Məhkəmə qərarları › İş №3(006)-1453/2020

Bakı Şəhəri Nəsimi Rayon Məhkəməsi Qərar — İş №3(006)-1453/2020

22.07.2020 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 3(006)-1453/2020 22.07.2020 BAKI ŞƏHƏRİ NƏSİMİ RAYON MƏHKƏMƏSİ Hakim Tağıyev Azər Heydər oğlunun sədrliyi, X4 qızının katibliyi, şikayətçi X2 iştirakları ilə, Bakı şəhər BPİ-nin DYPİ tərəfindən tərtib edilmiş xx xxxxx 2020-ci il tarixli, İXP ******* saylı inzibati xəta haqqında protokol əsasında qəbul edilmiş xx xxxxx 2020-ci il tarixli, TP ******* saylı inzibati tənbeh vermə haqqında qərarından X3 tərəfindən verilmiş şikayətə açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: X3 şikayətlə məhkəməyə müraciət edərək Bakı şəhər DYPİ tərəfindən tərtib edilmiş xx xxxxx 2020-ci il tarixli, İXP ******* saylı inzibati xəta haqqında protokol əsasında qəbul edilmiş xx xxxxx 2020-ci il tarixli, TP ******* saylı inzibati tənbeh vermə haqqında qərarının ləğv edilməsini və inzibati iş üzrə icraata xitam verilməsini məhkəmədən xahiş etmişdir. Şikayətçi ərizəsini onunla əsaslandırmışdır ki, o, xx xxxxx 2020-ci il tarixdə Bakı şəhəri, Xətai rayon ərazisində Y.Səforov küçəsində idarə etdiyim “BMW” markalı, **-FE-*** dövlət qeydiyyat nişanlı avtomobilim ilə hərəkət edərkən saat 11:35 radələrində Bakı şəhər DYPİ Müşayiət-Eskort bölüyü YPX inspektoru polis baş serjantı X1 tərəfindən barəsində İXP ******* saylı protokol tərtib olunmuşdur. Belə ki, xx xxxxx 2020-ci il tarixdə, şəxsiyyət vəsiqəsinin etibarlılıq müddətinin bitməsilə əlaqədar olaraq 2 saylı Asan xidmətdə səhər saat 11:00 üçün növbəyə yazılmış, 2 saylı Asan xidmətdən çıxdıqdan sonra Yusif Səfərov küçəsi ilə hərəkət edən zaman YPX əməkdaşları idarə etdiyi avtomobili saxlamış, şəxsiyyət vəsiqəsinin etibarlılıq müddəti bitdiyinə və yenisi ilə əvəzlənməsi üçün müraciət etdiyinə görə üzərində vəsiqə olmadığı üçün ona YPX əməkdaşları tərəfindən kobud şəkildə “sənin evdən çıxmağa heç bir ixtiyarın yoxdur, otur evdə və heç yerə çıxma” cavabı verilmiş, üzərində olan Asan xidmətin ödəniş qəbzini göstərərək mövcud vəziyyəti izah etməsinə baxmayaraq, sürücülük vəsiqəsinin seriya nömrəsi əsasında haqqında İPX ******* saylı protokol tərtib olunmuş, həmin protokolda onun Azərbaycan Respublikasının Qanununun İnzibati Xətalar Məcəlləsinin 211-ci maddəsi ilətörətmiş olduğu xətaya görə məsuliyyət qeyd edilmiş, o, mövcud vəziyyəti izah edərək bu protokolun tərtib olunmasına etiraz etməsinə baxmayaraq inspektor razılaşmamış və barəsində inzibati xəta haqqında protokol tərtib etmişdir. Həmin protokola etirazını bildirdiyi üçün “Asanpay” elektron kabinetindən protokolla bağlı xx xxxxx 2020-ci il tarixində şikayət bildirmiş, lakin xx xxxxx 2020-ci il tarixdə şikayətə onun iştirakı və izahatı olmadan baxılmış, Azərbaycan Respublikasının Konstitusiyasının 112-ci maddəsinə əsasən fövqalədə vəziyyət tətbiq edilməməsini nəzərə alaraq və 28-ci maddənin İİİ bəndini rəhbər tutaraq İXM-nin 211-ci maddəsinin AR Konstutsiyasına zidd olmasını qeyd etmək istərdim. Bundan başqa, İXMnin 211-ci maddəsi üzrə xx xxxxx 2020-ci il tarixdə protokol tərtib edilə bilməz və xx xxxxx 2020-ci il tarixdə bu maddə ilə polis tərəfindən qərar qəbul edilə bilməz. Belə ki, Azərbaycan Respublikasının Prezidenti tərəfindən xx xxxxx 2020-ci il tarixdə müvafiq fərman imzalanmış, həmin fərmana əsasən qanunvericilikdə dəyişiklik edilmiş, yenə də ziddiyyət yaranır və onun konstitusiya hüquqlarından üstün ola bilməz. Göstərilənləri nəzərə alaraq, xx xxxxx 2020-ci il tarixli, İXP ******* saylı inzibati xəta haqqqında protokol əsasında qəbul edilmiş xx xxxx 2020-ci il tarixli inzibati tənbeh vermə haqqında qərarının ləğv edilməsi, inzibati xəta haqqında iş üzrə icraata xitam verilməsi barədə qərar qəbul edilməsi xahiş edilmişdir. Məhkəmə iclasında iştirak edən şikayətçi E.R.Hüseynov şikayət ərizəsinin mahiyyətinə uyğun izahat verərək, şikayətinin təmin edilməsini məhkəmədən xahiş etmişdir. Məhkəmə iclasının vaxtı və yeri barədə Bakı şəhər BPİ-nin DYPİ-nə lazımi qaydada və telefon vasitəsilə məlumat verilsə də, Bakı şəhər Baş Polis İdarəsinin DYPİ-nin nümayəndəsi məhkəmə iclasında iştirak etməmiş və iştirak etməməsinin səbəbləri haqqında məhkəməyə məlumat verməmişdir. Məhkəmə Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 133.2.4-cü maddəsinə əsasən işə Bakı şəhər BPİ-nin DYPİnin nümayəndəsinin iştirakı olmadan baxılmasını mümkün hesab edir. Məhkəmə proses iştirakçısını dinləyib, şikayət ərizəsini və digər iş materiallarını araşdıraraq hesab edir ki, şikayət qismən təmin olunmalıdır. Belə ki, iş materiallarında olan E.R.Hüseynovun barəsində Azərbaycan Respublikasının İXM-nin 211-ci maddəsi ilə xx xxxxx 2020-ci il tarixli, İXP ******* saylı inzibati xəta haqqında protokol tərtib edilmiş, həmin protokol əsasında xx xxxxx 2020-ci il tarixli, TP ******* saylı inzibati tənbeh vermə haqqında qərar qəbul edilmiş və o, inzibati qaydada cərimə edilmişdir. İş materiallarında olan xx xxxxx 2020-ci il tarixli, TP ******* saylı inzibati tənbeh vermə haqqında qərarın surətindən görünür ki, E.R.Hüseynov xx xxxxx 2020-ci il tarixdə, saat 11:35-də Y.Səfərov küçəsi ilə A.Cəlilov küçələrinin kəsişməsində “BMW 5251” minik markalı, **-FE-*** dövlət qeydiyyat nişanlı avtomobillə hərəkətdə olan zaman epidemiya əleyhinə rejimin, sanitariya-gigiyena və karantin rejimlərinin pozmuş və buna görə də, Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 211-ci maddəsində nəzərdə tutulan inzibati xətanı törətməkdə təqsirli bilinərək 100 manat məbləğində inzibati cərimə edilmişdir. Beləliklə, məhkəmə iclasında müəyyən edilmişdir ki, E.R.Hüseynovun barəsində xx xxxxx 2020-ci il tarixdə epidemiya əleyhinə rejimin, sanitariya-gigiyena və karantin rejimlərinin pozulması halına yol verməsi ilə bağlı YPX əməkdaşı tərəfindən xx xxxxx 2020-ci il tarixli, İXP ******* saylı inzibati xəta haqqında protokol tərtib edilmiş, həmin protokol əsasında qəbul edilmiş xx xxxxx 2020-ci il tarixli, TP ******* saylı inzibati tənbeh vermə haqqında qərarla o, həmin maddədə nəzərdə tutulmuş inzibati xətanı törətməkdə təqsirli bilinərək barəsində inzibati cərimə növündə tənbeh tədbiri tətbiq edilmişdir. Qeyd edilən qərardan verilmiş şikayətə məhkəmə tərəfindən baxılarkən müəyyən edilmişdir ki, E.R.Hüseynov ölkə ərazisində tətbiq edilən xüsusi karantin rejimi qaydalarını pozmamış və onun barəsində DYPŞ-nin əməkdaşı tərəfindən Azərbaycan Respublikası Prezidentinin 2017-ci il 23 fevral tarixli 1256 nömrəli Fərmanı ilə təsdiq edilmiş “İnzibati xətalar haqqında işlərə baxmağa səlahiyyəti olan vəzifəli şəxslərin Siyahısı”nda dəyişiklik edilməsi haqqında xx xxxxx 2020-ci il tarixli, 987 nömrəli qərarı nəzərə alınmadan inzibati xəta haqqında protokol tərtib edilmişdir. Belə ki, Azərbaycan Respublikası Prezidentinin 2017-ci il 23 fevral tarixli 1256 nömrəli Fərmanı ilə təsdiq edilmiş “İnzibati xətalar haqqında işlərə baxmağa səlahiyyəti olan vəzifəli şəxslərin Siyahısı”nda dəyişiklik edilməsi haqqında xx xxxxx 2020-ci il tarixli, 987 nömrəli qərarından görünür ki, Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 211-ci maddəsi ilə protokol tərtib edilməsi səlahiyyəti Daxili İşlər Nazirliyinə xx xxxxx 2020-ci il tarixdən verilmişdir. Göstərilənlərə əsasən məhkəmə hesab edir ki, Bakı şəhər BPİ-nin DYPİ tərəfindən E.R.Hüseynov barəsində qəbul edilmiş xx xxxxx 2020-ci il tarixli inzibati tənbeh vermə haqqında qərar Azərbaycan Respublikası Prezidentinin 2017-ci il 23 fevral tarixli 1256 nömrəli Fərmanı ilə təsdiq edilmiş “İnzibati xətalar haqqında işlərə baxmağa səlahiyyəti olan vəzifəli şəxslərin Siyahısı”nda dəyişiklik edilməsi haqqında xx xxxxx 2020-ci il tarixli, 987 nömrəli qərarı nəzərə alınmadan qəbul edilmişdir. Bununla da məhkəmə hesab edir ki, protokol və qərar qəbul edilərkən yuxarıda göstərilən hallar tam araşdırılmamış və E.R.Hüseynov barəsində əsassız qərar qəbul olunmuşdur. Azərbaycan Respublikasının İXM-nin 8.1-ci maddəsinə əsasən barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin təqsiri bu Məcəllədə nəzərdə tutulmuş qaydada sübuta yetmədikdə və bu, inzibati xəta haqqında iş üzrə icraata baxmış hakimin, səlahiyyətli orqanın (vəzifəli şəxsin) qüvvəyə minmiş qərarı ilə müəyyən edilmədikdə o, təqsirsiz hesab edilir. Həmin Məcəllənin 48-ci maddəsinə əsasən inzibati xətalar haqqında işlər üzrə icraatın vəzifələri şəxslərin hüquqlarını və azadlıqlarını, onların qanuni mənafelərini qorumaqdan, inzibati xəta haqqında hər bir işin hallarını vaxtında, hərtərəfli, tam və obyektiv surətdə aydınlaşdırmaqdan, inzibati xəta törətmiş şəxsi aşkar etməkdən və onu inzibati məsuliyyətə cəlb etməkdən, çıxarılmış qərarın icrasını təmin etməkdən, habelə inzibati xətanın törədilməsinə kömək edən səbəbləri və şəraiti aşkar etməkdən və inzibati xətaların qarşısını almaqdan ibarətdir. Həmin Məcəllənin 76.1-ci maddəsinə əsasən inzibati xətanın olub-olmamasını, inzibati xəta törədən şəxsin təqsirini və işin düzgün həlli üçün əhəmiyyətli olan digər halları müəyyən etmək üçün hakimin, səlahiyyətli orqanın (vəzifəli şəxsin) əsaslana bildiyi hər cür faktik məlumatlar inzibati xətalar haqqında işlər üzrə sübutlar sayılır. Bu məlumatlar maddi sübutlarla, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin, zərər çəkmiş şəxsin, şahidlərin izahatları ilə, digər sənədlərlə, xüsusi texniki vasitələrin göstəriciləri ilə, ekspertin rəyi ilə, inzibati xəta haqqında protokolla, bu Məcəllə ilə müəyyən edilmiş digər protokollarla müəyyən edilir. Həmin Məcəllənin 84.1-ci maddəsinə əsasən inzibati xətalar haqqında işlərə baxan hakim, səlahiyyətli orqan (vəzifəli şəxs) işin bütün hallarının məcmusunun hərtərəfli, tam və obyektiv surətdə baxılmasına əsaslanan öz daxili inamı ilə sübutları qiymətləndirir. Göstərilənlərə əsasən, məhkəmə belə nəticəyə gəlir ki, Bakı şəhər BPİ-nin DYPİ-də aparılan inzibati araşdırma zamanı hakimin gəldiyi nəticələr üzrə mühüm əhəmiyyət kəsb edən bütün faktiki hallar araşdırılmamışdır. Azərbaycan Respublikasının İXM-nin 129.1.3-cü maddəsinə əsasən inzibati xəta haqqında iş üzrə səlahiyyətli orqanın (vəzifəli şəxsin) qərarından məhkəməyə verilən şikayət - şikayət verən şəxsin yaşayış yeri və ya hüquqi şəxsin ünvanının olduğu yer üzrə rayon (şəhər) məhkəməsinə verilir. Həmin Məcəllənin 134.1.4-cü maddəsinə əsasən inzibati xəta haqqında iş üzrə qərardan verilən şikayətə və ya protestə baxılaraq bu Məcəllənin 135.1.1 və 135.1.6-cı maddələri ilə müəyyən edilmiş hallarda qərarın ləğv edilməsi və inzibati xəta haqqında işin yenidən baxılmaq üçün hakimə, səlahiyyətli orqana (vəzifəli şəxsə) göndərilməsi haqqında qərar qəbul edilir. Həmin Məcəllənin 135.1.6-cı maddəsinə əsasən isə hakimin, səlahiyyətli orqanın (vəzifəli şəxsin) gəldiyi nəticələr üzrə mühüm əhəmiyyət kəsb edən bütün faktiki halların araşdırılmamasıinzibati xəta haqqında iş üzrə qərarın ləğv edilməsi və ya dəyişdirilməsi üçün əsasdır. Beləliklə, məhkəmə hesab edir ki, şikayət qismən təmin edilməli, Bakı şəhər Baş Polis İdarəsinin DYPİ-nin tərəfindən tərtib edilmiş xx xxxxx 2020-ci il tarixli, İXP ******* saylı inzibati xəta haqqqında protokol əsasında qəbul edilmiş xx xxxxx 2020-ci il tarixli, TP ******* saylı inzibati tənbeh vermə haqqındaqərarı ləğv edilməli və qeyd olunan inzibati xəta haqqında iş Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin tələblərinə əməl edilməklə baxılması üçün Bakı şəhər BPİ-nin DYPİ-nə göndərilməlidir. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikasının İXM-nin 133-137-ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏRARA ALDİ: X2 şikayəti qismən təmin olunsun. Bakı şəhər Baş Polis İdarəsinin DYPİ-nin tərəfindən tərtib edilmiş xx xxxxx 2020-ci il tarixli, İXP ******* saylı inzibati xəta haqqqında protokol əsasında qəbul edilmiş xx xxxxx 2020-ci il tarixli, TP ******* saylı inzibati tənbeh vermə haqqında qərarı ləğv edilsin və qeyd olunan inzibati xəta haqqında iş baxılması üçün Bakı şəhər Baş Polis İdarəsinin Dövlət X7 göndərilsin. Qərarın surəti rəsmi qaydada verldiyi vaxtdan 10 (on) gün müddətində Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Sədrlik edən: Azər Tağıyev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar