Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 3(006)-1471/2023 05.04.2023 BAKI ŞƏHƏRİ NƏSİMİ RAYON MƏHKƏMƏSİ Bakı şəhəri Nəsimi rayon Məhkəməsinin hakimi Hüseynov Elməddin Mirpaşa oğlunun sədrliyi, məhkəmə iclas katibi Mustafayeva İlhamə Mövlan qızının katibliyi, şikayətçi X2 vəkili Nümayəndə iştirakı ilə, X2 Azərbaycan Respublikası Dövlət Gömrük Komitəsi Şimal Ərazi Baş Gömrük İdarəsinin xx.xx.2023-cü il tarixli, 01400/00374 nömrəli inzibati tənbeh vermə haqqında qərarından verdiyi şikayət və ona əlavə edilmiş materiala açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: X2 Azərbaycan Respublikası Dövlət Gömrük Komitəsi Şimal Ərazi Baş Gömrük İdarəsinin xx.xx.2023-cü il tarixli, 01400/00374 nömrəli inzibati tənbeh vermə haqqında qərarından verdiyi şikayət və ona əlavə edilmiş sənədlər Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinə daxil olmuşdur. Şikayət onunla əsaslandırılmışdır ki, o, Azərbaycan Respublikasının Dövlət Gömrük Komitəsinin Şimal Ərazi Baş Gömrük İdarəsinin əməkdaşları tərəfindən tərtib edilmiş xx.xx.2023-cü il tarixli 01400-04965/22 saylı inzibati xəta haqqında protokol tərtib edilmiş, protokol əsasında çıxarılmış həmin xx.xx.2023-cü il tarixli 01400/00374 saylı inzibati tənbeh vermə haqqında qərarı ilə, X1 Xətalar Məcəlləsinin 483-cü maddəsi ilə təqsirli bilinərək, 10.000 (on min) manat inzibati cərimə edilmişdir. Qərarda göstərilmişdir ki, X5 2021-ci ildə Şimal Ərazi Baş Gömrük İdarəsində rəsmiləşdirdiyi 4 gömrük bəyannaməsi üzrə ixrac etdiyi yüklərin müqabilində ödənilməli olan 55486,8 ABŞ dolları (94327,56 manat) məbləğində vəsait X2 müvəkkil bankda olan hesabına ödənilməmişdir. İnzibati Xətalar Məcəlləsinin 483-cü maddəsinə əsasən, xarici iqtisadi fəaliyyətin həyata keçirilməsi nəticəsində əldə edilmiş və Azərbaycan Respublikasının müvəkkil olunmuş banklarının hesablarına məcburi qaydada köçürülməli olan az miqdarda xarici valyuta vəsaitlərinin xaricdən qaytarılmamasına görə - inzibati xətanın bilavasitə obyekti olan xarici valyutanın dəyərinin otuz faizindən əlli faizinədək məbləğdə cərimə edilir. Həmin maddənin qeyd hissəsinə əsasən, bu Məcəllənin 483-cü maddəsində “az miqdarda” dedikdə, iyirmi min manatadək olan məbləğ başa düşülür. İnzibati tənbehvermə haqqında qərardan göründüyü kimi, Sücayət Məsimovanın müvəkkil bankına ödənilməli olan 20.000 (iyirmi min) manatın müəyyən edilmə kriteriyası əsaslandırılmamış, bu rəqəmin necə hesablandığı şərh olunmamışdır. Əksinə, qərarın özündə məbləğin 94327 manat olduğu göstərilmişdir. Belə olan halda, məbləğ az miqdar deyil, xeyli miqdar təşkil etdiyindən, həmin fakta görə Cinayət Məcəlləsinin 208-ci maddəsində nəzərdə tutulmuş cinayət əməlinin mövcud olub-olmamasının yoxlanılması üçün cinayət prosessual qanunvericilikdə nəzərdə tutulmuş qaydada təhqiqat araşdırması aparıla bilər, inzibati məsuliyyət isə, yalnız məbləğin az miqdar təşkil etdiyi və şəxsin əməlində təqsir olduğu halda yarana bilər. Qeyd olunan material üzrə Nəsimi Rayon Prokurorluğunda araşdırma aparılmış və həmin prokurorluğun müstəntiqi Yusif Mehdizadənin xx.xx.2022-ci il tarixli qərarı ilə cinayət işinin başlanması rədd edilmişdir. Həmin qərarda qeyd olunmuşdur ki, “Araşdırma zamanı izahatı alınmış X5 izahatında bildirmişdir ki, 2021-ci ilin may və iyun aylarında 4 ədəd gömrük bəyannaməsi ilə təzə pomidor kənd təsərrüfatı məhsulunu Rusiya Federasiyasında yerləşən “TST-Trans” adlı şirkətə xx.xx.2021-ci il tarixli müqavilə əsasında satmış, həmin bəyannamələrdə göstərilən pomidor məsulu 2021-ci ilin may ayında Azərbaycan Respublikası Samur gömrük postunda və Rusiya Federasiyası sərhəd postunda uzun müddət saxlandığı üçün məhsul xarab olmuşdur. Qeyd olunan məhsul Rusiya Federasiyasında “TST-Trans” adlı şirkətin anbarına çatdıqda həmin şirkətin nümayəndəsi onunla əlaqə yaradıb məhsulun xarab olduğunu və istifadəyə yararsız olduğunu bildirmişdir. Buna görə də, məhsulun qarşılığında ödənilməli olan pul vəsaitini ödəməkdən imtina etmişlər. Bundan əlavə ondan yol xərcləri və gömrük xərclərini də tələb etmişlər. Qeyd olunan pul vəsaitinin müvəkkil bank hesabına köçürülməməsinin səbəbi budur. Araşdırma materialına əlavə edilmiş Moskva şəhərində fəaliyyət göstərən "xxxx" MMC-nin 04 ədəd gömrük bəyannaməsində nəzərdə tutulmuş pomidor məhsulunun 05 iyun 2021-ci il tarixli yoxlanışı zamanı həmin məhsulun 100% istifadəyə yararsız olduğu qeyd edilmişdir.” Araşdırmanın nəticəsi olaraq və sübutlara məcmu halında qiymət verilərək, Nəsimi Rayon Prokurorluğunun qərarında göstərilmişdir ki, “Araşdırma zamanı alınmış izahatlar və toplanmış sənədlərlə müəyyən edilmişdir ki, X2 xx.xx.2021-ci il tarixli **********6499 nömrəli, xx.xx.2021-ci il tarixli **********7488 nömrəli, xx.xx.2021-ci il tarixli **********7640 nömrəli və xx.xx.2021-ci il tarixli **********8930 nömrəli gömrük bəyannamələri ilə qida üçün yararlı pomidor məhsulunu Rusiya Federasiyasında yerləşən “TST-Trans” şirkətinə ixrac etməsinə baxmayaraq məhsulun xarab olması səbəbindən hər hansı xarici valyuta vəsaiti əldə etməmişdir.” Beləliklə, Nəsimi Rayon Prokurorluğunda aparılmış təhqiqat araşdırması nəticəsində xx.xx.2021-ci il tarixli **********6499 nömrəli, xx.xx.2021-ci il tarixli **********7488 nömrəli, xx.xx.2021-ci il tarixli **********7640 nömrəli və xx.xx.2021-ci il tarixli **********8930 nömrəli gömrük bəyannamələri ilə rəsmiləşdirilmiş pomidor məhsulu nəticəsində X2 valyuta əldə etmədiyi müəyyən edilmişdir. Valyuta vəsaiti əldə etmədiyi üçün, Azərbaycan Respublikasının müvəkkil olunmuş banklarının hesablarına məcburi qaydada köçürülməli olan az miqdarda xarici valyuta vəsaitlərinin xaricdən qaytarılmaması ilə bağlı təqsiri yoxdur. Azərbaycan Respublikasının Prezidentinin xx.xx.1997-ci il tarixli 609 saylı Fərmanı ilə təsdiq edilmiş “Azərbaycan Respublikasında idxal-ixrac əməliyyatlarının tənzimlənməsi Qaydaları”nın 12.2-ci bəndinə əsasən hüquqi və fiziki şəxslər konsiqnasiya yolu ilə ixrac etdikləri malların (işlərin, xidmətlərin) müqabilində vəsaitlərin onların bəyan olunduğu gündən 180 (yüz səksən) gün ərzində Azərbaycan Respublikasındakı müvəkkil bankda olan hesablarına köçürülməsini təmin etməlidirlər. Şimal Ərazi Baş Gömrük İdarəsinin xx.xx.2023-cü il tarixli 01400/00374 saylı inzibati tənbeh vermə haqqında qərarında Konstitusiya Məhkəməsi Plenumunun “Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 483-cü maddəsinin Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 208-ci maddəsi ilə əlaqəli şəkildə şərh edilməsinə dair” xx.xx.2020-ci il tarixli qərarına istinad olunaraq göstərilmişdir ki, 180 gün ərzində ixrac olunan malların müqabilində məcburi qaydada köçürülməli olan valyuta vəsaiti geri qaytarılmadıqda, növbəti gün artıq inzibati xətanın törədildiyi gün kimi qəbul olunmalıdır. inzibati xəta haqqında materiallardan göründüyü kimi, inzibati xətanın predmeti hesab edilən pomidor məhsulu, xx.xx.2021, xx.xx.2021, xx.xx.2021 və xx.xx.2021-ci il tarixlərində rəsmiləşdirilmiş gömrük bəyannamələri ilə bəyan edilmişdir. “Azərbaycan Respublikasında idxal-ixrac əməliyyatlarının tənzimlənməsi Qaydaları”nın 12.2-ci bəndində və AR Konstitusiya Məhkəməsi Plenumunun xx.xx.2020-ci il tarixli qərarına əsasən müəyyən edilmiş, həmin bəyannamələrlə rəsmiləşdirilmiş mallara görə ödənilməli valyutanın ödənilməməsi ilə bağlı inzibati xətanın törədildiyi gün, bəyannamələr rəsmiləşdirildikdən sonra 180 günün bitdiyi gündən sonrakı gün, yəni müvafiq olaraq xx.xx.2021-ci il, xx.xx.2021, xx.xx.2021 və xx.xx.2021-ci il tarixləridir. İnzibati Xətalar Məcəlləsinin 38.1-ci maddəsinə əsasən Yol hərəkəti qaydaları, yol hərəkəti təhlükəsizliyinin təmin edilməsi və avtomobil yollarından istifadə qaydaları, gömrük qaydaları, ətraf mühitin qorunması qaydaları, xarici dövlətlərin qeyri-hökumət təşkilatlarının filial və ya nümayəndəliklərinin fəaliyyət göstərməsi qaydaları, qrant müqavilələrinin (qərarlarının) qeydə alınması qaydaları, eləcə də maliyyə, vergilərin və rüsumların ödənilməsi qaydaları əleyhinə olan inzibati xətalara görə, habelə qanunsuz sahibkarlıq fəaliyyəti ilə məşğul olmağa, hüquqi şəxslərin dövlət reyestri üçün zəruri məlumatların verilməməsinə, hüquqi şəxslərin dövlət qeydiyyatı zamanı yanlış məlumatların verilməsinə, qeyri-hökumət təşkilatları haqqında və cinayət yolu ilə əldə edilmiş əmlakın leqallaşdırılmasına və terrorçuluğun maliyyələşdirilməsinə qarşı mübarizə haqqında, sahibkarlıq sahəsində aparılan yoxlamaların tənzimlənməsi və sahibkarların maraqlarının müdafiəsi haqqında, həmçinin dərman vasitələri haqqında qanunvericiliyin, əmək qanunvericiliyinin, habelə əcnəbilərin və vətəndaşlığı olmayan şəxslərin Azərbaycan Respublikasında olması və yaşaması qaydalarının, əcnəbilərin və vətəndaşlığı olmayan şəxslərin işə cəlb edilməsi qaydasının, kritik informasiya infrastrukturunun təhlükəsizliyinin təmin edilməsi qaydasının pozulmasına, xırda talamaya görə inzibati tənbeh inzibati xətanın törədildiyi gündən ən geci bir il keçənədək verilə bilər. Beləliklə, yuxarıda göstərilmiş bəyannamələrə əsasən ödənilməli, lakin ödənilməmiş valyutaya görə inzibati məsuliyyətə cəlb edilmənin sonuncu müddətləri müvafiq olaraq xx.xx.2021, xx.xx.2021, xx.xx.2021 və xx.xx.2021-ci il tarixlərində bitir. Lakin, barəsində şikayət verilən inzibati tənbehvermə haqqında qərar həmin tarixlərdən müvafiq olaraq 1 il bir ay 22 gün, bir il bir ay 19 gün, bir il bir ay 18 gün və bir il bir ay 16 gün keçdikdən sonra çıxarılmışdır. Şərh edilənlərdən göründüyü kimi, hətta X2 təqsiri olsaydı belə, Şimal Ərazi Baş Gömrük İdarəsinin xx.xx.2023-cü il tarixli, 01400/00374 saylı inzibati tənbehvermə haqqında qərarı İnzibati Xətalar Məcəlləsinin 38.1-ci maddəsinin tələbi pozulmaqla çıxarılmışdır. İXM-nin 8.1-ci maddəsinə əsasən barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin təqsiri bu Məcəllədə nəzərdə tutulmuş qaydada sübuta yetmədikdə və bu, inzibati xəta haqqında iş üzrə-icraata baxmış hakimin, səlahiyyətli orqanın (vəzifəli şəxsin) qüvvəyə minmiş qərarı ilə müəyyən edilmədikdə o, təqsirsiz hesab edilir. İnzibati Xətalar Məcəlləsinin 53.1.1 və 53.1.2-ci maddələrinə əsasən, inzibati xəta hadisəsi olmadıqda və inzibati xəta tərkibi olmadıqda inzibati xətalar haqqında işlər üzrə icraat başlanıla bilməz, başlanmış icraata isə xitam verilir. Nəsimi Rayon Prokurorluğunda aparılmış və həmin prokurorluğun müstəntiqi Yusif Mehdizadənin xx.xx.2022-ci il tarixli qərarı ilə rəsmiləşdirilmiş araşdırmadan göründüyü kimi, X1 xəta hadisəsi törətməmişdir və onun əməlində inzibati xəta tərkibi yoxdur. İXM-nin 128.1-ci maddəsinə əsasən barəsində qərar çıxarılmış fiziki şəxs, yetkinlik yaşma çatmayanların qanuni nümayəndəsi, hüquqi şəxsin nümayəndəsi, zərər çəkmiş şəxs, müdafiəçi və nümayəndə, həmçinin bu Məcəllənin 43.2-ci maddəsində nəzərdə tutulan vəzifəli şəxs inzibati xəta haqqında iş üzrə qərardan şikayət, prokuror isə protest verə bilər. Həmin məcəllənin 134.1.3-cü maddəsinə əsasən inzibati xəta haqqında iş üzrə qərardan verilən şikayətə və ya protestə baxılaraq bu Məcəllənin 53-cü maddəsində nəzərdə tutulduğu hallarda qərarı ləğv edərək inzibati xəta haqqında iş üzrə icraata xitam verilməsi haqqında qərar qəbul edilir. Qeyd olunanlara əsasən, X3 10.000 manat məbləğində inzibati cərimə tənbeh tətbiq edilməsinə dair Azərbaycan Respublikasının Dövlət Gömrük Komitəsinin Şimal Ərazi Baş Gömrük İdarəsinin xx.xx.2023-cü il tarixli, 01400/00374 saylı inzibati tənbehvermə haqqında qərarı ləğv edilməli və inzibati xəta haqqında iş üzrə icraata xitam verilməlidir. İXM-nin 129.1.3-cü maddəsinə əsasən, inzibati xəta haqqında iş üzrə qərardan şikayət və ya protest səlahiyyətli orqanın (vəzifəli şəxsin) qərarından məhkəməyə verilən şikayət - şikayət verən şəxsin yaşayış yeri və ya hüquqi şəxsin ünvanının olduğu yer üzrə rayon (şəhər) məhkəməsinə verilir. Göstərilənlərə əsasən Azərbaycan Respublikası Dövlət Gömrük Komitəsi Şimal Ərazi Baş Gömrük İdarəsinin xx.xx.2023-cü il tarixli, 01400/00374 saylı inzibati tənbeh vermə haqqında qərarın ləğv edilməsini məhkəmədən xahiş etmişdir. Məhkəmənin iclasında iştirak edən şikayət vermiş şəxs X2 vəkili Nümayəndə şikayət ərizəsinin məzmununa uyğun çıxış edərək Azərbaycan Respublikası Dövlət Gömrük Komitəsi Şimal Ərazi Baş Gömrük İdarəsinin xx.xx.2023-cü il tarixli, 01400/00374 nömrəli inzibati tənbeh vermə haqqında qərarının ləğv edilərək, iş üzrə icraata xitam verilməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir. Məhkəmə iclasının vaxtı və yeri barədə lazımı qaydada məlumatlandırılmasına baxmayaraq, Azərbaycan Respublikası Dövlət Gömrük Komitəsi Şimal Ərazi Baş Gömrük İdarəsinin nümayəndəsi məhkəmə iclaslarında iştirak etməmiş və məhkəmə iclasının təxirə salınması barədə vəsatət daxil olmamışdır. Məhkəmə iclasının həmin qurumun nümayəndəsinin iştirakı olmadan keçirilməsi mümkün hesab edilmişdir. Məhkəmə proses iştirakçısını dinləyib, şikayət və ona əlavə edilmiş sənədləri tədqiq edib hesab edir ki, X2 barəsində Azərbaycan Respublikası İXM-nin 483-cü maddəsi ilə başlanılmış inzibati xəta haqqında iş üzrə icraata xitam verilməlidir. İş materiallarında olan və məhkəmə iclasında tədqiq edilmiş: 11 yanvar 2023-cü il tarixli 01400/00374 nömrəli qərardan görünür ki, vəzifəli şəxs X1 Xətalar Məcəlləsinin 483-cü maddəsində nəzərdə tutulmuş xətanı törətməkdə təqsirli bilinmiş və Konstitusiya Məhkəməsinin Plenumunun xx.xx.2020-ci il tarixli Qərarının tələblərinə uyğun olaraq həmin maddənin “Qeyd” hissəsinin tələbləri nəzərə alınmaqla iyirmi min manatın 50 (əlli) faizi həddində, yəni 10000 (on min) manat məbləğində inzibati cərimə edilmişdir. Belə ki, məhkəmə hazırki iş üzrə X2 əməlində inzibati xəta tərkibinin olubolmaması, inzibati xəta hadisəsinin törədilməsinin sübut olunub-olunmaması və inzibati məsuliyyətə cəlb etmə müddətinin keçib-keçməməsi ilə bağlı xüsusatları araşdırıb aşağıdakıları qeyd edir: Azərbaycan Respublikası İXM-nin 483-cü maddəsi gömrük qaydaları əleyhinə olan inzibati xətalar kateqoriyasına daxil olmaqla, xarici iqtisadi fəaliyyətin həyata keçirilməsi nəticəsində əldə edilmiş və Azərbaycan Respublikasının müvəkkil olunmuş banklarının hesablarına məcburi qaydada köçürülməli olan az miqdarda xarici valyuta vəsaitlərinin xaricdən qaytarılmamasına görə inzibati məsuliyyətə səbəb olur və həmin xətaya görə inzibati xətanın bilavasitə obyekti olan xarici valyutanın dəyərinin otuz faizindən əlli faizinədək məbləğdə cərimə tənbeh tədbiri nəzərdə tutulmuşdur. Həmin maddənin Qeyd hissəsinə görə isə “az miqdarda” dedikdə, iyirmi min manatadək olan məbləğ başa düşülür. Azərbaycan Respublikası Prezidentinin 24 iyun 1997-ci il tarixli, 609 nömrəli Fərmanı ilə təsdiq edilmiş “Azərbaycan Respublikasında idxal-ixrac əməliyyatlarının tənzimlənməsi Qaydaları”nın 12.1-ci bəndinə görə hüquqi və fiziki şəxslər tərəfindən malların (işlərin, xidmətlərin) konsiqnasiya yolu ilə ixracı gömrük orqanlarında bəyan edilməklə aparılır. Konsiqnasiya yolu ilə ixrac əməliyyatları xarici şəxslərlə bağlanmış müqaviləyə əsasən ixrac olunmuş malların (işlərin, xidmətlərin) müqabilində vəsaitlərin müəyyən edilmiş müddət ərzində ixracatçıya ödənilməsini nəzərdə tutur. Həmin Qaydaların 12.2-ci bəndinə görə hüquqi və fiziki şəxslər konsiqnasiya yolu ilə ixrac etdikləri malların (işlərin, xidmətlərin) müqabilində vəsaitlərin onların bəyan olunduğu gündən 180 (yüz səksən) gün ərzində Azərbaycan Respublikasındakı müvəkkil bankda olan hesablarına köçürülməsini təmin etməlidirlər. Həmin Qaydaların 12.3-cü bəndinə görə isə ixrac olunan malların (işlərin, xidmətlərin) müqabilində əldə olunmuş vəsaitin Azərbaycan Respublikasına köçürülməsinə və gətirilməsinə, müvafiq olaraq, Azərbaycan Respublikasının Maliyyə Bazarlarına Nəzarət Palatası (bundan sonra – Palata) və Dövlət Gömrük Komitəsi nəzarət edir. Bu məqsədlə Azərbaycan Respublikasının Dövlət Gömrük Komitəsi bütün ixracatçılar tərəfindən gömrük bəyannamələri və ixrac müqavilələri də daxil olmaqla, ixrac olunan mallar barədə aidiyyəti məlumatların elektron gömrük xidməti vasitəsilə Palataya ötürülməsini təmin edir. Qüvvədə olan gömrük qanunvericiliyinə əsasən isə bəyаnеtmə - dеdikdə, gömrük rəsmiləşdirilməsi icrааtı və gömrük nəzаrətinin həyаtа kеçirilməsi məqsədilə mаl və nəqliyyаt vаsitələri bаrədə səhih məlumаtlаrın müəyyən еdilmiş (şifаhi, yаzılı, digər) fоrmаdа gömrük оrqаnlаrınа еlаn еdilməsi bаşа düşülür. Bəyanetmə malların və nəqliyyat vasitələrinin yerləşdirilməsi nəzərdə tutulan gömrük proseduru haqqında, habelə gömrük məqsədləri üçün lazım olan digər məlumatların müəyyən olunmuş formada (şifahi, kağız üzərində yazılı, elektron) gömrük orqanlarına verilməsi ilə həyata keçirilir. Hazırki iş materiallarından görünür ki, X5 tərəfindən xx.xx.2021, xx.xx.2021, xx.xx.2021 və xx.xx.2021-ci il tarixlərdə rəsmiləşdirilən 4 bəyannamə üzrə 55486,80 ABŞ dolları vəsaitin köçürülməsi DGK ilə Mərkəzi bank arasında “Forma 3.9.2.1” elektron hesabat sistemində öz əksini tapmamışdır. 55486,80 ABŞ dolları xarici valyutada vəsaiti milli valyutaya nisbətdə 94327,56 manat təşkil edir. Məhkəmə inzibati məsuliyyətə cəlb etmə müddətinin keçib-keçməməsi ilə bağlı xüsusatları araşdırıb aşağıdakıları qeyd edir: Əvvəla qeyd edilməlidir ki, Azərbaycan Respublikası İXM-nin 483-cü maddəsində göstərilən inzibati məsuliyyətin yaranması üçün əsas hüquqi və fiziki şəxslərin konsiqnasiya yolu ilə xaricə ixrac etdikləri malların müqabilində vəsaitlərin onların bəyan edildiyi gündən 180 (yüz səksən) gün ərzində Azərbaycan Respublikasındakı müvəkkil bankda olan hesablarına köçürülməsinin təmin edilməməsi çıxış edir. Belə olan halda, qanunvericiliyin tələbinə görə malların ixracı bəyan edildiyi gündən qanunla müəyyən edilmiş 180 gün müddət ərzində müvafiq olaraq pul vəsaitinin Azərbaycan Respublikasındakı müvəkkil bankda olan hesaba köçürülməsi təmin edilmədikdə, növbəti gün artıq inzibati xətanın törədildiyi gün kimi qəbul edilməlidir. Hazırki xətaya görə isə inzibati tənbeh tədbiri xətanın törədildiyi gündən bir il keçənədək verilə bilər. Belə ki, Azərbaycan Respublikası İXM-nin 38.1-ci maddəsinə əsasən inzibati tənbeh inzibati xətanın törədildiyi gündən ən geci üç ay keçənədək verilə bilər. Yol hərəkəti qaydaları, yol hərəkəti təhlükəsizliyinin təmin edilməsi və avtomobil yollarından istifadə qaydaları, gömrük qaydaları, ətraf mühitin qorunması qaydaları, xarici dövlətlərin qeyrihökumət təşkilatlarının filial və ya nümayəndəliklərinin fəaliyyət göstərməsi qaydaları, qrant müqavilələrinin (qərarlarının) qeydə alınması qaydaları, eləcə də maliyyə, vergilərin və rüsumların ödənilməsi qaydaları əleyhinə olan inzibati xətalara görə, habelə hüquqi şəxslərin dövlət reyestri üçün zəruri məlumatların verilməməsinə, hüquqi şəxslərin dövlət qeydiyyatı zamanı yanlış məlumatların verilməsinə, qeyrihökumət təşkilatları haqqında və cinayət yolu ilə əldə edilmiş pul vəsaitlərinin və ya digər əmlakın leqallaşdırılmasına və terrorçuluğun maliyyələşdirilməsinə qarşı mübarizə haqqında, həmçinin dərman vasitələri haqqında qanunvericiliyin, habelə əcnəbilərin və vətəndaşlığı olmayan şəxslərin Azərbaycan Respublikasında olması və yaşaması qaydalarının, əcnəbilərin və vətəndaşlığı olmayan şəxslərin işə cəlb edilməsi qaydasının pozulmasına, xırda talamaya görə inzibati tənbeh inzibati xətanın törədildiyi gündən ən geci bir il keçənədək verilə bilər. Bundan başqa, “Azərbaycan Respublikası İXM-nin 528.1-ci maddəsinin həmin Məcəllənin 9.2 və 35-ci maddələri baxımından şərh edilməsinə dair” Konstitusiya Məhkəməsi Plenumunun 04 sentyabr 2018-ci il tarixli qərarında göstərilmişdir ki, hüquq nəzəriyyəsində "davam edən hüquqpozuntuları” dedikdə, zaman baxımından ara verməklə vahid niyyətlə əhatə olunan mütəmadi törədilən eyni qanunsuz əməllər başa düşülür. "Davam edən hüquqpozuntuları” üçün aşağıdakı əlamətlər xasdır: bu hüquqpozuntuları bir-birindən zaman etibarilə ayrılan bir sıra eyni növdən olan müstəqil əməllərdir; bütün qanunsuz əməllər vahid niyyətlə bağlıdır; qanunsuz əməllərə görə qanunvericilikdə müvafiq hüquqi məsuliyyət nəzərdə tutulur. Eyni zamanda, “Azərbaycan Respublikası İXM-nin 38.1 və 430.4-cü maddələrinin əlaqəli şəkildə şərh edilməsinə dair” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin qərarında qeyd edilmişdir ki, Qanunverici inzibati tənbehin tətbiqinin müddətini müəyyən edərkən, ilk növbədə, inzibati xətanın aşkar edilməsi və müvafiq icraatın aparılması meyarlarından çıxış edir. Digər tərəfdən, inzibati tənbeh vermə müddətinin üç ay müəyyən edilməsi onunla izah olunur ki, qanunverici “prosessual qənaət” prinsipinə əsaslanaraq məhkəmə prosesinin əsassız olaraq uzadılmasının qarşısını almış olur. Belə yanaşma işlərə ağlabatan müddətlərdə baxılması prinsipinin və son nəticədə ədalətli məhkəmə araşdırmasının təmin edilməsinə xidmət edir. Bu, öz növbəsində, inzibati xətalar qanunvericiliyinin prinsiplərinə də uyğundur. X6 Məcəlləsinin 111.1-ci maddəsinə uyğun olaraq, inzibati xəta haqqında işə baxmağa səlahiyyəti olan hakim, orqan (vəzifəli şəxs) bu cür işlərə inzibati xəta haqqında protokolu və işin digər materiallarını aldığı vaxtdan on beş gün müddətində baxır. Hazırki işin hallarından müəyyən edilir ki, X5 tərəfindən xx.xx.2021, xx.xx.2021, xx.xx.2021 və xx.xx.2021-ci il tarixlərdə rəsmiləşdirilən 4 bəyannamə əsasında ixrac etdiyi yüklərin müqabiində qaytarılmalı olan pul vəsaiti qanunla müəyyən edilən 180 gün ərzində qaytarılmamışdır. Qanunvericilikdə nəzərdə tutulmuş 180 (yüz səksən) gün müddətin xx.xx.2021, xx.xx.2021, xx.xx.2021 və xx.xx.2021-ci il tarixlərdə başa çatması nəzərə alındıqda, növbəti gün yəni xx.xx.2021, xx.xx.2021, xx.xx.2021 və xx.xx.2021-ci il tarixlərdə Azərbaycan Respublikası İXM-nin 483-cü maddəsi ilə nəzərdə tutulmuş xəta törədilmişdir. Belə olan halda məhkəmə belə nəticəyə gəlir ki, barəsində icraat aparılan X5 həmin tarixdən 1 il müddətində, yəni xx.xx.2022-ci il tarixə kimi inzibati məsuliyyətə cəlb edilə bilərdi. Lakin, şəxs barəsində inzibati məsuliyyətə cəlb etmə müddəti ötürülməklə, inzibati tənbeh vermə haqqında qərar qəbul edilmişdir. Göstərilənlərlə yanaşı qeyd edilir ki, Azərbaycan Respublikası İXM-nin 3-cü maddəsində inzibati məsuliyyətin əsasları müəyyən edilmişdir. Həmin maddənin tələbinə əsasən, yalnız həmin Məcəllə ilə nəzərdə tutulmuş inzibati xətaların törədilməsində təqsirli hesab edilən və inzibati xəta tərkibinin bütün digər əlamətlərini daşıyan əməli (hərəkət və ya hərəkətsizlik) törətmiş şəxs inzibati məsuliyyətə cəlb olunur və tənbeh edilir. İXM-in 12.1-ci maddəsinə əsasən, Məcəllə ilə qorunan ictimai münasibətlərə qəsd edən, hüquqazidd olan, təqsirli sayılan (qəsdən və ya ehtiyatsızlıq üzündən törədilən) və inzibati məsuliyyətə səbəb olan əməl (hərəkət və ya hərəkətsizlik) inzibati xəta hesab olunur. İXM-in 75-ci maddəsində göstərildiyi kimi, inzibati xətalar haqqında işlərin icraatı üzrə inzibati xəta hadisəsi (inzibati xəta törədilmişdirmi), inzibati xəta törətməkdə şəxsin təqsiri və s. müəyyən edilməlidir. 76.1-ci maddəsinə əsasən inzibati xətanın olubolmamasını, inzibati xəta törədən şəxsin təqsirini və işin düzgün həlli üçün əhəmiyyətli olan digər halları müəyyən etməkdən ötrü hakimin, səlahiyyətli orqanın (vəzifəli şəxsin) əsaslana bildiyi hər cür faktik məlumatlar inzibati xətalar haqqında işlər üzrə sübutlar sayılır. İXM-in 53.1.6-cı maddəsinin tələbinə görə bu Məcəllənin 38-ci maddəsində nəzərdə tutulmuş müddətlər başa çatdıqda inzibati xətalar haqqında işlər üzrə icraat başlanıla bilməz, başlanmış icraata isə xitam verilir. İXM-in 105.1-ci maddəsinə əsasən bu Məcəllənin 53-cü maddəsində nəzərdə tutulmuş hallardan hər hansı biri olduqda, icraatında inzibati xəta haqqında iş olan hakim və ya səlahiyyətli orqan (vəzifəli şəxs) inzibati xəta haqqında işin icraatına xitam verilməsi haqqında qərar qəbul edir. Beləliklə, məhkəmə göstərilənlərə əsasən belə nəticəyə gəlir ki, X5 tərəfindən verilmiş şikayət təmin edilməli, Azərbaycan Respublikası Dövlət Gömrük Komitəsi Şimal Ərazi Baş Gömrük İdarəsi tərəfindən tərtib edilmiş xx.xx.2023-cü il tarixli, 01400/00374 nömrəli inzibati tənbeh vermə haqqında qərar ləğv edilməli və Azərbaycan Respublikası İXM-nin 483-cü maddəsi ilə başlanılmış inzibati xəta haqqında iş üzrə icraata xitam verilməlidir. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası İXM-nin 38, 40.0.1, 43, 48-51, 53, 55, 105, 114.1.4, 115, 128-130 maddələrini rəhbər tutaraq, məhkəmə QƏRARA ALDİ: Şikayət təmin edilsin. Azərbaycan Respublikası Dövlət Gömrük Komitəsi Şimal Ərazi Baş Gömrük İdarəsi tərəfindən tərtib edilmiş xx.xx.2023-cü il tarixli, 01400/00374 nömrəli inzibati tənbeh vermə haqqında qərar ləğv edilsin və X2 barəsində Azərbaycan Respublikası İXM-nin 483-cü maddəsi ilə başlanılmış inzibati xəta haqqında iş üzrə icraata xitam verilsin. Qərarın surəti rəsmi qaydada verildiyi vaxtdan 10 (on) gün müddətində həmin qərarı qəbul etmiş Nəsimi Rayon Məhkəməsi vasitəsilə və ya birbaşa Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və ya protesti verilə bilər. Hakim: Elməddin Hüseynov
Məhkəmə qərarları › İş №3(006)-1471/2023
Bakı Şəhəri Nəsimi Rayon Məhkəməsi Qərar — İş №3(006)-1471/2023
05.04.2023 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver