Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 3(006)-1462/2022 04.05.2022 BAKI ŞƏHƏRİ NƏSİMİ RAYON MƏHKƏMƏSİ Hakim: Pənahov Babək Əkbər oğlunun sədrliyi Məhkəmə iclasının katibi: X3 İnzibati xəta haqqında Azərbaycan Respublikası Səhiyyə Nazirliyinin protokolu tərtib etmiş şəxs: nümayəndəsi X1 iştirakları ilə Şəxs MMC (hüquqi ünvanı: Bakı şəhəri, Nizami rayonu, B.Çobanzadə küçəsi, ev 1022, VÖEN:**********) barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 452.3-cü maddəsi üzrə tərtib olunmuş 29.03.2022-ci il tarixli, MN ******* saylı inzibati xəta haqqında protokola və ona əlavə edilmiş sənədlərə açıq məhkəmə iclasında baxaraq MÜƏYYƏN ETDİ: Şəxs MMC-yə məxsus ünvan 2 ünvanda yerləşən aptekdə 28.03.2022-ci il tarixdə yoxlama keçirilən zaman əczaçılıq ixtisasına malik işçinin olmaması faktı aşkar edilmişdir. Məhkəmə iclasında inzibati xəta haqqında protokolu tərtib etmiş qurumun nümayəndəsi X4 izahat verərək bildirdi ki, Şəxs MMC-yə məxsus ünvan 2 ünvanda yerləşən aptek təşkilatında plan üzrə aparılan yoxlama zamanı orada bir sıra nöqsanlar, o cümlədən əczaçılıq ixtisasına malik işçinin olmaması aşkarlanmışdır. Şirkətin inzibati məsuliyyətə cəlb olunmasını xahiş etdi. Məhkəmə iclasının vaxtı və yeri barədə xəbardarlıq edilməsinə baxmayaraq, barəsində icraat aparılan hüquqi şəxs Şəxs MMC-nin nümayəndəsi məhkəməyə gəlməmiş, bunun səbəbi barədə məhkəməyə məlumat verilməmişdir. Məhkəmə işə hüquqi şəxsin nümayəndəsinin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Təqdim edilmiş materiallara əsasən: Sahibkarlıq sahəsində aparılan yoxlamaların vahid məlumat reyestri”ndən olan 05.03.2022-ci il tarixli, KY221719480 saylı çıxarışa əsasən Şəxs MMC-yə məxsus ünvan 3 ünvanda yerləşən aptekdə plan üzrə 28.03.2022-ci il tarixdə yoxlamanın aparılmasına icazə verilir; Azərbaycan Respublikası Səhiyyə Nazirliyi “X2” X7 tərəfindən tərtib olunmuş 28.03.2022-ci il tarixli, 118 nömrəli akta əsasən Şəxs MMC-yə məxsus ünvan 2 ünvanda yerləşən aptekdə həyata keçirilmiş planlı (növbəti) yoxlama zamanı orada əczaçı olmadığından qeyri-ixtisas sahibinin çalışır. Beləliklə müəyyən edilir ki, Şəxs MMC-yə məxsus ünvan 2 ünvanda yerləşən aptekdə 28.03.2022-ci il tarixdə əczaçılıq ixtisasına malik olmayan işçi fəaliyyətə cəlb edilmişdir. “Dərman vasitələri haqqında” Azərbaycan Respublikası Qanununun 5.2-ci maddəsinə görə Azərbaycan Respublikasında əczaçılıq fəaliyyəti ilə əczaçılıq ixtisası üzrə ali və ya orta ixtisas təhsili almış fiziki şəxslər və mülkiyyət formasından asılı olmayaraq hüquqi şəxslər məşğul ola bilərlər. Əczaçılıq fəaliyyəti ilə məşğul olan şəxslər (işçilər) “Əhalinin sağlamlığının qorunması haqqında” Azərbaycan Respublikasının Qanununa uyğun olaraq tədrisə və sertifikasiyaya cəlb edilirlər. Sertifikasiyadan qanunvericiliyə uyğun olaraq keçməyən işçilərin praktik əczaçılıq fəaliyyətinə buraxılmasına yol verilmir. Azərbaycan Respublikası Səhiyyə Nazirliyi Kollegiyasının 11.01.2018-ci il tarixli, 01 nömrəli qərarı ilə təsdiq edilmiş “Aptek təşkilatlarına dair tələblər və aptek təşkilatlarından dərman vasitələrinin buraxılması Qaydaları”nın (Azərbaycan Respublikasının Hüquqi Aktların Dövlət Reyestrində 22.01.2018-ci il tarixdə **********1001 nömrə ilə qeydiyyata alınmışdır) 5.1 və 5.2-ci bəndlərinə əsasən aptekin rəhbəri tərəfindən əmrlə təyin olunan maddi-məsul şəxs ali və orta əczaçılıq təhsili olan mütəxəssislər olmalı, aptekdə işləyən əczaçılar “Əhalinin sağlamlığının qorunması haqqında” Azərbaycan Respublikasının Qanununa uyğun olaraq sertifikasiyadan keçməli və ixtisasartırma və kadrların hazırlığı müəssisələrində müəyyən proqram üzrə təhsil almalıdırlar. Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 452.3-cü maddəsi aptek təşkilatlarına dair tələblərin pozulmasına görə məsuliyyət müəyyən edir. İnzibati Xətalar Məcəlləsinin 3-cü maddəsinə əsasən yalnız bu Məcəllə ilə nəzərdə tutulmuş inzibati xətanın törədilməsində təqsirli hesab edilən və inzibati xəta tərkibinin bütün digər əlamətlərini daşıyan əməli (hərəkət və ya hərəkətsizliyi) törətmiş şəxs inzibati məsuliyyətə cəlb olunur. Həmin Məcəllənin 9.1-ci maddəsinin tələbinə görə inzibati xəta törətmiş şəxs haqqında tətbiq edilən tənbeh ədalətli olmalıdır, yəni inzibati xətaların xarakterinə, onun törədilməsi hallarına və inzibati xətanı törətməkdə təqsirli bilinənin şəxsiyyətinə uyğun olmalıdır. Həmçinin bu Məcəllənin 84-cü maddəsinə görə inzibati xətalar haqqında işlərə baxan hakim, səlahiyyətli orqan (vəzifəli şəxs) işin bütün hallarının məcmusunun hərtərəfli, tam və obyektiv surətdə baxılmasına əsaslanan öz daxili inamı ilə sübutları qiymətləndirir. İnzibati Xətalar Məcəlləsinin 31.3-cü maddəsinə görə hüquqi şəxslər barəsində inzibati tənbeh tətbiq edilərkən, inzibati xətanın xarakteri, inzibati xəta nəticəsində hüquqi şəxsin əldə etdiyi xeyrin həcmi və ya onun maraqlarının təmin edilməsinin xarakteri və dərəcəsi, hüquqi şəxsi xarakterizə edən hallar, o cümlədən onun maliyyə və əmlak vəziyyəti, xeyriyyəçilik və ya digər ictimai faydalı fəaliyyətlə məşğul olması, habelə məsuliyyəti yüngülləşdirən və ağırlaşdıran hallar nəzərə alınır. Məhkəmədə Şəxs MMC-nin məsuliyyətini yüngülləşdirən və ya ağırlaşdıran hallar müəyyən edilmədi. Məhkəmə Şəxs MMC-nin törətdiyi inzibati xətanın xarakterini, inzibati xəta nəticəsində onun maraqlarının təmin edilməsinin dərəcəsini, hüquqi şəxsi xarakterizə edən halları və s. nəzərə alaraq hesab edir ki, ona İnzibati Xətalar Məcəlləsinin 452.3-cü maddəsində nəzərdə tutulmuş cərimə tətbiq olunmalıdır. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 40, 43, 48-51, 114,128-130-cu maddələrini rəhbər tutaraq məhkəmə QƏRARA ALDİ: Şəxs MMC Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 452.3-cü maddəsində nəzərdə tutulmuş əməli törətməkdə təqsirli bilinərək 1.000 (min) manat məbləğində cərimə edilsin. Qərardan, onun surəti rəsmi qaydada verildiyi vaxtdan 10 (on) gün müddətində Bakı şəhəri Nəsimi Rayon Məhkəməsi vasitəsilə Bakı Apellyasiya Məhkəməsinə şikayət verilə bilər. Hakim Babək Pənahov
Məhkəmə qərarları › İş №3(006)-1462/2022
Bakı Şəhəri Nəsimi Rayon Məhkəməsi Qərar — İş №3(006)-1462/2022
04.05.2022 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver