Məhkəmə qərarları › İş №3(006)-1443/2024

Bakı Şəhəri Nəsimi Rayon Məhkəməsi Qərar — İş №3(006)-1443/2024

16.04.2024 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 3(006)-1443/2024 16.04.2024 BAKI ŞƏHƏRİ NƏSİMİ RAYON MƏHKƏMƏSİ Bakı şəhəri, Nəsimi rayon Məhkəməsinin hakimi Hüseynov Elməddin Mirpaşa oğlunun sədrliyi, məhkəmə iclas katibi Mustafayeva İlhamə Mövlan qızının katibliyi, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan Şəxs, müdafiəçi – Bakı şəhəri 19 saylı Vəkil Bürosunun vəkili X5, protokolu tərtib edən şəxs Bakı şəhər Nəsimi Rayon Polis İdarəsinin 21-ci Polis Bölməsinin polis sahə inspektoru X1 iştirakları ilə, xx xxxxxx 1994-cü ildə Bakı şəhərində doğulmuş, Azərbaycan Respublikası vətəndaşı, subay, ali təhsilli, işləməyən, ünvan 1 ünvanında qeydiyyatda olan və ünvan 2nvanında yaşayan Şəxs barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 510 və 535.1-ci maddələri üzrə Bakı şəhər Nəsimi Rayon Polis İdarəsinin 21-ci Polis Bölməsi tərəfindən tərtib olunmuş MN ******* saylı inzibati xəta haqqında protokola və ona əlavə edilmiş sənədlərə açıq məhkəmə iclasında baxaraq, məhkəmə M Ü Ə Y Y Ə N E T D İ: Şəxs Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 510 və 535.1-ci maddələrində nəzərdə tutulmuş əməlləri törətməsinə dair 16 aprel 2024-cü il tarixli, MN ******* saylı inzibati xəta haqqında protokol və ona əlavə edilmiş sənədlər Nəsimi Rayon Məhkəməsinə daxil olmuşdur. İnzibati xəta haqqında protokola və ona əlavə edilmiş materiallara əsasən, Şəxs 16 aprel 2024-cü il tarixdə ünvan 3 ünvansız nalayiq ifadələr işlətmiş və ona yaxınlaşan polis əməkdaşlarının qanuni tələbinə qəsdən tabe olmamışdır. Bununla da, Şəxs Azərbaycan Respublikasının İXM-nin 510 və 535.1-ci maddələrində nəzərdə tutulmuş əməlləri törətmişdir. Məhkəmədə inzibati xəta haqqında protokolu tərtib etmiş şəxs Bakı şəhəri Nəsimi Rayon Polis İdarəsinin 21-ci Polis Bölməsinin sahə inspektoru X4 izahatında göstərdi ki, Nəsimi RPİ-nin Post-patrul xidməti bölüyü əməkdaşları X6 və X2 xx.xx.2024-cü il tarixdə saat 12:30 radələrində Bakı şəhəri, Nəsimi rayonu, D.Əliyeva və Rəsul Rza küçələrinin kəsişməsində xidməti vəzifələrini yerinə yetirərkən bir nəfər şəxsin ucadan ünvansız nalayiq ifadələr işlətdiyini, bununla da ətrafa yığılan şəxslərin diqqətini cəlb etdiyini görüb həmin şəxsə yaxınlaşmışlar və özlərini təqdim edərək ondan hərəkətlərini dərhal dayandırmasını və şəxsiyyətini təsdiq edən hər hansı bir sənədin onlara təqdim etməsini tələb etmişlər, lakin həmin şəxs polis əməkdaşlarının tələblərini yerinə yetirməkdən imtina etmişdir. Polis əməkdaşları onu nizam intizama dəvət edərək şəxsiyyətinin müəyyən olunması üçün ərazi üzrə 21-ci Polis bölməsinə getməyi tələb etsələr də, həmin şəxs polis əməkdaşlarının qanuni tələblərinə tabe olmayaraq, avtopatrula əyləşməkdən imtina etmişdir. Tərəflərindən tədbirlər görülərək həmin şəxs xidməti avtomobilə əyləşdirilmiş və 21-ci polis bölməsinə gətirilmişdir. Şöbədə aparılan ilkin araşdırma zamanı məlum olmuşdur ki, həmin şəxs Şəxsdur. Qeyd olunanlarla bağlı Şəxs barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 510 və 535.1-ci maddələri üzrə inzibati xəta haqqında protokol tərtib edilmişdir. Məhkəmədə barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs izahatında göstərdi ki, o, xx.xx.2024-cü il tarixdə saat 12:30 radələrində Bakı şəhəri, Nəsimi rayonu ərazisində yerləşən sinaqoqa gedərək orada keşişlə söhbət etmiş və orada hər kəsin namaz qılmalı olduğunu bildirmişdir. Daha sonra sinaqoqdan çıxaraq danışmağa başlamış və ona polis əməkdaşları yaxınlaşaraq şəxsiyyətini təsdiq edən sənədi təqdim etməsini xahiş etmişlər. O həmin vaxt soyadını desə də, polis əməkdaşları onun şəxsiyyətini müəyyən edə bilməmiş və onu polis bölməsinə dəvət etmişlər. O, polis bölməsinə gəldikdən sonra onun barəsində protokol tərtib edilərək məhkəməyə göndərilmişdir. Lakin, o, nə sinaqoq işçilərinin, nə də digər şəxslərin ünvanına nalayiq ifadələr işlətməmiş, həmçinin polis əməkdaşlarının tələblərinə tabesizlik göstərməmişdir. Qeyd olunanları nəzərə alaraq, barəsində olan icraata xitam verilməsini xahiş edir. Məhkəmə iclasında şahid qismində dindirilmiş Bakı şəhəri Nəsimi rayon Polis İdarəsinin Post-patrul xidməti bölüyü, polis nəfəri X6 verdiyi izahatında göstərmişdir ki, xx.xx.2024-cü il tarixdə Bakı şəhəri, Nəsimi rayonu, D.Əliyeva və Rəsul Rza küçələrinin kəsişməsində Nəsimi rayon Polis İdarəsinin Post-patrul xidməti bölüyü, polis nəfəri X2 ilə birlikdə xidməti vəzifələrini yerinə yetirərkən bir nəfər şəxsin ucadan nalayiq ifadələr işlətdiyini müşahidə etmişlər. Onlar xidməti vəzifələrini yerinə yetirmək məqsədilə həmin şəxsə yaxınlaşmışlar və ona irad bildirərək ictimai asayişi pozmamasını tələb etmişlər. Lakin sonradan şəxsiyyəti onlara məlum olan Şəxs sinaqoq işçilərinin ünvanına nalayiq ifadələr işlətməkdə davam etmişdir. Bundan sonra Şəxs polis bölməsinə dəvət etsələr də, sonuncu onların qanuni tələblərinə əməl etməyərək xidməti avtomobilə əyləşməkdən imtina etmişdir. Tərəflərindən zəruri tədbirlər görülməklə Şəxs avtomobilə əyləşdirilmiş və polis bölməsinə aparılmışdır. Polis bölməsində Şəxs izahatı alınmış və sonradan həmin şəxsin barəsində protokol tərtib olunmuşdur. Məhkəmə iclasında şahid qismində dindirilmiş Bakı şəhəri Nəsimi rayon Polis İdarəsinin Post-patrul xidməti bölüyü, polis nəfəri X2 da X3 izahatına oxşar məzmunlu izahat vermişdir. Məhkəmə proses iştirakçılarının izahatlarını dinləyib, habelə iş materiallarını araşdırıb hesab edir ki, Şəxs tərəfindən Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 510 və 535.1-ci maddələrində nəzərdə tutulmuş inzibati xətaların törədilməsi tam sübuta yetirilir. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 510-cu maddəsi xırda xuliqanlıq, yəni ictimai qaydanı pozan, lakin fiziki şəxslər üzərində zor tətbiq olunması ilə və ya belə zorun tətbiq edilməsi hədəsi ilə, yaxud özgənin əmlakının məhv edilməsi və ya zədələnməsi ilə müşayiət edilməyən hərəkətlərə görə, 535.1-ci maddəsi isə polis işçisi və ya hərbi qulluqçu ictimai qaydanın mühafizə vəzifələrini icra edərkən, onların qanuni tələblərinə qəsdən tabe olmamağa görə məsuliyyət müəyyən edir. “Polis haqqında” Azərbaycan Respublikası Qanununun 7-ci maddəsinin İİ hissəsinə görə Azərbaycan Respublikasının ərazisində olan bütün hüquqi və fiziki şəxslər polis əməkdaşının qanuni tələblərini icra etməlidirlər. Həmin Qanunun 17-ci maddəsinin 1-ci bəndinə görə hər bir şəxsdən cinayətlərə və digər hüquqpozmalara, şəxsiyyət və ictimai asayiş üçün təhlükə törədən və onlara şərait yaradan hərəkətlərə son qoyulmasını tələb etmək polis əməkdaşının hüququdur. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 3-cü maddəsinə əsasən yalnız bu Məcəllə ilə nəzərdə tutulmuş inzibati xətanın törədilməsində təqsirli hesab edilən və inzibati xəta tərkibinin bütün digər əlamətlərini daşıyan əməli (hərəkət və ya hərəkətsizliyi) törətmiş şəxs inzibati məsuliyyətə cəlb olunur. Bu Məcəllənin 9.1-ci maddəsinin tələbinə görə inzibati xəta törətmiş şəxs haqqında tətbiq edilən tənbeh ədalətli olmalıdır, yəni inzibati xətaların xarakterinə, onun törədilməsi hallarına və inzibati xətanı törətməkdə təqsirli bilinənin şəxsiyyətinə uyğun olmalıdır. İnzibati Xətalar Məcəlləsinin 31.2-ci maddəsinə əsasən fiziki və ya vəzifəli şəxslər barəsində inzibati tənbeh tətbiq edilərkən, xətanın xarakteri, inzibati xəta törədən şəxsin şəxsiyyətini xarakretizə edən hallar, onun təqsirinin dərəcəsi, əmlak vəziyyəti, habelə məsuliyyəti yüngülləşdirən və ağırlaşdıran hallar nəzərə alınır. İnzibati xəta haqqında işə baxılarkən Şəxs məsuliyyətini yüngülləşdirən və ya ağırlaşdıran hallar müəyyən edilmədi. İnzibati Xətalar Məcəlləsinin 34.3-cü maddəsinə əsasən şəxsin eyni vaxtda öz hərəkətləri (hərəkətsizliyi) ilə törətdiyi bir neçə inzibati xətaya dair işlərə baxılması eyni orqanın səlahiyyətinə aiddirsə, həmin şəxs daha ciddi xətaya görə müəyyən edilmiş sanksiya çərçivəsində tənbeh edilir. Beləliklə, məhkəmə Şəxs törətdiyi inzibati xətaların xarakterini, onun şəxsiyyətini və iş üzrə digər halları nəzərə alaraq hesab edir ki, o, İnzibati Xətalar Məcəlləsinin 510 və 535.1-ci maddələrində nəzərdə tutulmuş əməlləri törətməkdə təqsirli bilinməli və daha ciddi xəta kimi həmin Məcəllənin 535.1-ci maddəsində müəyyən edilmiş sanksiya çərçivəsində onun barəsində inzibati həbs tətbiq edilməlidir. Çünki “İnsan hüquqlarının və əsas azadlıqlarının müdafiəsi haqqında” Konvensiyanın 5-ci maddəsinin 1-ci hissəsinin “c” bəndinə görə hüquq pozuntusunun törədilməsində əsaslı şübhə ilə bağlı şəxsin səlahiyyətli məhkəmə orqanı qarşısında durmasından irəli gələn və ya onun tərəfindən törədilən hüquq pozuntusunun, yaxud törətdikdən sonra onun gizlənməsinin qarşısını almaq üçün kifayət qədər zəruri əsaslar olduğunun hesab edildiyi hallarda şəxsin qanuni tutulması və ya həbsə alınmasına yol verilə bilər. Göstərilənləri nəzərə alaraq və Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 40, 43, 48-50, 114-115 və 128-130-cu maddələrini rəhbər tutaraq məhkəmə Q Ə R A R A A L D İ: Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 510 və 535.1-ci maddələrində nəzərdə tutulmuş inzibati xətaların törədilməsində təqsirli bilinsin, həmin Məcəllənin 34.3-cü maddəsinə müvafiq olaraq ona 15 (on beş) gün müddətinə inzibati qaydada həbs tətbiq edilsin. İnzibati qaydada həbs müddətinin əvvəli 16 aprel 2024-cü il tarixdən, saat 12:30-dan hesablansın. Qərarın icrası Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin İnzibati X8 Məntəqəsinə və Nəsimi rayon Polis İdarəsinə həvalə edilsin. Qərarın surəti rəsmi qaydada verildiyi gündən 10 (on) gün müddətində Bakı Apellyasiya Məhkəməsinə Nəsimi Rayon Məhkəməsi vasitəsi ilə şikayət verilə bilər. Hakim: Elməddin Hüseynov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar