Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № 3(006)-1473/2025 14.03.2025 BAKI ŞƏHƏRİ NƏSİMİ RAYON MƏHKƏMƏSİ Mən, Nəsimi rayon Məhkəməsinin hakimi Hüseynov Elməddin Mirpaşa oğlu, X2 Baş Dövlət Yol Polis İdarəsinin xx.xx.2025-ci il tarixli, EQ/ 25659817 saylı inzibati tənbeh vermə haqqında qərarından verdiyi şikayəti və ona əlavə olunmuş materialları məhkəmə iclasında baxılmağa hazırlayarkən, MÜƏYYƏN ETDİM: X5 şikayət ərizəsi ilə məhkəməyə müraciət edərək, Baş Dövlət Yol Polis İdarəsinin xx.xx.2025-ci il tarixli, EQ/ 25659817 saylı inzibati tənbeh vermə haqqında qərardan şikayətlə müraciət edərək onun ləğv olunmasını xahiş etmişdir. Daxil olmuş şikayəti və ona əlavə olunmuş materialları nəzərdən keçirib hesab edirəm ki, şikayətə baxılması qeyri mümkündür və ona görə də, geri qaytarılmalıdır. Belə ki, məhkəməyə təqdim edilmiş sənədlərdən görünür ki, Baş Dövlət Yol Polis İdarəsinin xx.xx.2025-ci il tarixli, EQ/ 25659817 saylı inzibati tənbeh vermə haqqında qərarı ilə X1 Xətalar Məcəlləsinin 332.3-cü maddəsində nəzərdə tutulan xətanı törətməkdə təqsirli bilinib, 400 manat məbləğində cərimə edilmişdir. Göründüyü kimi, inzibati tənbeh vermə haqqında qərar şikayət verən şəxs X5 barəsində deyil, X4 barəsində tərtib edildiyindən şikayətçinin şikayət vermək hüququnun olmaması müəyyən edilmişdir. Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 128.2-ci maddəsinə əsasən inzibati xətalar haqqında işlər üzrə qərardan şikayət və ya protest aşağıdakı qaydada verilir: 128.2.1. hakimin qərarından - apellyasiya instansiyası məhkəməsinə; 128.2.2. kollegial orqanın qərarından - kollegial orqanın olduğu yerin məhkəməsinə; 128.2.3. səlahiyyətli orqanın (vəzifəli şəxsin) qərarından - yuxarı səlahiyyətli orqana (vəzifəli şəxsə) və ya məhkəməyə. Beləliklə hesab edirəm ki, X2 Baş Dövlət Yol Polis İdarəsinin xx.xx.2025-ci il tarixli, EQ/ 25659817 saylı inzibati tənbeh vermə haqqında qərarından şikayət vermək hüququ olmadığından geri qaytarılmalıdır. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 128- 130-cu maddələrini rəhbər tutaraq məhkəmə QƏRARA ALDİM: X2 Baş Dövlət Yol Polis İdarəsinin xx.xx.2025-ci il tarixli, EQ/ 25659817 saylı inzibati tənbeh vermə haqqında qərarın ləğv edilməsi barədə verdiyi şikayəti geri qaytarılsın. Hakim: Elməddin Hüseynov
Məhkəmə qərarları › İş №3(006)-1473/2025
Bakı Şəhəri Nəsimi Rayon Məhkəməsi Qərardad — İş №3(006)-1473/2025
14.03.2025 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver