Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 3(006)-1438/2022 05.05.2022 BAKI ŞƏHƏRİ NƏSİMİ RAYON MƏHKƏMƏSİ Hakim Tağıyev Azər Heydər oğlunun sədrliyi, Lətifov Vəli Abdurəşid oğlunun katibliyi, Nəsimi rayon İcra Şöbəsinin icra məmuru X3, X2 vəkili “Faiq Nağıyev və Partnyorları” Vəkil Bürosunun vəkili X4, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan hüquqi şəxs Şəxs ASC-nin (keçmiş) direktoru X5 iştirakları ilə, Şəxs ASC-nin barəsində Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsi ilə nəzərdə tutulmuş inzibati xəta haqqında materiala baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: Şəxs ASC barəsində Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətməsinə dair Nəsimi rayon İcra şöbəsinin icra məmuru P.M.Babayev tərəfindən 20.04.2022-ci il tarixli, MN ******* saylı inzibati xəta haqqında protokol tərtib edilərək baxılması üçün məhkəməyə təqdim edilmişdir. İnzibati xəta haqqında protokoldan görünür ki, Nəsimi Rayon Məhkəməsinin 12.02.2019-cu il tarixli, 2(006)-1190/2019 saylı icra sənədinə əsasən Şəxs ASC-dən 05.03.2015-ci il tarixli “öhdəlik müqaviləsi” üzrə 4.527 (dörd min beş yüz iyirmi yeddi) ABŞ dolları məbləğində 04.10.2017-ci il tarixli “borc müqaviləsi” üzrə 44.500 (qırx dörd min beş yüz) manat əsas borc, 7775,25 (yeddi min yeddi yüz yetmiş beş manat 25 qəpik) kompensasiya və əsas borcun gecikdirilməsinə görə 04.11.2017-ci il tarixdən 04.12.2018ci il tarixədək illik 5 % hesablanmaqla 2.627 (iki min altı yüz iyirmi yeddi) manat məbləğində pul, iddiaçı tərəfindən dövlət rüsumuna görə ödənilmiş 30 manat məbləğində pul vəsaiti alınaraq iddaçı X8 verilməlidir. Bakı Kommersiya Məhkəməsinin 26.12.2019-cu il tarixli 2-2(81)-111/2019 saylı icra sənədinə əsasən Şəxs ASC-dən 325.500,00 (üç yüz iyirmi beş min beş yüz) manat əsas borc, 31.353 (otuz bir min üç yüz əlli üç) manat faiz borcu, həmçinin dövlət qeydiyyat nömrəsi İS********** olan qiymətli kağızlar üzrə 300.000 (üç yüz min) manat əsas məbləğ və həmin məbləğə hesablanmış 28.250 (iyirmi səkkiz iki yüz əlli) manat faiz məbləği, ümumilikdə 625.500 (altı yüz iyirmi beş min beş yüz) manat miqdarında pul vəsaitinin və ona hesablanmış 59.603 (əlli doqquz min altı yüz üç) manat pul vəsaiti tutularaq "xxxx" ASC-nə ödənilməlidir. Aparılmış ekspertiza ilə bağlı 200 (iki yüz) manat ekspertiza xərci cavabdeh Şəxs ASC-dən tutularaq məhkəmə ekspertiza mərkəzinin büdcəsinə ödənilməlidir. Həmin Məhkəmənin 26.11.2020-ci il tarixli, 2-2(113)- 2742/2020 saylı icra sənədinə əsasən cavabdeh Şəxs ASC-dən birinci müqavilə üzrə 243.902 ABŞ dolları, ikinci müqavilə üzrə 109.500 ABŞ dolları, cəmi 353402 ABŞ dolları məbləğində pul ödəniş günü üçün Azərbaycan Respublikası Mərkəzi Bankının məzənnəsi ilə manatla tutularaq iddiaçı X1 ödənilməlidir. İcra sənədlərinin icrasına 20.04.2020-ci il, 05.03.2021-ci il, 28.01.2021-ci il tarixli qərarlarla başlanılmış, tələbin könüllü icrası haqqında bildirişlər borclu Şəxs ASC-yə göndərilmiş, ASC-dən icra ödənişinin alınması və borclunun hesabının üzərinə həbs qoyulması haqqında qərarlar qəbul edilmiş, icra sənədlərinin ödənilməsi ilə bağlı ASC-yə xəbərdarlıq məktubları göndərilmiş, yenidən icra ösənişinin alınması, borclunun xarici valyutada olan pul vəsaitlərinin konvertasiyasının həvalə edilməsi və borclunun hesabına üzərinə həbs qoyulması barədə 09.03.2020-ci il tarixli qərarlar qəbul edilmişdir. Daha sonra icra məmurunun 20.09.2021-ci il tarixli qərarı ilə icra sənədlərinin ümumi icraatda birləşdirilməsi haqqında qərar qəbul edilmişdir. Görülmüş tədbirlərə və edilmiş xəbərdarlıqlara baxmayaraq, borclu Şəxs ASC icra sənədlərinin icrasından üzrsüz səbəbdən boyun qaçırır və icra məmurunun qanuni tələblərini yerinə yetirmir. Qanuni qüvvədə olan məhkəmə qətnamələrini bugünədək icra etməməsi borclu Şəxs ASC-nin icranı təmin etməkdən üzrsüz səbəbdən boyun qaçırmasına əsas verir. Bununla da, Şəxs ASC Azərbaycan Respublikasının İXM-nin 528.1-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətmişdir. Məhkəmə iclasında iştirak edən Nəsimi rayon İcra Şöbəsinin icra məmuru P.M.Babayev inzibati xəta haqqında protokolu müdafiə edərək bildirmişdir ki, dəfələrlə edilmiş xəbərdarlıqlara baxmayaraq Şəxs ASC tərəfindən icra sənədləri üzrə ödənişlər tam edilməmişdir. Göstərilənləri nəzərə alaraq Şəxs ASC-nin barəsində inzibati tənbeh tədbirinin tətbiq edilməsinin məhkəmədən xahiş etmişdir. Məhkəmə iclasında iştirak edən barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan hüquqi şəxs Şəxs ASC-nin keçmiş direktoru İ.M.Quliyev bildirmişdir ki, 62 məhkəmə işi var və onlar Apelyasiya və Ali Məhkəmənin qərarlarıdır. Elə bir qərarda borc 46.000 manat pul bir şəxsdə ödənilməlidir. Hal-hazırda vergi borcları var, vergi borcuna əsasən hesaba bank hesabına oturan pullar vergi borcuna yönəldilir. Göstərilənləri nəzərə alaraq Şəxs ASC-nin barəsində inzibati tənbeh tədbirinin tətbiq edilməməsini məhkəmədən xahiş etmişdir. Məhkəmə iclasında iştirak edən tələbkar Z.A.Xəlilovun vəkili “Faiq Nağıyev və Partnyorları” Vəkil Bürosunun vəkili S.M.Axundov bildirmişdir ki, qiymətli kağız veriblər ki, Şəxs ASC-də şirkətin aksioneri olmuş, sonradan həmin pulu mənimsəyiblər. Şəxs ASC-yə ödəmələr olur, lakin həmin ödənişləri başqa şirkətin hesabına köçürürlər. Göstərilənləri nəzərə alaraq Şəxs ASC barəsində müvafiq tədbir görülməsini məhkəmədən xahiş etmişdir. Məhkəmə proses iştirakçılarının izahatını dinləyib, inzibati xəta haqqında protokolu və ona əlavə edilmiş sənədləri nəzərdən keçirib, toplanmış sübutlara məcmu halda hüquqi qiymət verərək hesab edir ki, Şəxs ASC-nin Azərbaycan Respublikasının İXM-nin 528.1-ci maddəsində nəzərdə tutulan əməli törətməsi tam sübuta yetirilir. Belə ki, iş materiallarında olan Nəsimi Rayon Məhkəməsinin 12.02.2019-cu il tarixli 2(006)-1190/2019 saylı icra sənədindən görünür ki, Şəxs ASC-dən 05.03.2015-ci il tarixli “öhdəlik müqaviləsi” üzrə 4.527 (dörd min beş yüz iyirmi yeddi) ABŞ dolları məbləğində 04.10.2017-ci il tarixli “borc müqaviləsi” üzrə 44.500 (qırx dörd min beş yüz) manat əsas borc, 7775,25 (yeddi min yeddi yüz yetmiş beş manat 25 qəpik) kompensasiya və əsas borcun gecikdirilməsinə görə 04.11.2017-ci il tarixdən 04.12.2018-ci il tarixədək illik 5 % hesablanmaqla 2.627 (iki min altı yüz iyirmi yeddi) manat məbləğində pul, iddiaçı tərəfindən dövlət rüsumuna görə ödənilmiş 30 manat məbləğində pul vəsaiti alınaraq iddaçı X8 verilməlidir. İş materiallarında olan icraata başlamaq haqqında 20.04.2020-ci il tarixli qərardan görünür ki, həmin tarixdə Nəsimi Rayon Məhkəməsinin 12.02.2019-cu il tarixli 2(006)- 1190/2019 saylı icra sənədi üzrə icraata başlanılmışdır. İş materiallarında olan Nəsimi rayon İcra şöbəsinin Şəxs ASC-yə ünvanladığı 20.04.2020-ci il tarixli tələbin könüllü icrası haqqında bildirişdən görünür ki, Nəsimi Rayon Məhkəməsinin 12.02.2019-cu il tarixli 2(006)-1190/2019 saylı icra vərəqəsində göstərilən tələbi könüllü yerinə yetirməsi üçün Şəxs ASC-yə xəbardarlıq edilmişdir. Həmçinin qanuni qüvvəyə minmiş məhkəmə qərarının qərəzli icra edilməməsinə görə qanunvericilikdə nəzərdə tutulmuş müvafiq məsuliyyət barədə xəbərdarlıq edilmişdir. İş materiallarında olan 26.11.2021-ci il tarixli inkasso sərəncamından görünür ki, Nəsimi Rayon Məhkəməsinin 12.02.2019-cu il tarixli, 3(006)-1190/2019 saylı icra sənədi üzrə borcun ödənilməsi ilə bağlı "xxxx" ASC-də olan hesaba 26.11.2021-ci il tarixdə inkasso sərəncamı imzalanmışdır. İş materiallarında olan 26.11.2021-ci il tarixli icra ödənişinin alınması barədə qərardan görünür ki, borclu Şəxs ASC-dən 4383,97 manat məbləğində icra ödənişi alınması qərara alınmışdır. İş materiallarında olan 29.11.2021-ci il tarixli borclunun hesabının üzərinə həbs qoyulması haqqında qərardan görünür ki, borclu Şəxs ASC-nin bankda olan hesabının və hesabındakı pul vəsaitlərinin üzərinə 13.994,97 manat həcmində həbs qoyulmuşdur. İş materiallarında olan 26.11.2021-ci il tarixli borclunun hesabının üzərinə həbs qoyulması haqqında qərardan görünür ki, borclu Şəxs ASC-nin bankda olan hesabının və hesabındakı pul vəsaitlərinin üzərinə 13.994,97 manat həcmində həbs qoyulmuşdur. İş materiallarında olan Bakı Kommersiya Məhkəməsinin 26.12.2019-cu il tarixli 2- 2(81)-111/2019 saylı icra sənədindən görünür ki, Şəxs ASC-dən 325.500,00 (üç yüz iyirmi beş min beş yüz) manat əsas borc, 31.353 (otuz bir min üç yüz əlli üç) manat faiz borcu, həmçinin dövlət qeydiyyat nömrəsi İS********** olan qiymətli kağızlar üzrə 300.000 (üç yüz min) manat əsas məbləğ və həmin məbləğə hesablanmış 28.250 (iyirmi səkkiz iki yüz əlli) manat faiz məbləği, ümumilikdə 625.500 (altı yüz iyirmi beş min beş yüz) manat miqdarında pul vəsaitinin və ona hesablanmış 59.603 (əlli doqquz min altı yüz üç) manat pul vəsaiti tutularaq "xxxx" ASC-nə ödənilməlidir. Aparılmış ekspertiza ilə bağlı 200 (iki yüz) manat ekspertiza xərci cavabdeh Şəxs ASC-dən tutularaq məhkəmə ekspertiza mərkəzinin büdcəsinə ödənilməlidir. İş materiallarında olan icraata başlamaq haqqında 05.03.2021-ci il tarixli qərardan görünür ki, həmin tarixdə Bakı Kommersiya Məhkəməsinin 26.12.2019-cu il tarixli 2-2(81)- 111/2019 saylı icra sənədi üzrə icraata başlanılmışdır. İş materiallarında olan Bakı Kommersiya Məhkəməsinin 26.11.2019-cu il tarixli 2- 2(113)-2742/2020 saylı icra sənədindən görünür ki, Şəxs ASC-dən birinci müqavilə üzrə 243.902 ABŞ dolları, ikinci müqavilə üzrə 109.500 ABŞ dolları, cəmi 353402 ABŞ dolları məbləğində pul ödəniş günü üçün Azərbaycan Respublikası Mərkəzi Bankının məzənnəsi ilə manatla tutularaq iddiaçı X1 ödənilməlidir. İş materiallarında olan icraata başlamaq haqqında 28.01.2021-ci il tarixli qərardan görünür ki, həmin tarixdə Bakı Kommersiya Məhkəməsinin 26.11.2019-cu il tarixli 2- 2(113)-2742/2020 saylı icra sənədi üzrə icraata başlanılmışdır. İş materiallarında olan Nəsimi rayon İcra şöbəsinin Şəxs ASC-yə ünvanladığı 28.01.2021-ci il tarixli tələbin könüllü icrası haqqında bildirişdən görünür ki, Bakı Kommersiya Məhkəməsinin 26.11.2019-cu il tarixli 2-2(113)-2742/2020 saylı icra vərəqəsində göstərilən tələbi könüllü yerinə yetirməsi üçün Şəxs ASC-yə xəbardarlıq edilmişdir. Həmçinin qanuni qüvvəyə minmiş məhkəmə qərarının qərəzli icra edilməməsinə görə qanunvericilikdə nəzərdə tutulmuş müvafiq məsuliyyət barədə xəbərdarlıq edilmişdir. İş materiallarında olan Nəsimi rayon İcra şöbəsinin Şəxs ASC-yə ünvanladığı 08.02.2021-ci il tarixli xəbərdarlıqdan görünür ki, Bakı Kommersiya Məhkəməsinin 26.11.2019-cu il tarixli 2-2(113)-2742/2020 saylı icra vərəqəsində göstərilən tələbi könüllü yerinə yetirməsi üçün Şəxs ASC-yə təkrar xəbardarlıq edilmişdir. Həmçinin qanuni qüvvəyə minmiş məhkəmə qərarının qərəzli icra edilməməsinə görə qanunvericilikdə nəzərdə tutulmuş müvafiq məsuliyyət barədə təkrar xəbərdarlıq edilmişdir. İş materiallarında olan 09.03.2020-ci il tarixli icra ödənişinin alınması barədə qərardan görünür ki, borclu Şəxs ASC-dən 24738,14 manat məbləğində icra ödənişi alınması qərara alınmışdır. İş materiallarında olan 09.03.2020-ci il tarixli borclunun xarici valyutada olan pul vəsaitlərinin konvertasiyasının həvalə edilməsi barədə qərardan görünür ki, Bakı Kommersiya Məhkəməsinin 26.11.2019-cu il tarixli 2-2(113)-2742/2020 saylı icra sənədi üzrə borclunun xarici valyutada olan pul vəsaitlərinin konvertasiyası "xxxx" ASC-nin, "xxxx" ASC-nin "xxxx" ASC-nin Mərkəzi filiallarına həvalə edilmişdir. İş materiallarında olan 09.03.2020-ci il tarixli borclunun hesabının üzərinə həbs qoyulması haqqında qərardan görünür ki, borclu Şəxs ASC-nin banklarda olan hesablarının və hesablarındakı pul vəsaitlərinin üzərinə 378140,14 manat həcmində həbs qoyulmuşdur. İş materiallarında olan Nəsimi rayon İcra şöbəsinin Şəxs ASC-yə ünvanladığı 09.03.2021-ci il tarixli xəbərdarlıqdan görünür ki, Bakı Kommersiya Məhkəməsinin 26.11.2019-cu il tarixli 2-2(113)-2742/2020 saylı və 26.12.2019-cu il tarixli 2-2(81)- 111/2019 saylı icra sənədlərində göstərilən tələbi könüllü yerinə yetirməsi üçün Şəxs ASCyə təkrar xəbardarlıq edilmişdir. Həmçinin qanuni qüvvəyə minmiş məhkəmə qərarının qərəzli icra edilməməsinə görə qanunvericilikdə nəzərdə tutulmuş müvafiq məsuliyyət barədə təkrar xəbərdarlıq edilmişdir. İş materiallarında olan Nəsimi rayon İcra şöbəsinin Şəxs ASC-yə ünvanladığı 20.09.2021-ci il tarixli xəbərdarlıqdan görünür ki, Bakı Kommersiya Məhkəməsinin 26.11.2019-cu il tarixli 2-2(113)-2742/2020 saylı, 26.12.2019-cu il tarixli 2-2(81)-111/2019 saylı və Nəsimi Rayon Məhkəməsinin 12.02.2019-cu il tarixli 2(006)-1190/2019 saylı icra sənədlərində göstərilən tələbi könüllü yerinə yetirməsi üçün Şəxs ASC-yə təkrar xəbardarlıq edilmişdir. Həmçinin qanuni qüvvəyə minmiş məhkəmə qərarının qərəzli icra edilməməsinə görə qanunvericilikdə nəzərdə tutulmuş müvafiq məsuliyyət barədə təkrar xəbərdarlıq edilmişdir. İş materiallarında olan 20.09.2021-ci il tarixli qərardan görünür ki, icraatda olmuş Bakı Kommersiya Məhkəməsinin 26.11.2019-cu il tarixli 2-2(113)-2742/2020 saylı, 26.12.2019-cu il tarixli 2-2(81)-111/2019 saylı və Nəsimi Rayon Məhkəməsinin 12.02.2019-cu il tarixli 2(006)-1190/2019 saylı icra sənədləri üzrə borclu Şəxs ASC-yə dair hissədə ümumi icraatda birləşdirilməsi qərara alınmışdır. Beləliklə, məhkəmə iclasında müəyyən edilmişdir ki, Nəsimi Rayon Məhkəməsinin 12.02.2019-cu il tarixli, 2(006)-1190/2019 saylı icra sənədinə əsasən Şəxs ASC-dən 05.03.2015-ci il tarixli “öhdəlik müqaviləsi” üzrə 4.527 (dörd min beş yüz iyirmi yeddi) ABŞ dolları məbləğində 04.10.2017-ci il tarixli “borc müqaviləsi” üzrə 44.500 (qırx dörd min beş yüz) manat əsas borc, 7775,25 (yeddi min yeddi yüz yetmiş beş manat 25 qəpik) kompensasiya və əsas borcun gecikdirilməsinə görə 04.11.2017-ci il tarixdən 04.12.2018ci il tarixədək illik 5 % hesablanmaqla 2.627 (iki min altı yüz iyirmi yeddi) manat məbləğində pul, iddiaçı tərəfindən dövlət rüsumuna görə ödənilmiş 30 manat məbləğində pul vəsaiti alınaraq iddaçı X8 verilməlidir. Bakı Kommersiya Məhkəməsinin 26.12.2019-cu il tarixli 2-2(81)-111/2019 saylı icra sənədinə əsasən Şəxs ASC-dən 325.500,00 (üç yüz iyirmi beş min beş yüz) manat əsas borc, 31.353 (otuz bir min üç yüz əlli üç) manat faiz borcu, həmçinin dövlət qeydiyyat nömrəsi İS********** olan qiymətli kağızlar üzrə 300.000 (üç yüz min) manat əsas məbləğ və həmin məbləğə hesablanmış 28.250 (iyirmi səkkiz iki yüz əlli) manat faiz məbləği, ümumilikdə 625.500 (altı yüz iyirmi beş min beş yüz) manat miqdarında pul vəsaitinin və ona hesablanmış 59.603 (əlli doqquz min altı yüz üç) manat pul vəsaiti tutularaq "xxxx" ASC-nə ödənilməlidir. Aparılmış ekspertiza ilə bağlı 200 (iki yüz) manat ekspertiza xərci cavabdeh Şəxs ASC-dən tutularaq məhkəmə ekspertiza mərkəzinin büdcəsinə ödənilməlidir. Həmin Məhkəmənin 26.11.2020-ci il tarixli, 2-2(113)- 2742/2020 saylı icra sənədinə əsasən cavabdeh Şəxs ASC-dən birinci müqavilə üzrə 243.902 ABŞ dolları, ikinci müqavilə üzrə 109.500 ABŞ dolları, cəmi 353402 ABŞ dolları məbləğində pul ödəniş günü üçün Azərbaycan Respublikası Mərkəzi Bankının məzənnəsi ilə manatla tutularaq iddiaçı X1 ödənilməlidir. İcra sənədlərinin icrasına 20.04.2020-ci il, 05.03.2021-ci il, 28.01.2021-ci il tarixli qərarlarla başlanılmış, tələbin könüllü icrası haqqında bildirişlər borclu Şəxs ASC-yə göndərilmiş, ASC-dən icra ödənişinin alınması və borclunun hesabının üzərinə həbs qoyulması haqqında qərarlar qəbul edilmiş, icra sənədlərinin ödənilməsi ilə bağlı ASC-yə xəbərdarlıq məktubları göndərilmiş, yenidən icra ösənişinin alınması, borclunun xarici valyutada olan pul vəsaitlərinin konvertasiyasının həvalə edilməsi və borclunun hesabına üzərinə həbs qoyulması barədə 09.03.2020-ci il tarixli qərarlar qəbul edilmişdir. Daha sonra icra məmurunun 20.09.2021-ci il tarixli qərarı ilə icra sənədlərinin ümumi icraatda birləşdirilməsi haqqında qərar qəbul edilmişdir. Görülmüş tədbirlərə və edilmiş xəbərdarlıqlara baxmayaraq, borclu Şəxs ASC icra sənədlərinin icrasından üzrsüz səbəbdən boyun qaçırır və icra məmurunun qanuni tələblərini yerinə yetirmir. Qanuni qüvvədə olan məhkəmə qətnamələrini bugünədək icra etməməsi borclu Şəxs ASC-nin icranı təmin etməkdən üzrsüz səbəbdən boyun qaçırmasına əsas verir. Məhkəmə işin yuxarıda sadalanan faktiki hallarına qiymət verərək hesab edir ki, qanuni qüvvədə olan məhkəmə qərarlarının icrası ilə bağlı borclu Şəxs ASC-yə uzun müddət öncədən tələbin icrası haqqında bildiriş göndərilməsinə baxmayaraq sonuncunun bugünədək icra sənədinin tələblərini icra etməməsi, icranın təmin edilməməsinə rəsmi şəkildə heç bir üzrlü səbəb göstərməməsi, icra məmurunun çağırışları üzrə İcra Şöbəsinə gəlməkdən boyun qaçırması, nəticədə, icra sənədinin uzun müddətdir ki icrasız qalmasına səbəb olması məhkəmə qərarlarının icrası ilə əlaqədar icra məmurunun qanuni tələblərinin yerinə yetirilməməsi və icra məmuru tərəfindən müəyyən olunmuş müddətdə icra sənədinin üzrsüz səbəbdən icra edilməməsi kimi qiymətləndirilməlidir. «Ədalət mühakiməsinin həyata keçirilməsi zamanı «İnsan hüquqlarının və əsas azadlıqların müdafiəsi haqqında» Avropa Konvensiyası müddəalarının və İnsan Hüquqları üzrə Avropa Məhkəməsinin presedentlərinin tətbiqi haqqında» Azərbaycan Respublikası Ali Məhkəməsinin 30 mart 2006-cı il tarixli, 5 nömrəli qərarının 6-cı bəndinə əsasən mülki işlər üzrə məhkəmə baxışı müddəti iddia ərizəsinin məhkəməyə daxil olduğu vaxtdan başlayır və məhkəmə qərarının icrasının başa çatmasına kimi davam edir. «İcra haqqında» Azərbaycan Respublikası Qanununun 82.1-ci maddəsinə əsasən borclunu müəyyən hərəkətləri etməyə və ya müəyyən hərəkətləri etməkdən çəkinməyə məcbur edən icra sənədi icra məmuru tərəfindən müəyyən olunmuş müddətdə üzrsüz səbəbdən icra olunmadıqda, icra məmuru borclunun Azərbaycan Respublikasının qanunvericiliyi ilə nəzərdə tutulmuş qaydada inzibati məsuliyyətə cəlb olunması üçün inzibati xəta haqqında protokol tərtib edir və onu işin digər materialları ilə birlikdə müvafiq məhkəməyə göndərir. Azərbaycan Respublikasının İXM-nin 3-cü maddəsinə əsasən, yalnız bu Məcəllə ilə nəzərdə tutulmuş inzibati xətanın törədilməsində təqsirli hesab edilən və inzibati xəta tərkibinin bütün digər əlamətlərini daşıyan əməli (hərəkət və ya hərəkətsizliyi) törətmiş şəxs inzibati məsuliyyətə cəlb olunur. Həmin Məcəllənin 9.1-ci maddəsinin tələbinə görə, inzibati xəta törətmiş şəxs haqqında tətbiq edilən tənbeh ədalətli olmalıdır, yəni inzibati xətaların xarakterinə, onun törədilməsi hallarına və inzibati xətanı törətməkdə təqsirli bilinənin şəxsiyyətinə uyğun olmalıdır. Həmin Məcəllənin 76.1-ci maddəsinə əsasən inzibati xətanın olub-olmamasını, inzibati xəta törədən şəxsin təqsirini və işin düzgün həlli üçün əhəmiyyətli olan digər halları müəyyən etmək üçün hakimin, səlahiyyətli orqanın (vəzifəli şəxsin) əsaslana bildiyi hər cür faktik məlumatlar inzibati xətalar haqqında işlər üzrə sübutlar sayılır. Bu məlumatlar maddi sübutlarla, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin, zərər çəkmiş şəxsin, şahidlərin izahatları ilə, digər sənədlərlə, xüsusi texniki vasitələrin göstəriciləri ilə, müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqanın (qurumun) informasiya sistemində, habelə digər dövlət informasiya sistemlərində (ehtiyatlarında) aşkar olunan məlumatlarla, ekspertin rəyi ilə, inzibati xəta haqqında protokolla, bu Məcəllə ilə müəyyən edilmiş digər protokollarla müəyyən edilir. Həmin Məcəllənin 84.1-ci maddəsinə əsasən inzibati xətalar haqqında işlərə baxan hakim, səlahiyyətli orqan (vəzifəli şəxs) işin bütün hallarının məcmusunun hərtərəfli, tam və obyektiv surətdə baxılmasına əsaslanan öz daxili inamı ilə sübutları qiymətləndirir. Məhkəmə inzibati tənbeh tədbiri tətbiq edilərkən Şəxs ASC-nin əməlində Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 32 və 33-cü maddələrində nəzərdə tutulmuş məsuliyyəti yüngülləşdirən və ağırlaşdıran halları nəzərə alır. Məhkəmə törədilmiş inzibati inzibati xətanın hallarını nəzərə alaraq hesab edir ki, Şəxs ASC Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsi ilə təqsirli bilinərək onun barəsində həmin maddənin sanksiyasında nəzrədə tutulmuş cərimə növündə inzibati tənbeh tədbirinin tətbiq edilməsi məqsədəmüvafiqdir. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikasının İXM-nin 40, 43, 48- 51, 114-117, 128-130 və 528.1-ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏRARA ALDİ: Şəxs ASC Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsi ilə təqsirli bilinərək 3.000 (üç min) manat məbləğində inzibati cərimə edilsin. Qərarın surəti rəsmi qaydada verldiyi vaxtdan 10 (on) gün müddətində Bakı şəhəri Nəsimi Rayon Məhkəməsi vasitəsilə Bakı Apelyasiya Məhkəməsinə apelyasiya şikayəti verilə bilər. Sədrlik edən: Azər Tağıyev
Məhkəmə qərarları › İş №3(006)-1438/2022
Bakı Şəhəri Nəsimi Rayon Məhkəməsi Qərar — İş №3(006)-1438/2022
05.05.2022 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver