Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № 3(006)-1459/2020 14.07.2020 BAKI ŞƏHƏRİ NƏSİMİ RAYON MƏHKƏMƏSİ Mən, Bakı şəhəri Nəsimi rayon məhkəməsinin hakimi Hüseynov Elməddin Mirpaşa oğlu, Azərbaycan Respublikası DİN Nizami rayon Polis İdarəsi tərəfindən daxil olmuş AİDS-lə Mübarizə ictimai birliyi barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 347-ci maddəsi ilə tərtib olunmuş inzibati xəta haqqında protokola baxaraq, MÜƏYYƏN ETDİM: AİDS-lə Mübarizə ictimai birliyinin Azərbaycan Respublikası İXM-nin 347-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətməsi haqqında Bakı şəhəri Nizami Rayon Polis İdarəsinin Dövlət Yol Polis Şöbəsinin baş inspektoru Qurban Gülməmmədov tərəfindən tərtib edilmiş protokol Bakı şəhəri Nəsimi rayon məhkəməsinə daxil olmuşdur. İş materiallarını araşdıraraq hesab edirəm ki, AİDS-lə Mübarizə ictimai birliyi barəsində Bakı şəhəri Nizami rayon Polis İdarəsi tərəfindən daxil olmuş inzibati xəta haqqında iş aidiyyatı üzrə baxılması üçün Nizami rayon məhkəməsinə göndərilməlidir. Belə ki, Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 110.1-ci maddəsinə əsasən inzibati xəta haqqında işə onun törədildiyi yerdə baxılır. Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin vəsatətinə əsasən inzibati xəta haqqında iş onun yaşadığı yer üzrə baxıla bilər. İş materiallarına əlavə edilmiş vergi ödəyicilərinin məlumatları haqqında çıxarışdan görünür ki, AİDS-lə Mübarizə ictimai birliyinin hüquqi ünvanı ünvan 1 Respublikası İnzibati Xətalar Məcəlləsinin 112.4-cü maddəsinə əsasən bu Məcəllənin 110-cu maddəsinə müvafiq olaraq işin aidiyyəti üzrə göndərilməsi barədə qərardad çıxarırlar. Qeyd olunanlara əsasən hesab edirəm ki, inzibati xəta haqqında protokolun Nəsimi rayon məhkəməsində baxılması üçün hüquqi əsaslar olmadığından aidiyyəti üzrə baxılması üçün Nizami rayon məhkəməsinə göndərilməlidir. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 110 və 112.4-cü maddələrini rəhbər tutaraq məhkəmə, QƏRARA ALDİM: Bakı şəhəri Nizami rayon Polis İdarəsi tərəfindən AİDS-lə Mübarizə ictimai birliyinin barəsində Azərbaycan Respublikası İXM-nin 347-ci maddəsi ilə toplanmış inzibati xəta haqqında material aidiyyəti üzrə baxılması üçün Nizami rayon məhkəməsinə göndərilsin. Hakim: Elməddin Hüseynov
Məhkəmə qərarları › İş №3(006)-1459/2020
Bakı Şəhəri Nəsimi Rayon Məhkəməsi Qərardad — İş №3(006)-1459/2020
14.07.2020 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver