Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 3(006)-1438/2023 29.03.2023 BAKI ŞƏHƏRİ NƏSİMİ RAYON MƏHKƏMƏSİ Bakı şəhəri Nəsimi rayon Məhkəməsinin hakimi Hüseynov Elməddin Mirpaşa oğlunun sədrliyi, məhkəmə iclas katibi Mustafayeva İlhamə Mövlan qızının katibliyi, Azərbaycan Respublikası Fövqəladə Hallar Nazirliyi X6 Xidməti 2-ci ərazi X6 İdarəsinin nümayəndəsi X4 iştirakı ilə, "xxxx" ASC-nin Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 518.1-ci maddəsi ilə inzibati məsuliyyətə cəlb olunmasına dair Azərbaycan Respublikası Fövqəladə Hallar Nazirliyi X6 Xidməti 2-ci ərazi X6 İdarəsindən daxil olmuş inzibati xəta haqqında materiala açıq məhkəmə iclasında baxaraq, müəyyən etdi: Bakı şəhəri Nəsimi rayon Məhkəməsinə Azərbaycan Respublikası Fövqəladə Hallar Nazirliyi X6 Xidməti 2-ci ərazi X6 İdarəsindən "xxxx" ASC-nin barəsində tərtib edilmiş 10 mart 2023-cü il tarixli MN ******* nömrəli inzibati xəta haqqında protokol və ona əlavə edilmiş sənədlər daxil olmuşdur. Məhkəmə iclasında iştirak edən protokolu tərtib etmiş orqanın nümayəndəsi X7 izahatında bildirdi ki, 2-ci ərazi X6 İdarəsinin əməkdaşları tərəfindən "xxxx" ASC-yə məxsus “Əcəmi” filialının yerləşdiyi binada plan üzrə yoxlama aparılmış, həmin əməkdaşlar tərəfindən yanğın-texniki müayinə keçirilmişdir. Müayinə zamanı qanun pozuntusu aşkar edilmiş, bu barədə akt tərtib edilmişdir. Yol verilmiş inzibati xəta hadisəsi protokollaşdırılaraq baxılması üçün məhkəməyə göndərilmişdir. Lakin, hazırda "xxxx" ASC tərəfindən yol verilmiş pozuntu aradan qaldırıldığından "xxxx" ASC-nin barəsində başlanmış inzibati xəta haqqında iş üzrə icraata xitam verilməsinə etiraz etmirlər. Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan "xxxx" ASC məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada xəbərdar edilməsinə baxmayaraq müəssisənin nümayəndəsi məhkəməyə gəlməmiş, məhkəməyə gəlməməyinin səbəbi barədə heç bir məlumat verməmişdir. Məhkəmə Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 64.3-cü maddəsinə əsasən işə hüquqi şəxsin nümayəndəsinin iştirakı olmadan baxılmasını mümkün hesab edir. Məhkəmə iclasında iştirak etməyən "xxxx" ASC-nin nümayəndəsi X3 elektron məhkəmə sistemi vasitəsilə göndərdiyi ərizədən görünür ki, FHN-nin əməkdaşı tərəfindən yoxlama aparılacağına dair xx.xx.2023 tarixdə, saat 17:00 radələrində (baxmayaraq ki, çıxarış tarixi xx.xx.2023-dür) Bank "xxxx" ASC-nin “Əcəmi” filialına çıxarış təqdim edilmişdir. Çıxarışı gətirən FHN əməkdaşı cari ayın 10-a qədər yoxlamaya gələcəyini bildirmiş, ondan yoxlama zamanı nələr tələb olunacağına dair məlumat verilməsi xahiş olunmuşdur. FHN əməkdaşı filialda, təxliyyə planına, yanğınsöndürən balonlara, siqnalizasiya sisteminə, elektrik naqillərinin aktına və əmlakın icbari sığorta şəhadətnaməsinə baxış keçirəcəklərini qeyd etmişdir. Çıxarışda da qeyd edildiyi kimi, xx.xx.2023 tarixində FHN-nin 2 inspektoru- X5 və X1 tərəfindən filialda yoxlama keçirilmiş, inspektorun daha öncə qeyd etdiyi və çıxarışda da tələb edilən sənədlərin hamısı əməkdaşlara təqdim edilmişdir. Daha sonra inspektor əlavə olaraq yanğın sisteminin “X9”-nı tələb etmişdir. Qeyd edir ki, bundan öncə belə bir sənəd tələb edilməmiş və bununla bağlı yoxlama keçirilməmişdir. FHN əməkdaşlarına Yanğın sisteminin qoşulu olduğunu və zərurət varsa yoxlama keçirə biləcəkləri bildirilmiş, lakin heç bir yoxlama həyata keçirilməmiş, hər hansı müayinə aktı (hansı ki Banka göndərilən Protokolda qeyd edilib ki, 3-cü qoşma vərəqdə müayinə aktının nəticələri var-lakin yoxdur) filiala təqdim edilməmişdir. FHN əməkdaşları tərəfindən yoxlama aparılmayacağı bildirilmişdir. Onlardan aktın formasını göstərmələri xahiş olunmuş, onlar isə “TBC Bokt”dan çəkdikləri “FİRE SECURİTY” şirkətinin verdiyi aktın şəklini göstərmişlər. Əməkdaşlara 1 gün ərzində həmin sənədin təqdim ediləcəyi bildirilmişdir. Lakin əməkdaşlar “X2 dair Protokol” tərtib edəcəklərini qeyd etmişdir. Hər hansı inzibati xəta törədilmədiyi üçün protokol tərəflərindən qəbul edilməmişdir. FHN əməkdaşları filialdan ayrıldıqdan dərhal sonra “FİRE SECURİTY” şirkətinin əməkdaşları ilə əlaqə saxlanılmış, növbəti iş günü, yəni, xx.xx.2023 tarixində şirkətin əməkdaşları tərəfindən təmir bərpa işləri həyata keçirilmiş və “X9” filiala təqdim edilmişdir. Nəticə etibarı ilə FHN əməkdaşlarının filialda yoxlama keçirəcəklərinə dair bildirişi təqdim etdiyi gündən sonrakı 3 iş günü ərzində (yoxlama keçirilən gündən isə sonrakı iş günü ərzində) filialda bütün sənədlər qaydasında olmuşdur. Odur ki, bütün bu qeyd olunanlara və iş materiallarına əlavə edilmiş sənədlərə, həmçinin Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 53.1.1 və 53.1.2-ci maddələrinə əsasən 3(006)-1438/2023 saylı iş üzrə icraata xitam verilməsini xahiş edir. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 518.1-ci maddəsinə əsasən mülkiyyət formasından asılı olmayaraq müəssisə, idarə və təşkilatlarda, ictimai yerlərdə, anbarlarda, yataqxanalarda və ya digər yaşayış sahələrində, meşələrdə və nəqliyyatda yanğın təhlükəsizliyi standartlarının, normalarının və qaydalarının tələblərinin pozulmasına və ya yerinə yetirilməməsinə görə inzibati məsuliyyət nəzərdə tutulmuşdur. İş materiallarında olan və məhkəmə iclasında tədqiq edilmiş yanğın-texniki müayinənin aparılması haqqında Azərbaycan Respublikası Fövqəladə Hallar Nazirliyi X6 Xidməti 2-ci ərazi X6 İdarəsinin 06 mart 2023-cü il tarixli, 1183 nömrəli qərarından görünür ki, illik plana əsasən "xxxx" ASC-də plan üzrə növbəti yoxlamanın aparılması qərara alınmışdır. İş materiallarında olan sahibkarlıq sahəsində aparılan yoxlamaların vahid məlumat reyestrindən Çıxarışdan görünür ki, yoxlamanın xx.xx.2023-cü il tarixdən 10 mart 2023-cü il tarixədək keçirilməsi yoxlamaların vahid məlumat reyestrində qeydiyyata alınmışdır. İş materiallarında olan və məhkəmə iclasında tədqiq edilmiş 1183 nömrəli, 13 mart 2023cü il tarixli yanğın-texniki müayinə aktından görünür ki, "xxxx" ASC-yə məxsus ünvan 1 ünvanında yerləşən “Əcəmi” filialının yerləşdiyi binada aparılan yanğın-texniki müayinəsi zamanı yanğın təhlükəsizliyi qaydalarının 4.2-ci bəndinin pozulması aşkar edilmişdir. “Yanğın təhlükəsizliyi qaydalarının” 4.2-ci bəndində göstərilir ki, otaqların, binaların və tikililərin yanğına qarşı sistem və qurğuları (tüstüyə qarşı qoruma, yanğın avtomatik qurğuları, yanğına qarşı su təchizatı sistemləri, yanğına qarşı qapılar, klapanlar, yanğına qarşı divar və üst örtüklərindəki digər qoruyucu qurğular və s.) daima saz vəziyyətdə saxlanılmalıdır. Qapıların öz-özünə bağlanması üçün qurğular saz vəziyyətdə olmalıdırlar. Yanğına qarşı və ya tüstüyə qarşı qapıların (qurğuların) normal bağlanmasına mane olan hər hansı bir cihazların quraşdırılmasına icazə verilmir. Barəsində inzibati xəta haqqında icraat aparılan hüquqi şəxsin nümayəndəsi tərəfindən məhkəməyə elektron məhkəmə sistemi vasitəsilə təqdim edilmiş 000198 nömrəli “X9”nın və digər sənədlərin surətindən görünür ki, ünvan 1 ünvanında yerləşən “Əcəmi” filialının yerləşdiyi binada 13 mart 2023-cü il tarixdə yanğın-texniki müayinəsi zamanı yanğın təhlükəsizliyi qaydalarının 4.2-ci bəndinin pozulmasına səbəb olmuş nöqsanlar aradan qaldırılmışdır . Göründüyü kimi, hazırkı halda "xxxx" ASC-yə məxsus ünvan 1 ünvanında yerləşən “Əcəmi” filialının yerləşdiyi binada inzibati xəta haqqında protokolda qeyd edilən nöqsanların olmaması müəyyən olunur. Belə ki, Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin: 53.1.2-ci maddəsinə əsasən inzibati xəta tərkibi olmadıqda, inzibati xətalar haqqında işlər üzrə icraat başlanıla bilməz, başlanmış icraata isə xitam verilir. 114.2.1-ci maddəsinə əsasən Azərbaycan Respublikasının İXM-nin 53-cü maddəsində nəzərdə tutulmuş hallardan hər hansı biri olduqda, icraatında inzibati xəta haqqında iş olan hakim və ya səlahiyyətli orqan (vəzifəli şəxs) inzibati xəta haqqında işin icraatına xitam verilməsi haqqında qərar qəbul edir. Məhkəmə, iş üzrə toplanmış sübutların məcmusunun tam, hərtərəfli və obyektiv baxılmasına əsaslanmaqla belə nəticəyə gəlir ki, "xxxx" ASC barəsində tərtib edilmiş inzibati xəta haqqında protokolda göstərilən pozuntuların hazırda mövcud olmaması müəyyən olunduğundan, onun barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 518.1-ci maddəsi ilə başlanmış inzibati xəta haqqında iş üzrə icraata xitam verilməlidir. Yuxarıda göstərilənlərə əsaslanaraq və Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 43, 114 və 115-ci maddələrini rəhbər tutaraq, məhkəmə qərara aldı: "xxxx" ASC barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 518.1-ci maddəsi ilə başlanılmış inzibati xəta haqqında iş üzrə icraata xitam verilsin. Qərardan rəsmi qaydada verildiyi vaxtdan 10 gün müddətində Bakı şəhər Nəsimi Rayon Məhkəməsi vasitəsi ilə və ya birbaşa Bakı Apelyasiya Məhkəməsinə şikayət verilə bilər. Hakim: Elməddin Hüseynov
Məhkəmə qərarları › İş №3(006)-1438/2023
Bakı Şəhəri Nəsimi Rayon Məhkəməsi Qərar — İş №3(006)-1438/2023
29.03.2023 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver