Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 3(006)-1434/2022 11.05.2022 BAKI ŞƏHƏRİ NƏSİMİ RAYON MƏHKƏMƏSİ Hakim: Pənahov Babək Əkbər oğlunun sədrliyi Məhkəmə iclasının katibi: X1 Barəsində icraat aparılan şəxs: “İslahat LTDMMC-nin nümayəndəsi Nümayəndə iştirakları ilə Şəxs MMC (hüquqi ünvanı: Bakı şəhəri, Nəsimi rayonu, 28 May küçəsi, ev 05; VÖEN: **********) barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 430.4cü maddəsi üzrə tərtib olunmuş 18.04.2022-ci il tarixli, EP ******* saylı inzibati xəta haqqında protokola və ona əlavə edilmiş sənədlərə açıq məhkəmə iclasında baxaraq M Ü Ə Y Y Ə N E T D İ: Protokola görə Şəxs MMC 33.584,00 Avro məbləğində olan vəsaiti bank hesabından 04.03.2020-ci il tarixdə Azərbaycan Respublikasından kənara qabaqcadan ödəniş etməklə köçürmüş, lakin ödənişin aparıldığı gündən 02 ildən artıq müddətin keçməsinə baxmayaraq həmin vəsait hesabına alınan malların ölkəyə idxalını təsdiq edən gömrük bəyannaməsi və ya idxal olunan xidmətlərin göstərilməsini təsdiq edən sənədi təqdim etməmiş, qabaqcadan ödənilmiş valyuta vəsaitini xaricdən geri qaytarmamışdır. Məhkəmədə barəsində icraat aparılan hüquqi şəxs “İslahat LTD MMC-nin nümayəndəsi Nümayəndə izahatında göstərdi ki, Şəxs MMC ilə Çexiyada fəaliyyət göstərən “X3 S.R.O.” şirkəti arasında bağlanılmış 11.01.2020-ci il tarixli, 20211001 saylı müqavilə üzrə malların alışı və xidmətlərin göstərilməsi üçün MMC-nin "xxxx" ASC-də olan hesabından 04.03.2020-ci il tarixdə həmin şirkətə 33.584,00 Avro pul köçürülmüşdür. **********3744 saylı gömrük bəyannaməsinə əsasən həmin müqavilə üzrə 19.951,60 Avro dəyərində mallar 23.09.2020-ci il tarixdə ölkəyə idxal edilmiş, 13.632,40 Avro isə müvafiq kursların keçirilməsi üçün ödənilmiş xidmət haqqı təşkil etmişdir. Bəyannamə və göstərilmiş xidmətlə bağlı akt üzərində bank tərəfindən aidiyyəti qeydlər aparılmışdır. İcraata xitam verilməsini xahiş edir. Məhkəmə iclasının vaxtı və yeri barədə rəsmi məlumat verilməsinə baxmayaraq, inzibati xəta haqqında protokolu tərtib etmiş Mərkəzi Bankın nümayəndəsi məhkəməyə gəlməmiş, bunun səbəbi barədə məlumat verilməmişdir. Məhkəmə işə onun iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. İşdə olan sənədlərə əsasən: - "xxxx" ASC tərəfindən Azərbaycan Respublikası Mərkəzi Bankına göndərilmiş 14.03.2022-ci il tarixli məlumatda Şəxs MMC-nin 04.03.2020-ci il tarixdə 33.584,00 ABŞ dəyərində vəsaiti xaricə “X3 S.R.O.” şirkətinin hesabına köçürdüyü və 02 il müddətində bu vəsait hesabına alınan malların ölkəyə idxalını təsdiq edən sənədlərin təqdim edilməməsi göstərilmişdir; - “X3 S.R.O.” şirkəti tərəfindən verilmiş 03.03.2020-ci il tarixli, 20200003 saylı invoysda ödəniləcək məbləğ 33.584,00 Avro göstərilir; - Köçürmə sənədinə görə Şəxs MMC tərəfindən Çexiyada fəaliyyət göstərən “X3 S.R.O.” şirkətinin hesabına 11.01.2020-ci il tarixli, 20211001 saylı müqavilə ilə bağlı 03.03.2020-ci il tarixli, 20200003 saylı invoys üzrə 04.03.2020-ci il tarixdə 33.584,00 Avro pul göndərilmişdir; - **********3744 saylı gömrük bəyannaməsinə görə “X3 S.R.O.” şirkəti tərəfindən Şəxs MMC-yə 11.01.2020-ci il tarixli, 20211001 saylı müqavilə ilə bağlı göndərilmiş 19.951,60 Avro dəyərində mallar 23.09.2020-ci il tarixdə ölkəyə idxal olunmuş, bu barədə "xxxx" ASC-nin Nəsimi filialı tərəfindən sənədin üzərində qeyd aparılmışdır; - 11.01.2020-ci il tarixli, 20211001 saylı müqaviləyə 04.03.2020-ci il tarixli Əlavəyə əsasən “Alıcı” tərəfindən 33.584,00 Avro “Satıcı”ya ödənilmiş, alınan mallarla bağlı sifarişin ümumi dəyəri 19.951,60 Avro təşkil edir, 13.632,40 Avro isə kursların təşkil olunması ilə bağlı ödənilir; - “X3 S.R.O.” şirkəti ilə Şəxs tərəfindən imzalanmış 06.03.2020-ci il tarixli “Görülmüş işlər üzrə Akt”a görə “Satıcı” “Alıcı”nın işçiləri üçün qabaqcadan ödənilən şərtlərə əsasən müəyyən satış kursları keçirmiş, kursun dəyəri 13.632,40 Avro təşkil edir. Akt üzərində "xxxx" ASC-nin Nəsimi filialı tərəfindən qeyd aparılaraq qalıq “0” Avro göstərilmişdir. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 430.4-cü maddəsinə avans yolu ilə ödənilmiş valyuta vəsaitinin müqabilində müəyyən edilmiş müddətlərdə müvafiq mallar idxal edilmədikdə, işlər görülmədikdə və ya xidmətlər göstərilmədikdə ödənilmiş valyuta vəsaitinin xaricdən geri qaytarılmamasına görə məsuliyyət nəzərdə tutur. Azərbaycan Respublikası Mərkəzi X2 28.11.2016-cı il tarixli, 45/1 saylı qərarı ilə təsdiq edilmiş “Azərbaycan Respublikasının rezident və qeyri-rezidentlərinin xarici valyuta əməliyyatlarının aparılması Qaydaları”nın 4.3.1.3-cü bəndinə görə qabaqcadan ödəniş aparıldıqda banka ödənişin təyinatını, şərtlərini və məbləğini əks etdirən sənəd təqdim edilir. Qabaqcadan ödəniş müqabilində malların ölkəyə idxalını (xidmətlərin göstərilməsini) təsdiq edən gömrük bəyannaməsi (xidmətlərin göstərilməsini təsdiq edən sənəd) banka təqdim olunmalıdır və ya xeyrinə qabaqcadan ödənişin edildiyi şəxs və ya üçüncü şəxs tərəfindən qabaqcadan ödənilmiş məbləğ geri qaytarılmalıdır. Müvafiq sənədlər ödənişin aparıldığı gündən ən geci 2 (iki) il müddətində banka təqdim edilmədikdə və ya qabaqcadan ödənilmiş məbləğ geri qaytarılmadıqda və bu zaman idxal edilməyən malların (göstərilməyən xidmətlərin) və ya geri qaytarılmayan məbləğin qalıq dəyəri 10.000 (on min) Avro ekvivalenti məbləğindən çox olduqda, bank tərəfindən qabaqcadan ödəniş əməliyyatına dair bütün sənədlər 5 (beş) iş günü ərzində Azərbaycan Respublikasının Mərkəzi Bankına təqdim edilir. Beləliklə məhkəmədə müəyyən olundu ki, Şəxs MMC tərəfindən Çexiyada fəaliyyət göstərən “X3 S.R.O.” şirkətinin hesabına 11.01.2020-ci il tarixli, 20211001 saylı müqavilə üzrə 04.03.2020-ci il tarixdə köçürülmüş 33.584,00 Avro dəyərində vəsaitlə bağlı 19.951,60 Avro dəyərində mallar 23.09.2020-ci il tarixdə ölkəyə idxal olunmuş, 13.632,40 Avro ilə bağlı isə xidmətlər göstərilərək kurslar təşkil edilmişdir. İnzibati Xətalar Məcəlləsinin 3-cü maddəsinə əsasən yalnız bu Məcəllə ilə nəzərdə tutulmuş inzibati xətanın törədilməsində təqsirli hesab edilən və inzibati xəta tərkibinin bütün digər əlamətlərini daşıyan əməli (hərəkət və ya hərəkətsizliyi) törətmiş şəxs inzibati məsuliyyətə cəlb olunur. Həmin Məcəllənin 12.1-ci maddəsinə görə bu Məcəllə ilə qorunan ictimai münasibətlərə qəsd edən, hüquqazidd olan, təqsirli sayılan (qəsdən və ya ehtiyatsızlıqdan törədilən) və inzibati məsuliyyətə səbəb olan əməl (hərəkət və ya hərəkətsizlik) inzibati xəta hesab olunur. Bu Məcəllənin 53.1.2-ci maddəsinin tələbinə görə inzibati xəta tərkibi olmadıqda inzibati xətalar haqqında işlər üzrə icraat başlanıla bilməz, başlanmış icraata isə xitam verilir. Qeyd edilən Məcəllənin 105.1-ci maddəsinə görə bu Məcəllənin 53-cü maddəsində nəzərdə tutulmuş hallardan hər hansı biri olduqda, icraatında inzibati xəta haqqında iş olan hakim və ya səlahiyyətli orqan (vəzifəli şəxs) inzibati xəta haqqında işin icraatına xitam verilməsi haqqında qərar qəbul edir. Beləliklə, məhkəmə göstərilənləri nəzərdən keçirərək hesab edir ki, hazırkı iş üzrə inzibati xəta hadisəsi olmadığından Şəxs MMC barəsində başlanılmış iş üzrə icraata xitam verilməlidir. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 40-cı, 43-cü, 48-50-ci, 114-115-ci və 128-130-cu maddələrini rəhbər tutaraq məhkəmə Q Ə R A R A A L D İ: Şəxs MMC barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 430.4cü maddəsi ilə başlanılmış inzibati xəta haqqında iş üzrə icraata xitam verilsin. Qərardan, onun surəti rəsmi qaydada verildiyi vaxtdan 10 (on) gün müddətində Bakı şəhəri Nəsimi Rayon Məhkəməsi vasitəsilə Bakı Apellyasiya Məhkəməsinə şikayət verilə bilər. Hakim Babək Pənahov
Məhkəmə qərarları › İş №3(006)-1434/2022
Bakı Şəhəri Nəsimi Rayon Məhkəməsi Qərar — İş №3(006)-1434/2022
11.05.2022 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver