Məhkəmə qərarları › İş №3(006)-1434/2021

Bakı Şəhəri Nəsimi Rayon Məhkəməsi Qərar — İş №3(006)-1434/2021

10.09.2021 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 3(006)-1434/2021 10.09.2021 BAKI ŞƏHƏRİ NƏSİMİ RAYON MƏHKƏMƏSİ Hakim Mustafayeva Solmaz Rafael qızının sədrliyi, Məhkəmə iclas katibi Fərəcova Təranə Aydın qızının katibliyi, "xxxx" MTK-nın nümayəndəsi və vəkili X1 iştirakı ilə, xx.xx.1978-ci ildə Füzuli rayonu, Qərbənd kəndində anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı (FİN: xxxxxxx), "xxxx" MTK-nın rəhbəri vəzifəsində işləyən, Füzuli şəhəri, Ə.Məmmədov küçəsi, ev 08, mənzil 14-də qeydiyyatda olan və Bakı şəhəri, Nəsimi rayonu, Ak.Mirqasımov küçəsi, ev 23-də yaşayan Şəxs barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsi üzrə tərtib olunmuş 04.06.2021-ci il tarixli, MN ******* saylı inzibati xəta haqqında protokola və ona əlavə edilmiş sənədlərə açıq məhkəmə iclasında baxaraq MÜƏYYƏN ETDİ: Bakı şəhəri Nəsimi rayon İcra Şöbəsinin icra məmuru X9 oğlu "xxxx" MTK-nın qanuni təmsilçisi Şəxs Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin 26.02.2021-ci il tarixli, 2(006)-2579/2021 saylı icra vərəqəsini üzürlü səbəb olmadan icra etmədiyinə görə onun İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsi ilə inzibati məsuliyyətə cəlb edilməsini xahiş etmişdir. Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin 05 iyul 2021-ci il tarixli, 3(006)-1434/2021 saylı qərarı ilə Şəxs Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətməkdə təqsirli bilinərək 1.200 (min iki yüz) manat məbləğində cərimə edilmişdir. Bakı Apelyasiya Məhkəməsinin 3(103)-1829/2021 nömrəli, 16 avqust 2021-ci il tarixli qərarı ilə Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin 05 iyul 2021-ci il tarixli qərarı ləğv edilmiş və iş materialları yenidən baxılması üçün məhkəməyə göndərilmişdir. Məhkəmə iclasında Gloria Palace” MTK-nın nümayəndəsi 12 saylı Vəkil Bürosunun vəkili X3 izhahatında bildirmişdir ki, Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin 26.02.2021ci il tarixli, 2(006)-2579/2021 saylı icra sənədinə görə mülki iş üzrə yekun məhkəmə aktı qəbul edilənədək iddiaçı X2 ünvan 1 ünvanda xüsusi mülkiyyətində olan fərdi yaşayış evinin önündə çəkilmiş hasarların (ona aid hissədə) sökülməsi və onun mülkiyyət hüququnun pozulmasının davam etməsindən çəkinməsi öhdəliyi "xxxx" MTK-nın üzərinə qoyulmuşdur. Bakı Apelyasiya Məhkəməsinin 01.06.2021-ci il tarixli, 2(103)-5652/2021 saylı qərardadı ilə Nəsimi Rayon Məhkəməsinin qərardadında “iddiaçının mülkiyyət hüququnun pozulmasının davam etməsindən çəkinməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması” hissəsi ləğv edilmiş, qalan hissədə dəyişdirilmədən saxlanılmışdır. Bakı Apelyasiya Məhkəməsinin 01.06.2021-ci il tarixli, 2(006)-2579/2021 saylı qərardadı tərəflərindən Bakı şəhəri Nəsimi rayon İcra Şöbəsinin icra məmuru X4 tərtib etdiyi protokoldan xeyli əvvəl icra olunmuş, lakin bu barədə dəfələrlə icra məmuruna məlumat versələr də, icra məmuru gəlib bu barədə akt etməmiş və nəticədə xəbərləri olmadan barələrində inzibati xəta haqqında protokol tərtib edərək tədbir görülməsi üçün məhkəməyə göndərmişdir. Göstərilənləri nəzərə alaraq inzibati xəta haqqında iş üzrə icraata xitam verilməsini xahiş etmişdir. Məhkəmə iclaslarının vaxtı və yeri barədə xəbardarlıq edilməsinə baxmayaraq, icra məmuru məhkəmə iclasına gəlməmiş, bunun səbəbləri barədə məhkəməyə məlumat verilməmişdir. Məhkəmə işə onun iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə proses iştirakçısının izahatını dinləyib və iş materiallarını araşdıraraq hesab edir ki, inzibati xətanın aşkar edildiyi vaxtdan qanunla müəyyən edilmiş inzibati məsuliyyətə cəlb etmə müddəti keçdiyindən inzibati xəta haqqında iş üzrə icraata xitam verilməlidir. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 38.1-ci maddəsinə görə inzibati tənbeh inzibati xətanın törədildiyi gündən ən geci üç ay keçənədək verilə bilər. Yol hərəkəti qaydaları, yol hərəkəti təhlükəsizliyinin təmin edilməsi və avtomobil yollarından istifadə qaydaları, gömrük qaydaları, ətraf mühitin qorunması qaydaları, xarici dövlətlərin qeyri-hökumət təşkilatlarının filial və ya nümayəndəliklərinin fəaliyyət göstərməsi qaydaları, qrant müqavilələrinin (qərarlarının) qeydə alınması qaydaları, eləcə də maliyyə, vergilərin və rüsumların ödənilməsi qaydaları əleyhinə olan inzibati xətalara görə, habelə hüquqi şəxslərin dövlət reyestri üçün zəruri məlumatların verilməməsinə, hüquqi şəxslərin dövlət qeydiyyatı zamanı yanlış məlumatların verilməsinə, qeyri-hökumət təşkilatları haqqında və cinayət yolu ilə əldə edilmiş pul vəsaitlərinin və ya digər əmlakın leqallaşdırılmasına və terrorçuluğun maliyyələşdirilməsinə qarşı mübarizə haqqında, həmçinin dərman vasitələri haqqında qanunvericiliyin, habelə əcnəbilərin və vətəndaşlığı olmayan şəxslərin Azərbaycan Respublikasında olması və yaşaması qaydalarının, əcnəbilərin və vətəndaşlığı olmayan şəxslərin işə cəlb edilməsi qaydasının pozulmasına, xırda talamaya görə inzibati tənbeh inzibati xətanın törədildiyi gündən ən geci bir il keçənədək verilə bilər. Həmin Məcəllənin 528.1-ci maddəsi Məcəllənin 39-cu fəslinə, yəni idarəçilik qaydaları əleyhinə olan inzibati xətalara aiddir. Göründüyü kimi, inzibati xətalar qanunvericiliyinə görə idarəçilik qaydaları əleyhinə olan inzibati xətalara görə inzibati məsuliyyətə cəlb etmə müddəti ilə bağlı xüsusi norma göstərilmədiyindən, bu müddət 3 ay müəyyən edilmişdir. İnzibati Xətalar Məcəlləsinin 53.0.6-cı maddəsinə görə bu Məcəllənin 38-ci maddəsində nəzərdə tutulmuş müddətlər başa çatdıqda inzibati xətalar haqqında işlər üzrə icraat başlanıla bilməz, başlanmış icraata isə xitam verilir. Həmin Məcəllənin 105.1-ci maddəsinə əsasən bu Məcəllənin 53-cü maddəsində nəzərdə tutulmuş hallardan hər hansı biri olduqda, icraatında inzibati xəta haqqında iş olan hakim və ya səlahiyyətli orqan (vəzifəli şəxs) inzibati xəta haqqında işin icraatına xitam verilməsi haqqında qərar qəbul edir. Həmin Məcəllənin 109.2-ci maddəsinə görə bu Məcəllənin 53 və 104.1-ci maddələrində nəzərdə tutulmuş hallar olduqda inzibati xəta haqqında iş üzrə icraata xitam verilməsi və ya inzibati xəta haqqında iş üzrə icraatın dayandırılması barədə qərar qəbul edilir. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 53 və 105-ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏRARA ALDİ: Şəxs barəsində Nəsimi Rayon İcra Şöbəsinin icra məmuru X6 tərəfindən Azərbaycan Respublikası İXM-nin 528.1-ci maddəsi ilə tərtib olunmuş 04.06.2021-ci il tarixli, MN ******* saylı nömrəli inzibati xəta haqqında protokol üzrə inzibati məsuliyyətə cəlb etmə müddəti keçdiyindən, inzibati xəta haqqında iş üzrə icraata xitam verilsin. Qərardan, onun surəti rəsmi qaydada verildiyi vaxtdan 10 (on) gün müddətində Bakı şəhəri Nəsimi Rayon Məhkəməsi vasitəsilə Bakı Apelyasiya Məhkəməsinə şikayət verilə bilər. Sədrlik edən Solmaz Mustafayeva

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar