Məhkəmə qərarları › İş №3(006)-1463/2020

Bakı Şəhəri Nəsimi Rayon Məhkəməsi Qərar — İş №3(006)-1463/2020

14.07.2020 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 3(006)-1463/2020 14.07.2020 BAKI ŞƏHƏRİ NƏSİMİ RAYON MƏHKƏMƏSİ Bakı şəhəri Nəsimi rayon Məhkəməsinin hakimi Hüseynov Elməddin Mirpaşa oğlunun sədrliyi, məhkəmə iclas katibi Mustafayeva İlhamə Mövlan qızının katibliyi, protokolu tərtib edən şəxs Bakı şəhər Nəsimi rayon Polis İdarəsinin 20-ci Polis Bölməsinin sahə inspektoru x2, Zərərçəkmiş şəxs, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs iştirakları ilə, xx.xx.1973-cü ildə Ağdam rayonunda anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, evli, orta təhsilli, işləməyən, ünvan 1 ünvanında qeydiyyatda olan Şəxs barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 227-ci maddəsi üzrə Bakı şəhər Nəsimi Rayon Polis İdarəsinin 20-ci Polis Bölməsi tərəfindən tərtib olunmuş MN ******* saylı inzibati xəta haqqında protokola və ona əlavə edilmiş sənədlərə açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: Şəxs xx.xx.2020-ci il tarixdə Bakı şəhəri, Nəsimi rayonu, «20 yanvar» metrostansiyasının çıxışında yerləşən “Park Shoping” ticarət mərkəzində Zərərçəkmiş şəxs məxsus 450 manat dəyərində “Samsung Galaxsy S9” markalı mobil telefonu oğurluq yolu ilə ələ keçirmişdir. Bakı şəhər Nəsimi Rayon Polis İdarəsinin 20-ci Polis Bölməsinin sahə inspektoru x3 izahatında göstərmişdir ki, xx.xx.2020-ci il tarixdə Zərərçəkmiş şəxs Daxili İşlər Nazirliyinin 102 xidmətinə müraciət edərək, xx xxxx 2020-ci il tarixdə Bakı şəhəri, Nəsimi rayonu, «20 yanvar» metrostansiyasının çıxışında yerləşən “Park Shoping” ticarət mərkəzində oğlunun işlətdiyi mağazada olarkən 450 manat dəyərində “Samsung Galaxsy S9” markalı mobil telefonun oğurluq yolu ilə ələ keçirildiyini bildirmişdir. Daha sonra aparılan araşdırmalar nəticəsində həmin oğurluq hadisəsinin barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs tərəfindən törədildiyi müəyyən edilmişdir. Belə ki, Şəxs etiraf edərək, Bakı şəhəri, Nəsimi rayonu, «20 yanvar» metrostansiyasının çıxışında yerləşən “Park Shoping” ticarət mərkəzində mağazalardan birinə daxil olduqda orada yerləşən masanın üzərində telefonun nəzarətsiz vəziyyətdə olduğunu görmüş və ətrafdakı şəxslərin diqqətsizliyindən istifadə edərək həmin Samsung Galaxsy S9” markalı mobil telefonu oğurlamışdır. Mağazada olan video görüntülərə baxış keçirilən zaman da həmin telefonun Şəxs tərəfindən oğurlandığı öz təsdiqini tapmışdır. Bundan sonraŞəxs barəsində inzibati xəta haqqında protokol tərtib edilmiş və aidiyyəti üzrə Nəsimi rayon məhkəməsinə göndərilmişdir. Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan Şəxs məhkəmə iclasında törətdiyi inzibati xətada özünü təqsirli bilərək verdiyi izahatında göstərmişdir ki,xx.xx.2020ci il tarixdə, o, Bakı şəhəri, Nəsimi rayonu, «20 yanvar»metrostansiyasının çıxışında yerləşən “Park Shoping” ticarət mərkəzinə gələrək orada olan mağazalardan birinə daxil olduqda masanın üzərində “Samsung Galaxsy S9” markalı mobil telefonun nəzarətsiz vəziyyətdə olduğunu görmüşdür. Maddi ehtiyacı olduğu üçün həmin telefonu oğurlamaq qərarına gəlmiş və ətrafdakı şəxslərin diqqətsizliyindən istifadə edərək dərhal həmin telefonu masanın üzərindən götürərək mağazanı tərk etmişdir. Ərazidən uzaqlaşdıqdan sonra həmin telefonu tanımadığı şəxsə satmış və əldə edilmiş vəsaiti şəxsi ehtiyaclarına xərcləmişdir. Polis əməkdaşları tərəfindən saxlanıldıqdan sonra əməlini etiraf etmiş və barəsində inzibati xəta haqqında protokol tərtib edilərək məhkəməyə göndərilmişdir. Halhazırda törətdiyi əməldən səmimi peşman olduğunu, zərərçəkmiş şəxslə barışdığını, ona dəymiş ziyanı tam olaraq ödədiyini bildirərək, iş üzrə icraata xitam verilməsini xahiş etdi. Məhkəmə iclasında Zərərçəkmiş şəxs verdiyi izahatında göstərmişdir ki, xx.xx.2020ci il tarixdə, oğlunun işlətdiyi Bakı şəhəri, Nəsimi rayonu, «20 yanvar» metrostansiyasının çıxışında yerləşən “Park Shoping” ticarət mərkəzində olan mağazada olarkən, özünə məxsus “Samsung Galaxsy S9” markalı mobil telefonu masanın üzərində qoymuşdur. Daha sonra diqqətsizlik edərək həmin masanın ətrafından uzaqlaşmış və sonradan həmin masaya yaxınlaşdıqda telefonu qoyulduğu yerdə aşkar edə bilməmişdir. Baş vermiş hadisənin oğurluq hadisəsi olmasını isə orada olan video görüntülərə baxdıqdan sonra əmin olmuşdur. Belə ki, videogörüntülərdə barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs tərəfindən onun telefonunun oğurlandığı müəyyən edilmiş və buna görə də, Daxili İşlər Nazirliyinin 102 xidmətinə müraciət etmişdir. Sonradan ona məlum olmuşdur ki, xx xxxx 2020-ci il tarixdə ona məxsus 450 manat dəyərində “Samsung Galaxsy S9” markalı mobil telefonu oğurluq yolu ilə ələ keçirən şəxs Şəxsdur. Hal-hazırda ona dəymiş zərərin Şəxs tərəfindən ödənildiyini, onunla barışdığını, ona qarşı heç bir şikayət və tələbinin olmadığını bildirərək, Şəxs barəsində olan inzibati xəta haqqında iş üzrə icraata xitam verilməsini məhkəmədən xahiş etdi. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 76.1-ci maddəsinə əsasən inzibati xətanın olub-olmamasını, inzibati xəta törədən şəxsin təqsirini və işin düzgün həlli üçün əhəmiyyətli olan digər halları müəyyən etməkdən ötrü hakimin, səlahiyyətli orqanın (vəzifəli şəxsin) əsaslana bildiyi hər cür faktik məlumatlar inzibati xətalar haqqında işlər üzrə sübutlar sayılır. Bu məlumatlar maddi sübutlarla, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin, zərərçəkmiş şəxslərin, şahidlərin izahatları ilə, digər sənədlərlə, xüsusi texniki vasitələrin göstəriciləri ilə, ekspertin rəyi ilə, inzibati xəta haqqında protokolla, bu Məcəllə ilə müəyyən edilmiş digər protokollarla müəyyən edilir. Qeyd olunan Məcəllənin 84.1-ci maddəsinə əsasən inzibati xətalar haqqında işlərə baxan hakim, kollegial orqanın üzvü, vəzifəli şəxs işin bütün hallarının məcmusunun hərtərəfli, tam və obyektiv surətdə baxılmasına əsaslanan öz daxili inamı ilə sübutları qiymətləndirir. İş materiallarında olan Nəsimi rayon Polis İdarəsinin 20-ci Polis Bölməsinin təhqiqatçısı Saleh Salehzadə tərəfindən qəbul edilmiş xx.xx.2020-ci il tarixli qərardan görünür ki, xx.xx.2020-ci il tarixdə Bakı şəhəri, Nəsimi rayonu, «20 yanvar» metrostansiyasının çıxışında yerləşən “Park Shoping” ticarət mərkəzində Zərərçəkmiş şəxs 450 manat dəyərində “Samsung Galaxsy S9” markalı mobil telefonunun oğurlanması faktına görə cinayət işinin başlanılması rədd edilmişdir. Məhkəmə iclasında Zərərçəkmiş şəxs tərəfindən təqdim olunmuş ərizədən görünür ki, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs ilə barışmışdır, ona dəymiş ziyan tam olaraq ödənilmişdir. Bu səbəbdənŞəxs qarşı şikayət və tələbi yoxdur. Məhkəmə Nəsimi Rayon Polis İdarəsinin 20-ci Polis Bölməsinin sahə inspektoru x3 tərəfindən tərtib edilmiş xx xxxx 2020-ci il tarixli, MN ******* saylı inzibati xəta haqqında protokolu nəzərdən keçirib, məhkəmə iclasında iştirak edən şəxsləri dinləyib, iş materiallarını araşdıraraq hesab edir ki, Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 227-ci maddəsində nəzərdə tutulan əməli törətməsi toplanmış sübutlarla təsdiqini tapır. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 3-cü maddəsinə əsasən yalnız bu Məcəllə ilə nəzərdə tutulmuş inzibati xətaların törədilməsində təqsirli hesab edilən və inzibati xəta tərkibinin bütün digər əlamətlərini daşıyan əməli (hərəkət və hərəkətsizlik) törətmiş şəxs inzibati məsuliyyətə cəlb olunur və tənbeh edilir. Həmin Məcəllənin 12-ci maddəsinə əsasən həmin Məcəllə ilə qorunan ictimai münasibətlərə qəsd edən, hüquqazidd olan, təqsirli sayılan (qəsdən və ehtiyatsızlıq üzündən törədilən) və inzibati məsuliyyətə səbəb olan əməl (hərəkət və ya hərəkətsizlik) inzibati xəta hesab olunur. Qeyd olunan Məcəllənin 227-ci maddəsi xırda talama, yəni oğurlama, mənimsəmə, israfçılıq, qulluq mövqeyindən sui-istifadə və ya dələduzluq yolu ilə özgəsinin əmlakını talamağa görə inzibati məsuliyyəti müəyyən edir. Həmin maddənin “Qeyd” hissəsinə əsasən bu Məcəllənin 227-ci maddəsi həmin maddədə göstərilən əməllər Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin müvafiq maddələrinə əsasən cinayət məsuliyyətinə səbəb olmadıqda tətbiq edilir. Məhkəmə hesab edir ki, Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 227-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətməkdə təqsirli olsa da, zərərçəkmiş şəxslə barışdığından və zərərçəkmiş şəxsin vurulmuş ziyanla bağlı şikayət və tələbi olmadığından barəsində olan inzibati xəta haqqında iş üzrə icraata xitam verilməlidir. Belə ki, Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 53.0.10-cu maddəsinə əsasən bu Məcəllənin 227-ci maddəsində nəzərdə tutulan inzibati xətanı törətmiş şəxs vurulmuş ziyanı tamamilə ödədikdə və zərərçəkmiş şəxslə barışdıqda inzibati xətalar haqqında işlər üzrə icraat başlanıla bilməz, başlanmış icraata isə xitam verilir. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 39.2-ci maddəinə əsasən bu Məcəllənin 227-ci maddəsində nəzərdə tutulmuş inzibati xəta haqqında iş üzrə icraat zamanı inzibati xəta törətmiş şəxs vurulmuş ziyanı tamamilə ödədikdə və zərər çəkmiş şəxslə barışdıqda inzibati iş üzrə icraata xitam verilir. Həmin Məcəllənin 105.1-ci maddəsinə əsasən inzibati xətalar haqqında işlərə baxılarkən bu Məcəllənin 53-cü maddəsində nəzərdə tutulan hallardan biri mövcud olduqda iş üzrə icraata xitam verilməsi haqqında qərar çıxarılır. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 43, 53, 49-51, 105, 115 və 128-129-cu maddələrini rəhbər tutaraq, məhkəmə QƏRARA ALDİ: Şəxs barəsində Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 227-ci maddəsi ilə olan inzibati xəta haqqında iş üzrə icraata xitam verilsin. Qərar təqdim edildiyi və ya alındığı gündən 10 (on) gün müddətində ondan Bakı şəhəri Nəsimi rayon məhkəməsi vasitəsilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və ya protesti verilə bilər. Hakim: Elməddin Hüseynov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar