Məhkəmə qərarları › İş №3(006)-1446/2023

Bakı Şəhəri Nəsimi Rayon Məhkəməsi Qərardad — İş №3(006)-1446/2023

17.04.2023 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № 3(006)-1446/2023 17.04.2023 BAKI ŞƏHƏRİ NƏSİMİ RAYON MƏHKƏMƏSİ Hakim Tağıyev Azər Heydər oğlunun sədrliyi, Lətifov Vəli Abdurəşid oğlunun katibliyi, Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan hüquqi şəxs Şəxs QSC-nin nümayəndəsi X1 iştirakı ilə, Şəxs QSC-nin Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 485.2-ci maddəsi ilə nəzərdə tutulmuş inzibati xətanı törətməsinə dair materiala açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏNETDİ: Şəxs QSC-nin Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 485.2-ci maddəsi ilə nəzərdə tutulmuş inzibati xətanı törətməsinə dair xx.xx.2023-cü il tarixli, 00700-00082/23 (EP 0002923) saylı inzibati xəta haqqında protokol və ona əlavə edilmiş sənədlər Nəsimi Rayon Məhkəməsinə daxil olmuşdur. İnzibati xəta haqqında protokoldan görünür ki, gömrük əməliyyatları idarəsindən daxil olmuş xx.xx.2023-cü il tarixli, 34/012/001118 saylı raportda ünvan 1 ünvanında qeydiyyatda olan "xxxx" QSC-nin ünvanına xx.xx.2023-cü il tarixli, **********1871 sorğu nömrəli gömrük bəyannaməsilə bəyan edilərək Rusiya Federativ Respublikasından idxal olunan və 50 müxtəlif nömrəli vaqonarla ölkə ərazisinə daxil olan “40 futluq universal vaqon platformalar” yükünə dair qısa idxal bəyannaməsi mallar Azərbaycan Respublikasının gömrük ərazisinə gətirilməmişdən öncə elektron qaydada gömrük orqanına verilməmişdir. Araşdırma zərurəti ilə əlaqədar olaraq, "xxxx" QSC-nin ünvanına Şimal Ərazi Bas Gömrük idarəsinin “Yalama” gömrük postundan keçirilməklə xx.xx.2023cü il tarixli, **********1871 sorqu nömrəli gömrük bəyannaməsilə bəyan edilərək Rusiya Federativ Respublikasından idxal olunan və xx.xx.2023-cü il tarixdə, saat 09:36-da 42131664, 42130757, 42133868, 42137646, 42131474, 42131672, 42129353, 42136440, 42136739, 42130526, 42134080, 42137026, 42130070, 42133322, 42134064, 42136671, 42134833, 42129312, 42133553, 42136945, 42137000, 42137109, 42136176, 42136432, 42129262, 42134734, 42133736, 42131052, 42130237, 42129304, 42130864, 42133520, 42137059, 42136960, 42137463, 42137521, 42135780, 42135582, 42133918, 42135046, 42135137, 42128983, 42131532, 42130781, 42131409, 42133371, 42131045, 42130922 nömrəli vaqonlarla ölkə ərazisinə daxil olan “40 futluq universal vaqon platformalar” yükünə dair qısa idxal bəyannaməsi mallar Azərbaycan Respublikasının gömrük ərazisinə daxil olmamışdan əvvəl elektron qaydada gömrük orqanına verilməmişdir. Bununla da, Şəxs QSC Azərbaycan Respublikasının İXMnin 485.2-ci maddəsi ilə nəzərdə tutulmuş inzibati xətanı törətmişdir. Məhkəmə iclasında iştirak edən Şəxs QSC-nin nümayəndəsi E.V.Mursaqulov izahatında bildirmişdir ki, partner olduqları şirkət onlara vaxtında məlumat vermədikləri üçün QSC tərəfindən gömrük orqanına qısa idxal bəyannaməsi təqdim edilməmiş, sifariş edilmiş mallar gömrüyə daxil olduqdan sonra məlumat verilmişdir. Belə ki, Şəxs QSC barəsində əsassız olaraq, tərəflər arasında bağlanmış müqavilə araşdırılmadan və subyekt düzgün müəyyən edilmədən inzibati xəta haqqında protokol tərtib edilmişdir. Həmin halı təsdiq edən sənədləri məhkəməyə təqdim edir. Göstərilənləri nəzərə alaraq Şəxs QSC barəsində başlanılmış inzibati xəta haqqında iş üzrə icraata xitam verilməsi xahiş edilmişdir. Məhkəmə iclasının vaxtı və yeri barədə qanunla nəzərdə tutulmuş qaydada məlumat verilməsinə baxmayaraq inzibati xəta haqqında protokol tərtib etmiş Azərbaycan Respublikası Dövlət Gömrük Komitəsinin Sumqayıt Baş Gömrük İdarəsinin nümayəndəsi məhkəmə iclasına gəlməmiş, gəlməməsinin üzrlü səbəbləri barəsində məhkəməyə məlumat verməmiş və onlardan işə baxılmasının təxirə salınması barədə vəsatət daxil olmamışdır. Məhkəmə işə inzibati xəta haqqında protokol tərtib etmiş orqanın nümayəndəsinin iştirakı olmadan baxılmasını mümkün hesab edir. Belə ki, iş materiallarına əlavə edilmiş xx.xx.2022-ci il tarixli, №132293 saylı alqısatqı müqaviləsindən görünür ki, Şəxs QSC ilə "xxxx" ASC arasında bağlanmış müqaviləyə əsasən satıcı şirkət sifariş edilmiş malların Azərbaycan Respublikasının ərazisinə gətirməyi və gömrük orqanına məlumat verməyi öhdəsinə götürmüşdür. İş materiallarına əlavə edilmiş xx.xx.2022-ci il tarixli, № 261696 saylı müqavilənin çıxarışından görünür ki, satıcı gömrük sərhədində ilkin bəyan edilməsi üçün malların göndərilməsi anından 12 (on iki) saat ərzində sifarişçityə elektron şəkildə mnalların mənşə sertifikatının, əmtəə-nəqliyyat qaiməsinin (SMGS), ixrax bəyannaməsinin və hesabfakturanın skan edilmiş surətlərini təqdim etməlidir. Bu sənədlərin təqdim edilməsinin gecikdirildiya halda, sifarişçi tərəfindən bu cür gecikmə ilə bağlı çəkilmiş bütün xərcləri satıcı ödəyir. İş materiallarına əlavə edilmiş "xxxx" ASC-nin xx.xx.2023-cü il tarixdə Şəxs QSC-yə ünvanladığı məktubdan görünür ki, Şəxs QSC tərəfindən ödənişin hələ həyata keçirilməməsi, "xxxx" SC-nin istehsalat gücünün isə platformaların ərazisində platforma istehsalını dayandırmadan saxlanmasını həyata keçirməyə imkan verməməsi səbəbindən 261696 nömrəli xx.xx.2022-ci il tarixli Müqavilə çərçivəsində vaqonların 1 partiyası Şəxs QSC-nin ünvana sənədlər təqdim edilmədən göndərilib. Platforma istehsalının dayandırıldığı halda, "xxxx" SC Şəxs QSC-nin ünvanına platforma tədarükü üzrə öhdəliklərini vaxtında yerinə yetirə bilməyəcəkdir. Məhkəmə iş materiallarını araşdıraraq hesab edir ki, Şəxs QSC-nin Azərbaycan Respublikasındakı filialının barəsində Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 485.2-ci maddəsi ilə tərtib edilmiş inzibati xəta haqqında protokol və ona əlavə edilmiş sənədlər geri qaytarılmalıdır. Belə ki, müəyyən edilmişdir ki, Azərbaycan Respublikası Dövlət Gömrük Komitəsi Bakı Sumqayıt Gömrük İdarəsi tərəfindən xx.xx.2023-cü il tarixli, 00700-00082/23 (EP 0002923) saylı inzibati xəta haqqında protokol tərtib edilərək baxılması üçün Nəsimi Rayon Məhkəməsinə göndərilmiş, məhkəmə iclasında həmin protokola və ona əlavə edilmiş sənədlərə baxılarkən inzibati xəta haqqında iş üzrə icraatın natamam araşdırma aparılması, qısa idxal bəyannaməsinin hansı şirkət tərəfindən Gömrük İdarəsinə verilməsi yəni inzibati məsuliyyətə cəlb ediləsi subyekti düzgün müəyyən edilməməsi aşkar edilmişdir. Həmçinin, qanunvericiliyin tələblərinə əsasən sübut etmə vəzifəsi protokolu tərtib edən orqanın üzərinə düşür. Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 485.2-ci maddəsinə əsasən, Azərbaycan Respublikasının Gömrük Məcəlləsi ilə müəyyən edilmiş hallarda qısa idxal bəyannaməsinin mallar gömrük ərazisinə gətirilməzdən əvvəl elektron formada verilməməsinə görə - vəzifəli şəxslər min manat məbləğində, hüquqi şəxslər min beş yüz manat məbləğində cərimə edilir. Həmin Məcəllənin 3-cü maddəsinə əsasən, yalnız bu Məcəllə ilə nəzərdə tutulmuş inzibati xətanın törədilməsində təqsirli hesab edilən və inzibati xəta tərkibinin bütün digər əlamətlərini daşıyan əməli (hərəkət və ya hərəkətsizliyi) törətmiş şəxs inzibati məsuliyyətə cəlb olunur. İşin faktiki hallarına və qanunvericiliyin yuxarıda qeyd edilən müddəalarına əsasən müəyyən edilir ki, barəsində inzibati iş üzrə icraat aparılan hüquqi şəxs Şəxs QSC-nin əməlində inzibati xəta hadisəsinin olub-olmamasını müəyyən etmək mümkün olmamışdır. Həmçinin şirkətin əməlində inzibati xəta tərkibinin yaranması üçün zəruri olan 4 zəruri elementdən (obyekt, obyektiv cəhət, subyekt və subyektiv cəhət) biri olan subyekt yoxdur. Azərbaycan Respublikasının İXM-nin 109.1.6-cı maddəsinə əsasən protokol və digər materiallar səlahiyyəti olmayan şəxslər tərəfindən tərtib edildikdə, protokol və digər sənədlər düzgün tərtib olunmadıqda, yaxud təqdim edilmiş materiallar natamam olduqda işə baxılarkən tamamlamaq mümkün olmadıqda, inzibati xətalar haqqında protokolun və ya digər sənədlərin onu tərtib etmiş orqana, vəzifəli şəxsə geri qaytarılması barədə qərardad qəbul edilir. Göstərilənlərə əsasən məhkəmə hesab edir ki, Şəxs QSC-nin barəsində Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 485.2-ci maddəsi ilə olan inzibati xəta haqqında protokol və ona əlavə edilmiş materiallar natamam olduğundan və mövcud natamamlıqları işə baxılarkən tamamlamaq mümkün olmadığından geri qaytarılmalıdır. Qeyd olunanları və Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 40, 100, 109, 110 və 114-cü maddələrini rəhbər tutaraq, QƏRARAALDİ: Şəxs QSC-nin Azərbaycan Respublikasındakı filialının barəsində Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 485.2-ci maddəsi ilə olan inzibati xəta haqqında protokol və ona əlavə edilmiş materiallar Azərbaycan Respublikası Dövlət Gömrük Komitəsi Sumqayıt Baş Gömrük İdarəsinə qaytarılsın. Sədrlik edən: Azər Tağıyev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar