Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № 3(006)-1475/2025 22.03.2025 BAKI ŞƏHƏRİ NƏSİMİ RAYON MƏHKƏMƏSİ Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin hakimi - İbadzadə Anar Qənimət oğlu, X3 tərəfindən barəsində tərtib olunmuş xx.xx.2025-ci il EQ 25349862 saylı inzibati tənbeh vermə haqqında elektron qərardan verilmiş şikayətə baxaraq, MÜƏYYƏN ETDİ: X3 məhkəməyə müraciət edərək, xx.xx.2025-ci il EQ 25349862 nömrəli inzibati tənbeh vermə haqqında elektron qərarın ləğv edilməsini xahiş etmişdir. Məhkəmə təqdim olunmuş şikayəti və ona əlavə edilmiş sənədləri araşdıraraq hesab edir ki, inzibati tənbeh vermə haqqında qərardan şikayət vermə müddəti ötürüldüyündən və ötürülmüş müddətin üzrlü sayılmasına dair vəsatət verilmədiyindən şikayət geri qaytarılmalıdır. Belə ki, şikayətdən və ona əlavə edilmiş sənədlərdən görünür ki, X2 barəsində xx.xx.2025-ci il EQ 25349862 saylı inzibati tənbeh vermə haqqında elektron qərar çıxarılmışdır. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin: 130.1-ci maddəsinə əsasən bu Məcəllənin 126.1-ci maddəsində nəzərdə tutulmuş hallar istisna olmaqla, qərarın surəti bu Məcəllənin 57-ci maddəsində nəzərdə tutulmuş rəsmi qaydada verildiyi vaxtdan on gün müddətində inzibati xəta haqqında iş üzrə qərardan şikayət verilə bilər. 130.2-ci maddəsində göstərilir ki, bu Məcəllənin 130.1-ci maddəsində nəzərdə tutulmuş müddət üzrlü səbəblər nəticəsində buraxıldıqda, şikayət verən şəxsin vəsatəti ilə bu müddət hakim, səlahiyyətli orqan (vəzifəli şəxs) tərəfindən bərpa edilə bilər. 130.3-cü maddəsinə əsasən buraxılmış müddətin bərpası qeyri-mümkün hesab edildikdə, bu halda vəsatəti rədd etmə haqqında qərardad qəbul edilir. Beləliklə məhkəmə hesab edir ki, Bakı şəhəri Nəsimi rayon Polis İdarəsi 20-ci PB tərəfindən qəbul edilmiş xx.xx.2025-ci il EQ 25349862 saylı inzibati tənbeh vermə haqqında qərardan şikayət verilməsi üçün Azərbaycan Respublikası İXM-in 130.1-ci maddəsində nəzərdə tutulmuş şikayət vermə müddəti buraxıldığından və buraxılmış müddətin üzrlü sayılmasına dair vəsatət verilmədiyindən şikayət ona əlavə olunmuş sənədlərlə birlikdə şikayətçiyə geri qaytarılmalıdır. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası İXM-nin 128-130-cu maddələrini rəhbər tutaraq məhkəmə QƏRARA ALDİ: X3 tərəfindən barəsində tərtib olunmuş xx.xx.2025-ci il EQ 25349862 saylı inzibati tənbeh vermə haqqında elektron qərardan verilmiş şikayət və ona əlavə olunmuş sənədlər X1 geri qaytarılsın. Sədrlik edən: Anar İbadzadə
Məhkəmə qərarları › İş №3(006)-1475/2025
Bakı Şəhəri Nəsimi Rayon Məhkəməsi Qərardad — İş №3(006)-1475/2025
22.03.2025 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver