Məhkəmə qərarları › İş №3(006)-1468/2025

Bakı Şəhəri Nəsimi Rayon Məhkəməsi Qərar — İş №3(006)-1468/2025

10.03.2025 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 3(006)-1468/2025 10.03.2025 BAKI ŞƏHƏRİ NƏSİMİ RAYON MƏHKƏMƏSİ Hakim – İbadzadə Anar Qənimət oğlunun sədrliyi, məhkəmə iclasının katibi – Lətifov Vəli Abdurəşid oğlunun katibliyi, Bakı şəhəri Nəsimi rayon İcra şöbəsinin böyük icra məmuru – X1, icra sənədi üzrə tələbkar – "xxxx" QSC-nin nümayəndəsi X3, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs (icra sənədi üzrə borclu) –Şəxs iştirakları ilə, Şəxs barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin (bundan sonra – Azərbaycan Respublikası İXM-in) 528.1-ci maddəsi ilə tərtib olunan inzibati xəta haqqında protokol üzrə inzibati xəta haqqında işə məhkəmənin binasında, açıq məhkəmə iclasında baxaraq MÜƏYYƏN ETDİ: Bakı şəhəri Nəsimi rayon İcra şöbəsinin böyük icra məmuru X2 Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin e-2(006)-3877/2023-013 nömrəli, xx.xx.2023-cü il tarixli, e-2(006)- 4174/2023-018 nömrəli, xx.xx.2023-cü il tarixli və e-2(006)-1406/2024-019 nömrəli, xx.xx.2024-cü il tarixli icra sənədlərinin icrası ilə bağlı Şəxs barəsində Azərbaycan Respublikası İXM-in 528.1-ci maddəsi ilə inzibati xəta haqqında protokol tərtib edərək baxılması üçün məhkəməyə göndərmişdir. MN seriyalı ******* nömrəli, 10 mart 2025-ci il tarixli “İnzibati xəta haqqında” protokoldan görünür ki, Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin e-2(006)-3877/2023-013 nömrəli, xx.xx.2023-cü il tarixli, e-2(006)-4174/2023-018 nömrəli, xx.xx.2023-cü il tarixli və e-2(006)-1406/2024-019 nömrəli, xx.xx.2024-cü il tarixli icra sənədləri üzrə borclu Şəxs tələbləri icta etməmiş, icra məmurunun qanuni tələblərini yerinə yetirməmişdir. Məhkəmə iclasında iştirak edən inzibati xəta haqqında protokolu tərtib etmiş Bakı şəhəri Nəsimi rayon İcra şöbəsinin böyük icra məmuru X2 protokolun məzmununa uyğun çıxış edərək Şəxs barəsində inzibati tənbeh tədbirinin tətbiq edilməsini məhkəmədən xahiş etdi. Məhkəmə iclasında iştirak edən icra sənədi üzrə tələbkar – "xxxx" QSC-nin nümayəndəsi X4 çıxış edərək Şəxs barəsində inzibati tənbeh tədbirinin tətbiq edilməsini məhkəmədən xahiş etdi. Məhkəmə iclasında iştirak edən barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan Şəxs izahatında bildirdi ki, icra sənədlərinin olması ilə bağlı məlumatı var, hazırda rəsmi işləmir, taksi fəaliyyəti ilə məşğuldur, maddi vəziyyəti ilə əlaqədar olaraq ödənişlər edə bilmir. Qərar çıxarılan zaman qeyd olunanların nəzərə alınmasını xahiş etdi. Məhkəmə, işdə iştirak edən şəxslərin izahatlarını dinləyib, inzibati xəta haqqında protokolu və ona əlavə olunmuş sənədləri araşdıraraq hesab edir ki, Şəxs yuxarıda qeyd edilən icra sənədinin icrası ilə əlaqədar icra məmurunun qanuni tələblərini yerinə yetirməməsi öz təsdiqini tapmış və bununla da o Azərbaycan Respublikası İXM-in 528.1-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətmişdir. Belə ki, inzibati xəta haqqında iş materiallarıında olan: Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin e-2(006)-1406/2024 nömrəli, xx.xx.2024-cü il tarixli icra vərəqəsindən görünür ki, iddia tələbi qismən təmin edilmiş, 12.590 manat əsas, 2.367 manat faiz, 200 manat cərimə olmaqla, cəmi 15.157.51 manat borc və ödənilmiş rüsum 132 manatın cavabdeh Şəxs tutularaq iddiaçı "xxxx" QSC-yə ödənilməsi, 100 manat ekspertiza xərcinin cavabdehdən tutulması qərara alınmışdır. xx.xx.2024-cü il tarixli «İcraata başlamaq haqqında» qərarın və həmin tarixli “tələbin könüllü icrası haqqında” bildirişin surətindən görünür ki, Şəxs barəsində Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin e-2(006)-1406/2024 nömrəli, xx.xx.2024-cü il tarixli icra vərəqəsi üzrə icraat başlanmış və o icra vərəqəsinin üzrsüz səbəbdən icra edilməməsinin hüquqi nəticələri barədə xəbərdar edilmişdir. Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin e-2(006)-4174/2023 nömrəli, xx.xx.2023-cü il tarixli icra vərəqəsindən görünür ki, 14078.87 manat əsas, 3488.31 manat faiz, 1000 manat cərimə olmaqla, cəmi 17667.18 manat borc və 144 manat dövlət rüsumu cavabdeh Şəxs tutularaq iddiaçı "xxxx" ASC-yə ödənilməsi qərara alınmışdır. xx.xx.2024-cü il tarixli «İcraata başlamaq haqqında» qərarın və həmin tarixli “tələbin könüllü icrası haqqında” bildirişin surətindən görünür ki, Şəxs barəsində Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin e-2(006)-4174/2023 nömrəli, xx.xx.2023-cü il tarixli icra vərəqəsi üzrə icraat başlanmış və o icra vərəqəsinin üzrsüz səbəbdən icra edilməməsinin hüquqi nəticələri barədə xəbərdar edilmişdir. Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin e-2(006)-3877/2023 nömrəli, xx.xx.2023cü il tarixli icra vərəqəsindən görünür ki, 330 manat əsas borc və 30 manat dövlət rüsumu cavabdeh Şəxs tutularaq iddiaçı "xxxx" ASC-yə ödənilməsi qərara alınmışdır. xx.xx.2023-cü il tarixli «İcraata başlamaq haqqında» qərarın və həmin tarixli “tələbin könüllü icrası haqqında” bildirişin surətindən görünür ki, Şəxs barəsində Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin e-2(006)-3877/2023 nömrəli, xx.xx.2023-cü il tarixli icra vərəqəsi üzrə icraat başlanmış və o icra vərəqəsinin üzrsüz səbəbdən icra edilməməsinin hüquqi nəticələri barədə xəbərdar edilmişdir. xx.xx.2025-ci il tarixli “borclunun axtarış haqqında” qərarın surətindən görünür ki, Şəxs barəsində axtarış elan edilmişdir. «İcra haqqında» Azərbaycan Respublikası Qanununun: 3-cü maddəsində göstərildiyi kimi, «Məhkəmə və digər orqanların qərarlarının icrası ilə əlaqədar icra məmurunun tələbləri Azərbaycan Respublikasının ərazisində bütün orqanlar, hüquqi şəxslər, onların vəzifəli şəxsləri və fiziki şəxslər üçün məcburidir. Məhkəmə və digər orqanların qərarlarının icrası ilə əlaqədar icra məmurlarının tələblərini yerinə yetirməyən, onlara həvalə edilmiş vəzifələrin icrasına mane olan şəxslər Azərbaycan Respublikasının qanunvericiliyi ilə nəzərdə tutulmuş qaydada məsuliyyət daşıyırlar». 28.2-ci maddəsi ilə müəyyən edilmiş icraatda tərəflər, yəni tələbkar və borclu Qanunun 29.2-ci maddəsinə əsasən, icra hərəkətlərinin həyata keçirilməsi zamanı icra haqqında Azərbaycan Respublikası qanunvericiliyinin tələblərini yerinə yetirməyə borcludurlar. 84.1-ci maddəsinin tələblərinə görə, «icra məmurunun qanuni tələblərinin yerinə yetirilməməsinə görə, icra sənədinin itirilməsinə və ya onun vaxtında göndərilməməsinə görə, habelə borclunun iş yeri və ya yaşayış yeri, onun gəlirləri və əmlak vəziyyəti haqqında dəqiq olmayan məlumat təqdim edilməsinə görə icra məmuru təqsirkar şəxslərin inzibati məsuliyyətə cəlb olunması üçün qanunvericiliyə uyğun olaraq inzibati xəta haqqında protokol tərtib edir və onu işin digər materialları ilə birlikdə müvafiq məhkəməyə göndərir». Məhkəmə hesab edir ki, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan Şəxs icra sənədinin icrasından qərəzli olaraq yayınır və icra məmurunun həmin icra sənədinə dair qanuni tələblərini yerinə yetirmir. Həmçinin iş materiallarında olan icra məmuru tərəfindən tərtib edilmiş xəbərdarlıq məktubu ilə cavabdehin icra sənədinin icrasından yayınmasının hüquqi nəticələrinin izah olunduğu aydın olur. Məhkəmə Şəxs hərəkətlərini icra sənədinin icrasına mane olma kimi qiymətləndirərək, onun barəsində tərtib edilmiş inzibati xəta haqqında protokol üzrə inzibati məsuliyyətə cəlb edilməsi qənaətinə gəlir. Belə ki, Azərbaycan Respublikası İXM-in: 3-cü maddəsinə əsasən yalnız bu Məcəllə ilə nəzərdə tutulmuş inzibati xətaların törədilməsində təqsirli hesab edilən və inzibati xəta tərkibinin bütün digər əlamətlərini daşıyan əməli (hərəkət və ya hərəkətsizlik) törətmiş şəxs inzibati məsuliyyətə cəlb olunur və tənbeh edilir. 6.1-ci maddəsinə əsasən, inzibati xətalara görə inzibati tənbeh həmin Məcəlləyə uyğun olaraq tətbiq edilir; 9.1-ci maddəsinə əsasən, inzibati xəta törətmiş şəxs haqqında tətbiq edilən tənbeh ədalətli olmalıdır, yəni inzibati xətaların xarakterinə, onun törədilməsi hallarına uyğun, qanuni və əsaslı olmalıdır; 12.1-ci maddəsinə əsasən, həmin Məcəllə ilə qorunan ictimai münasibətlərə qəsd edən, hüquqazidd olan, təqsirli sayılan (qəsdən və ya ehtiyatsızlıq üzündən törədilən) və inzibati məsuliyyətə səbəb olan əməl (hərəkət və ya hərəkətsizlik) inzibati xəta hesab olunur; 528.1-ci maddəsinə əsasən, icra sənədindəki tələbin üzrsüz səbəbdən icra məmuru tərəfindən müəyyən olunmuş müddətdə icra edilməməsinə və ya icra məmurunun məhkəmə və ya başqa dövlət orqanlarının qərarlarının icrası ilə əlaqədar digər qanuni tələblərinin yerinə yetirilməməsinə görə - fiziki şəxslər beş yüz manatdan min manatadək məbləğdə cərimə edilir və ya işin hallarına görə, pozuntunu törədənin şəxsiyyəti nəzərə alınmaqla, bir ayadək müddətə inzibati həbs tətbiq olunur, vəzifəli şəxslər min iki yüz manatdan iki min beş yüz manatadək məbləğdə, hüquqi şəxslər üç min manatdan beş min manatadək məbləğdə cərimə edilir. Məhkəmə, iş materialını və inzibati xəta haqqında protokolu nəzərdən keçirib, icra məmurunun, inzibati xəta törətmiş şəxsin və tələbkarın nümayəndəsinin izahatlarını dinləyib, toplanmış sübutlara məcmu halda hüquqi qiymət verərək qeyd edir ki, Şəxs Azərbaycan Respublikası İXM-in 528.1-ci maddəsində nəzərdə tutulan əməli törətməsi iş üzrə toplanmış və məhkəmə iclasında tədqiq edilmiş sübutlarla tam sübuta yetirilir. İnzibati məsuliyyəti istisna edən və icraatı rədd edən hallar yoxdur. Beləliklə məhkəmə hesab edir ki, Şəxs Azərbaycan Respublikası İXM-in 528.1-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətməkdə təqsirli bilinməli, törətmiş olduğu inzibati xətanın xarakteri, onun şəxsiyyətini, habelə təqsirinin dərəcəsi və tətbiq olunacaq inzibati tənbehin şəxsin islah olunmasına təsirini, iş üzrə sübutlarla müqayisəli şəkildə qiymətləndirərək belə nəticəyə gəlir ki, Şəxs cərimə növündə inzibati tənbeh tətbiq edilməlidir. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası İXM-in 34-1, 40, 43, 48- 51, 114, 128-130-cu maddələrini rəhbər tutaraq QƏRARA ALDİ: Şəxs Azərbaycan Respublikası İXM-in 528.1-ci maddəsi ilə nəzərdə tutulan inzibati xətanı törətməkdə təqsirli bilinsin və barəsində 500 (beş yüz) manat inzibati cərimə növündə tənbeh tədbiri tətbiq edilsin. Qərarın surəti təqdim edildiyi və ya alındığı gündən 10 gün müddətində Bakı şəhəri Nəsimi Rayon Məhkəməsi vasitəsilə və ya bilavasitə Bakı Apellyasiya Məhkəməsinə şikayət verilə bilər. Sədrlik edən Hakim Anar İbadzadə

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar