Məhkəmə qərarları › İş №3(006)-1474/2024

Bakı Şəhəri Nəsimi Rayon Məhkəməsi Qərar — İş №3(006)-1474/2024

24.05.2024 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 3(006)-1474/2024 24.05.2024 BAKI ŞƏHƏRİ NƏSİMİ RAYON MƏHKƏMƏSİ Hakim Mustafayeva Solmaz Rafael qızının sədrliyi, Məhkəmə iclas katibi Fərəcova Təranə Aydın qızının katibliyi ilə, Şəxs (bundan sonra Şəxs MMC ) (hüquqi ünvanı: Bakı şəhəri, Nəsimi rayonu, Səməd Vurğun, ev 110; VÖEN: **********) barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 192.1-ci maddəsi üzrə tərtib olunmuş xx.xx.2023-cü il tarixli, MN ******* saylı inzibati xəta haqqında protokola və ona əlavə edilmiş sənədlərə açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında X7 Xidmətinin Bakı şəhər İdarəsi tərəfindən Şəxs MMC barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 192.1-ci maddəsi ilə xx.xx.2023-cü il tarixli, MN ******* nömrəli protokol tərtib edilərək baxılması üçün aidiyyəti üzrə Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinə göndərilmişdir. İnzibati xəta haqqında protokola görə vətəndaş X4 xx.xx.2023-cü il tarixdən xx.xx.2023-cü il tarixədək Azərbaycan Respublikasının Əmək Məcəlləsində nəzərdə tutulmuş qaydada əmək müqaviləsi hüquqi qüvvəyə minmədən işlərin (xidmətlərin) yerinə yetirilməsinə cəlb edilmişdir. Bununla da Şəxs MMC Azərbaycan Respublikası İXM-nin 192.1-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətmişdir. Barəsində inzibati icraat aparılan hüquqi şəxs və səlahiyyəti orqan məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada xəbərdar edilmələrinə baxmayaraq, məhkəmə iclasında səlahiyyətli nümayəndələrinin iştirakını təmin etməmişlər, bunun səbəbləri barədə məhkəməyə məlumat verməmişlər. Buna görə də məhkəmə barəsində inzibati icraat aparılan hüquqi şəxsin və səlahiyyəti orqanın nümayəndələrinin iştirakları olmadan işə baxılmasını mümkün hesab etmişdir. İştirak etdiyi məhkəmə iclasında inzibati xəta haqqında protokolu tərtib etmiş X7 Xidmətinin Bakı şəhər İdarəsinin nümayəndəsi X9 izahatında bildirmişdir ki, X4 Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında X7 Xidməti Bakı şəhər İdarəsinə müraciət edərək, Şəxs MMC-də xx.xx.2023-cü il tarixdən xx.xx.2023-cü il tarixədək, yəni 26 gün əmək müqaviləsi bağlanılmadan işlədiyini bildirmişdir. Bundan sonra müraciət üzrə araşdırma aparılmış, həqiqətən də, X1 şirkətdə əmək müqaviləsi bağlanmadan, ona məvacib kartı açılmadan, məvacibini nağd şəkildə verməklə işləməsi faktı aşkar olunmuşdur. Bununla bağlı Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında X7 Xidmətinin Bakı şəhər İdarəsi tərəfindən Şəxs MMC barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 192.1-ci maddəsi ilə xx.xx.2023-cü il tarixli, MN ******* nömrəli protokol tərtib edilərək baxılması üçün aidiyyəti üzrə Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinə göndərilmişdir. Nəsimi Rayon Məhkəməsinin xx.xx.2023-cü il tarixli, 3(006)-5180/2023 saylı qərarına əsasən Şəxs MMC barəsində müvafiq protokola dair inzibati xəta haqqında iş üzrə icraata xitam verilmişdir. Lakin X7 Xidmətinin Hüquq İdarəsi tərəfindən həmin qərardan apellyasiya şikayəti verilmişdir. Bakı Apellyasiya Məhkəməsinin xx.xx.2024-cü il tarixli, 3(103)- 557/2024 saylı qərarı ilə Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında X7 Xidmətinin Bakı şəhər İdarəsi tərəfindən verilmiş apellyasiya şikayəti qismən təmin edilərək Nəsimi Rayon Məhkəməsinin xx.xx.2023-cü il tarixli, 3(006)-5180/2023 saylı qərarı ləğv edilmiş və inzibati xəta haqqında iş yenidən baxılması üçün birinci instansiya məhkəməsinə göndərilmişdir. Qərar onunla əsaslandırılmışdır ki, iş üzrə şahidlər dindirilməmişdir. Göstərilənləri nəzərə alaraq Şəxs MMC-nin inzibati məsuliyyətə cəlb edilməsini məhkəmədən xahiş etmişdir. İştirak etdiyi məhkəmə iclasında Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan Şəxs MMC-nin nümayəndəsi və vəkili Nümayəndə izahatında bildirmişdir ki, "xxxx" MMC barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 192.1-ci maddəsi ilə başlanılmış inzibati xəta haqqında iş üzrə icraata xitam verilməlidir. Belə ki, Şəxs MMC X3 işə götürməmişdir və onun əməyindən bu və ya digər formada istifadə edilməmişdir. Onun yaşı da işə götürülmək üçün uyğun olmamışdır. İş üçün tək onunla yox, bir neçə namizədlə söhbət aparılmışdır. xx.xx.2023-cü il tarixdən xx.xx.2023-cü il tarixədək əmək müqaviləsi olmadan işə cəlb olunduğunu, bu dövr ərzində səhər saat 11:00-dan axşam saat 18:00-a qədər işlədiyini bildirsə də, onun bu dövr ərzində işləməsi mümkün deyil. Çünki A.R.Axundzadə ali təhsil müəssisələrinin birində təhsil alır və həmin vaxtda dərsdə olur (olmalıdır). Qeyd olunanlara əsasən Şəxs MMC barəsində olan inzibati iş üzrə icraata xitam verilməsini xahiş etmişdir. Məhkəmənin əvvəlki iclasında şahid qismində dindirilmiş X4 bildirmişdir ki, “İnstagram” sosial şəbəkəsində vakant iş üzrə elan görmüş və həmin elan üzrə müraciət etdikdən sonra onu “Vurğun Residence”in 2-ci mərtəbəsində yerləşən ofisə dəvət etmişlər. O həmin ünvana getmiş və orada özünü əməkdaş kimi təqdim edən Nadir Cəfər ilə görüşərək onunla işin şərtləri barədə danışmışdır. Onun əmək haqqının 400 manat olacağı, iş vaxtının isə 11:00-dan 19:00-dək olacağı bildirilmişdir. xx.xx.2023-cü il tarix ilk iş günü olmuşdur. Bir həftə sonra ona 100 manat ödəniş olunmuş və bu ödənişin xərcləri ilə bağlı ödəniş olduğunu bildirmişlər. 2 həftə sınaq müddətinin tətbiq ediləcəyi deyilmişdir. Halbuki bu, əmək qanunvericiliyinə ziddir. Çünki sınaq müddəti 18 yaşdan aşağı şəxslərə tətbiq oluna bilməz. O bu səbəbdən müqavilə tələb etməyə başlamışdır. Təqribən 2 həftə sonra onun “debit” kartına 200 manat ödənilmiş və daha sonra o işdən çıxarıldıqdan sonra guya yazıqları gəldiyinə görə bu pulu ondan tələb etməmişlər. 21 sentyabr 2023-cü il tarixdə işdən çıxmışdır. İşdən çıxan zaman əmək haqqını tam tələb etmiş, X7 Xidmətinə müraciətindən sonra isə ona 160 manat ödəniş etmişlər. Orda işləməsini həmçinin Nadir Cəfər və özünü Şirkətin rəhbəri kimi təqdim edən Azər adlı şəxslə telefon yazışmaları da təsdiq edir. Eyni zamanda bildirir ki, xx.xx.2023-cü il tarixdən xx.xx.2023-cü il tarixədək təhsil müəssələrində dərslər olmur. Məhkəmənin əvvəlki iclasında şahid qismində dindirilmiş X6 bildirmişdir ki, o, Şəxs MMCdə direktor müavinidir. Onlar A.R.Axundzadəni işə götürməmişlər, sadəcə iş bacarıqları ilə tanış olmaq istəmişlər. Onun tələbə olduğunu bilərək, yarımştat işçi kimi işə yaramadığını və iş qabiliyyətini bəyənməyərək onu işə götürməmişlər. Hüquqi şəxsin direktoru X10 məhkəmə iclaslarına dəvət edilsə də keçirilmiş məhkəmə iclaslarında iştirak etməmişdir. İş materiallarında olan “Əmək müqaviləsində dəyişiklik edilməsi ilə bağlı əmək müqaviləsi bildirişi”ndən görünür ki, X8 xx.xx.2022-ci il tarixdən etibarən Şəxs MMC ilə bağlanmış əmək müqaviləsi əsasında həmin MMC-də “marketoloq” vəzifəsində çalışmışdır. “Əmək müqaviləsində dəyişiklik edilməsi ilə bağlı əmək müqaviləsi bildirişi”-dən görünür ki, Hətəmov Azər Əkrəm oğlu xx.xx.2020-ci il tarixdən etibarən Şəxs MMC-də “direktor” vəzifəsində çalışmışdır. "xxxx" ASC- tərəfindən təqdim edilmiş “ödəniş kartı üzrə çıxarış”-dan görünür ki, X5 məxsus bank kartına xx.xx.2023-cü il tarixdə 200 manat məbləğində pul köçürülmüşdür. Şəxs MMC tərəfindən təqdim edilmiş həmin MMC-nin ştat cədvəlindən görünür ki, MMC üzrə 2 “satıcı, telemarketinq”, 1 “icraçı direktor” və 1 “direktor müavini” olmaqla, ümumilikdə 4 ştat vahidi mövcuddur. Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında X7 Xidməti Bakı şəhər İdarəsi tərəfindən məhkəməyə təqdim edilmiş 16 ədəd “whatsapp” yazışmalarının kağız daşıyıcıda əks olunmuş surətləri tədqiq edilərək aydın olmuşdur ki, 18 iyul – 10 sentyabr tarixlərində müxtəlif vaxtlarda “+**********42”, “+**********59”, “+**********12” mobil nömrələri, həmçinin “Azer Bey QQ” və “Azer Bey” kimi qeydə alınmış kontaktlarla danışıqlar aparılmışdır. Məhkəmə, proses iştirakçılarının izahatını dinləyib, habelə iş materiallarını araşdırıb hesab edir ki, Şəxs MMC tərəfindən Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 192.1-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanın törədilməsi tam sübuta yetirilir. Azərbaycan Respublikasının Əmək Məcəlləsinin 2-ci maddəsinə əsasən bu Məcəllənin 7ci maddəsinin 2-1-ci hissəsi ilə müəyyən edilmiş hallar istisna olmaqla, əmək münasibətləri elektron informasiya sisteminə gücləndirilmiş elektron imza vasitəsi ilə daxil edilmiş əmək müqaviləsi bildirişinin qeydiyyata alınmasından və bu barədə işəgötürənə elektron qaydada məlumat göndərilməsindən sonra yaranır. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 3-cü maddəsinə əsasən yalnız bu Məcəllə ilə nəzərdə tutulmuş inzibati xətanın törədilməsində təqsirli hesab edilən və inzibati xəta tərkibinin bütün digər əlamətlərini daşıyan əməli (hərəkət və ya hərəkətsizliyi) törətmiş şəxs inzibati məsuliyyətə cəlb olunur. Həmin Məcəllənin 12-ci maddəsinə əsasən bu Məcəllə ilə qorunan ictimai münasibətlərə qəsd edən, hüquqazidd olan, təqsirli sayılan (qəsdən və ya ehtiyatsızlıq üzündən törədilən) və inzibati məsuliyyətə səbəb olan əməl (hərəkət və ya hərəkətsizlik) inzibati xəta hesab olunur. Həmin Məcəllənin 18.2-ci maddəsinə əsasən hüquqi şəxs inzibati məsuliyyətə həmin hüquqi şəxsin xeyrinə və ya onun maraqlarının qorunması üçün aşağıdakı şəxslər tərəfindən törədilən inzibati xətalara görə cəlb edilir: 18.2.1. hüquqi şəxsi təmsil etmək səlahiyyətinə malik olan vəzifəli şəxs; 18.2.2. hüquqi şəxsin adından qərarlar qəbul etmək səlahiyyətinə malik olan vəzifəli şəxs; 18.2.3. hüquqi şəxsin fəaliyyətinə nəzarət etmək səlahiyyətinə malik olan vəzifəli şəxs; 18.2.4. bu Məcəllənin 18.2.1-18.2.3-cü maddələrində nəzərdə tutulmuş vəzifəli şəxslər tərəfindən nəzarətin həyata keçirilməməsi nəticəsində hüquqi şəxsin işçisi. Həmin Məcəllənin 31.3-cü maddəsinə əsasən, hüquqi şəxslər barəsində inzibati tənbeh tətbiq edilərkən, inzibati xətanın xarakteri, inzibati xəta nəticəsində hüquqi şəxsin əldə etdiyi xeyirin həcmi və ya onun maraqlarının təmin edilməsinin varakteri və dərəcəsi, hüquqi şəxsi xarakretizə edən hallar, o cümlədən onun maliyyə və əmlak vəziyyəti, xeyriyyəçilik və ya digər ictimai faydalı fəaliyyətlə məşğul olması, habelə məsuliyyəti yüngülləşdirən və ağırlaşdıran hallar nəzərə alınır. Həmin Məcəllənin 76.1-ci maddəsinə əsasən inzibati xətanın olub-olmamasını, inzibati xəta törədən şəxsin təqsirini və işin düzgün həlli üçün əhəmiyyətli olan digər halları müəyyən etmək üçün hakimin, səlahiyyətli orqanın (vəzifəli şəxsin) əsaslana bildiyi hər cür faktiki məlumatlar inzibati xətalar haqqında işlər üzrə sübutlar sayılır. Bu məlumatlar maddi sübutlarla, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin, zərərçəkmiş şəxsin, şahidlərin izahatları ilə, digər sənədlərlə, xüsusi texniki vasitələrin göstəriciləri ilə, ekspertin rəyi ilə, inzibati xəta haqqında protokolla, bu Məcəllə ilə müəyyən edilmiş digər protokollarla müəyyən edilir. Həmin Məcəllənin 192.1-ci maddəsinə əsasən Azərbaycan Respublikasının Əmək Məcəlləsində nəzərdə tutulmuş qaydada əmək müqaviləsi (kontraktı) hüquqi qüvvəyə minmədən işəgötürən tərəfindən fiziki şəxsləri hər hansı işlərin (xidmətlərin) yerinə yetirilməsinə cəlb edilməsinə görə - fiziki şəxslər min manatdan iki min manatadək məbləğdə, vəzifəli şəxslər üç min manatdan beş min manatadək məbləğdə, hüquqi şəxslər iyirmi min manatdan iyirmi beş min manatadək məbləğdə cərimə edilir. Beləliklə məhkəmə iclasında müəyyən edilmişdir ki, X4 xx.xx.2023-cü il tarixdən xx.xx.2023-cü il tarixədək Şəxs MMC-də Azərbaycan Respublikasının Əmək Məcəlləsində nəzərdə tutulmuş qaydada əmək müqaviləsi hüquqi qüvvəyə minmədən işlərin (xidmətlərin) yerinə yetirilməsinə cəlb edilmişdir. Məhkəmə iclasında Şəxs MMC-nin məsuliyyətini yüngülləşdirən və ya ağırlaşdıran hallar müəyyən edilmədi. Beləliklə, məhkəmə Şəxs MMC-nin törətdiyi inzibati xətanın xarakterini, iş üzrə sübutları qiymətləndirərək, inzibati xəta nəticəsində onun maraqlarının təmin edilməsinin dərəcəsini, hüquqi şəxsi xarakterizə edən halları və s. nəzərə alaraq hesab edir ki, Şəxs MMC Azərbaycan Respublikası İXM-nin 192.1-ci maddəsində nəzərdə tutulmuş cərimə tənbeh növü tətbiq olunmalıdır. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası İXM-nin 40, 43, 48-50, 114- 115 və 128-130-cu maddələrini rəhbər tutaraq, məhkəmə QƏRARA ALDİ: Şəxs Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 192.1-ci maddəsində nəzərdə tutulmuş inzibati xıtanı törətməkdə təqsirli bilinərək 20.000 (iyirmi min) manat məbləğində inzibati cərimə edilsin. Qərarın surəti rəsmi qaydada verildiyi gündən 10 (on) gün müddətində qərardan Bakı şəhəri Nəsimi Rayon Məhkəməsi vasitəsi ilə və ya bilavasitə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Sədrlik edən Solmaz Mustafayeva

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar