Məhkəmə qərarları › İş №3(006)-1441/2023

Bakı Şəhəri Nəsimi Rayon Məhkəməsi Qərar — İş №3(006)-1441/2023

03.04.2023 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 3(006)-1441/2023 03.04.2023 BAKI ŞƏHƏRİ NƏSİMİ RAYON MƏHKƏMƏSİ Bakı şəhəri Nəsimi rayon Məhkəməsinin hakimi Hüseynov Elməddin Mirpaşa oğlunun sədrliyi, məhkəmə iclas katibi Mustafayeva İlhamə Mövlan qızının katibliyi, şikayətçi X4 iştirakı ilə, Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında X9 Xidmətinin Bakı şəhər İdarəsi tərəfindən qəbul edilmiş xx.xx.2023-cü il tarixli, MN ******* saylı inzibati tənbeh vermə haqqında qərardan verilmiş şikayətə açıq məhkəmə iclasında baxaraq M Ü Ə Y Y Ə N E T D İ: Ərizəçi "xxxx" MTK-nın sədri X8 məhkəməyə müraciət edərək Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında X9 Xidmətinin Bakı şəhər İdarəsi tərəfindən qəbul edilmiş xx.xx.2023-cü il tarixli, MN ******* saylı inzibati tənbeh vermə haqqında qərarın ləğv edilməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir. Şikayət onunla əsaslandırılmışdır ki, Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında X9 Xidməti Bakı şəhər İdarəsinin inzibati tənbeh vermə haqqında 14 fevral 2023-cü il tarixli, MN1291531 nömrəli Qərarı ilə "xxxx" MTK-nın sədri kimi o, İXM-nin 192.1-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətməkdə təqsirli bilinib 4000 (dörd min) manat məbləğində cərimə olunmuşdur. Aşağıdakılara əsasən hesab edir ki, iş üzrə mühüm əhəmiyyət kəsb edən faktiki hallar araşdırılmamış, səlahiyyətli orqan (vəzifəli şəxs) tərəfindən müəyyən edilmiş iş üçün əhəmiyyətli olan halların sübuta yetirilməmişdir. Bu səbəbdən də, 14 fevral 2023-cü il tarixli, MN ******* nömrəli Qərar ləğv olunmalıdır. Belə ki, X9 öz qərarını onunla əsaslandırmışdır ki, vətəndaşlar X3, X11, X2 və X14 əmək müqaviləsi hüquqi qüvvəyə minmədən işlərin (xidmətlərin) yerinə yetirilməsinə cəlb edilmişlər. Bildirir ki, Bakı şəhəri Yasamal Rayon Prokurorluğunun xx.xx.2023-cü il tarixli Qərarı ilə "xxxx" Mənzil Tikinti Kooperativi barəsində İXM-nin 192.1-ci maddəsinə əsasən inzibati xəta haqqında iş üzrə icraat başlanılmış, Qərar və toplanmış material baxılması üçün Nəsimi Rayon Məhkəməsinə, "xxxx" MTK-nın vəzifəli şəxsi barəsində material isə baxılması üçün X6 göndərilmişdir. Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin xx.xx.2023-cü il tarixli, 3(006)-1088/2023 saylı Qərarı ilə "xxxx" MMC (VÖEN: **********) barəsində başlanılmış inzibati xəta haqqında iş üzrə icraata xitam verilmişdir. Məhkəmənin nəzərinə çatdırır ki, Yasamal rayon Prokurorluğu öz qərarında qeyd edir ki, "xxxx" MTK-nın sədri X8 araşdırma zamanı X3, X11, X2 və X14 ilə MTK arasında əmək müqaviləsi bağlanmadan həmin şəxslərin tikintitəmir işlərinin görülməsi üçün boyama işləri ilə əlaqədar cəlb edildiklərini təsdiq etmiş, tikinti işlərində gecikmə olduğu üçün Qoşqar Fərzəliyev və digərləri qeyri-rəsmi işçi kimi boyama işlərinin görülməsinə cəlb edilmiş, işçilərin əmək haqqlarının ödənilməsində gecikmələr olduğunu sonradan bilmiş, həmin pulların ödənilməsi qısa müddətdə təmin ediləcəkdir. Bildirir ki, Yasamal rayon Prokurorluğunda "xxxx" MTK-nın sədri kimi vermiş olduğu izahat tamamilə təhrif edilməklə qərara salınmışdır. Belə ki, o, verdiyi izahatında bildirmişdir ki, həmin şəxslər MTK-nın briqadiri vəzifəsində çalışan Haqverdi Alıyev tərəfindən işlərin görülməsinə cəlb edilmişlər. Haqverdi Alıyev ona həvalə olunmuş işlərin görülməsini sürətləndirmək üçün sözügedən şəxsləri işlərin görülməsinə şəxsən cəlb etmişdir. Haqverdi Alıyev özü VÖEN ünvanına malik olan sahibkarlıq subyektidir və yaşayış binalarında öz briqadası ilə təmir tikinti işləri ilə məşğul olmuşdur. O, Haqverdi Alıyevin əlaqə vasitələrini Yasamal rayon Prokurorluğuna təqdim etsə də, prokurorluq tərəfindən onun izahatı alınmamışdır. Yasamal prokurorluğu nədənsə verdiyi izahatı təhrif etməklə özünə sərf edən şəkildə qərara əlavə etmişdir. X9 yuxarıda göstərilən xüsusatları araşdırmadan qərar qəbul etmişdir. Göründüyü kimi X9 hər hansı mötəbər sübuta əsaslanmamış, yalnız şikayətçilərin ərizələrində qeyd olunan xüsusatları əsas götürərək qanunsuz qərar qəbul etmişdir. Qeyd edir ki, yuxarıda adları qeyd olunan şəxslərlə "xxxx" MTK arasında hər hansı əmək münasibətləri yaranmamış, nə də qəbul olunmuş qərarlarda həmin şəxlərin MTK tərəfindən harada işlərə cəlb olunması barədə heç bir qeyd aşkar edilməmişdir. Göstərilənləri nəzərə alaraq, X9 Xidmətinin Bakı şəhər İdarəsi tərəfindən qəbul edilmiş xx.xx.2023-cü il tarixli, MN ******* saylı inzibati tənbeh vermə haqqında qərarın ləğv edilməsi xahiş olunur. Məhkəmə iclasında şikayət vermiş şəxs X8 şikayətində göstərilənlərə uyğun izahat verərək onun təmin olunmasını xahiş etdi. Məhkəmə iclasının vaxtı və yeri barədə Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında X9 Xidmətinin Bakı şəhər idarəsinə lazımi qaydada məlumat verilsə də, qurumun nümayəndəsi məhkəmə iclasında iştirak etməmiş və iştirak etməməsinin səbəbləri barədə məhkəməyə məlumat verməmişdir. Məhkəmə Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 133.2.4-cü maddəsinə əsasən işə Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında X9 Xidmətinin Bakı şəhər idarəsinin nümayəndəsinin iştirakı olmadan baxılmasını mümkün hesab edir. İş materiallarında olan Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında X9 Xidmətinin Bakı şəhər İdarəsi tərəfindən qəbul edilmiş xx.xx.2023-cü il tarixli, MN ******* saylı inzibati tənbeh vermə haqqında qərara əsasən X3, X11, X2 və X13 əmək müqaviləsi hüquqi qüvvəyə minmədən hər-hansı işlərin (xidmətlərin) yerinə yetirilməsinə cəlb etdiyinə görə "xxxx" MTK-nın direktoru X1 Xətalar Məcəlləsinin 192.1-ci maddəsi üzrə təqsirli bilinərək 4.000 manat məbləğində cərimə edilmişdir. Beləliklə məhkəmədə müəyyən edilir ki, Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında X9 Xidmətinin Bakı şəhər İdarəsi tərəfindən qəbul edilmiş xx.xx.2023-cü il tarixli, MN ******* saylı inzibati tənbeh vermə haqqında qərarla X3, X11, X2 və X13 əmək müqaviləsi hüquqi qüvvəyə minmədən hər-hansı işlərin (xidmətlərin) yerinə yetirilməsinə cəlb etdiyinə görə "xxxx" MTK-nın direktoru X1 Xətalar Məcəlləsinin 192.1-ci maddəsi üzrə təqsirli bilinərək 4.000 manat məbləğində cərimə edilmişdir. Bununla belə, o da aydın olur ki, Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında X9 Xidmətinin Bakı şəhər İdarəsi tərəfindən X3, X11, X2 və X12 müraciətləri əsasında aparılan inzibati xəta haqqında iş üzrə icraat qanunvericiliyin tələblərinə tam riayət olunmaqla aparılmamış, iş üzrə bütün faktiki halları tam və hərtərəfli qaydada öyrənmək üçün lazımi təbdirlər görülməmiş, yalnız bu şəxslərin izahatları ilə kifayətlənilmişdir. Halbuki, həmin şəxslərin "xxxx" MTK-ya nə kimi aidiyyətinin olubolmaması X9 Xidmətinin Bakı şəhər İdarəsi tərəfindən müəyyən edilməmişdir. Bununla da, şəxsin təqsirliyini sübut edən kifayət qədər dəlil toplanılmayaraq X9 Xidmətinin Bakı şəhər İdarəsi tərəfindən prosessual normalara və sübutetmə vəzifəsinə əməl olunmamışdır. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 6.2-ci maddəsinə əsasən inzibati xətalar haqqında işlər üzrə icraatın təmin edilməsi tədbirləri tətbiq edilərkən, qanunvericiliyin tələblərinə əməl olunması yuxarı orqanların və vəzifəli şəxslərin idarə nəzarəti ilə, məhkəmə və prokuror nəzarəti ilə və şikayət etmək hüquqi ilə təmin edilir. Həmin Məcəllənin 48-ci maddəsinə görə inzibati xətalar haqqında işlər üzrə icraatın vəzifələri şəxslərin hüquqlarını və azadlıqlarını, onların qanuni mənafelərini qorumaqdan, inzibati xəta haqqında hər bir işin hallarını vaxtında, hərtərəfli, tam və obyektiv surətdə aydınlaşdırmaqdan, inzibati xəta törətmiş şəxsi aşkar etməkdən və onu inzibati məsuliyyətə cəlb etməkdən, çıxarılmış qərarın icrasını təmin etməkdən, habelə inzibati xətanın törədilməsinə kömək edən səbəbləri və şəraiti aşkar etməkdən və inzibati xətaların qarşısını almaqdan ibarətdir. Həmin Məcəllənin 76.1-ci maddəsinə görə inzibati xətanın olub-olmamasını, inzibati xəta törədən şəxsin təqsirini və işin düzgün həlli üçün əhəmiyyətli olan digər halları müəyyən etmək üçün hakimin, səlahiyyətli orqanın (vəzifəli şəxsin) əsaslana bildiyi hər cür faktik məlumatlar inzibati xətalar haqqında işlər üzrə sübutlar sayılır. Bu məlumatlar maddi sübutlarla, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin, zərər çəkmiş şəxsin, şahidlərin izahatları ilə, digər sənədlərlə, xüsusi texniki vasitələrin göstəriciləri ilə, ekspertin rəyi ilə, inzibati xəta haqqında protokolla, bu Məcəllə ilə müəyyən edilmiş digər protokollarla müəyyən edilir. Göstərilənləri nəzərə alaraq məhkəmə hesab edir ki, şikayət qismən təmin edilməli, Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında X9 Xidmətinin Bakı şəhər İdarəsi tərəfindən qəbul edilmiş xx.xx.2023-cü il tarixli, MN ******* saylı inzibati tənbeh vermə haqqında qərar ləğv edilməli və iş yenidən baxılması üçün həmin quruma göndərilməlidir. İnzibati Xətalar Məcəlləsinin 135.1.6-cı maddəsinə görə bu Məcəllə ilə müəyyən edilmiş tələblərin işin hallarının hərtərəfli, tam və obyektiv araşdırılmasına maneə törədəcək dərəcədə pozulması inzibati xəta haqqında iş üzrə qərarın ləğv edilməsi və ya dəyişdirilməsi üçün əsasdır. Həmin Məcəllənin 134.1.4-cü maddəsinə görə inzibati xəta haqqında iş üzrə qərardan verilən şikayətə və ya protestə baxılaraq bu Məcəllənin 135.1.1 və 135.1.6-cı maddələri ilə müəyyən edilmiş hallarda qərarın ləğv edilməsi və inzibati xəta haqqında işin yenidən baxılmaq üçün hakimə, səlahiyyətli orqana (vəzifəli şəxsə) göndərilməsi haqqında qərar qəbul edilə bilər. Qeyd edilənlərə əsasən və Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 128-130-cu və 133-135-ci maddələrini rəhbər tutaraq məhkəmə QƏRARA ALDİ: Şikayət qismən təmin edilsin. Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında X9 Xidmətinin Bakı şəhər İdarəsi tərəfindən qəbul edilmiş xx.xx.2023-cü il tarixli, MN ******* saylı inzibati tənbeh vermə haqqında qərar ləğv edilsin və iş baxılması üçün həmin quruma göndərilsin. Qərardan, onun surəti rəsmi qaydada verildiyi andan 10 gün müddətində Bakı şəhəri Nəsimi Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinə şikayət verilə bilər. Hakim: Elməddin Hüseynov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar