Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 3(006)-146/2025 09.01.2025 BAKI ŞƏHƏRİ NƏSİMİ RAYON MƏHKƏMƏSİ Hakim: Pənahov Babək Əkbər oğlunun sədrliyi Məhkəmə iclasının katibi: X3 İnzibati xəta haqqında protokolu 20-ci polis şöbəsinin sahə inspektoru tərtib etmiş şəxs: X2 Barəsində icraat aparılan şəxs: Şəxs iştirakları ilə xx.xx.2004-cü il tarixdə Bakı şəhərində anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı (FİN: xxxxxxx), Bakı şəhəri, Sabunçu rayonu, Pirşağı qəsəbəsi, Hüseynbala Əliyev küçəsi, ev 18a-da qeydiyyatda olan Şəxs barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 510 və 535.1-ci maddələri üzrə tərtib olunmuş 09 yanvar 2025-ci il tarixli, MN ******* saylı inzibati xəta haqqında protokola və ona əlavə edilmiş sənədlərə açıq məhkəmə iclasında baxaraq məhkəmə M Ü Ə Y Y Ə N E T D İ: Şəxs 08 yanvar 2025-ci il tarixdə Bakı şəhəri, Nəsimi rayonu, 3-cü mikrorayon ərazisində nalayiq ifadələr işlədərək xırda xuliqanlıq etmiş və polisin qanuni tələbinə qəsdən tabe olmamışdır. Məhkəmədə inzibati xəta haqqında protokolu tərtib etmiş şəxs Bakı şəhəri Nəsimi Rayon Polis İdarəsinin 20-ci polis şöbəsinin sahə rəisi X4 izahatında göstərdi ki, xx.xx.2025-ci il tarixdə, təxminən saat 03:30 radələrində Bakı şəhəri, 3-cü mikrorayon dairəsində yol-patrul xidməti əməkdaşları xidmətdə olan zaman sürücünün idarə etdiyi “Mercedes-Benz” markalı, **-SY-*** dövlət qeydiyyat nişanlı nəqliyyat vasitəsini qəflətən sürətləndirərək avtomobilin arxa hissəsini sürüşdürdüyünün şahidi olmuşlar. Bu zaman həmin sürücüyə “saxla” əmri verilmiş, daha sonra yol-patrul xidməti əməkdaşları bu avtomobilin arxasınca hərəkət edən zaman sürücünün yer dəyişdiyini görmüşlər. Avtomobil saxlanılarkən məsələ barədə həmin şəxslərə məlumat verilərkən sükan arxasında oturan Şəxs polis əməkdaşları ilə mübahisə etməyə başlayaraq bunun sübut olunmasını bildirmiş, digər sərnişin X5 da sərxoş halda olaraq onlarla kobud davranmağa başlamışdır. Sonra həmin şəxslər maşından düşürülmüş, onlardan özlərinin təqdim olunması tələb olunsa da, sonuncular bunu etməmiş və öz hərəkətlərini davam etdirərək nalayiq ifadələr işlətməyə başlamışlar. Müəyyən edilmişdir ki, X1 halda avtomobili idarə etmiş, yol-patrul xidməti əməkdaşlarını gördükdə isə avtomobilin surətini azaldaraq nəqliyyat vasitəsini idarə etmək hüququ olmayan Şəxs ilə yerdəyişmə etmişdir. Daha sonra bu şəxslər köməyə çağırılmış polis əməkdaşlarının yardımı ilə 20-ci polis şöbəsinə aparılmışlar. Məhkəmədə barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs izahatında göstərdi ki, xx.xx.2025-ci il tarixdə dostu Rafət içkili olduğu üçün sonuncunun avtomobilini o, idarə etməyə başlamışdır. Onlar Bakı şəhəri, 3-cü mikrorayon dairəsində olan zaman yol-patrul xidməti əməkdaşları ona “saxla” əmrini vermişlər. O da avtomobili saxlamış, polis əməkdaşı onlara yaxınlaşmış və sükan arxasında yer dəyişdiyini bildirmişlər. O isə bunu daha öncədən etdiyini deyib polislə razı olmadığını demiş və bu mövzuda aralarında mübahisə yaranmışdır. Törətdiyi əməldən peşmandır. Təqdim edilmiş videogörüntüyə əsasən yol-patrul xidməti əməkdaşları “Mercedes- Benz” markalı, **-SY-*** dövlət qeydiyyat nişanlı nəqliyyat vasitəsini saxlayıb sükan arxasında olan şəxsə yerdəyişmənin həyəta keçirildiyini bildirir, sonuncu da bunu etmədiyini və sübut olunmasını söyləyir, maşında olan digər şəxs də də buna etiraz edir. Daha sonra həmin şəxslər avtomobildən düşüb polis əməkdaşları ilə mübahisə edib nalayiq ifadələr işlədir, hətta digər şəxsin sərxoş halda olması görünür. Polis əməkdaşları onlardan özlərinin təqdim olunmasını təklif edir, lakin bu baş vermir və nalayiq ifadələrin işlədilməsi davam etdirilir. Məhkəmə proses iştirakçılarının izahatlarını dinləyib, habelə iş materiallarını və video görüntünü araşdırıb hesab edir ki, Şəxs tərəfindən Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 510 və 535.1-ci maddələrində nəzərdə tutulmuş inzibati xətaların törədilməsi tam sübuta yetirilir. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 510-cu maddəsi xırda xuliqanlıq, yəni ictimai qaydanı pozan, lakin fiziki şəxslər üzərində zor tətbiq olunması ilə və ya belə zorun tətbiq edilməsi hədəsi ilə, yaxud özgənin əmlakının məhv edilməsi və ya zədələnməsi ilə müşayiət edilməyən hərəkətlərə görə, 535.1-ci maddəsi isə polis işçisi və ya hərbi qulluqçu ictimai qaydanın mühafizə vəzifələrini icra edərkən, onların qanuni tələblərinə qəsdən tabe olmamağa görə məsuliyyət müəyyən edir. “Polis haqqında” Azərbaycan Respublikası Qanununun 7-ci maddəsinin İİ hissəsinə görə Azərbaycan Respublikasının ərazisində olan bütün hüquqi və fiziki şəxslər polis əməkdaşının qanuni tələblərini icra etməlidirlər. Həmin Qanunun 17-ci maddəsinin 1-ci bəndinə görə hər bir şəxsdən cinayətlərə və digər hüquqpozmalara, şəxsiyyət və ictimai asayiş üçün təhlükə törədən və onlara şərait yaradan hərəkətlərə son qoyulmasını tələb etmək polis əməkdaşının hüququdur. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 3-cü maddəsinə əsasən yalnız bu Məcəllə ilə nəzərdə tutulmuş inzibati xətanın törədilməsində təqsirli hesab edilən və inzibati xəta tərkibinin bütün digər əlamətlərini daşıyan əməli (hərəkət və ya hərəkətsizliyi) törətmiş şəxs inzibati məsuliyyətə cəlb olunur. Bu Məcəllənin 9.1-ci maddəsinin tələbinə görə inzibati xəta törətmiş şəxs haqqında tətbiq edilən tənbeh ədalətli olmalıdır, yəni inzibati xətaların xarakterinə, onun törədilməsi hallarına və inzibati xətanı törətməkdə təqsirli bilinənin şəxsiyyətinə uyğun olmalıdır. İnzibati Xətalar Məcəlləsinin 31.2-ci maddəsinə əsasən fiziki və ya vəzifəli şəxslər barəsində inzibati tənbeh tətbiq edilərkən, xətanın xarakteri, inzibati xəta törədən şəxsin şəxsiyyətini xarakretizə edən hallar, onun təqsirinin dərəcəsi, əmlak vəziyyəti, habelə məsuliyyəti yüngülləşdirən və ağırlaşdıran hallar nəzərə alınır. Məhkəmədə Şəxs məsuliyyətini yüngülləşdirən və ağırlaşdıran hallar müəyyən olunmamışdır. İnzibati Xətalar Məcəlləsinin 34.3-cü maddəsinə əsasən şəxsin eyni vaxtda öz hərəkətləri (hərəkətsizliyi) ilə törətdiyi bir neçə inzibati xətaya dair işlərə baxılması eyni orqanın səlahiyyətinə aiddirsə, həmin şəxs daha ciddi xətaya görə müəyyən edilmiş sanksiya çərçivəsində tənbeh edilir. Beləliklə, məhkəmə Şəxs törətdiyi inzibati xətaların xarakterini, onun şəxsiyyətini xarakterizə edən halları nəzərə alaraq hesab edir ki, o, İnzibati Xətalar Məcəlləsinin 510 və 535.1-ci maddələrində nəzərdə tutulmuş əməlləri törətməkdə təqsirli bilinməli və daha ciddi xəta kimi həmin Məcəllənin 535.1-ci maddəsində müəyyən edilmiş sanksiya çərçivəsində onun barəsində inzibati həbs tətbiq edilməlidir. Eyni zamanda iş materiallarında olan inzibati qaydada tutma haqqında protokoldan görünür ki, Şəxs 08 yanvar 2025-ci il tarixdə, saat 04:30-dan tutulmuşdur. İnzibati Xətalar Məcəlləsinin 30.3-cü maddəsinə görə inzibati qaydada tutma müddəti inzibati həbs müddətinə daxil edilir. Göstərilənləri nəzərə alaraq və Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 40, 43, 48-50, 114-115 və 128-130-cu maddələrini rəhbər tutaraq məhkəmə Q Ə R A R A A L D İ: Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 510 və 535.1-ci maddələrində nəzərdə tutulmuş xətaların törədilməsində təqsirli bilinsin, İnzibati Xətalar Məcəlləsinin 34.3-cü maddəsinə müvafiq olaraq ona 20 (iyirmi) gün müddətinə inzibati həbs tətbiq edilsin. İnzibati həbs müddətinin əvvəli 08 yanvar 2025-ci il tarixdə, saat 04:30-dan hesablansın. Qərarın icrası Bakı şəhər Nəsimi Rayon Polis İdarəsinin 20-ci polis şöbəsinə və Daxili İşlər Nazirliyinə bilavasitə tabe olan İnzibati həbs olunanların saxlanılma mərkəzinə həvalə edilsin. Qərardan, onun surəti rəsmi qaydada verildiyi vaxtdan 10 (on) gün müddətində Bakı şəhəri Nəsimi Rayon Məhkəməsi vasitəsilə Bakı Apellyasiya Məhkəməsinə şikayət verilə bilər. Hakim Babək Pənahov
Məhkəmə qərarları › İş №3(006)-146/2025
Bakı Şəhəri Nəsimi Rayon Məhkəməsi Qərar — İş №3(006)-146/2025
09.01.2025 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver