Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 3(006)-1440/2023 14.04.2023 BAKI ŞƏHƏRİ NƏSİMİ RAYON MƏHKƏMƏSİ Hakim Tağıyev Azər Heydər oğlunun sədrliyi, Lətifov Vəli Abdurəşid oğlunun katibliyi, Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Antiinhisar və İstehlak Bazarına Nəzarət Dövlət Xidmətinin nümayəndəsi X2, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan hüquqi şəxs Şəxs MMC-nin nümayəndəsi X1 iştirakları ilə, Şəxs MMC-nin Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 444.2-ci maddəsi ilə nəzərdə tutulmuş inzibati xətanı törətməsinə dair materiala açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: Şəxs MMC-nin Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 444.2-ci maddəsi ilə nəzərdə tutulmuş inzibati xətanı törətməsinə dair Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Antiinhisar və İstehlak Bazarına Nəzarət Dövlət Xidmətinin İstehlakçı Hüquqlarının Müdafiəsi Şöbəsi tərəfindən tərtib edilmiş 13 mart 2023-cü il tarixli, MN ******* saylı inzibati xəta haqqında protokol və ona əlavə edilmiş sənədlər Nəsimi Rayon Məhkəməsinə daxil olmuşdur. İnzibati xəta haqqında protokoldan görünür ki, Bakı şəhəri, xx.xx.2022-ci il tarixdə vətəndaş Sevinc Paşayeva qüsurlu olan malı Şəxs MMC-nin texniki servis xidmətinə təhvil verməsinə baxmayaraq, malın bu tarixədək dəyişdirilib qaytarılmaması müəyyən edilmişdir. Bununla da, Şəxs MMC Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 444.2-ci maddəsi ilə nəzərdə tutulmuş inzibati xətanı törətmişdir. Məhkəmə iclasında iştirak edən Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Antiinhisar və İstehlak Bazarına Nəzarət Dövlət Xidmətinin nümayəndəsi Ö.T.Rzayev inzibati xəta haqqında protokolu müdafiə edərək bildirmişdir ki, inzibati tənbeh inzibati xətanın törədildiyi gündən ən geci dörd ay keçənədək verilə bilər. Azərbaycan Respublikasının İXM-nin 38.1-ci maddəsində nəzərdə tutulan müddətlər uzanan inzibati xətalara münasibətdə xətanın aşkara çıxarıldığı gündən hesablanır. Həmin Məcəllənin 444.2-ci maddəsində malın dəyişdirməsi və geri qaytarılması qaydalarının pozulması nəzərdə tutulmuşdur. Şəxs MMC servisin verdiyi rəydən sonra həmin inzibati xətanı törətmişdir. İdarə tərəfindən MMC barəsində protokol tərtib edildikdən sonra, həmin gün mal geri qaytarılmışdır. Həmin xəta uzanan inzibati xətadır, belə ki, vətəndaş onlara 30 yanvar 2023-cü il tarixdə müraciət etmişdir, inzibati xətanın müddəti 30 yanvar 2023-cü il tarixdən hesablanmalıdır. Göstərilənləri nəzərə alaraq Şəxs MMC-nin barəsində Azərbaycan Respublikasının İXM-nin 444.2-ci maddəsinin sanksiyası həddində inzibati tənbeh tədbirinin tətbiq edilməsini xahiş etdi. Məhkəmə iclasında iştirak edən barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan hüquqi şəxs Şəxs MMC-nin nümayəndəsi A.M.Hacıyev bildirmişdir ki, inzibati xəta haqqında protokol tərtib olunan gün MMC tərəfindən alınan məbləğ ödənilmişdir. Onlar həmin şəxsə malın pulunu qaytarmaq üçün hesabını verməsini və həmçinin, yeni malın da verilməsini təklif etmişlər. Göstərilənləri nəzərə alaraq Şəxs MMC-nin barəsində başlanılmış inzibati xəta haqqında iş üzrə icraata xitam verilməsini məhkəmədən xahiş etmişdir. Məhkəmə proses iştirakçılarının izahatlarını dinləyib, iş materiallarını araşdırıb, toplanmış sübutlara məcmu halda hüquqi qiymət verərək hesab edir ki, Şəxs MMC-nin Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 444.2-ci maddəsində nəzərdə tutulan əməli törətməsi tam sübuta yetirilir. Belə ki, iş materiallarında olan 13 mart 2023-cü il tarixli, MN ******* saylı inzibati xəta haqqında protokoldan görünür ki, Bakı şəhəri, xx.xx.2022-ci il tarixdə vətəndaş S.Paşayeva qüsurlu olan malı Şəxs MMC-nin texniki servis xidmətinə təhvil verməsinə baxmayaraq, malın bu tarixədək dəyişdirilib qaytarılmaması müəyyən edilmişdir. İş materiallarında olan İqtisadiyyat Nazirliyinin Çağrı Mərkəzinin xx.xx.2023-cü il tarixli ********** nömrəli müraciət vərəqəsindən görünür ki, xx.xx.2021-ci il tarixdə Şəxs mağazalar şəbəkəsinin “8-ci mikrorayon” filialından 3 illik zəmanət ilə fen almışdır. İddia etdiyinə görə, fendə qüsur yarandığı üçün xx.xx.2022-ci il tarixdə adıçəkilən mağazanın texniki servis mərkəzinə yaxınlaşaraq malı təmir üçün təhvil vermişdir. Malı təhvil verdikdən bir neçə gün sonra vətəndaşa malda istehsal qüsuru olduğu və qüsurlu malın yenisi ilə əvəz olunacağı bildirilsə də, yeni fen indiyədək vətəndaşa təhvil verilməmişdir. Göstərilənlərə əsasən vətəndaş bununla bağlı adıçəkilən mağaza tərəfindən özünün istehlakçı hüquqlarının pozulduğunu iddia etmiş və aldığı qüsürlü malın geri qaytarılmasına və ya yenisi əvəz olunmasına qanunvericiliyə uyğun olaraq müvafiq köməklik göstərilməsini xahiş etmişdir. İş materiallarında olan xx.xx.2022-ci il tarixli, 7713 nömrəli müştəri qəbzdən görünür ki, xx.xx.2022-ci il tarixdə babyliss fen d212e 2000ü compact malında qüsur yarandığı üçün Şəxs MMC-yə məxsus mağazanın texniki servis mərkəzinə işlək vəziyyətdə malı təmir üçün təhvil vermişdir. İş materiallarında olan Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Antinhisar və İstehlak Bazarına Nəzarət Dövlət Xidmətinin xx.xx.2023-ci il tarixli 3-21-1/2- 1493/2023 nömrəli vətəndaş müraciəti haqqında məktubundan görünür ki, Şəxs MMC tərəfindən vətandaşın müraciətində qeyd edilən məsələyə zərurət yarandığı təqdirdə sonuncunun iştirakı ilə baxıb qanunamüvafiq tədbirlər görməsini və nəticəsi barədə məlumatın, həmçinin malın müayinə edilməsinə dair sənədin (akt, texniki rəy vəs ) surətinin beş iş günündən gec olmayaraq Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Antinhisar və İstehlak Bazarına Nəzarət Dövlət Xidmətiniə təqdim edilməsi xahiş etmişdir. İş materiallarında olan xx.xx.2023-cü il tarixli qaimədən görünür ki, Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Antinhisar və İstehlak Bazarına Nəzarət Dövlət Xidmətinin xx.xx.2023-cü il tarixli məktubu Şəxs MMC-nin məsul şəxsi “Vəlizadə” adlı şəxs tərəfindən xx.xx.2023-cü il tarixdə qəbul olunmuşdur. Beləlikə, məhkəmə iclasında müəyyən edilmişdir ki, Bakı şəhəri, xx.xx.2022-ci il tarixdə vətəndaş Sevinc Paşayeva qüsurlu olan malı Şəxs MMC-nin texniki servis xidmətinə təhvil verməsinə baxmayaraq, malın bu tarixədək dəyişdirilib qaytarılmaması müəyyən edilmişdir. Bununla da, Şəxs MMC Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 444.2-ci maddəsi ilə nəzərdə tutulmuş inzibati xətanı törətmişdir. Məhkəmə hesab edir ki, Şəxs MMC tərəfindən satılmış malların dəyişdirilməsi və ya geri qaytarılması qaydalarınına əməl edilməməsi Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 444.2-ci maddəsinin tələblərinin pozulması kimi qiymətləndirilməlidir. Belə ki, Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 444.2-ci maddəsinə əsasən satılmış malların dəyişdirilməsi və ya geri qaytarılması qaydalarının pozulmasına görə - altı yüz manatdan doqquz yüz manatadək məbləğdə cərimə edilir. Həmin Məcəllənin 3-cü maddəsinə əsasən, yalnız bu Məcəllə ilə nəzərdə tutulmuş inzibati xətanın törədilməsində təqsirli hesab edilən və inzibati xəta tərkibinin bütün digər əlamətlərini daşıyan əməli (hərəkət və ya hərəkətsizliyi) törətmiş şəxs inzibati məsuliyyətə cəlb olunur. Həmin Məcəllənin 9.1-ci maddəsinə əsasəninzibati xəta törətmiş şəxs haqqında tətbiq edilən tənbeh ədalətli olmalıdır, yəni inzibati xətaların xarakterinə, onun törədilməsi hallarınavə inzibati xətanı törətməkdə təqsirli bilinənin şəxsiyyətinəuyğun olmalıdır. Həmin Məcəllənin 76.1-ci maddəsinə əsasən inzibati xətanın olub-olmamasını, inzibati xəta törədən şəxsin təqsirini və işin düzgün həlli üçün əhəmiyyətli olan digər halları müəyyən etmək üçün hakimin, səlahiyyətli orqanın (vəzifəli şəxsin) əsaslana bildiyi hər cür faktik məlumatlar inzibati xətalar haqqında işlər üzrə sübutlar sayılır. Bu məlumatlar maddi sübutlarla, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin, zərər çəkmiş şəxsin, şahidlərin izahatları ilə, digər sənədlərlə, xüsusi texniki vasitələrin göstəriciləri ilə, müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqanın (qurumun) informasiya sistemində, habelə digər dövlət informasiya sistemlərində (ehtiyatlarında) aşkar olunan məlumatlarla, ekspertin rəyi ilə, inzibati xəta haqqında protokolla, bu Məcəllə ilə müəyyən edilmiş digər protokollarla müəyyən edilir. Həmin Məcəllənin 84.1-ci maddəsinə əsasən inzibati xətalar haqqında işlərə baxan hakim, səlahiyyətli orqan (vəzifəli şəxs) işin bütün hallarının məcmusunun hərtərəfli, tam və obyektiv surətdə baxılmasına əsaslanan öz daxili inamı ilə sübutları qiymətləndirir. Həmin Məcəllənin 31.3-cü maddəsinə əsasən hüquqi şəxslər barəsində inzibati tənbeh tətbiq edilərkən, inzibati xətanın xarakteri,inzibati xəta nəticəsində hüquqi şəxsin əldə etdiyi xeyrin həcmi və ya onun maraqlarının təmin edilməsinin xarakteri və dərəcəsi, hüquqi şəxsi xarakterizə edən hallar, o cümlədən onunmaliyyə və əmlak vəziyyəti,xeyriyyəçilik və ya digər ictimai faydalı fəaliyyətlə məşğul olması, habelə məsuliyyəti yüngülləşdirən və ağırlaşdıran hallar nəzərə alınır. Məhkəmə hüquqi şəxs barəsində inzibati tənbeh tədbiri tətbiq edərkən inzibati xətanın xarakterini, hüquqi şəxsi xarakterizə edən halları, o cümlədən onunmaliyyə və əmlak vəziyyətini,habelə məsuliyyəti yüngülləşdirən və ağırlaşdıran hallar nəzərə alaraq hesab edir ki, Şəxs MMC-nin barəsində Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 444.2-ci maddəsinin sanksiyasında nəzrədə tutulmuş cərimə növündə inzibati tənbeh tədbirinin tətbiq edilməsi məqsədəmüvafiqdir. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikasının İXM-nin 40, 43, 48- 51, 114-117, 128-130 və 444.2-ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏRARA ALDİ: Şəxs MMC (VÖEN: **********) Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 444.2-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətməkdə təqsirli bilinərək 600 (altı yüz) manat məbləğində inzibati cərimə edilsin. Qərarın surəti təqdim edildiyi və ya alındığı gündən 10 (on) gün müddətində Bakı Apelyasiya Məhkəməsinə şikayət verilə bilər. Sədrlik edən: Azər Tağıyev
Məhkəmə qərarları › İş №3(006)-1440/2023
Bakı Şəhəri Nəsimi Rayon Məhkəməsi Qərar — İş №3(006)-1440/2023
14.04.2023 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver