiş şəxs 04 ay əvvəl skuterini təmir üçün əvvəlcədən heç bir ödəniş etmədən servisə gətirmiş, sonradan da onunla maraqlanmamışdır. Onun da gün ərzində işləri çox olduğuna görə həmin skuterin mağazada qaldığı yadından çıxmışdır. Belə ki, müştərinin skuteri 1-2 gündən artıq mağazada qalması onun özünə də sərf etmir. Çünki mağazanın sahəsi o qədər böyük deyil, yer məhduddur. Zərər çəkmiş şəxs aylar sonra gəlib skuteri tələb etdikdə, o əvvəl hansı skuter olduğunu xatırlamadığından ondan sübut tələb etmişdir. Sonradan polis əməkdaşları ona bu barədə məlumat verdikdə könüllü olaraq zərər çəkmiş şəxslə əlaqə yaratmışdır ki, gəlib skuteri mağazadan götürsün. Eyni zamanda polis əməkdaşlarının əvvəlki çağırışlarından məlumatsız olmuş, əks halda çağırışlara vaxtında gələrək lazımi izahatları verərdi. Sonuncu dəfə polis şöbəsinə dəvət edildikdə qeyd olunan mübahisədə özünü günahkar hesab etmədiyinə görə əsəbi olmuş, polis əməkdaşının tələbinə tabesizlik göstərmişdir. Zərər çəkmiş şəxsdən və polis əməkdaşlarından üzr istəyir. İş materiallarında olan: - “Cinayət işinin başlanmasının rədd edilməsi barədə” 11 mart 2023-cü il tarixli qərarda qeyd olunmuşdur ki, Zərərçəkmiş şəxs “102” xidmətinə zəng edərək iki ay əvvəl oğluna aid skuteri təmir etdirmək məqsədi ilə “Samokat az” adlı servisə verdiyini, lakin bir müddət keçdikdən sonra skuteri geri istədikdə onun qaytarılmadığını bildirmişdir. Araşdırma zamanı X3 əməlində cinayət tərkibi olmadığından toplanmış material üzrə cinayət işinin başlanılması rədd edilmişdir; - “İnzibati qaydada tutma haqqında” 14 mart 2023-cü il tarixli, AB ******* saylı protokoldan görünür ki, X6 14 mart 2023-cü il tarixdə, saat 13:00-da tutulmuşdur. Məhkəmə proses iştirakçılarının izahatlarını dinləyib, habelə iş materiallarını araşdırıb hesab edir ki, X6 tərəfindən Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 227 və 535.1-ci maddələrində nəzərdə tutulmuş inzibati xətaların törədilməsi tam sübuta yetirilir. Zərər çəkmiş şəxslə barışıq əldə olunduğundan və vurulmuş zərər aradan qaldırıldığından, X6 barəsində İnzibati Xətalar Məcəlləsinin 227-ci maddəsi üzrə icraata xitam verilməli, eyni zamanda o, həmin Məcəllənin 535.1-ci maddəsi ilə təqsirli bilinərək inzibati məsuliyyətə cəlb edilməlidir. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 227-ci maddəsi xırda talama, yəni oğurlama, mənimsəmə, israfçılıq, qulluq mövqeyindən sui-istifadə və ya dələduzluq yolu ilə özgəsinin əmlakını talamağa görə, 535.1-ci maddəsi isə polis işçisi və ya hərbi qulluqçu ictimai qaydanın mühafizə vəzifələrini icra edərkən, onların qanuni tələblərinə qəsdən tabe olmamağa görə məsuliyyət müəyyən edir. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 39.2-ci maddəsinə görə bu Məcəllənin 227-ci maddəsində nəzərdə tutulmuş inzibati xəta haqqında iş üzrə icraat zamanı inzibati xəta törətmiş şəxs vurulmuş ziyanı tamamilə ödədikdə və zərər çəkmiş şəxslə barışdıqda inzibati iş üzrə icraata xitam verilir. “Polis haqqında” Azərbaycan Respublikası Qanununun 7-ci maddəsinin İİ hissəsinə görə Azərbaycan Respublikasının ərazisində olan bütün hüquqi və fiziki şəxslər polis əməkdaşının qanuni tələblərini icra etməlidirlər. Həmin Qanunun 17-ci maddəsinin 1-ci bəndinə görə hər bir şəxsdən cinayətlərə və digər hüquqpozmalara, şəxsiyyət və ictimai asayiş üçün təhlükə törədən və onlara şərait yaradan hərəkətlərə son qoyulmasını tələb etmək polis əməkdaşının hüququdur. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 3-cü maddəsinə əsasən yalnız bu Məcəllə ilə nəzərdə tutulmuş inzibati xətanın törədilməsində təqsirli hesab edilən və inzibati xəta tərkibinin bütün digər əlamətlərini daşıyan əməli (hərəkət və ya hərəkətsizliyi) törətmiş şəxs inzibati məsuliyyətə cəlb olunur. Həmin Məcəllənin 9.1-ci maddəsinin tələbinə görə inzibati xəta törətmiş şəxs haqqında tətbiq edilən tənbeh ədalətli olmalıdır, yəni inzibati xətaların xarakterinə, onun törədilməsi hallarına və inzibati xətanı törətməkdə təqsirli bilinənin şəxsiyyətinə uyğun olmalıdır. İnzibati Xətalar Məcəlləsinin 31.2-ci maddəsinə əsasən fiziki və ya vəzifəli şəxslər barəsində inzibati tənbeh tətbiq edilərkən, xətanın xarakteri, inzibati xəta törədən şəxsin şəxsiyyətini xarakretizə edən hallar, onun təqsirinin dərəcəsi, əmlak vəziyyəti, habelə məsuliyyəti yüngülləşdirən və ağırlaşdıran hallar nəzərə alınır. Məhkəmə iclasında X3 məsuliyyətini yüngülləşdirən və ya ağırlaşdıran hallar müəyyən edilmədi. Beləliklə, məhkəmə X3 törətdiyi inzibati xətanın xarakterini, onun şəxsiyyətini, əmlak vəziyyətini nəzərə alaraq hesab edir ki, ona İnzibati Xətalar Məcəlləsinin 535.1-ci maddəsinin sanksiyasında nəzərdə tutulan cərimə növündə tənbeh tədbiri tətbiq edilməli, eyni zamanda o, inzibati qaydada tutulduğu üçün həmin Məcəllənin 31.4-1-ci maddəsinin tələbləri də nəzərə alınmalıdır. Göstərilənləri nəzərə alaraq və Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 40-cı, 43-cü, 48-50-ci, 114-115-ci və 128-130-cu maddələrini rəhbər tutaraq məhkəmə QƏRARA ALDİ: X6 Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 535.1-ci maddəsində nəzərdə tutulmuş əməlin törədilməsində təqsirli bilinsin, həmin Məcəllənin 31.4-1-ci maddəsi nəzərə alınmaqla 150 (yüz əlli) manat məbləğində cərimə edilsin. X6 barəsində İnzibati Xətalar Məcəlləsinin 227-ci maddəsi ilə başlanmış inzibati xəta haqqında iş üzrə icraata xitam verilsin. Qərardan, onun surəti rəsmi qaydada verildiyi vaxtdan 10 (on) gün müddətində Bakı şəhəri Nəsimi Rayon Məhkəməsi vasitəsilə Bakı Apellyasiya Məhkəməsinə şikayət verilə bilər. Hakim Babək Pənahov
Məhkəmə qərarları › İş №3(006)-1432/2023
Bakı Şəhəri Nəsimi Rayon Məhkəməsi Qərar — İş №3(006)-1432/2023
15.03.2023 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver