Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 3(006)-1442/2022 16.05.2022 BAKI ŞƏHƏRİ NƏSİMİ RAYON MƏHKƏMƏSİ Hakim: Pənahov Babək Əkbər oğlunun sədrliyi Məhkəmə iclasının katibi: X6 İnzibati xəta haqqında protokolu Azərbaycan Respublikası Səhiyyə Nazirliyi tərtib etmiş şəxs: X2 baş mütəxəssisi X3 iştirakları ilə Şəxs (hüquqi ünvanı: Bakı şəhəri, Nəsimi rayonu, Xan Şuşinski küçəsi, ev 24; VÖEN: **********) barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 215.1 və 215.4-cü maddələri üzrə tərtib olunmuş 13.04.2022-ci il tarixli, MN ******* saylı inzibati xəta haqqında protokola və ona əlavə edilmiş sənədlərə açıq məhkəmə iclasında baxaraq M Ü Ə Y Y Ə N E T D İ: Şəxsnə məxsus ünvan 2 ünvanda yerləşən “Yeni həyat klinikası”nda 13 aprel 2022-ci il tarixdə, saat 13:00-da aparılan planlı yoxlama zamanı lisenziyadan kənar iş və fəaliyyəti, habelə sertifikatsız fəaliyyət aşkar edilmişdir. Məhkəmə iclasında inzibati xəta haqqında protokolu tərtib etmiş izahatında Azərbaycan Respublikası Səhiyyə Nazirliyi X2 baş mütəxəssisi X7 izahatında bildirdi ki, sahibkarlıq sahəsində aparılan yoxlamaların vahid məlumat reyestrindən olan çıxarışa və qurumun 07.04.2022-ci il tarixli, 192 saylı qərarına əsasən Şəxsnə məxsus ünvan 2 ünvanda yerləşən “Yeni həyat klinikası”nda 13.04.2022-ci il tarixdə plan üzrə (növbəti) yoxlama aparılmışdır. Yoxlama zamanı müəyyən edilmişdir ki, müəssisədə sanitariyagigiyenik və əksepidemik rejimin, əhaliyə tibbi yardımın göstərilməsi və tibbi heyət üçün əlverişli iş şəraiti yaradılmamış, bəzi tibb işçiləri - stomatoloq X4, həkim-kosmetoloq X9 (diplom üzrə - terapevt), terapevt X5 (07.04.2022-ci il tarixə əmək müqaviləsinə xitam verilib) sertifikasiyadan keçmədən praktiki tibbi fəaliyyətə cəlb edilmiş, habelə lisenziyadan kənar iş və fəaliyyət (travmotoloji (həkim-travmotoloqlar X8 və X11), rentgenoloji, vizioqraf, cərrahi-stomatologiya) aşkar edilmişdir. Təxirə salınmış məhkəmə iclasının yeri və vaxtı barədə xəbərdarlıq edilməsinə baxmayaraq, barəsində icraat aparılan hüquqi şəxs Şəxs nümayəndəsi məhkəməyə gəlməmiş, bunun səbəbləri barədə məlumat verilməmişdir. Məhkəmə işə onun iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. İş materiallarında olan: - 07.04.2022-ci il tarixli, KY211723673 saylı “Sahibkarlıq sahəsində aparılan yoxlamaların vahid məlumat reyestrindən Çıxarış”a əsasən Şəxsnə məxsus ünvan 2 ünvanda yerləşən “Yeni həyat klinikası”nda plan üzrə (növbəti) yoxlamanın aparılmasına icazə verilir, yoxlamanın müddəti – 11-15 aprel 2022-ci il; - 13.04.2022-ci il tarixli, 152 saylı “Özəl tibb müəssisəsinin planlı (növbəti) yoxlama Aktı”nda aparılmış qeydə görə ünvan 2 ünvanda yerləşən Şəxsnə məxsus obyektdə sanitariya-gigiyenik və əksepidemik rejimin, əhaliyə tibbi yardımın göstərilməsi və tibbi heyət üçün əlverişli iş şəraiti yaradılmamış, bəzi tibb işçiləri stomatoloq X4, həkim-kosmetoloq X9 (diplom üzrə - terapevt), terapevt X5 (07.04.2022-ci il tarixə əmək müqaviləsinə xitam verilib) sertifikasiyadan keçmədən praktiki tibbi fəaliyyətə cəlb edilmiş, habelə lisenziyadan kənar iş və fəaliyyət (travmotoloji (həkim-travmotoloqlar X8 və X11), rentgenoloji, vizioqraf, cərrahi-stomatologiya) aşkar edilmişdir. Yoxlama saat 13:00-da başlamış, nümayəndə gəlmədiyi üçün saat 13:10-da dayandırılmışdır. Saat 17:00-da nümayəndə - mühasib X10 gəldiyi üçün onun iştirakı ilə yoxlama davam etdirilmişdir. - Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi tərəfindən Şəxsnə verilmiş 01.02.2016-cı il tarixli, İSN/L-167/2016 saylı lisenziyanın əlavəsinə əsasən şirkətə ünvan 2 ünvanda ambulator tibb xidmətinin göstərilməsinə icazə verilən işlərin siyahısına terapiya (terapevtik), nevropatologiya (nevropatoloji), dermatologiya (kosmetoloji), stomatologiya (terapevtik, ortopedik), şüa diaqnostikası (ultrasəs müayinəsi) daxildir. Məhkəmə proses iştirakçısının izahatını dinləyib və iş materiallarını nəzərdən keçirib müəyyən edir ki, Şəxsnə məxsus ünvan 2 ünvanda yerləşən “Yeni həyat klinikası”nda 13.04.2022-ci il tarixdə bəzi tibb işçiləri - stomatoloq X4, həkim-kosmetoloq X9, terapevt X1 keçmədən praktiki tibbi fəaliyyətə cəlb edilmiş, habelə orada lisenziyadan kənar iş və fəaliyyətə (travmotoloji, rentgenoloji, cərrahi-stomatologiya) yol verilmişdir. Bununla da Şəxs əməllərində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 215.1 və 215.4-cü maddələrində nəzərdə tutulmuş inzibati xətalarnın tərkibi vardır. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 215.1-ci maddəsi tibb fəaliyyəti ilə məşğul olan şəxslər tərəfindən dövlət tibb müəssisələrinin nizamnamələrində və ya özəl tibb fəaliyyəti sahəsində onlara verilmiş lisenziyada göstərilən işlərdən və xidmətlərdən kənar tibb fəaliyyətinin həyata keçirilməsinə, 215.4-cü maddəsi isə qanunvericiliyə uyğun olaraq sertifikasiyadan keçməyən şəxslərin (işçilərin) praktik tibb və əczaçılıq fəaliyyətinə buraxılmasına görə məsuliyyət müəyyən edir. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2017-ci il 15 may tarixli 206 nömrəli Qərarı ilə təsdiq edilmiş “Özəl tibb fəaliyyəti üzrə lisenziyalaşdırılan xidmətlərin və işlərin Siyahısı”na əsasən travmatologiya-ortopediya üzrə göstərilən xidmətə travmatolojiortopedik, şüa diaqnostikası üzrə - rentgenoloji, radioloji, nüvə-maqnit rezonansı, kompüter tomoqrafiyası və ultrasəs müayinəsi, stomatologiya üzrə - terapevtik, cərrahi, ortopedik və ortodontik stomatoloji və habelə diş texniki daxildir. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2010-cu il 8 iyun tarixli, 108 nömrəli Qərarı ilə təsdiq edilmiş “Praktik tibb və ya əczaçılıq fəaliyyəti ilə məşğul olan şəxslərin (işçilərin) sertifikasiyası Qaydası”nın 1.2-ci bəndinə görə Azərbaycan Respublikasında praktik tibb və ya əczaçılıq fəaliyyəti ilə məşğul olan, ali və orta ixtisas təhsilinə malik, müvafiq qaydada dövri ixtisasartırma kurslarını keçmiş tibb mütəxəssislərinin peşəkarlıq səviyyəsinin və peşə yararlılığının yoxlanılması məqsədi ilə “Əhalinin sağlamlığının qorunması haqqında” Azərbaycan Respublikasının Qanununa müvafiq olaraq onlar beş ildə bir dəfə sertifikasiyaya cəlb edilirlər. “Əhalinin sağlamlığının qorunması haqqında” Azərbaycan Respublikası Qanununun 49-1-ci maddəsinə uyğun olaraq praktik tibb və ya əczaçılıq fəaliyyəti ali və ya orta tibb təhsili olan şəxslər (işçilər) tərəfindən qanunvericilikdə nəzərdə tutulmuş qaydada ixtisasına uyğun həyata keçirilən tibbi yardımın göstərilməsi sahəsində və ya qanunvericiliyə uyğun olaraq dərman vasitələrinin hazırlanması, istehsalı və satışı sahəsində fəaliyyətdir. Əhaliyə keyfiyyətli səhiyyə xidmətinin göstərilməsinin təmin edilməsi və Azərbaycan Respublikasında praktik tibb və ya əczaçılıq fəaliyyəti ilə məşğul olan şəxslərin (işçilərin) peşəkarlıq səviyyəsinin və peşə yararlılığının yoxlanılması məqsədi ilə həmin şəxslər (işçilər), bu maddənin üçüncü və dördüncü hissələrində nəzərdə tutulmuş hallar istisna olmaqla, dövri olaraq beş ildə bir dəfə müvafiq icra hakimiyyəti orqanı tərəfindən sertifikasiyaya cəlb edilirlər. İnzibati Xətalar Məcəlləsinin 3-cü maddəsinə əsasən yalnız bu Məcəllə ilə nəzərdə tutulmuş inzibati xətanın törədilməsində təqsirli hesab edilən və inzibati xəta tərkibinin bütün digər əlamətlərini daşıyan əməli (hərəkət və ya hərəkətsizliyi) törətmiş şəxs inzibati məsuliyyətə cəlb olunur. Həmin Məcəllənin 9.1-ci maddəsinin tələbinə görə inzibati xəta törətmiş şəxs haqqında tətbiq edilən tənbeh ədalətli olmalıdır, yəni inzibati xətaların xarakterinə, onun törədilməsi hallarına və inzibati xətanı törətməkdə təqsirli bilinənin şəxsiyyətinə uyğun olmalıdır. Həmçinin bu Məcəllənin 84-cü maddəsinə görə inzibati xətalar haqqında işlərə baxan hakim, səlahiyyətli orqan (vəzifəli şəxs) işin bütün hallarının məcmusunun hərtərəfli, tam və obyektiv surətdə baxılmasına əsaslanan öz daxili inamı ilə sübutları qiymətləndirir. İnzibati Xətalar Məcəlləsinin 31.3-cü maddəsinə görə hüquqi şəxslər barəsində inzibati tənbeh tətbiq edilərkən, inzibati xətanın xarakteri, inzibati xəta nəticəsində hüquqi şəxsin əldə etdiyi xeyrin həcmi və ya onun maraqlarının təmin edilməsinin xarakteri və dərəcəsi, hüquqi şəxsi xarakterizə edən hallar, o cümlədən onun maliyyə və əmlak vəziyyəti, xeyriyyəçilik və ya digər ictimai faydalı fəaliyyətlə məşğul olması, habelə məsuliyyəti yüngülləşdirən və ağırlaşdıran hallar nəzərə alınır. Məhkəmə iclasında Şəxs məsuliyyətini yüngülləşdirən və ya ağırlaşdıran hallar müəyyən edilmədi. İnzibati Xətalar Məcəlləsinin 34.3-cü maddəsinə əsasən şəxsin eyni vaxtda öz hərəkətləri (hərəkətsizliyi) ilə törətdiyi bir neçə inzibati xətaya dair işlərə baxılması eyni orqanın səlahiyyətinə aiddirsə, həmin şəxs daha ciddi xətaya görə müəyyən edilmiş sanksiya çərçivəsində tənbeh edilir. Bununla bağlı qeyd olunmalıdır ki, İnzibati Xətalar Məcəlləsinin 215.1 və 215.4-cü maddələrində hüquqi şəxs üçün nəzərdə tutulmuş cərimənin məbləği eynidir (altı min manatdan səkkiz min manatadək). Beləliklə, məhkəmə Şəxs törətdiyi inzibati xətanın xarakterini, inzibati xəta nəticəsində onun maraqlarının təmin edilməsinin dərəcəsini, hüquqi şəxsi xarakterizə edən halları və s. nəzərə alaraq hesab edir ki, qurum İnzibati Xətalar Məcəlləsinin 215.1 və 215.4-cü maddələrində nəzərdə tutulmuş əməlləri törətməkdə təqsirli bilinməli və həmin Məcəllənin 34.3-cü maddəsinin tələblərinə müvafiq olaraq qeyd olunan maddələrdə nəzərdə tutulmuş sanksiya çərçivəsində cərimə olunmalıdır. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 40-cı, 43-cü, 48-50-ci, 114-115-ci və 128-130-cu maddələrini rəhbər tutaraq məhkəmə Q Ə R A R A A L D İ: Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 215.1 və 215.4-cü maddələrində nəzərdə tutulmuş əməlləri törətməkdə təqsirli bilinsin, həmin Məcəllənin 34.3-cü maddəsinə müvafiq olaraq 6.000 (altı min) manat məbləğində cərimə edilsin. Qərardan, onun surəti rəsmi qaydada verildiyi vaxtdan 10 (on) gün müddətində Bakı şəhəri Nəsimi Rayon Məhkəməsi vasitəsilə Bakı Apellyasiya Məhkəməsinə şikayət verilə bilər. Hakim Babək Pənahov
Məhkəmə qərarları › İş №3(006)-1442/2022
Bakı Şəhəri Nəsimi Rayon Məhkəməsi Qərar — İş №3(006)-1442/2022
16.05.2022 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver