Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 3(006)-1473/2020 19.08.2020 BAKI ŞƏHƏRİ NƏSİMİ RAYON MƏHKƏMƏSİ Hakim Hüseynov Elməddin Mirpaşa oğunun sədrliyi, məhkəmə iclas katibi Mehdiyev Nihal Elbəyi oğlunun katibliyi, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs “xxxxxxxxxxxxxxxxxxxxx” ASC-nin sədri X1 müdafiəçisi vəkil Nümayəndə iştirakı ilə, Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin Milli Gəlirlər Baş İdarəsinin rəis müavini X8 tərəfindən qəbul edilmiş xx.xx.2020-ci il tarixli, MN seriyalı, ******* nömrəli inzibati tənbeh vermə haqqında qərardan barəsində inzibati tənbeh vermə haqqında qərar çıxarılmış şəxs X1 müdafiəçisi vəkil Nümayəndə tərəfindən verilmiş şikayətə Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin inzibati binasında, açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs “xxxxxxxxxxxxxxxxxxxxx” ASC-nin sədri X1 nümayəndəsi vəkil Nümayəndə Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin Milli Gəlirlər Baş İdarəsinin rəis müavini X8 tərəfindən qəbul edilmiş xx.xx.2020-ci il tarixli, MN seriyalı, ******* nömrəli inzibati tənbeh vermə haqqında qərardan şikayət verərək həmin qərarın ləğv edilməsini və iş üzrə icraata xitam verilməsini xahiş etmişdir. Şikayət ərizəsi onunla əsaslandırılmışdır ki, X3 barəsində Dövlət Vergi Xidmətinin Milli Gəlirlər Baş İdarəsi tərəfindən xx.xx.2020-ci il tarixli MN seriyalı, ******* nömrəli inzibati tənbeh vermə haqqında qərar qəbul edilmiş və həmin qərara əsasən o, İnzibati Xətalar Məcəlləsinin 545-ci maddəsi ilə təqsirli bilinərək 350 manat miqdarında inzibati cərimə tətbiq edilmişdir. X13 hesab edir ki, sözügedən həmin qərar əsassız və qanunsuzdur. Belə ki, Dövlət Vergi Xidmətinin Milli Gəlirlər Baş İdarəsi tərəfindən xx.xx.2018-ci il tarixində **********1168615 nömrəli qərarla “xxxxxxxxxxxxxxxxxxxxx” ASC üzrə növbəti səyyar vergi yoxlamasının keçirilməsi haqqında qərar qəbul edilmişdir. Milli Gəlirlər Baş İdarəsinin xx.xx.2019-cu il tarixli, **********170063 nömrəli səyyar vergi yoxlaması aktı ilə yoxlama başa çatdırılmışdır. Yoxlama aktının əsasında Azərbaycan Respublikası vergilər Nazirliyi Milli Gəlirlər Baş İdarəsi tərəfindən “Vergi ödəyicisinin vergi qanunvericiliyinin pozulmasına görə məsuliyyətə cəlb edilməsi haqqında” **********195415 nömrəli xx.xx.2019-cu il tarixli qərar qəbul edilmiş və cəmi 1601321.57 manat borcun olması müəyyənləşdirilmişdir. Həmin bu qərarda göstərilmişdir ki, qərardan təqdim olunduğu vaxtdan AR İnzibati Prosessual Məcəlləsinin 38-ci maddəsinə əsasən 30 gün müddətinə məhkəməyə və ya Vergi Məcəlləsinin 62-ci maddəsinə əsasən 3 ay müddətinə birbaşa və ya qararı çıxarmış vergi orqanı vasitəsi ilə yuxarı vergi orqanına şikayət verilə bilər. Buna əsasən, “ xxxxxxxxxxxxxxxxxxxxx” ASC tərəfindən vergi orqanının qəbul etdiyi bu qərar məhkəmədə mübahisələndirilmiş və Bakı İnzibati Məhkəməsində 2-1(112)- 2023/2020 nömrəli iş üzrə qəbul edilmiş xx.xx.2020-ci il tarixli qərarla iddia tələbləri qismən təmin edilmiş, Azərbaycan Respublikası Vergilər Nazirliyi Milli Gəlirlər Baş İdarəsi tərəfindən qəbul edilmiş “Vergi ödəyicisinin vergi qanunvericiliyinin pozulmasına görə məsuliyyətə cəlb edilməsi haqqında” **********195415 nömrəli xx.xx.2019-cu il tarixli qərarı qismən “xxxxxxxxxxxxxxxxxxxxx” ASC-yə 1.241.148 (bir milyon iki yüz qırx bir min bir yüz qırx səkkiz) manat 97 (doxsan yeddi) qəpik məbləğində əlavə verginin hesablanması və 359.747 (üç yüz əlli doqquz min yeddi yüz qırx yeddi) manat 95 (doxsan beş) qəpik maliyyə sanksiyasının tətbiq olunması hissəsində ləğv olunmuşdur. Məhkəmə qərarı ilə yalnız 283.1 manat əlavə verginin hesablanması və 141.55 manat maliyyə sanksiyasının tətbiq olunması təsdiq olunmuşdur. Bununla da müəssisənin dövlət büdcəsinə ödəməli olduğu məbləğ 424.65 manat müəyyən edilmişdir. Vergi orqanı tərəfindən qəbul edilmiş qərarın məhkəmədə ləğv edilməsinə və hələ yekun qanuni qüvvəyə minmiş məhkəmə qərarının olmamasına baxmayaraq, vergi orqanı tərəfindən qanunsuz və əsassız olaraq qəbul etdiyi qərarın icrasını təmin etmək məqsədilə müəssisəyə əmlakın siyahiya alınmasına şəraitin yaradılması barədə məktublar göndərilmişdir. Tərəfimizdən vergi orqanının nəzərinə çatdırılmışdır ki, qəbul edilmiş qərar məhkəmə tərəfindən ləğv edilmiş, 424.65 manat borcun ödənilməsi üçün isə əmlakın siyahıya alınmasına zərurət yoxdur, məhkəmə prosesi yekunlaşıb qanuni qüvvəyə minmiş qərar qəbul edildikdən sonra tərəfimizdən ödənilməsi təmin ediləcəkdir. Buna baxmayaraq, vergi orqanı tərəfindən əvvəlcə xx.xx.2020 tarixli, ******* saylı protokol tərtib edilmiş, daha sonra isə xx xxxx 2020ci il tarixli, ******* saylı inzibati tənbeh vermə haqqında qərar verilmişdir. Lakin yalnız məhkəmə tərəfindən yekun qanuni qüvvəyə minmiş qərar əsasında təsdiq olunmuş vergi borcuna görə vergi orqanı tərəfindən əmlakın siyahıya alınması üçün hüquqi əsas formalaşa bilər, məhkəmə prosesinin davam etdiyi və birinci instansiya məhkəməsində vergi orqanının qərarının ləğv edildiyi şəraitdə vergi orqanı tərəfindən mübahisələndirilən vergi borcunun ödənilməsi məqsədilə müəssisənin əmlakının siyahıya alınması qanunsuz və əsassızdır. Məhkəmə iclasının yeri və vaxtı barədə lazımi qaydada xəbərdar edilmiş inzibati xəta haqqında qərar qəbul etmiş səlahiyyətli orqanın nümayəndəsi məhkəmə iclasına gəlməmiş və məhkəməyə gəlməməsinin səbəbi barədə heç bir məlumat verməmişdir. Məhkəmə işə inzibati xəta haqqında qərar qəbul etmiş səlahiyyətli orqanın nümayəndəsinin iştirakı olmadan baxılmasını mümkün hesab edir. Məhkəmə iclasında iştirak edən barəsində inzibati xəta haqqında iş üzrə qərar qəbul edilmiş şəxs “xxxxxxxxxxxxxxxxxxxxx” ASC-nin sədri X1 müdafiəçisi vəkil Nümayəndə şikayət ərizəsində göstərdiklərinə uyğun məzmunda izahat verərək “xxxxxxxxxxxxxxxxxxxxx” ASC-nin sədri X1 barəsində tərtib edilmiş xx.xx.2020-ci il tarixli, MN seriyalı, ******* nömrəli inzibati tənbeh vermə haqqında qərarın ləğv edilməsini və iş üzrə icraata xitam verilməsini məhkəmədən xahiş etmişdir. İş materiallarında olan xx.xx.2020-ci il tarixli, MN seriyalı, ******* nömrləi inzibati xəta haqqında protokoldan görünür ki, xx xxxx 2020-ci il tarixdə ünvan 1 məhəllə ünvanında yerləşən “xxxxxxxxxxxxxxxxxxxxx” ASC-də Dövlət Vergi Xidmətinin Milli Gəlirlər Baş İdarəsinin əməkdaşları tərəfindən əmlakın siyahıya alınması tədbirlərini həyata keçirtmək istəyən zaman “xxxxxxxxxxxxxxxxxxxxx” ASC-nin sədri X3 tərəfindən qərarın icrasına şərait yaradılmamışdır. Bununla da Azərbaycan Respublikası İXM-nin 545-ci maddəsində nəzərdə tutulmuş inzibati xəta törədilmişdir. İş materiallarında olan Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin Milli Gəlirlər Baş İdarəsinin rəis müavini X8 tərəfindən qəbul edilmiş xx.xx.2020-ci il tarixli, MN seriyalı, ******* nömrəli inzibati tənbeh vermə haqqında qərardan görünür ki, “xxxxxxxxxxxxxxxxxxxxx” ASC-nin sədri X4 barəsində tərtib edilmiş xx.xx.2020-ci il tarixli, ******* nömrəli protokola və inzibati xəta haqqında işin digər materiallarına baxılaraq müəyyən edilmişdir ki, Dövlət Vergi Xidmətinin Milli Gəlirlər Baş İdarəsinin xx.xx.2020-ci il tarixli, **********7 nömrəli qərarın icrası zamanı “xxxxxxxxxxxxxxxxxxxxx” ASC-nin sədri X4 əmlakın siyahıya alınması üçün şərait yaratmamışdır. Nəticədə X4 Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 545-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətdiyinə görə, barəsində 350 manat məbləğində cərimə edilmişdir. İş materiallarında olan Bakı İnzibati Məhkəməsinin 2-1(112)-2023/2020 nömrəli, xx.xx.2020 tarixli qərardan görünür ki, iddiaçı “xxxxxxxxxxxxxxxxxxxxx” ASC cavabdeh Azərbaycan Respublikası Vergilər Nazirliyi Milli Gəlirlər Baş İdarəsinə qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, cavabdeh Milli Gəlirlər Baş İdarəsi tərəfindən qəbul edilmiş “Vergi ödəyicisinin vergi qanunvericiliyinin pozulmasına görə məsuliyyətə cəlb edilməsi haqqında” xx.xx.2019-cu il tarixli **********195415 nömrəli qərarın ləğv olunması haqqında qərar qəbul edilməsini xahiş etmişdir. Bakı İnzibati Məhkəməsi iddianı qismən təmin edərək, Azərbaycan Respublikası Vergilər Nazirliyi Milli Gəlirlər Baş İdarəsi tərəfindən qəbul edilmiş “Vergi ödəyicisinin vergi qanunvericiliyinin pozulmasına görə məsuliyyətə cəlb edilməsi haqqında” **********195415 nömrəli xx.xx.2019-cu il tarixli qərarı qismən “xxxxxxxxxxxxxxxxxxxxx” ASC-nə 1.241148.97 (bir milyon iki yüz qırx bir min bir yüz qırx səkkiz manat, doxsan yeddi qəpik) manat məbləğində əlavə verginin hesablanması və 359747.95 (üç yüz əlli doqquz min yeddi yüz qırx yeddi manat, doxsan beş) qəpik maliyyə sanksiyasının tətbiq olunması hissəsində ləğv olunmuşdur. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 76.1-ci maddəsinə əsasən İnzibati xətanın olub-olmamasını, inzibati xəta törədən şəxsin təqsirini və işin düzgün həlli üçün əhəmiyyətli olan digər halları müəyyən etmək üçün hakimin, səlahiyyətli orqanın (vəzifəli şəxsin) əsaslana bildiyi hər cür faktik məlumatlar inzibati xətalar haqqında işlər üzrə sübutlar sayılır. Bu məlumatlar maddi sübutlarla, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin, zərər çəkmiş şəxsin, şahidlərin izahatları ilə, digər sənədlərlə, xüsusi texniki vasitələrin göstəriciləri ilə, ekspertin rəyi ilə, inzibati xəta haqqında protokolla, bu Məcəllə ilə müəyyən edilmiş digər protokollarla müəyyən edilir. Həmin Məcəllənin 76.2-ci maddəsinə əsasən qanuna zidd olaraq əldə edilmiş sübutların istifadə edilməsinə yol verilmir. Həmin Məcəllənin 8.2-ci maddəsinə əsasən inzibati məsuliyyətə cəlb olunmuş şəxs öz təqsirsizliyini sübut etməyə borclu deyildir. Həmin Məcəllənin 8.3-cü maddəsinə əsasən inzibati məsuliyyətə cəlb olunan şəxsin təqsirli olması barəsində şübhələr onun xeyrinə həll edilir. Beləliklə, məhkəmə araşdırması zamanı müəyyən edilmişdir ki, Azərbaycan Respublikası Vergilər Nazirliyi Milli Gəlirlər Baş İdarəsi tərəfindən “xxxxxxxxxxxxxxxxxxxxx” ASC-nin fəaliyyəti üzrə vergilər və digər icbari ödənişlərə dair qanunvericiliyə əməl edilməsi vəziyyətinin yoxlanılması məqsədi ilə növbədənkənar səyyar vergi yoxlaması təyin edilmiş və yoxlamanın nəticəsində “Vergi ödəyicisinin vergi qanunvericiliyinin pozulmasına görə məsuliyyətə cəlb edilməsi haqqında” **********195415 nömrəli xx.xx.2019-cu il tarixli qərar qəbul edilmişdir. Həmin qərara əsasən “xxxxxxxxxxxxxxxxxxxxx” ASC-yə 1.241432,07 manat məbləğində əlavə vergi hesablanmış və 359889,5 manat məbləğində maliyyə sanksiyası tətbiq edilməklə vergi məsuliyyətinə cəlb edilmişdir. Həmin qərardan narazı qalan “xxxxxxxxxxxxxxxxxxxxx” ASC iddia ərizəsi ilə Bakı İnzibati Məhkəməsinə müraciət etmiş və məhkəmənin 2-1(112)- 2023/2020 nömrəli, xx.xx.2020 tarixli qərarı ilə iddia qismən təmin edilərək, “Vergi ödəyicisinin vergi qanunvericiliyinin pozulmasına görə məsuliyyətə cəlb edilməsi haqqında” **********195415 nömrəli xx.xx.2019-cu il tarixli qərar ləğv edilmişdir. Halhazırda Bakı İnzibati Məhkəməsinin sözügedən qərarı qüvvədədir. Buna baxmayaraq “Vergi ödəyicisinin vergi qanunvericiliyinin pozulmasına görə məsuliyyətə cəlb edilməsi haqqında” **********195415 nömrəli xx.xx.2019-cu il tarixli qərarın icrasını həyata keçirmək istəyən Dövlət Vergi Xidmətinin Milli Gəlirlər Baş İdarəsinin əməkdaşları xx.xx.2020-ci il tarixdə “xxxxxxxxxxxxxxxxxxxxx” ASC-nin ünvanında əmlakın siyahıya alınması tədbirlərini həyata keçirtmək istəyən zaman “xxxxxxxxxxxxxxxxxxxxx” ASC-nin sədri X3 birinci instansiya məhkəməsi tərəfindən vergi orqanının sözügedən qərarının ləğv edildiyini və buna görə də “xxxxxxxxxxxxxxxxxxxxx” ASC-nin ünvanında əmlakın siyahıya alınması tədbirlərini həyata keçirilməsinin əsassız olduğunu hesab edərək qərarın icrasına şərait yaratmamışdır. Hazırda mübahisə predmeti olan xx.xx.2020-ci il tarixli MN seriyalı ******* nömrəli inzibati xəta haqqında protokolun və xx xxxx 2020-ci il tarixli, MN seriyalı, ******* nömrəli inzibati tənbeh vermə haqqında qərarın tərtib edilməsinə əsas olan “xxxxxxxxxxxxxxxxxxxxx” ASC-nin sədri X3 tərəfindən qərarın icrasına şərait yaradılmaması kimi hərəkətin hüquqazidd əməl olduğu sübut olunmamışdır, onun əməlində inzibati xəta tərkibi yoxdur. Azərbaycan Respublikası İXM-nin 545-ci maddəsində nəzərdə tutulmuş inzibati xəta əməlinin törədildiyini hesab edən Baş dövlət vergi müfəttişi X5 və dövlət vergi müfəttişi X6 tərəfindən X3 barəsində tərtib edilmiş inzibati xəta haqqında protokol və Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin Milli Gəlirlər Baş İdarəsinin rəis müavini X8 tərəfindən qəbul edilmiş xx.xx.2020-ci il tarixli, MN seriyalı, ******* nömrəli inzibati tənbeh vermə haqqında qərar tam əsassızdır. Məhkəmə iş üzrə tərəfin izahatını dinləyərək, iş üzrə toplanmış və məhkəmə araşdırması zamanı tədqiq edilmiş sübutlara qiymət verərək hesab edir ki, Azərbaycan Respublikası İXM-nin 545-ci maddəsində nəzərdə tutulmuş inzibati xəta törətməkdə təqsirli bilinən X2 əməlində inzibati xəta tərkibi olmadığından barəsində xx.xx.2020-ci il tarixli MN seriyalı ******* nömrəli inzibati xəta haqqında protokol əsasında tərtib edilmiş xx xxxx 2020-ci il tarixli, MN seriyalı, ******* nömrəli inzibati tənbeh vermə haqqında qərar ləğv olunmalı və inzibati xəta haqqında iş üzrə icraata xitam verilməlidir. Belə ki, Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin: 545-ci maddəsinə əsasən vergi xidməti sahəsində müvafiq icra hakimiyyəti orqanının vəzifəli şəxslərinin qanuni tələblərinin yerinə yetirilməməsinə (sahibkarlıq fəaliyyətinin həyata keçirildiyi yerlərə gəlməklə aparılan yoxlamalara münasibətdə bu Məcəllənin 602.4-cü maddəsində nəzərdə tutulmuş hallar istisna olunmaqla) görə-fiziki şəxslər əlli manatdan yüz manatadək məbləğdə, vəzifəli şəxslər üç yüz əlli manatdan beş yüz manatadək məbləğdə cərimə edilir. Həmin Məcəllənin 3-cü maddəsinə əsasən yalnız bu Məcəllə ilə nəzərdə tutulmuş inzibati xətanın törədilməsində təqsirli hesab edilən və inzibati xəta tərkibinin bütün digər əlamətlərini daşıyan əməli (hərəkət və ya hərəkətsizliyi) törətmiş şəxs inzibati məsuliyyətə cəlb olunur. Həmin Məcəllənin 53-cü maddəsinə əsasən aşağıdakı hallarda inzibati xətalar haqqında işlər üzrə icraat başlanıla bilməz, başlanmış icraata isə xitam verilir: inzibati xəta hadisəsi olmadıqda; inzibati xəta tərkibi olmadıqda; şəxs son zərurət vəziyyətində hərəkət etdikdə; şəxs zəruri müdafiə vəziyyətində hərəkət etdikdə; inzibati məsuliyyət müəyyən edən normativ hüquqi akt ləğv olunduqda;bu Məcəllənin 38-ci maddəsində nəzərdə tutulmuş müddətlər başa çatdıqda; barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsə aid eyni fakt üzrə inzibati tənbeh etmək haqqında hakimin, səlahiyyətli orqanın (vəzifəli şəxsin) qərarı olduqda, yaxud inzibati xəta haqqında işə xitam verilməsi barəsində ləğv edilməmiş qərar olduqda, habelə həmin fakt üzrə cinayət işini başlamaq haqqında qərar olduqda; barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs öldükdə; bu Məcəllənin 157 və 158-ci maddələrində nəzərdə tutulmuş inzibati xətanı törətmiş şəxs zərərçəkmiş şəxslə barışdıqda. Həmin Məcəllənin 134.1-ci maddəsinə əsasən inzibati xəta haqqında iş üzrə qərardan verilən şikayətə və ya protestə baxılaraq aşağıdakı qərarlardan biri qəbul edilir: 134.1.1 qərarın dəyişdirilmədən, şikayətin və ya protestin isə təmin edilmədən saxlanılması haqqında; 134.1.2 bu Məcəllənin 135.1.2-135.1.5-ci maddələri ilə müəyyən edilmiş hallarda qərarın dəyişdirilməsi haqqında və ya qərarı ləğv edərək yeni qərarın çıxarılması haqqında; 134.1.3 bu Məcəllənin 53-cü maddəsində nəzərdə tutulduğu hallarda qərarı ləğv edərək inzibati xəta haqqında iş üzrə icraata xitam verilməsi haqqında; 134.1.4 bu Məcəllənin 135.1.1 və 135.1.6-cı maddələri ilə müəyyən edilmiş hallarda qərarın ləğv edilməsi və inzibati xəta haqqında işin yenidən baxılmaq üçün hakimə, səlahiyyətli orqana (vəzifəli şəxsə) göndərilməsi haqqında; 134.1.5 şikayətə və ya protestə baxılarkən inzibati xəta haqqında iş üzrə qərarı buna səlahiyyəti çatmayan hakimin, orqanın (vəzifəli şəxsin) qəbul etdiyi müəyyən olunduqda, qərarın ləğv edilməsi və işin aidiyyəti üzrə baxılmaq üçün göndərilməsi haqqında. Həmin Məcəllənin 135.1.6-cı maddəsinə əsasən inzibati xəta haqqında iş üzrə qərarın ləğv edilməsi və ya dəyişdirilməsi üçün bu Məcəllə ilə müəyyən edilmiş tələblərin işin hallarının hərtərəfli, tam və obyektiv araşdırılmasına maneə törədəcək dərəcədə pozulması əsasdır. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 115, 128-130-cu maddələrini rəhbər tutaraq, məhkəmə QƏRARA ALDİ: Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin Milli Gəlirlər Baş İdarəsinin rəis müavini X8 tərəfindən qəbul edilmiş xx.xx.2020-ci il tarixli, MN seriyalı, ******* nömrəli inzibati inzibati tənbeh vermə haqqında qərar ləğv edilsin və inzibati xəta haqqında iş üzrə icraata xitam verilsin. Qərarın surəti təqdim edildiyi və ya alındığı gündən 10 gün müddətində Bakı şəhəri Nəsimi Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinə şikayət verilə bilər. Hakim: Elməddin Hüseynov
Məhkəmə qərarları › İş №3(006)-1473/2020
Bakı Şəhəri Nəsimi Rayon Məhkəməsi Qərar — İş №3(006)-1473/2020
19.08.2020 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver