Məhkəmə qərarları › İş №3(006)-1447/2023

Bakı Şəhəri Nəsimi Rayon Məhkəməsi Qərar — İş №3(006)-1447/2023

17.03.2023 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 3(006)-1447/2023 17.03.2023 BAKI ŞƏHƏRİ NƏSİMİ RAYON MƏHKƏMƏSİ Hakim: Pənahov Babək Əkbər oğlunun sədrliyi Məhkəmə iclasının katibi: X1 İnzibati xəta haqqında protokolu Nəqliyyatda Baş Polis İdarəsi tərtib etmiş şəxs: X9 Polis İdarəsinin İTŞ-nin inspektoru Əhmədli Allahverdi Fətulla oğlunun Barəsində inzibati xəta haqqında Şəxs iş üzrə icraat aparılan şəxs: iştirakları ilə xx.xx.1973-cü ildə Bakı şəhərində anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı (FİN: xxxxxxx), evli, işləməyən, Bakı şəhəri, Binəqədi rayonu, Əcəmi Naxçıvani küçəsi, ev 08, mənzil 17-də qeydiyyatda olan Şəxs barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 206-cı maddəsi üzrə tərtib olunmuş xx.xx.2023-cü il tarixli, MN ******* saylı inzibati xəta haqqında protokola və ona əlavə edilmiş sənədlərə açıq məhkəmə iclasında baxaraq məhkəmə M Ü Ə Y Y Ə N E T D İ: Şəxs qanunsuz olaraq narkotik vasitə istehlak etmişdir. Məhkəmə iclasında inzibati xəta haqqında protokolu tərtib etmiş şəxs X3 izahatında göstərdi ki, 25 yanvar 2023-cü il tarixdə, saat 22:00-da Bakı şəhər Nəsimi Rayon Mühafizə İdarəsinin polis nəfəri X4 “28 May” yeraltı ticarət mərkəzində xidmətdə olan zaman Şəxs narkotik vasitələrin əldə edilməsi və saxlamasında şübhəli olduğuna görə saxlayaraq X9 Polis İdarəsinə dəvət etmişdir. Orada üzərinə şəxsi axtarış aparılarkən o, cibində olan 05 ədəd şprisi, qırıq ampulanı, 01 qutu siqareti, eynəyini və 01 ədəd bükümü masanın üzərinə qoymuşdur. Həmin büküm açıldıqda içərisindən qəhvəyi rəngli toz halında maddə aşkar edilmişdir. Şəxs təqdim etdiyi bükümün içərisindəki narkotik vasitə heroin olduğunu və onu şəxsi istifadə üçün tanımadığı şəxsdən 15 manata alaraq şəxsi istifadəsi üçün üzərində saxladığını bildirmişdir. Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə ekspertizası mərkəzinin xx.xx.2023-cü il tarixli, 6/474 saylı rəyinə əsasən onun üzərindən aşkar olunmuş narkotik vasitə - 0,130 qram qəhvəyi rəngli tozşəkilli maddə kustar üsulla hazırlanmış narkotik vasitə heroindir. Eyni zamanda Azərbaycan Respublikası Səhiyyə Nazirliyi Respublika Narkoloji Mərkəzinin Ambulator X2 haqqında xx.xx.2023-cü il tarixli, 398 saylı rəyinə görə Şəxs opioidlərin qəbulu nəticəsində yaranan asılıq sindromu (narkomaniya xəstəliyi) aşkar olunur, narkomaniyadan müalicəyə ehtiyacı vardır. Məhkəmə iclasında barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs izahat verərək göstərdi ki, o, 6-7 ay olar ki, arabir narkotik vasitələrdən istifadə edir. xx.xx.2023-cü il tarixdə səhər saatlarında o, “Kubinka” kimi adlanan ərazidə olduğu zaman bir nəfər əvvəllər tanımadığı şəxs ona yaxınlaşıb onda heroin olduğunu demiş və o da həmin şəxsdən 15 manat müqabilində siqaretin gümüşü kağızına bükülmüş narkotik vasitə olan bir ədəd büküm almışdır. xx.xx.2023-cü il tarixdə, saat 22 radələrində o, həmin bükümü və özündə olan 05 ədəd şpris və 01 ədəd qırıq boş dərman ampulasını götürüb damara vurmaq yolu ilə istifadə etmək məqsədilə “28 May” yeraltı ticarət mərkəzində yerləşən sanitar qovşağına daxil olmuşdur. O, həmin narkotik vasitədən istifadə etmək istəyərkən iki nəfər polis əməkdaşı ona yaxınlaşıb özlərini təqdim etmiş və onu Nəqliyyatda Baş Polis İdarəsi X9 Polis İdarəsinə dəvət etmişlər. Törətdiyi əməldən peşman, bir daha belə hərəkətə yol verməyəcək. Qeyd olunanları nəzərə alaraq barəsində həbs növündə tənbehin tətbiq edilməməsini xahiş edir. İş materiallarında olan: - Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə ekspertizası mərkəzinin xx.xx.2023-cü il tarixli, 6/474 saylı rəyinə əsasən tədqiqata təqdim edilmiş üzərində “.....Şübhəli şəxs imza Şəxs....” yazı və imzalar olan zərfdə 01 ədəd bükümdə təmiz çəkisi 0,130 qram qəhvəyi rəngli tozşəkilli maddə kustar üsulla hazirlanmış narkotik vasitə heroindir. Tədqiqatdan sonra heroinin qalıq çəkisi 0,08 qramdır; - Azərbaycan Respublikası Səhiyyə Nazirliyi Respublika Narkoloji Mərkəzinin Ambulator X2 haqqında xx.xx.2023-cü il tarixli, 398 saylı rəyinə görə Şəxs opioidlərin qəbulu nəticəsində yaranan asılıq sindromu (narkomaniya xəstəliyi) aşkar olunur, narkomaniyadan müalicəyə ehtiyacı vardır; - “Cinayət işi başlanmasının rədd edilməsi haqqında” xx.xx.2023-cü il tarixli qərarla Şəxs üzərindən aşkar olunaraq götürülmüş qalıq qalan 0,08 qram narkotik vasitə heroin iş üzrə maddi sübut kimi tanınaraq saxlanılması üçün Nəqliyyatda Baş Polis İdarəsi X9 Polis İdarəsinə təhvil verilmişdir. Məhkəmə proses iştirakçılarının izahatlarını dinləyib, habelə iş materiallarını araşdırıb hesab edir ki, Şəxs tərəfindən Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 206-cı maddəsində nəzərdə tutulmuş inzibati xətanın törədilməsi tam sübuta yetirilir. Buna görə də o, həmin maddə ilə təqsirli bilinərək inzibati məsuliyyətə cəlb edilməlidir. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 3-cü maddəsinə əsasən yalnız bu Məcəllə ilə nəzərdə tutulmuş inzibati xətanın törədilməsində təqsirli hesab edilən və inzibati xəta tərkibinin bütün digər əlamətlərini daşıyan əməli (hərəkət və ya hərəkətsizliyi) törətmiş şəxs inzibati məsuliyyətə cəlb olunur. Həmin Məcəllənin 9.1-ci maddəsinin tələbinə görə inzibati xəta törətmiş şəxs haqqında tətbiq edilən tənbeh ədalətli olmalıdır, yəni inzibati xətaların xarakterinə, onun törədilməsi hallarına və inzibati xətanı törətməkdə təqsirli bilinənin şəxsiyyətinə uyğun olmalıdır. Bu Məcəllənin 31.2-ci maddəsinə əsasən fiziki və ya vəzifəli şəxslər barəsində inzibati tənbeh tətbiq edilərkən, xətanın xarakteri, inzibati xəta törədən şəxsin şəxsiyyətini xarakretizə edən hallar, onun təqsirinin dərəcəsi, əmlak vəziyyəti, habelə məsuliyyəti yüngülləşdirən və ağırlaşdıran hallar nəzərə alınır. Məhkəmə Şəxs törətdiyi əməldən peşmançalıq çəkməsini İnzibati Xətalar Məcəlləsinin 32.1.1-ci maddəsinə əsasən onun məsuliyyətini yüngülləşdirən hal kimi qiymətləndirir. Məhkəmədə Şəxs məsuliyyətini ağırlaşdıran hal müəyyən edilmədi. Beləliklə, məhkəmə Şəxs törətdiyi inzibati xətanın xarakterini, onun şəxsiyyətini və əmlak vəziyyətini nəzərə alaraq hesab edir ki, ona İnzibati Xətalar Məcəlləsinin 206-cı maddəsinin sanksiyasında nəzərdə tutulan cərimə növündə tənbeh tədbiri tətbiq edilməlidir. Göstərilənləri nəzərə alaraq və Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 40-cı, 43-cü, 48-50-ci, 114-115-ci və 128-130-cu maddələrini rəhbər tutaraq məhkəmə Q Ə R A R A A L D İ: Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 206-cı maddəsində nəzərdə tutulmuş xətanın törədilməsində təqsirli bilinərək 400 (dörd yüz) manat məbləğində cərimə edilsin. İş üzrə maddi sübut kimi tanınaraq Nəqliyyatda Baş Polis İdarəsi X9 Polis İdarəsində saxlanılan, qalıq qalan 0,08 qram narkotik vasitə heroin məhv edilsin. Qərardan, onun surəti rəsmi qaydada verildiyi vaxtdan 10 (on) gün müddətində Bakı şəhəri Nəsimi Rayon Məhkəməsi vasitəsilə Bakı Apellyasiya Məhkəməsinə şikayət verilə bilər. Hakim Babək Pənahov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar