Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 3(006)-1463/2022 18.05.2022 BAKI ŞƏHƏRİ NƏSİMİ RAYON MƏHKƏMƏSİ Bakı şəhəri Nəsimi rayon Məhkəməsinin hakimi Hüseynov Elməddin Mirpaşa oğlunun sədrliyi, məhkəmə iclas katibi Mustafayeva İlhamə Mövlan qızının katibliyi, Azərbaycan Respublikasının Səhiyyə Nazirliyinin nümayəndəsi X11, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan "xxxx" MMC-nin nümayəndəsi X8 iştirakları ilə, "xxxx" MMC tərəfindən Azərbaycan Respublikasının İXM-nin 215.4-cü maddəsinin tələblərinin pozulması ilə əlaqədar Azərbaycan Respublikasının Səhiyyə Nazirliyindən daxil olmuş inzibati xəta haqqında protokola və ona əlavə edilmiş sənədlərə baxaraq, MÜƏYYƏN ETDİ: Azərbaycan Respublikasının Səhiyyə Nazirliyindən daxil olmuş materiala əsasən ünvan 1 ünvanında yerləşən "xxxx" MMC-yə məxsus tibb müəssisəsində 29.03.2022-ci il tarixdə saat 10:30-da aparılan planlı yoxlama zamanı X12, X9, X3 və X1 keçməmələri aşkarlanmışdır. Bu barədə Azərbaycan Respublikasının Səhiyyə Nazirliyinin Analitik Ekspertiza X24 şöbəsinin mütəxəssisi X21 tərəfindən 29.03.2022-ci il tarixdə, MN seriyalı, ******* nömrəli inzibati xəta haqqında protokol tərtib edilmişdir. Məhkəmə iclasında Azərbaycan Respublikasının Səhiyyə Nazirliyinin nümayəndəsi X18 inzibati xəta haqqında protokolu müdafiə edərək bildirmişdir ki, Azərbaycan Respublikasının Səhiyyə Nazirliyinin Analitik Ekspertiza Mərkəzi tərəfindən planlı yoxlamanın keçirilməsi haqqında 01.03.2022-ci il tarixdə qəbul edilmiş qərar əsasında 29 mart 2022-ci il tarixdə "xxxx" MMC-yə məxsus ünvan 1 ünvanında yerləşən tibb müəssisəsində yoxlama aparılmışdır. Yoxlama zamanı X12, X9, X3 və X1 keçmədən praktik tibbi fəaliyyətlə məşğul olması faktı aşkar edilmişdir. "xxxx" MMC-nin direktoru Sevinc Əliyevanın izahatı alınmış, həmin izahatında 29 mart 2022-ci il tarixli, 119 saylı akt üzrə qeyd olunan nöqsanların aradan qaldırılacağı bildirilmişdir. Göstərilənlərə əsasən məhkəmədən "xxxx" MMC-nin barəsində inzibati tənbeh tədbirinin tətbiq edilməsini xahiş etmişdir. Məhkəmə iclasında barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan "xxxx" MMC-nin nümayəndəsi X13 izahat verərək bildirmişdir ki, "xxxx" konsultativ poliklinik şöbədən ibarət olmaqla ora rentgen, KT, MRT daxildir və əməliyyatxanası yoxdur. 2017-ci ildən 6 nəfər həkim, 2 tibb bacısı və 9 ofis işçisindən ibarət heyətlə fəaliyyət göstərir. Azərbaycan Respublikasının Səhiyyə Nazirliyinin yoxlaması zamanı 4 nəfər əməkdaşlarının özəl tibb fəaliyyətlə məşğul olması, sertifikatı olmaması aşkarlanmış və bu məsələyə aydınlıq gətirmək üçün öz dəlillərini məhkəmənin nəzərinə çatdırmaq istəyir. Belə ki, X2 Klinikasının baş həkimidir, respublikada tanınmış bir həkimdir, klinikanın idarəetməsində iştirak edir, tanınmış bir həkim olduğuna görə klinikanın nüfuzunun yüksəldilməsində cox böyük təsiri var, təqaüddədir, sonuncu dəfə 2012-ci ildə sertifikasiyadan keçmişdir. X4 Klinikasının şüa diaqnostikası həkimidir, AR SN-nin Tibbi portalında onların təqsiri ucbatından yaranmış səhv nəticəsində sertifikasiya imtahanından keçə bilmir, həkimin sənədləri 28 mart 2022-ci ildə Səhiyyə Nazirliyinə təqdim edilmişdir. Səhiyyə Nazirliyindən sertifikasiya imtahanına buraxılması ilə bağlı cavab gözləyirlər. Ağayeva Dilbər Mehdi qızı Büllur Klinikasının tibb bacısı işləyir, 2016-cı ildə təkmilləşmə kursu keçmiş, lakin ailə vəziyyəti ilə əlaqədar sertifikasiya imtahanını buraxmışdır, sonradan pandemiya ilə əlaqədar yaranan problemlər nəticəsində təkmilləşmə kurslarından təkrar keçməsi mümükün olmamışdır. Hal-hazırda çətin də olsa 2022-ci ilin iyun ayına 3 həftəlik təkmilləşmə kurslarına yazılmış, kurslardan sonra sertifikasiya imtahanını keçəcəkdir. X5 Klinikasının sığortalı pasiyentləri üzrə həkim-koordinatorudur, bu əməkdaşın adının yekun yoxlama aktına salınmasını heç cür başa düşmür və qəbul etmirlər, çünki onun vəzifəsi sırf sığortalı pasiyentlərin sənədlərinin qəbul edilməsi, sığorta şirkətləri ilə əlaqə və rəsmi sənəd mübadiləsi olmasıdır. Buna əsasən onun tibbi təhsili olmasına baxmayaraq bir həkim kimi sertifikasiyadan keçməsinə lüzum yoxdur, lakin buna baxmayaraq yoxlama nəticəsinə əsasən X17 işdən azad edilmişdir, bu da onların sığortalı pasiyentlərin qəbulunda problemlər yaratmış və hal-hazırda tibbi təhsili olmayan əməkdaş axtarışındadırlar. Qeyd olunanların nəzərə alınmasını və barələrində AR İXM-nin 215.4-cü maddəsinə əsasən başlanılmış iş üzrə icraata xitam verilməsini xahiş edir. İş materiallarında olan “Sahibkarlıq sahəsində aparılan yoxlamaların vahid məlumat reyestri”ndən 28.03.2022-ci il tarixli, KY221713890 nömrəli çıxarışdan görünür ki, Azərbaycan Respublikasının Səhiyyə Nazirliyi tərəfindən "xxxx" MMC-yə məxsus ünvan 1 ünvanında yerləşən tibb müəssisəsində 28.03.2022-01.04.2022-ci il tarixlərdə planlı (növbəti) yoxlamanın keçirilməsi qərara alınmışdır. İş materiallarında olan Azərbaycan Respublikası Səhiyyə Nazirliyi Analitik Ekspertiza Mərkəzi tərəfindən planlı (növbəti) yoxlamanın keçirilməsi haqqında 01.03.2022-ci il tarixli, 122 nömrəli qərardan görünür ki, "xxxx" MMC-yə məxsus ünvan 1 ünvanında yerləşən tibb müəssisəsində 28.03.2022-01.04.2022-ci il tarixlərdə planlı (növbəti) yoxlamanın aparılması qərara alınmışdır. İş materiallarında olan Azərbaycan Respublikası Səhiyyə Nazirliyi Analitik Ekspertiza Mərkəzinin əməkdaşlarının və sahibkarın nümayəndəsinin iştirakları ilə tərtib olunmuş 29.03.2022-ci il tarixli, 119 saylı planlı (növbəti) yoxlama aktından görünür ki, həmin tarixdə ünvan 1 ünvanında yerləşən "xxxx" MMC-yə məxsus tibb müəssisəsində planlı (növbəti) yoxlama keçirilmişdir. Yoxlama aparılarkən X12, X9, X3 və X1 keçmədən praktik tibbi fəaliyyətlə məşğul olması aşkarlanmışdır. İş materiallarında olan Azərbaycan Respublikası Səhiyyə Nazirliyindən "xxxx" MMC “Yeni med” tibb müəssisəsinin baş həkimi Arzu Quliyevaya ünvanlanmış 27 sentyabr 2016-cı il tarixli məktubdan görünür ki, X16 02 yanvar – 31 mart 2006-cı il il tarixlərdə keçdiyi təkmilləşdirmə kursu haqqında sənədə əsasən şüa diaqnostikası ixtisası üzrə sertifikasiyaya cəlb oluna bilməz. İnzibati xəta haqqında işin materiallarını tədqiq edərək məhkəmə hesab edir ki, toplanmış sübutlarla "xxxx" MMC tərəfindən Azərbaycan Respublikası İXM-nin 215.4-cü maddəsində nəzərdə tutulmuş inzibati xətanın törədilməsi sübuta yetirilmiş və onun törətdiyi əməl düzgün olaraq Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 215.4-cü maddəsi ilə tövsif olunmuşdur. “Əhalinin sağlamlığının qorunması haqqında” Azərbaycan Respublikası Qanununun 46-cı maddəsinə əsasən fasiləsiz olaraq ixtisasları üzrə beş ildən çox işləməmiş həkimlər və əczaçılar müvafiq təhsil müəssisələrində hazırlıq keçdikdən və qanunvericiliyə uyğun olaraq sertifikasiya olunduqdan sonra praktik tibb və ya əczaçılıq fəaliyyəti ilə məşğul ola bilərlər. İxtisaslarının təsdiq olunmasından sonra ixtisasları üzrə beş ildən çox işləməmiş orta tibb və ya əczaçılıq təhsili olan işçilər dövlət səhiyyə sisteminin müvafiq müəssisələrində hazırlıq keçdikdən və qanunvericiliyə uyğun olaraq sertifikasiya olunduqdan sonra praktiki tibb və əcəzaçılıq fəaliyyəti ilə məşğul ola bilərlər. Həmin Qanunun 49-1-ci maddəsinə əsasən praktik tibb və ya əczaçılıq fəaliyyəti ali və ya orta tibb təhsili olan şəxslər (işçilər) tərəfindən qanunvericilikdə nəzərdə tutulmuş qaydada ixtisasına uyğun həyata keçirilən tibbi yardımın göstərilməsi sahəsində və ya qanunvericiliyə uyğun olaraq dərman vasitələrinin hazırlanması, istehsalı və satışı sahəsində fəaliyyətdir. Əhaliyə keyfiyyətli səhiyyə xidmətinin göstərilməsinin təmin edilməsi və Azərbaycan Respublikasında praktik tibb və ya əczaçılıq fəaliyyəti ilə məşğul olan şəxslərin (işçilərin) peşəkarlıq səviyyəsinin və peşə yararlılığının yoxlanılması məqsədi ilə həmin şəxslər (işçilər), bu maddənin üçüncü və dördüncü hissələrində nəzərdə tutulmuş hallar istisna olmaqla, dövri olaraq beş ildə bir dəfə müvafiq icra hakimiyyəti orqanı tərəfindən sertifikasiyaya cəlb edilirlər. Sertifikasiyadan keçən şəxslərə (işçilərə) həmin şəxslərin beş il müddətində praktik tibb və ya əczaçılıq fəaliyyəti ilə məşğul olmaq hüququnu təsdiq edən və forması müvafiq icra hakimiyyəti orqanı tərəfindən müəyyən edilən sertifikasiya şəhadətnaməsi verilir. Sertifikasiyadan keçməyən şəxslərin (işçilərin) praktik tibb və ya əczaçılıq fəaliyyətinə buraxılmasına yol verilmir. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 08 iyun 2010-cu il tarixli, 108 nömrəli qərarı ilə təsdiq edilmiş “Praktik tibb və ya əczaçılıq fəaliyyəti ilə məşğul olan şəxslərin (işçilərin) sertifikasiyası Qaydası”nın 2.1-ci bəndinə əsasən tabeliyindən və mülkiyyət formasından asılı olmayaraq, tibb müəssisələrində çalışan və özəl praktik tibb və ya əczaçılıq fəaliyyəti ilə məşğul olan tibb mütəxəssislərinin sertifikasiyası Azərbaycan Respublikasının Səhiyyə Nazirliyi tərəfindən həyata keçirilir. Həmin Qaydanın 5.1-ci bəndinə əsasən sertifikasiya imtahanının nəticələri əsasında Sertifikasiya Şurası sertifikasiyaya cəlb olunmuş hər bir tibb mütəxəssisi barədə müvafiq qərar qəbul edir. Həmin Qaydanın 6.1-ci bəndinə əsasən sertifikasiyadan keçməyən işçilər 6 ay müddətində iş yeri saxlanılmaqla, müvafiq təhsil müəssisələrində peşə hazırlığı keçərək, təkrar sertifikasiya olunmaq məqsədi ilə ixtisasları üzrə növbəti imtahanlarda iştirak etmək üçün Nazirliyə müraciət edə bilərlər. Beləliklə, məhkəmə iclasında araşdırılan sübutlarla müəyyən edildi ki, "xxxx" MMCyə məxsus ünvan 1 ünvanında yerləşən tibb müəssisəsində X12, X9, X3 və X1 keçmədən praktik tibbi fəaliyyətlə məşğul olmuşdur. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 3-cü maddəsinə əsasən yalnız bu Məcəllə ilə nəzərdə tutulmuş inzibati xətanın törədilməsində təqsirli hesab edilən və inzibati xəta tərkibinin bütün digər əlamətlərini daşıyan əməli (hərəkət və ya hərəkətsizliyi) törətmiş şəxs inzibati məsuliyyətə cəlb olunur. Həmin Məcəllənin 4-cü maddəsinə əsasən bu Məcəllə insan və vətəndaş hüquqlarına və azadlıqlarına hörmət edilməsi, qanunçuluq, qanun qarşısında bərabərlik, təqsirsizlik prezumpsiyası, ədalətlilik və inzibati xətaların qarşısının alınması prinsiplərinə əsaslanır. Həmin Məcəllənin 9.1-ci maddəsinə əsasən inzibati xəta törətmiş şəxs haqqında tətbiq edilən tənbeh ədalətli olmalıdır, yəni inzibati xətaların xarakterinə, onun törədilməsi hallarına və inzibati xətanı törətməkdə təqsirli bilinənin şəxsiyyətinə uyğun olmalıdır. Həmin Məcəllənin 12.1-ci maddəsinə əsasən bu Məcəllə ilə qorunan ictimai münasibətlərə qəsd edən, hüquqazidd olan, təqsirli sayılan (qəsdən və ya ehtiyatsızlıqdan törədilən) və inzibati məsuliyyətə səbəb olan əməl (hərəkət və ya hərəkətsizlik) inzibati xəta hesab olunur. Həmin Məcəllənin 76.1-ci maddəsinə əsasən inzibati xətanın olub-olmamasını, inzibati xəta törədən şəxsin təqsirini və işin düzgün həlli üçün əhəmiyyətli olan digər halları müəyyən etmək üçün hakimin, səlahiyyətli orqanın (vəzifəli şəxsin) əsaslana bildiyi hər cür faktik məlumatlar inzibati xətalar haqqında işlər üzrə sübutlar sayılır. Bu məlumatlar maddi sübutlarla, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin, zərər çəkmiş şəxsin, şahidlərin izahatları ilə, digər sənədlərlə, xüsusi texniki vasitələrin göstəriciləri ilə, ekspertin rəyi ilə, inzibati xəta haqqında protokolla, bu Məcəllə ilə müəyyən edilmiş digər protokollarla müəyyən edilir. Həmin Məcəllənin 84.1-ci maddəsinə əsasən inzibati xətalar haqqında işlərə baxan hakim, səlahiyyətli orqan (vəzifəli şəxs) işin bütün hallarının məcmusunun hərtərəfli, tam və obyektiv surətdə baxılmasına əsaslanan öz daxili inamı ilə sübutları qiymətləndirir. Həmin Məcəllənin 215.4-cü maddəsinə əsasən qanunvericiliyə uyğun olaraq sertifikasiyadan keçməyən şəxslərin (işçilərin) praktik tibb və əczaçılıq fəaliyyətinə buraxılmasına görə vəzifəli şəxslər səkkiz yüz manatdan min manatadək məbləğdə, hüquqi şəxslər altı min manatdan səkkiz min manatadək məbləğdə cərimə edilir. İnzibati tənbeh tətbiq edərkən məhkəmə İnzibati Xətalar Məcəlləsinin 31.3-cü maddəsinə əsasən inzibati xətanın xarakterini, inzibati xəta nəticəsində hüquqi şəxsin əldə etdiyi xeyrin həcmini və ya onun maraqlarının təmin edilməsinin xarakterini və dərəcəsini, hüquqi şəxsi xarakterizə edən halları, o cümlədən onun maliyyə və əmlak vəziyyətini, xeyriyyəçilik və ya digər ictimai faydalı fəaliyyətlə məşğul olmasını, habelə məsuliyyəti yüngülləşdirən və ağırlaşdıran halları nəzərə alır. Məhkəmə iclasında "xxxx" MMC-nin məsuliyyətini yüngülləşdirən və ağırlaşdıran hallar müəyyən edilmədi. Törədilmiş inzibati xətanın xarakterini və İXM-nin 31.3-cü maddəsində göstərilən digər halları nəzərə alaraq məhkəmə "xxxx" MMC-nin Azərbaycan Respublikasının İXMnin 215.4-cü maddəsinin sanksiyasında nəzərdə tutulan inzibati cərimə növündə tənbeh edilməsini məqsədəmüvafiq hesab edir. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 115, 128-130-cu maddələrini rəhbər tutaraq QƏRARA ALDİ: "xxxx" MMC Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 215.4-cü maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətməkdə təqsirli bilinib 6000 (altı min) manat məbləğində cərimə edilsin. Qərarın surəti təqdim edildiyi və ya alındığı gündən 10 (on) gün müddətində Bakı şəhəri Nəsimi Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinə şikayət verilə bilər. Hakim: Elməddin Hüseynov
Məhkəmə qərarları › İş №3(006)-1463/2022
Bakı Şəhəri Nəsimi Rayon Məhkəməsi Qərar — İş №3(006)-1463/2022
18.05.2022 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver