Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 3(006)-1435/2023 24.06.2023 BAKI ŞƏHƏRİ NƏSİMİ RAYON MƏHKƏMƏSİ Nəsimi Rayon Məhkəməsinin hakimi Hüseynov Elməddin Mirpaşa oğlunun sədrliyi, Mustafayeva İlhamə Mövlan qızının katibliyi ilə, Azərbaycan Respublikası Dövlət Miqrasiya Xidmətinin nümayəndəsi X2, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan hüquqi şəxs Şəxs MMC-nin nümayəndəsi və vəkili X1 iştirakları ilə, Şəxs MMC-nin Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 578.1-ci maddəsi ilə ilə təqsirli bilinməsinə dair inzibati xəta haqqında materiala açıq məhkəmə iclasında baxaraq, məhəkmə MÜƏYYƏN ETDİ: Şəxs MMC-nin Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 578.1-ci maddəsi ilə nəzərdə tutulmuş inzibati xətaları törətməsinə dair 13 mart 2023-cü il tarixli, MN ******* saylı inzibati xəta haqqında protokol Nəsimi Rayon Məhkəməsinə göndərilmişdir. İnzibati xəta haqqında protokola əsasən, Türkiyə Respublikası vətəndaşı Orhan İlyasın iş icazəsi olmadan Şəxs MMC-də haqqı ödənilən əmək fəailyyəti ilə məşğul olması müəyyən edilmişdir. Bakı şəhəri Nəsimi rayon məhkəməsinin 3(006)-1435/2023 saylı, 14 aprel 2023cü il tarixli Qərarına əsasən Şəxs MMC-nin barəsində Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 578.1-ci maddəsi ilə başlanılmış inzibati xəta haqqında iş üzrə icraata xitam verilmişdir. Həmin qərardan verilmiş apellyasiya şikayəti əsasında Bakı Apellyasiya Məhkəməsinin 3(103)-1092/2023 saylı, 31 may 2023-cü il tarixli Qərarına əsasən Bakı şəhəri Nəsimi rayon məhkəməsinin 3(006)-1435/2023 saylı, 14 aprel 2023-cü il tarixli Qərarı ləğv edilmiş və inzibati xəta haqqında iş yenidən araşdırılması üçün bakı şəhəri Nəsimi rayon məhkəməsinə qaytarılmışdır. Məhkəmə iclasında iştirak edən Azərbaycan Respublikası Dövlət Miqrasiya Xidmətinin nümayəndəsi X4 protokolu müdafiə edərək bildirmişdir ki, yoxlama zamanı Türkiyə Respulikasının vətandaşı Orhan İlyas izahatında Şəxs MMC-də işləməsi barədə məlumat vermişdir. Həmin şəxs barəsində 11 mart 2023-cü il tarixli, MN ******* saylı inzibati tənbeh vermə haqqında qərar qəbul olunmuş və 13 mart 2023-cü il tarixdə Şəxs MMC məlumatlandırılmışdır. Orhan İlyasın Azərbaycan Respublikasında olma və yaşama qaydalarına əməl etməsi yoxlanılmış və sonuncu öz əməlini izahatında etiraf etmişdir. X7 özü inzibati məsuliyyətə cəlb edilmiş və cəriməsi şəxsən özü tərəfindən ödənilmişdir. Şəxs MMC barəsində 13 mart 2023-cü il tarixdə protokol tərtib edilmiş və həmin protokolun surəti MMC-yə təqdim olunmuşdur. Tərəfimizdən müəyyən olunmuşdur ki, MMC tərəfindən həmin şəxs qanunsuz olaraq işə cəlb edilmişdir. Orhan İlyasa dəfələrlə zəng edilsə də, sonuncu gəlməmiş, ona görə də, tərəflər arasında üzləşdirmə aparılması mümkün olmamışdır. Göstərilənləri nəzərə alaraq Şəxs MMC barəsində müvafiq inzibati tənbeh tədbirinin tətbiq edilməsini məhkəmədən xahiş etmişdir. Məhkəmə iclasında iştirak edən barəsində inzibati iş üzrə icraat aparılan şəxs Şəxs MMC-nin nümayəndəsi və vəkili X3 bildirmişdir ki, Şəxs MMC-nin inzibati xəta haqqında iş üzrə məsuliyyətə cəlb olunması qanunsuz və əsassızdır. Belə ki, MMC tərəfindən qərarda qeyd edilən inzibati xəta törədilməmişdir. Miqrasiya Xidmətinə izahat vermiş Orhan İlyas Şəxs MMC ilə əmək münasibətlərində olmamış və MMC tərəfindən işə cəlb edilməmişdir. Hal-hazırda MMC-də bir neçə Azərbaycan Respublikası və Türkiyə Respublikası vətəndaşları işləyir və onların fəaliyyəti və sənədləri tamamilə qanuna uyğundur. İzahat vermiş şəxs MMC-yə heç bir aiddiyyatı olmadan uzun müddətdir ki, (2007-ci il) Azərbaycan Respublikasındadır (sənədlərinə və izahatına əsasən). Həmçinin bildirmişdir ki, həmin şəxsin MMC-də işləyən şəxslərdən biri ilə mübahisəsi olmuş və həmin adama zərər vurmaq məqsədilə MMC barəsində həqiqətə uyğun olmayan qərəzli izahat vermişdir. İş üzrə yeganə “sübut” Orhan İlyasın izahatıdır ki, o da tamamilə subyektiv və qərəzlidir. İstənilən bir şəxsin izahatı ilə istənilən şəxsi məsuliyyətə cəlb etmək hüququn mahiyyətinə və təməl prinsiplərinə ziddir. Həmçinin işə Orhan İlyasın izahatı çərçivəsində baxdıqda da, ortada qərəz olduğu aşkar hiss olunur. İzahat verən şəxs bildirmişdir ki, Azərbaycan Respublikasının qanunlarını bilir və işləmək üçün icazə olmalıdır. Həmin şəxs qanunun tələblərini pozduğunu etiraf edir və bu izahat səmimi izahat deyildir. O, bunu MMC-yə ziyan vurmaq məqsədilə etmişdir. Bundan başqa, heç bir subut olmadan və prossesual pozuntulara yol verməklə MMC-ni məsuliyyətə cəlb etmişdir. Onlara qarşı qərəzli izahat vermiş Orhan İlyasla istər inzibati protokolu tərtib etmiş dövlət orqanında, istərsə də məhkəmədə üzləşmək və bunun qanunla nəzərədə tutulmuş qaydada rəsmiləşdirilməsini xahiş etmişdir. Orhan İlyas MMC-nin qanuni təmsilcisi Koray Gumbuz ilə üzləşməkdən yayınacağına əmindir, buna səbəb izahatında həqiqəti söyləməməsidir və bu üzləşmədə təsdiqini tapacaqdır. İnzibati xəta protokolu tərtib etmiş orqan bu üzləşməsinin baş tutması üçün heç bir tədbir görməmiş və MMC qanunla nəzərdə tutulmuş qaydada məlumatlandırılmamışdır. Göstərilənləri nəzərə alaraq Şəxs MMC-nin barəsində başlanılmış inzibati xəta haqqında iş üzrə icraata xitam verilməsini xahiş etmişdir. Məhkəmə proses iştirakçılarının izahatlarını dinləyib, toplanmış sübutlara məcmu halda hüquqi qiymət verərək hesab edir ki, Şəxs MMC-nin təqsiri sübuta yetirilmədiyindən MMC barəsində Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 578.1-ci maddələri ilə olan inzibati xəta haqqında iş üzrə icraata xitam verilməlidir. Belə ki, iş materiallarında olan 13 mart 2023-cü il tarixli, MN ******* saylı inzibati xəta haqqında protokoldan görünür ki, Türkiyə Respublikası vətəndaşı Orhan İlyasın iş icazəsi olmadan Şəxs MMC-də haqqı ödənilən əmək fəailyyəti ilə məşğul olması müəyyən edilmiş və bununla da Şəxs MMC barəsində Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 578.1-ci maddəsi ilə inzibati xəta haqqında protokol tərtib edilmişdir. İş materiallarına əlavə edilmiş 11 mart 2023-cü il tarixli, MN ******* saylı inzibati xəta haqqında protokoldan görünür ki, Orhan İlyasın iş icazəsi olmadan Azərbaycan Respublikasındə əmək fəailyyəti ilə məşğul olması müyyən edilmiş və bununla da Orhan İlyasın barəsində Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 575.1.4-cü maddəsi ilə inzibati xəta haqqında protokol tərtib edilmişdir. İş materiallarına əlavə edilmiş 11 mart 2023-cü il tarixli, MN ******* saylı inzibati tənbeh vermə haqqında qərardan görünür ki, Orhan İlyas iş icazəsi tələb olunduğu hallarda bu icazə olmadan Azərbaycan Respublikasının ərazisində haqqı ödənilən əmək fəaliyyəti ilə məşğul olmuş, nəticədə qanun pozuntusuna yol vermiş və bununla da sonuncu Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 575.1.4-cü maddəsi ilə təqsirli bilinərək 400 (dörd yüz) manat məbləğində cərimə edilməklə 90 (gün) müddətdə ölkə hüdudlarından inzibati qaydada kənara çıxılmış və Azərbaycan Respublikasına gəlmək hüququ 5 il müddətinə məhdudlaşdırılmışdır. Göründüyü kimi Azərbaycan Respublikası Dövlət Miqrasiya Xidməti tərəfindən əhəmiyyətli olan hallar sübuta yetirilmədən «K-Proje Mobilya” MMC barəsində inzibati xəta haqqında protokol tərtib edilmişdir. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 578.1-ci maddəsinə əsasən İşəgötürən tərəfindən Azərbaycan Respublikası Miqrasiya Məcəlləsinin tələbləri pozulmaqla iş icazəsi alınmadan əcnəbinin və ya vətəndaşlığı olmayan şəxsin işə cəlb edilməsinə görə vəzifəli şəxslər üç min manatdan dörd min manatadək məbləğdə, hüquqi şəxslər on beş min manatdan iyirmi min manatadək məbləğdə cərimə edilir. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin: 3-cü maddəsinə əsasən yalnız bu Məcəllə ilə nəzərdə tutulmuş inzibati xətanın törədilməsində təqsirli hesab edilən və inzibati xəta tərkibinin bütün digər əlamətlərini daşıyan əməli (hərəkət və ya hərəkətsizliyi) törətmiş şəxs inzibati məsuliyyətə cəlb olunur; 8.1-ci maddəsinə əsasən barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin təqsiri bu Məcəllədə nəzərdə tutulmuş qaydada sübuta yetmədikdə və bu, inzibati xəta haqqında iş üzrə icraata baxmış hakimin, səlahiyyətli orqanın (vəzifəli şəxsin) qüvvəyə minmiş qərarı ilə müəyyən edilmədikdə o, təqsirsiz hesab edilir. 8.2-ci maddəsinə əsasən inzibati məsuliyyətə cəlb olunmuş şəxs öz təqsirsizliyini sübut etməyə borclu deyildir. 8.3-cü maddəsinə əsasən inzibati məsuliyyətə cəlb olunan şəxsin təqsirli olması barəsində şübhələr onun xeyrinə həll edilir. 12-ci maddəsinə əsasən bu Məcəllə ilə qorunan ictimai münasibətlərə qəsd edən, hüquqazidd olan, təqsirli sayılan (qəsdən və ya ehtiyatsızlıq üzündən törədilən) və inzibati məsuliyyətə səbəb olan əməl (hərəkət və ya hərəkətsizlik) inzibati xəta hesab olunur; 53.2-ci maddəsinə əsasən hər hansı şəxs barəsində başlanılmış inzibati xətalar haqqında işlər üzrə icraata, həmçinin onun inzibati xəta törədilməsinə aidiyyəti olmadıqda və ya təqsirliliyi sübuta yetirilmədikdə, o cümlədən təqsirliliyin sübuta yetirilməsində qanuna zidd olaraq əldə edilmiş sübutlardan istifadə edildikdə xitam verilir. 76.1-ci maddəsinə əsasən inzibati xətanın olub-olmamasını, inzibati xəta törədən şəxsin təqsirini və işin düzgün həlli üçün əhəmiyyətli olan digər halları müəyyən etmək üçün hakimin, səlahiyyətli orqanın (vəzifəli şəxsin) əsaslana bildiyi hər cür faktiki məlumatlar inzibati xətalar haqqında işlər üzrə sübutlar sayılır. Bu məlumatlar maddi sübutlarla, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin, zərərçəkmiş şəxsin, şahidlərin izahatları ilə, digər sənədlərlə, xüsusi texniki vasitələrin göstəriciləri ilə, ekspertin rəyi ilə, inzibati xəta haqqında protokolla, bu Məcəllə ilə müəyyən edilmiş digər protokollarla müəyyən edilir. 84.1-ci maddəsinə əsasən inzibati xətalar haqqında işlərə baxan hakim, səlahiyyətli orqan (vəzifəli şəxs) işin bütün hallarının məcmusunun hərtərəfli, tam və obyektiv surətdə baxılmasına əsaslanan öz daxili inamı ilə sübutları qiymətləndirir. 84.2-ci maddəsinə əsasən heç bir sübutun qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur.Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 114.2.1-ci maddəsinə görə bu Məcəllənin 53-cü maddəsində nəzərdə tutulan hallardan biri mövcud olduqda İnzibati xəta haqqında iş üzrə icraata xitam verilməsi haqqında qərar çıxarılır. Yuxarıda sadalanan normalarının tələblərindən görünür ki, şəxsin inzibati məsuliyyətə cəlb edilməsi üçün sübutların məcmusu tələb olunur və heç bir sübutun qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur. Məhkəmə qeyd edir ki, «K-Proje Mobilya” MMC tərəfindən Türkiyə Respublikasının vətəndaşı Orhan İlyasın işlərin (xidmətlərin) yerinə yetirilməsinə cəlb edilməsi iş materialları ilə təsdiq edilməmişdir. İnzibati xəta haqqında protokol Orhan İlyasın izahatı əsasında tərtib edilmiş, lakin məhkəmə baxışı zamanı qeyd olunan izahat digər sübutlarla təsdiq edilməmiş, əksinə təkzib edilmişdir. İnzibati Xətalar Məcəlləsinin prinsiplərinə dair normalar xətada təqsirləndirilən şəxsin təqsirinin sübuta yetirilməsində fundamental əhəmiyyət daşıyan ümumi qaydaları göstərir ki, onlara riayət edilməməsi bütövlükdə sübut etməni, onun nəticələrini əhəmiyyətsiz etmiş olar. Qiymətləndirmə zamanı qərarda həm konkret məsələ üzrə gəlinən nəticəni təsdiqləyən, həm də onu təkzib edən sübutlara istinad etməlidir. Bütün yuxarıda qeyd edilən hallara əsaslanaraq məhkəmə hesab edir ki, iş materiallarında olan sübutlar «K-Proje Mobilya” MMC-nin Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 578.1-ci maddəsi ilə təqsirli bilinməsi üçün kifayət etmir, toplanmış sübutların mötəbərliyi şübhə doğurur. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 114.1.4-cü maddəsinə görə inzibati xəta haqqında işə baxılarkən inzibati xəta haqqında iş üzrə icraata xitam verilməsi haqqında qərar çıxarılır. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 114.2.1-ci maddəsinə görə bu Məcəllənin 53-cü maddəsində nəzərdə tutulan hallardan biri mövcud olduqda İnzibati xəta haqqında iş üzrə icraata xitam verilməsi haqqında qərar çıxarılır. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 114.1.4-cü maddəsinə görə inzibati xəta haqqında işə baxılarkən inzibati xəta haqqında iş üzrə icraata xitam verilməsi haqqında qərar çıxarılır. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 105.1-ci maddəsinə əsasən, bu Məcəllənin 53-cü maddəsində nəzərdə tutulmuş hallardan hər hansı biri olduqda, icraatında inzibati xəta haqqında iş olan hakim və ya səlahiyyətli orqan (vəzifəli şəxs) inzibati xəta haqqında işin icraatına xitam verilməsi haqqında qərar qəbul edir. Məhkəmə iş üzrə əldə olunmuş sübutlar məcmusuna hərtərəfli və obyektiv qiymət verərək xətanın sübuta yetirilməsində aradan qaldırılması mümkün olmayan şübhələrin barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin xeyrinə həll edilməli, təfsir edilməli və şərh edilməli olmasını rəhbər tutaraq belə nəticəyə gəlir ki, «K-Proje Mobilya” MMC-nin Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 578.1-ci maddəsində nəzərdə tutulan xətanı törədilməsinə təqsirliliyi sübuta yetirilmədiyində inzibati iş üzrə icraata xitam verilməlidir. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 40, 43, 48-51, 114-117, 128-130 və 578.1-ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏRARA ALDİ: Şəxs MMC-nin barəsində Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 578.1-ci maddəsi ilə başlanılmış inzibati xəta haqqında iş üzrə icraata xitam verilsin. Qərardan 10 gün müddətində Bakı şəhəri Nəsimi Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Hakim: Elməddin Hüseynov
Məhkəmə qərarları › İş №3(006)-1435/2023
Bakı Şəhəri Nəsimi Rayon Məhkəməsi Qərar — İş №3(006)-1435/2023
24.06.2023 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver