Məhkəmə qərarları › İş №3(006)-1476/2020

Bakı Şəhəri Nəsimi Rayon Məhkəməsi Qərardad — İş №3(006)-1476/2020

15.07.2020 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № 3(006)-1476/2020 15.07.2020 BAKI ŞƏHƏRİ NƏSİMİ RAYON MƏHKƏMƏSİ Bakı şəhəri Nəsimi rayon məhkəməsinin hakimi Xəlilov Ramin Adilxan oğlunun sədrliyi, məhkəmə iclas katibi Şahverdiyev Xandəmir Elman oğlunun katibliyi, Azərbaycan Respublikası DiN Bakı şəhər Baş Polis İdarəsi Nəsimi rayon Polis İdarəsinin 19-cu Polis Şöbəsinin polis sahə inspektoru xxx, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs xxx iştirakları ilə, Azərbaycan Respublikası DİN Bakı şəhər Baş Polis İdarəsi Nəsimi rayon Polis idarəsinin 19-cu Polis Şöbəsi tərəfindən daxil olmuş Şəxs barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 227-ci maddəsi ilə tərtib edilmiş inzibati xəta haqqında protokola baxaraq məhkəmə MÜƏYYƏNETDi: Azərbaycan Respublikası DİN Bakı şəhər Baş Polis İdarəsi Nəsimi rayon Polis İdarəsinin 19-cu Polis Şöbəsi tərəfindən Şəxs barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 227-ci maddəsi ilə inzibati material toplanılaraq baxılması üçün Bakı şəhər Nəsimi rayon məhkəməsinə göndərilmişdir. Həmin inzibati xəta ilə bağlı toplanmış materiallarda, eləcə də, işə baxılarkən məhkəmə iclasında zərərçəkmiş şəxs barəsində dəqiq məlumatlar müəyyən edilmədiyindən material geri qaytarılmalıdır. Belə ki, Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 100.1.6 və 100.1.9cü maddələrinə əsasən inzibati xəta haqqında protokolda olduğu halda, şahidlərin və zərər çəkmiş şəxslərin adı, atasının adı, soyadı və onların yaşadığı yerin ünvanı, inzibati xətanın törədilməsi nəticəsində şəxsin sağlamlığına yüngül zərər vurulmuşdursa və ya maddi zərər yetirilmişdirsə, bu hallar barədə qeydlər göstərilməlidir. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 227-ci maddəsinə əsasən xırda talama, yəni oğurlama, mənimsəmə, israfçılıq, qulluq mövqeyindən sui-istifadə və ya dələduzluq yolu ilə özgəsinin əmlakını talamağa görə inzibati məsuliyyət nəzərdə tutulur. Yuxarıdakı maddələrin tələblərindən göründüyü kimi inzibati xəta haqqında iş üzrə zərərçəkmiş şəxs barəsində məlumatlar olmalıdır. Məhkəmə iclasında barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs götürdüyü əşyanı qonşusuna geri qaytaracağını, həmçinin ziyanı ödəməyə hazır olduğunu bildirmişdir. Məhkəmə iclasında Azərbaycan Respublikası DİN Bakı şəhər Baş Polis İdarəsi Nəsimi rayon Polis İdarəsinin 19-cu Polis Şöbəsinin polis sahə inspektoru x1 “Toyota Prado” markalı avtomobilin arxa şüşəsinin sındırıldığını, açar dəsti və digər əşyaların götürüldüyünü, sonradan bunun Şəxs tərəfindən törədildiyininin müəyyən edildiyini bildirmişdir. Lakin iş materiallarında Şəxs Zərərçəkmiş şəxs məxsus avtomobilə dair açar dəstini oğurladığı qeyd edilsə də, onun bu əməli törətməsi yalnız öz izahatı ilə sübuta yetirilmiş, zərər çəkmiş şəxs barəsində məlumatlar və avtomobilin həqiqətən ona məxsus olub-olmaması isə aydınlaşdırılmamışdır. Bununla yanaşı, zərər çəkmiş şəxs məhkəmə iclasına gəlməmiş və hadisəylə bağlı münasibətini və barışığın olub-olmamasını bildirməmişdir. Beləliklə, məhkəmə hesab edir ki, Bakı şəhəri Nəsimi Rayon Polis İdarəsinin 22-ci Polis Bölməsinin sahə inspektoru Elxan Hüseynov tərəfindən MN ******* saylı, 14.07.2020ci il tarixli inzibati xəta haqqında protokol üzrə zərərçəkmiş şəxsin məhkəməyə gətirilməməsi və barəsində inzibati icraat aparılan şəxslə barışığın olub-olmaması aydınlaşdırıla bilmədiyində və bu halda işə baxılması tamamlana bilmədiyindən , həmçinini zərərçəkmiş şəxs barədə dəqiq məlumatlar olmadığından hazırki material geri qaytarılmalıdır. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 109.1.6-cı maddəsinə əsasən inzibati xəta haqqında işin baxılmağa hazırlanması zamanı protokol və digər materiallar səlahiyyəti olmayan şəxslər tərəfindən tərtib olunmadıqda, protokol və digər sənədlər düzgün tərtib olunmadıqda, yaxud təqdim edilmiş materiallar natamam olduqda işə baxılarkən tamamlamaq mümkün olmadıqda, inzibati xəta haqqında protokolun və ya digər sənədlərin onu tərtib etmiş orqana, vəzifəli şəxsə geri qaytarılması barədə qərardad qəbul edilir. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 100 və 109-cu maddələrini rəhbər tutaraq, QƏRARA ALDİ: Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 227-ci maddəsi ilə inzibati xəta törətməsinə dair Azərbaycan Respublikası DİN Bakı şəhər Baş Polis İdarəsi Nəsimi rayon Polis İdarəsinin 19-cu Polis Şöbəsi tərəfindən daxil olmuş inzibati xəta haqqında protokol geri qaytarılsın. Hakim Ramin Xəlilov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar