Məhkəmə qərarları › İş №3(006)-1445/2023

Bakı Şəhəri Nəsimi Rayon Məhkəməsi Qərar — İş №3(006)-1445/2023

13.04.2023 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 3(006)-1445/2023 13.04.2023 BAKI ŞƏHƏRİ NƏSİMİ RAYON MƏHKƏMƏSİ Hakim Tağıyev Azər Heydər oğlunun sədrliyi, Lətifov Vəli Abdurəşid oğlunun katibliyi, şikayətçi X1, qərarından şikayət verilmiş orqan Bakı şəhəri Baş Polis İdarəsi X11 İdarəsinin nümayəndəsi X3 iştirakları ilə, Nəsimi RPİ-nin DYPŞ-nin 12 fevral 2023-cü il tarixli, ******* saylı inzibati tənbeh vermə haqqında qərarından X4 tərəfindən verilmiş şikayətə açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: X4 şikayətlə məhkəməyə müraciət edərək Nəsimi RPİ-nin DYPŞ-nin 12 fevral 2023cü il tarixli, ******* saylı inzibati tənbeh vermə haqqında qərarının ləğv edilməsini, inzibati xəta haqqında iş üzrə icraata xitam verilməsini, ödəniş etdiyi cərimə məbləğinin ona geri qaytarılmasını və Nəsimi RPİ-nin DYPŞ-nin əməkdaşı Rəşad Süleymanovun cinayət xarakterli əməllərinə hüquqi qiymət verilməsi üçün xüsusi qərardad çıxarılmasını xahiş etmişdir. Şikayətçi A.K.Paşayev ərizəsini onunla əsaslandırmışdır ki, o, etibarnamə üzrə idarə etdiyi “Toyota Prius” markalı, dövət qeydiyyat nişanı **-UG-*** olan avtomobil ilə 26 fevral 2022-ci il tarixində, saat 10:00-10:30 radələrində Nəsimi rayonunun ərazisində Mərdanov Qardaşları küçəsi ilə hərəkət edərkən, qarşıdakı Nəcəf bəy Vəzirov küçəsinin kəsişməsində Antonin Prokesin idarə eldiyi “Şkoda Kodiaq” markalı, 055D004 dövlət qeydiyyat nişanlı avtomobillə avto-qəza hadisəsi baş vermişdir. Avto-qəza hadisəsinin baş verməsinə səbəb kimi Nəcəf bəy Vəzirov küçəsi ilə yüksək sürətlə hərəkətdə olan Antonin Prokesin idarə etdiyi “Şkoda Kodiaq” markalı avtomobilinin onun idarə etdiyi “Toyota Prius” markalı avtomobilinə çırpılması olmuşdur. Onun idarə etdiyi avtomobilini çırpılmadan sonra, hətta yolun kənarında quraşdırılmış məhəccərə qədər sürütdürüb aparmışdır. Qəza zamanı “Şkoda Kodiaq” markalı avtomobilinin sürücüsünün mobil telefonu ilə danışaraq avtomobildən düşdüyünün şahidi olmuşdur. Bu hərəkəti ilə onda Antonin Prokesin avtomobilini idarə edərkən içkili olduğu ehtimalı yaranmış, hadisədən təxminən 5 dəqiqə sonra o, DİN-nin 102 qaynar xəttinə məlumat vermişdir. O, hərəkətdə olduğu M.Qardaşları küçəsi ilə Nəcəf bəy Vəzirov küçəsinin kəsişməsində DYP-nin quraşdırdığı işıqforun işləməməsini nəzərə alsalarda (işıqfor hal-hazırda da işləmir), quraşdırılmış digər “Stop” nişanına əməl elməklə yol ayırıcını keçmişdir. Əsas məsələ ondan ibarətdir ki, M.Qardaşları küçəsinin enini təxminən 8 m Nəcəf bəy Vəzirov küçəsinin isə yolun eninin təxminən 6 m olması heç kimə sirr deyil. Maraqlı məqam ondan ibarətdir ki, o, idarə eldiyi avtomobillə həmin kəsişmənin 4,5 metrliyində olarkən həmin avto-qəza baş vermişdir. X7 avtomobilini yüksək sürətlə idarə etməsi birbaşa qəzanın qaçılmaz olaraq baş verməsinə səbəb kimi dəyərləndirilməmişdir. Bundan başqa o, bildirmişdir ki, M.Qardaşları küçəsi boyunca Bakı Tikiş evinin inzibati binası yerləşmişdir. İnzibati bina məhz M.Qardaşları küçəsi ilə N.Vəzirov küçəsinin kəsişməsinə qədər uzanır. Belə ki, inzibati binanın hərəkətdə olduğu küçənin yol aymcına qədər uzanması Nəcəf bəy Vəzirov küçəsi ilə hərəkət edən avtomobilləri görmək imkanını məhdudlaşdırır. Bu isə bir mənalı olaraq Nəcəf bəy Vəzirov küçəsi ilə hərəkət edən bütün avtomobillərə sürət həddini aşmamağa, yol hərəkəti qaydalarını pozmamağa işarədir hətta bu gün də hadisə yerinə baxış keçirsəniz, görünər ki, bu küçələrdə avtomobillər surətlərini azaldır və təhlükəsizliklərini qoruyur. Hətta bu, onda Antonin Prokesin avtomobilinin onun idarə etdiyi avtomobilə bilərəkdən çırpılması ehtimalı, şübhəsi yarandı. 102 qaynar xəttinə məlumat verdiyimdən təxminən 20-30 dəqiqə sonra DYP-nin əmakdaşı hadisə yerinə gəldi və özünü Nəsimi rayonu DYP-nin əməkdaşı olduğunu bildirdi. Həmin əməkdaşa o, A.Prokesin içkili olubolmamasının müəyyən etməsini tələb etdikdə o, DYP xidmətininin istifadəsində olan alkotestrlə yoxlamaq əvəzinə, hətta özü ilə aparmalı olduğu halda hadisə yerinə gəlmiş sığorta şirkətinin əməkdaşı ilə onu və Antonin Nizami metrosu yaxınlığında yerləşən X2 göndərdi. Həmin məntəqənin həkimi onları qarşılamış və heç bir laborator müayinə etmədən hər ikisinin içkili olmadığına aid rəsmi rəy verdi. Bir daha bu faktla da A.Prokesin avtomobilini yüksək sürətlə idarə etdiyi zaman onun içkili olmasını sübut etmiş olur. Bundan başqa, Nəsimi prokururluğunda inspektor Rəşad izahat verərəkən izahatında qeyd edir ki, təhlükəsizlik şəhər kameralarının qeyd etdiyi hadisənin materiallarını ona göstərmişdir, hansı ki, onlar o materialları görməmiş, hətta Bakı şəhər DYPİ-nin əməkdaşı olan Atif Şükürlünün qəbulunda olarkən öz izahatı ilə görüntüləri ona təqdim olunmasını istəsədə bu günə kimi A.Şükürlü tərəfindən heç bir tədbir görülməmiş və ona təqdim edilməmişdir. Digər tərəfdən bildirmişdir ki, Nəsimi DYPİ-nə rəsmi surətdə müraciət edib, qərarı ona rəsmi formada təqdim edilməsini istəsədə bu vaxta qədər inzibati tənbeh vermə haqqında qərar ona rəsmi formada təqdim edilməmişdir. Hal-hazııda Nəsimi DYPİ baş inspektoru mayor Rəşad Süleymanovun ona qarşı yönəlmiş qanunsuz və cinayətkar xarakterli əməlləri Bakı şəhər prokurorluğunda araşdırılma aparılır. Nəsimi RPİ-nin əməkdaşı olan R.Süleymanov tərəfindən protokol tərtib edərək onu İXM-nin 327.2-ci maddəsi ilə təqsirli bilməsi qanunsuz və əsassızdır. Həmin Məcəllənin 327.2-ci maddəsinə əsasən svetoforun və ya nizamlayıcınm qadağanedici işarəsi verilərkən hərəkətin davam etdirilməsi əks olunmuşdur. Lakin yuxarıda göstərdiyi kimi o, bütün qaydalara riayət edərək, orada işıqfor işləmir, dayan işarəsinə riayət etdikdən sonra o, hərəkətə keçmiş, bundan sonra yolun ortasında yüksək sürətlə gələn A.Prokesin avtomobilinin onun idarə etdiyi avtomobilini vurmuşdur. Digər tərəfdən hadisədən sonra Antonini vicdan oyanmış, yəni özünün təqsirli olduğunu bildiyi üçün ona mesaj yazmış və onun vəziyyətini soruşmuşdur. Yuxarıda göstərdiyi işin halları və xüsusatları Nəsimi Rayon Məhkəməsində araşdırılmış və məhkəmənin qərarı ilə inzibati qərar ləğv edilmiş, yenidən obyektiv, hərtərəfli tam araşdırılması üçün Nəsimi RPİ-nin DYPŞ-nə göndərilmişdir. Nəsimi RPİ-nin DYPŞ-nin YNH üzrə baş inspektoru Rüfət Sadıqzadə hce bir araşdırma aparmadan, yalnız sənəd üzrə ləğv edilmiş inzibati qərarı heç bir sübut və dəlillərə əsaslanmadan yenidən köçürdüb yeni qərar vermişdir. Nəsimi RPİ-nin DYPŞ-nin inzibati tənbeh vermə haqqında xx.xx.2023-cü il tarixli, ******* saylı qərar ona poçt vasitəsilə göndərilmiş və o, həmin qərarı xx.xx.2023-cü il tarixdə poçtdan götürmüşdür. Həmin qərarda göstərilmişdir ki, “STOP” yol nişanını tələbini pozmuşur, lakin bu yalandır, həmin ərazidə kameralar var və bununla yanaşı işıqforda mövcuddur. İnspektor dediklərini heç bir sübutla əsaslandırmır. Lakin qanuna əsasən onun təqsirli olmasını sübut etmək araşdırma aparan inspektorun vəzifə borcudur. Həmçinin bildirmişdir ki, ona qanunsuz və əsassız olaraq aparılmış araşdırmaların nəticəsi kimi qəbul edilmiş inzibati tənbeh vermə haqqında qərarlardan verilmiş şikayəti üzrə Nəsimi Rayon Məhkəməsində inzibati icraat qaydasında üç dəfə baxılmış, qanuni və əsaslı olaraq inzibati qərar ləğv edilərək, yenidən araşdırmaya göndərilmişdir, lakin Nəsimi RPİ-nin DYPŞ-də aparılmış eyni əvvəlki araşdırmanın nəticələrini təkrarlayır və məhkəmə orqanlarında göstərilən halların araşdırılmasına əhəmiyyət vermir, çünki araşdırmanı həyata keçirən subyektlərin araşdırması heç bir sübuta söykənmir və faktiki olaraq qanunu pozmuş Çexiya səfirliyinin nümayəndəsi A.Prokesin əməllərinə göz yumulur, onun əvəzinə isə onu sübutsuz təqsirli bilməyə davam edirlər. Bununla yanaşı bildirir ki, Nəsimi RPİ-nin DYPŞ-nin onun işi ilə əlaqədar çıxardığı inzibati tənbeh vermə haqqında qərarları məhkəmə tərəfindən dəfələrlə ləğv edilib, yenidən araşdırmaya göndərilsə də, lakin bu orqanda obyektiv araşdırmaya mane olan yeganə şəxs isə ilk dəfə ona qarşı qanunsuz və cinayət xarakterli hərəkətlər etmiş inspektor R.Süleymanovdur. Bundan öncədə inspektor R.Süleymanov imzası ilə ona ******* saylı qərarı xx.xx.2023-cü il tarixdə poçt vasitəsilə göndərmiş və o, bu qərarı xx.xx.2023-cü il tarixdə poçtdan götürmüşdür. Həmçinin bu qərardan Nəsimi Rayon Məhkəməsinə şikayət vermiş, təəssüf ki, hakim Solmaz Mustafayeva əsassız və qanunsuz qərardad çıxardaraq iş materiallarını geri qaytarmışdır. Nəsimi RPİ-nin DYPŞ-nin inzibati tənbeh vermə haqqında ******* saylı qərarının giriş hissəsində araşdırma tarixi 26 fevral 2022-ci il göstərilməklə yanaşı, Nəsimi RPİ-nin DYPŞ-nin YNH üzrə baş inspektoru polis kapitanı Tural İsmayılov araşdırma aparan subyekt kimi göstərilsədə, lakin qərarın imza atması hissəsində inspektor R.Süleymanovun imza atması hesab edir ki, qanun pozuntusudur hətta məhkəmə qərarlarını saymadan və əməl etmədən və bir daha aydın olur ki, bu orqan araşdırmanı qanunsuz və qərəzli olaraq həyata keçirməkdə davam etməklə yanaşı, onun konstitusion hüquqlarını kobud surətdə pozmaqda davam edirlər. Hal-hazırda məhkəməyə təqdim etdikləri 12 fevral 2023-cü il tarixli ******* saylı qərarı yəni, ******* saylı qərarı yuxarıda göstərdiyi kimi ona R.Süleymanovun imzası ilə təqdim edilmişdir. R.Süleymanovun sənədləri saxtalaşdırması əməlləri vəzifəsindən sui-istifadə etmək (CM 308-309) və saxta sənəd düzəltmək (CM 320) kimi tövsif edilnəli və onun əməllərinə hüquqi qiymət verilməlidir. Məhz bu baxımdan məhkəmə prosesində onun haqqında xüsusi qərardad çıxarılmalı və prokurorluğa göndərilməlidir. Digər tərəfdən qərarda göstərilir ki, Nəsimi RPİ-nin DYPŞ-nm YNH də aparılan araşdırmadan, guya mən Nəsimi rayon prokurorluğuna şikayət etmişəm və mənə orada izah ediblər ki, araşdırma düzgün aparılıb (məhz bu da inspektorun qərəzli olaraq məhkəməni aldatmaq fikrindən belə yazılıb, çünki məlumdur ki, qərardan yalnız məhkəməyə şikayət vermişik). Məhkəmənin nəzərinə bir daha çatdırmaq istəyirəm ki, o, Nəsimi rayon prokurorluğuna inspektor R.Süleymanovun cinayət xarakterli əməlindən, yəni ondan rüşvət alması ilə başlı şikayət edilmişdir. Hal-hazırda Nəsimi rayon prokurorluğunun köməkçisi X6 yalan verdiyi izahatları yoxlamadan (inspektor izahatında göstərmişdir ki, guya ona video disk göstərib, bu yalandır, əgər belə bir disk varsa niyə məhkəməyə təqdim edilmir?) onun əməllərini örtbasdır edən qərarları iki dəfə birinci Nəsimi prokuroru tərəfindən, ikincisi isə Nəsimi Rayon Məhkəməsinin hakimi Solmaz Mustafayeva tərəfindən xx.xx.2023-cü il tarixli, 6(006)- 3/2023 saylı qəarala ləğv edilmişdir. Bundan başqa, o, bildirmişdir ki, qanunsuz və əsassız olan inzibati tənbeh vermə haqqında qərar ilkin olaraq xx.xx.2022-ci ildə yazılmış və qanunvericiliyə əsasən bir il ərzində icra edilməmişsə ləğv edilməsi üçün əsasdır. Göstərilənlərə əsasən Nəsimi RPİ-nin DYPŞ-nin inzibati tənbeh vermə haqqında xx.xx.2023-cü il tarixli, ******* saylı qərarının ləğv edilməsi və inzibati icraata xitam verilməsi barədə qərar çıxarılması və onun cərimə qismində ödədiyi pulun geri qaytarılmasını, o cümlədən Nəsimi RPİ-nin DYPŞ-nin əməkdaşı R.Süleymanovun cinayət xarakterli əməllərinə hüquqi qiymət verilməsi üçün xüsusi qərardad çıxarılması xahiş edilmişdir. Məhkəmə iclasında iştirak edən şikayətçi A.K.Paşayev şikayət ərizəsinin məzmununa uyğun çıxış edərək şikayətinin təmin edilməsini məhkəmədən xahiş etmişdir. Məhkəmə iclasında iştirak edən Bakı şəhəri Baş Polis İdarəsi X11 İdarəsinin nümayəndəsi E.M.Qanbayev şikayətlə razılaşmayaraq bildirmişdir ki, Qarşı tərəf Çexiya Respublikasının vətəndaşı olmuşdur, özü də şikayətçiyə zəng vuraraq köməklik göstərəciyinə söz vermişdir. Şikayətçinin təqsirkar olması hadisə yerində də öz təsdiqini tapmışdır. Şikayətçi həmin Çex vətəndaşının yanında oturub ağlamış, vurulmuş ziyanı ödəməyə imkanının olmadığını dediyinə görə sonuncu ona köməklik edəcəyini demişdir. Şikayətçiyə hadisəni əks etdirən videogörüntülər göstərilmişdir, həmçinin hadisə baş verdiyi ərazidə “stop” işarəsi yerləşdirilmişdir. Şikayətçi “Stop” nişanın tələbini pozub hərəkətini davam etdirmişdir. Baş yol N.Vəzirov küçəsidir, M.Qardaşları onu kəsən küçədir, “Toyota Prius” yola çıxmasa hadisənin baş verməyəcəkdi. Bu iş üzrə xx.xx.2022-ci il tarixli inzibati tənbeh vermə haqqında qərar X5 tərəfindən çıxarılmış, lakin mexaniki səhvlik olmuş və qərarı R.İsmayılzadə imzalamışdır. Həmin qərar şikayətçiyə və məhkəməyə də göndərilmişdir. xx.xx.2022-ci il hadisənin olma tarixidir, həmin qərarların ikisidə eyni qərardır, lakin fərqli şəxslər tərəfindən imzalanmışdır. Göstərilənləri nəzərə alaraq şikayətin təmin edilməməsini və Nəsimi RPİ-nin DYPŞ-nin 12 fevral 2023-cü il tarixli, ******* saylı inzibati tənbeh vermə haqqında qərarının dəyişdirilmədən saxlanılmasını məhkəmədən xahiş etmişdir. Məhkəmə proses iştirakçılarının izahatlarına, DVD diskindəki videogörüntüyə və digər sübutlara qiymət verərək hesab edir ki, şikayət əsassız olduğundan təmin olunmamalıdır. Belə ki, iş materiallarında olan Nəsimi RPİ-nin DYPŞ-nin xx.xx.2023-cü il tarixli, ******* saylı inzibati tənbeh vermə haqqında qərarından görünür ki, barəsində inzibati xəta haqqında iş üzrə icraat araşdırılmış fiziki şəxs A.K.Paşayev Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 327.2-ci maddəsində nəzərdə tutulmuş əməli törətməkdə təqsirli bilinərək 60 (altmış) manat miqdarında cərimə edilmişdir. İş materiallarına əlavə edilmiş A.K.Paşayevin xx.xx.2022-ci il tarixli izahatının surətindən görünür ki, o, həmin tarixdə, saat 10:00 radələrində etibarnamə ilə idarə etdiyi “Toyota Prius” markalı, **-UG-*** dövlət qeydiyyat nişanlı avtomobillə hərəkətdə olarkən M.Qardaşları küçəsi ilə N.Vəzirov küçəsinin kəsişməsinə daxil olan zaman “Stop” yol nişanı gözünə gün işığı düşməsi səbəbindən hərəkətini davam edərək sağdan düzünə hərəkətdə olan “Şkoda Kodiak” markalı, 055-D-004 dövlət qeydiyyat nişanlı avtomobilin ön sol hissəsinə toxunaraq hadisənin qarşısını almaq məqsədi ilə sükanı sola burmuşdur. Bu zaman yolun kənarına quraşdırılmış dəmir məhəcərə toxunub dayanmışdır. İş materiallarına əlavə edilmiş A.Prokesinin xx.xx.2022-ci il tarixli izahatının surətindən görünür ki, o, həmin tarixdə, saat 10 radələrində idarə etdiyi “Skoda” markalı, 055-D-004 nömrə nişanlı avtomobillə N.Vəzirov küçəsi ilə üzü S.Vurğun küçəsi istiqamətində hərəkət edən zaman M.Qardaşları küçəsi ilə yol ayrıcına çatdıqda hərəkət üstünlüyü onun olduğu üçün hərəkətini düzünə davam etdirərək sol tərəfdən yol ayrıcına daxil olan “Toyota Prius” markalı, **-UG-*** nömrəli avtomaşın “stop” yol nişanın tələbinə riayət etməyərək yoluna çıxmış, nəticədə həmin maşında yol ayrıcını toqquşmuş, nəticədə həmin “Toyota Prius” markalı avtomaşın idarəetməni itirərək yolun kənarında dəmir mopedlər çırpılmışdır. İş materiallarına əlavə edilmiş xx.xx.2023-cü il tarixli hadisənin sxem xəritəsindən görünür ki, “Toyota Prius” markalı, **-UG-*** nömrəli avtomobil “Skoda” markalı avtomobilin ön sol hissəsi ilə toqquşmuşdur. Həmin xəritə sürücülər A.K.Paşayev və A.Prokesin tərəfindən imzalanmışdır. İş materiallarına əlavə edilmiş xx.xx.2022-ci il tarixli, AP ******* saylı inzibati xəta haqqında protokolun surətindən görünür ki, həmin tarixdə, saat 10:00-da A.K.Paşayev stop-yol nişanının tələbinə riayət etməməklə M.Qardaşları küçəsi ilə N.Vəzirov küçəsinin kəsişməsində “Yol hərəkəti haqqında” Azərbaycan Respublikasının Qanununun 77-ci maddəsinin İ-hissəsinin tələbi pozularaq baş yolda hərəkətdə olan “Şkoda Kodiaq” markalı, 055-D-004 dövlət qeydiyyat nişanlı avtomobillə toqquşmuş, idarə etməni itirərək yolun kənarında olan dəmir məhəccərə dəymiş və məhəccər əyilərək svetofora dəymişdir. İş materiallarına əlavə edilmiş Nəsimi RPİ-nin DYPŞ-nin T.T.İsmayılovun xx.xx.2022ci il tarixli, ******* saylı inzibati tənbeh vermə haqqında qərarından görünür ki, barəsində inzibati xəta haqqında iş üzrə icraat araşdırılmış fiziki şəxs A.K.Paşayev Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 327.2-ci maddəsində nəzərdə tutulmuş əməli törətməkdə təqsirli bilinərək 60 (altmış) manat miqdarında cərimə edilmişdir. İş materiallarına əlavə edilmiş Nəsimi Rayon Məhkəməsinin xx.xx.2022-ci il tarixli, 3(006)-2529/2022 saylı qərarından görünür ki, A.K.Paşayevin şikayəti qismən təmin edilmiş və iş araşdırılması üçün Nəsimi RPİ-nin DYPŞ-nə göndərilmişdir. İş materiallarına əlavə edilmiş xx.xx.2022-ci il tarixli, ******* saylı inzibati tənbeh vermə haqqında qərardan görünür ki, barəsində inzibati xəta haqqında iş üzrə icraat araşdırılmış fiziki şəxs A.K.Paşayev Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 327.2-ci maddəsində nəzərdə tutulmuş əməli törətməkdə təqsirli bilinərək 60 (altmış) manat miqdarında cərimə edilmişdir. İş materiallarına əlavə edilmiş Nəsimi Rayon Məhkəməsinin xx.xx.2022-ci il tarixli, 3(006)-3806/2022 saylı qərarından görünür ki, şikayət qismən təmin edilmiş, Nəsimi RPİnin DYPŞ-nin TP ******* saylı inzibati tənbeh vermə haqqında qərarı ləğv edilmiş və iş baxılması üçün həmin quruma göndərilmişdir. İş materiallarına əlavə edilmiş Nəsimi Rayon Məhkəməsinin xx.xx.2022-ci il tarixli, 3(006)-4793/2022 saylı qərarından görünür ki, şikayət qismən təmin edilmiş, Nəsimi RPİnin DYPŞ-nin TP ******* saylı inzibati tənbeh vermə haqqında qərarı ləğv edilmiş və iş baxılması üçün həmin quruma göndərilmişdir. İş materiallarında olan xx.xx.2023-cü il tarixli cinayət işinin başlanmasının rədd edilməsi haqqında qərardan görünür ki, A.K.Paşayevin müraciətində qeyd etdiyi Nəsimi RPİ-nin DYPŞ-nin əməkdaşları tərəfindən düzgün araşdırma aparılmaması və ondan pul tələb edilməsi barədə xüsusatları öz təsdiqini tapmadığından toplanmış material üzrə cinayət işinin başlanması Azərbaycan Respublikası CPM-nin 39.1.2-ci maddəsinə əsasən rədd edilmişdir (Qeyd: əsas olaraq əməldə cinayət tərkibinin olmaması göstərilmişdir). Beləliklə, məhkəmə iclasında müəyyən olunmuşdur ki, A.K.Paşayev xx.xx.2022-ci il tarixdə, saat 10:00-da M.Qardaşları küçəsi ilə N.Vəzirov küçəsinin kəsişməsinə daxil olan zaman “Stop” yol nişanına əhəmiyyət vermədən hərəkətini davam etdirmiş, nəticədə “Şkoda Cadiac” markalı, 055-D-004 dövlət qeydiyyat nişanlı avtomobilin ön sol hissəsi ilə toqquşmuşdur. Bununla bağlı, A.K.Paşayev barəsində İnzibati Xətalar Məcəlləsinin 327.2ci maddəsi ilə AP ******* saylı protokol tərtib edilmiş, həmin protokol əsasında eyni tarixli qərar qəbul edilmişdir. Daha sonra şikayətçi həmin qərarla razılaşmayaraq məhkəməyə müraciət etmiş, Nəsimi Rayon Məhkəməsinin xx.xx.2022-ci il tarixli, 3(006)-2529/2022 saylı qərarı ilə A.K.Paşayevin şikayəti qismən təmin edilmiş və iş araşdırılması üçün Nəsimi RPİ-nin DYPŞ-nə göndərilmişdir. Nəsimi RPİ-nin DYPŞ tərəfindən təkrar araşdırma aparılmış, xx.xx.2022-ci il tarixli qərarla A.K.Paşayev təqsirli bilinərək 60 manat cərimə edilmişdir. Bundan sonra şikayətçi həmin qərarla razılaşmayaraq məhkəməyə müraciət etmiş və Nəsimi Rayon Məhkəməsinin xx.xx.2022-ci il tarixli, 3(006)-4793/2022 saylı qərarı ilə Nəsimi RPİ-nin DYPŞ-nin TP ******* saylı inzibati tənbeh vermə haqqında qərarı ləğv edilmiş, bunun əsasında yenidən araşdırma aparılmış və xx.xx.2023-cü il tarixli qərarla A.K.Paşayev yenidən təqsirli bilinmişdir. Məhkəmə iclasında həmçinin müəyyən edilmişdir ki, xx.xx.2022-cü il tarixdə Nəsimi RPİ-nin DYPŞ-də A.K.Paşayev izahatında gözünə gün işığı düşməsi səbəbindən “stop” nişanına əhəmiyyət vermədən hərəkətini davam etdirdiyini bildirmişdir. Bu hal A.Prokesinin izahatında da öz təsdiqini tapmışdır. Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 48-ci maddəsinə əsasən inzibati xətalar haqqında işlər üzrə icraatın vəzifələri şəxslərin hüquqlarını və azadlıqlarını, onların qanuni mənafelərini qorumaqdan, inzibati xəta haqqında hər bir işin hallarını vaxtında, hərtərəfli, tam və obyektiv surətdə aydınlaşdırmaqdan, inzibati xəta törətmiş şəxsi aşkar etməkdən və onu inzibati məsuliyyətə cəlb etməkdən, çıxarılmış qərarın icrasını təmin etməkdən, habelə inzibati xətanın törədilməsinə kömək edən səbəbləri və şəraiti aşkar etməkdən və inzibati xətaların qarşısını almaqdan ibarətdir. Həmin Məcəllənin 76.1-ci maddəsinə əsasən inzibati xətanın olub-olmamasını, inzibati xəta törədən şəxsin təqsirini və işin düzgün həlli üçün əhəmiyyətli olan digər halları müəyyən etmək üçün hakimin, səlahiyyətli orqanın (vəzifəli şəxsin) əsaslana bildiyi hər cür faktik məlumatlar inzibati xətalar haqqında işlər üzrə sübutlar sayılır. Bu məlumatlar maddi sübutlarla, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin, zərər çəkmiş şəxsin, şahidlərin izahatları ilə, digər sənədlərlə, xüsusi texniki vasitələrin göstəriciləri ilə, müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqanın (qurumun) informasiya sistemində, habelə digər dövlət informasiya sistemlərində (ehtiyatlarında) aşkar olunan məlumatlarla, ekspertin rəyi ilə, inzibati xəta haqqında protokolla, bu Məcəllə ilə müəyyən edilmiş digər protokollarla müəyyən edilir. Həmin Məcəllənin 84.1-ci maddəsinə əsasən inzibati xətalar haqqında işlərə baxan hakim, səlahiyyətli orqan (vəzifəli şəxs) işin bütün hallarının məcmusunun hərtərəfli, tam və obyektiv surətdə baxılmasına əsaslanan öz daxili inamı ilə sübutları qiymətləndirir. Həmin Məcəllənin 99.1-ci maddəsinə əsasən inzibati xəta hadisəsinin mövcudluğunu göstərən kifayət qədər halların səlahiyyətli vəzifəli şəxs tərəfindən bilavasitə və ya xüsusi texniki vasitələrin köməyi ilə aşkar edilməsi inzibati xətalar haqqında işlər üzrə icraata başlamağa səbəb ola bilər. Həmin Məcəllənin 327.2-ci maddəsinə əsasən svetoforun və ya nizamlayıcının qadağanedici işarəsi verilərkən hərəkətin davam etdirilməsinə, 3.1 “Giriş qadağandır” yol nişanının tələblərinin və ya sərnişin daşıma, əks istiqamətli hərəkət zolağına çıxmaqla ötmə və ya manevr etmə, yolayrıcını keçmə qaydalarının pozulmasına, ümumi istifadədə olan nəqliyyat vasitələrinin, yaxud adamlar daşınan yük avtomobillərinin sərnişinlərlə yanacaqdoldurma məntəqəsinə daxil olmasına, 1.1, 1.3 və 1.11 üfüqi nişanlanma xətlərinin tələblərinə riayət etməyərək sola və ya geriyə dönməyə, yaxud maneəni kənardan keçməyə görə - altmış manat məbləğində cərimə edilir. Həmin Məcəllənin inzibati xəta haqqında işin baxılmağa hazırlanması adlanan 106-cı maddəsinə əsasən hakim, səlahiyyətli orqan (vəzifəli şəxs) inzibati xətalar haqqında işlərə baxarkən bir sıra məsələləri o cümlədən inzibati xəta haqqında protokol və işin digər materialları bu Məcəllənin tələbinə müvafiq olaraq tərtib edildiyini (106.0.3), mahiyyəti üzrə baxılması üçün işdə kifayət qədər sübutlar toplandığını (106.0.5) həll edir. Həmin Məcəllənin 129.1.3-cü maddəsinə əsasən inzibati xəta haqqında iş üzrə səlahiyyətli orqanın (vəzifəli şəxsin) qərarından məhkəməyə verilən şikayət - şikayət verən şəxsin yaşayış yeri və ya hüquqi şəxsin ünvanının olduğu yer üzrə rayon (şəhər) məhkəməsinə verilir. Həmin Məcəllənin 133.2.8-ci maddəsinə əsasən inzibati xəta haqqında iş üzrə qərardan verilən şikayətə və ya protestə baxılarkən qəbul edilmiş qərarın qanuniliyi və əsaslılığı iş üzrə olan və əlavə təqdim edilmiş materiallar əsasında yoxlanılır. Beləliklə, məhkəmə hesab edir ki, Nəsimi RPİ-nin DYPŞ-nin 12 fevral 2023-cü il tarixli, ******* saylı inzibati tənbeh vermə haqqında qərarı qanuni və əsaslı olduğundan A.K.Paşayevin verdiyi şikayət təmin edilməməli və qeyd edilən qərar dəyişdirilmədən saxlanılmalıdır. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 133-137-ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏRARAALDİ: X1 şikayəti təmin edilməsin. Nəsimi RPİ-nin DYPŞ-nin 12 fevral 2023-cü il tarixli, ******* saylı inzibati tənbeh vermə haqqında qərarı dəyişdirilmədən saxlanılsın. Qərarın surəti tərəflərə rəsmi qaydada verildikdən sonra 10 (on) gün müddətində Bakı Apellyasiya Məhkəməsinə şikayət verilə bilər. Sədrlik edən: Azər Tağıyev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar