Məhkəmə qərarları › İş №3(006)-1478/2021

Bakı Şəhəri Nəsimi Rayon Məhkəməsi Qərar — İş №3(006)-1478/2021

17.06.2021 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 3(006)-1478/2021 17.06.2021 BAKI ŞƏHƏRİ NƏSİMİ RAYON MƏHKƏMƏSİ Hakim Mustafayeva Solmaz Rafael qızının sədrliyi, məhkəmə iclas katibi Fərəcova Təranə Aydın qızının katibliyi, Bakı şəhəri Nəsimi rayon İcra və probasiya şöbəsinin icra məmuru X2, tələbkar X3, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs və onun vəkili - fərdi qaydada fəaliyyət göstərən Vəkil iştirakları ilə, xx.xx.1965-ci ildə Cəbrayıl rayonu, Mahmudlu kəndində anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, orta təhsilli, işsiz, subay, Bakı şəhəri, Nəsimi rayonu, Azadlıq prospekti, 86 inzibati binada qeydiyyatda olan Şəxs barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsi üzrə tərtib olunmuş 16.06.2021-ci il tarixli, MN ******* saylı inzibati xəta haqqında protokola və ona əlavə edilmiş sənədlərə açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: İnzibati xəta haqqında protokola görə Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin 30.07.2019-cu il tarixli, 2(006)-4050/2019 saylı icra vərəqəsinə əsasən Şəxs və qeyrilərindən cəmi 140.030 manat məbləğində pul müştərək qaydada tutularaq X4 ödənilməlidir. Lakin borclu öz üzərinə düşən vəzifələri lazımi qaydada icra etməmiş, icra sənədi üzrə borcunu ödəməmişdir. Bununla da, o, Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətmişdir. Məhkəmə iclasında icra məmuru X6 izahat verərək bildirdi ki, borclu Şəxs edilmiş xəbərdarlığa baxmayaraq o, Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin Məhkəməsinin 30.07.2019-cu il tarixli, 2(006)-4050/2019 saylı icra vərəqəsi üzrə müəyyən edilmiş borcu icra etməmişdir. Borcun ödənilməsini təmin etmək məqsədilə borclunun adına müəyyən edilmiş iki avtomobil üzərinə həbs qoyulmuş, həmçinin onların axtarışı elan edilmiş, lakin avtomobillər tapılmamışdır. Qeyd olunanları nəzərə alaraq barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs barəsində qanunauyğun qərar qəbul edilməsini xahiş etdi. Məhkəmə iclasında barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs bildirdi ki, o, barəsində olan məhkəmə qərarından məlumatlı olmamışdır. Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin 30.07.2019-cu il tarixli, 2(006)-4050/2019 saylı qətnaməsini 16 iyun 2021-ci il tarixdə əldə etmişdir. Həmin qətnamədən apelyasiya şikayəti vermiş və şikayəti poçt vasitəsi ilə məhkəməyə göndərmişdir. Qeyd olunanları nəzərə alaraq iş üzrə icraata xitam verilməsini məhkəmədən xahiş etdi. Məhkəmə iclasında Vəkil bildirdi ki, onlar Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin 30.07.2019-cu il tarixli, 2(006)-4050/2019 saylı qətnaməsini 16 iyun 2021-ci il tarixdə əldə etmiş və həmin qətnamədən apelyasiya şikayəti vermişlər. Göstərilənlərə əsasən iş üzrə icraata xitam verilməsini məhkəmədən xahiş etdi. Məhkəmə iclasında tələbkar X7 borcun ödənilməsini tələb etdiyini və barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs məhkəmə proseslərini uzadaraq vaxt qazanmağa çalışdığını bildirdi. Məhkəmə proses iştirakçılarının izahatlarını dinləyib toplanmış sübutlara məcmu halda hüquqi qiymət verərək hesab edir ki, Şəxs barəsində Azərbaycan Respublikasının İXM-nin 528.1-ci maddəsi ilə olan inzibati xəta haqqında iş üzrə icraata xitam verilməlidir. Belə ki, iş materiallarında olan Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin 30.07.2019cu il tarixli, 2(006)-4050/2019 saylı icra vərəqəsinə əsasən Şəxs, X5 və X1 müştərək qaydada 140000 manat və ödənilmiş 30 manat dövlət rüsumu olmaqla, cəmi 140030 manat məbləğində pulun alınaraq X4 ödənilməlidir. İş materiallarında olan Şəxs tərəfindən Nəsimi Rayon Məhkəməsinə ünvanlanan ərizənin surətindən görünür ki, Şəxs məhkəmədən Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin 30.07.2019-cu il tarixli, 2(006)-4050/2019 saylı qətnaməsinin ona təqdim edilməsini xahiş etmiş və 16 iyun 2021-ci il tarixdə həmin qətnaməni almışdır. Azərbaycan Respublikası Konstitusiyanın 129-cu maddəsinə görə məhkəmənin qəbul etdiyi qərarlar dövlətin adından çıxarılır və onların icrası məcburidir. Məhkəmə qərarının icra olunmaması qanunla müəyyən edilmiş məsuliyyətə səbəb olur. Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 15.2-ci maddəsinə əsasən məhkəmələrin qanuni qüvvəyə minmiş qətnaməsi, qərardadı, qərarı, əmri bütün dövlət hakimiyyəti, yerli özünüidarə orqanları, onların vəzifəli şəxsləri, ictimai birliklər, siyasi partiyalar, həmkarlar ittifaqları, onların vəzifəli şəxsləri, həmçinin fiziki və hüquqi şəxslər üçün məcburidir və Azərbaycan Respublikasının bütün ərazisində hökmən icra olunmalıdır. Mülki-Prosessual Məcəllənin 360-cı maddəsinə əsasən apelyasiya şikayəti məhkəmə qətnaməsi rəsmi qaydada verildiyi gündən 1 ay müddətində verilə bilər. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsi məhkəmə və ya digər orqanların qərarlarının icrası ilə əlaqədar icra məmurunun qanuni tələblərinin yerinə yetirilməməsinə və ya icra məmuru tərəfindən müəyyən olunmuş müddətdə borclunu müəyyən hərəkətləri etməyə və ya müəyyən hərəkətləri etməkdən çəkinməyə məcbur edən icra sənədinin üzrsüz səbəbdən icra edilməməsinə görə məsuliyyəti müəyyən edir. İnzibati Xətalar Məcəlləsinin 3-cü maddəsinə əsasən yalnız bu Məcəllə ilə nəzərdə tutulmuş inzibati xətanın törədilməsində təqsirli hesab edilən və inzibati xəta tərkibinin bütün digər əlamətlərini daşıyan əməli (hərəkət və ya hərəkətsizliyi) törətmiş şəxs inzibati məsuliyyətə cəlb olunur. Həmin Məcəllənin 8-ci maddəsinə əsasən barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin təqsiri bu Məcəllədə nəzərdə tutulmuş qaydada sübuta yetmədikdə və bu, inzibati xəta haqqında iş üzrə icraata baxmış hakimin, səlahiyyətli orqanın (vəzifəli şəxsin) qüvvəyə minmiş qərarı ilə müəyyən edilmədikdə o, təqsirsiz hesab edilir. İnzibati məsuliyyətə cəlb olunmuş şəxs öz təqsirsizliyini sübut etməyə borclu deyildir. İnzibati məsuliyyətə cəlb olunan şəxsin təqsirli olması barəsində şübhələr onun xeyrinə həll edilir. Bu Məcəllənin 53.0.2-ci maddəsinin tələbinə görə inzibati xəta tərkibi olmadıqda inzibati xətalar haqqında işlər üzrə icraat başlanıla bilməz, başlanmış icraata isə xitam verilir. Qeyd edilən Məcəllənin 105.1-ci maddəsinə görə bu Məcəllənin 53-cü maddəsində nəzərdə tutulmuş hallardan hər hansı biri olduqda, icraatında inzibati xəta haqqında iş olan hakim və ya səlahiyyətli orqan (vəzifəli şəxs) inzibati xəta haqqında işin icraatına xitam verilməsi haqqında qərar qəbul edir. Beləliklə, məhkəmə iclasında müəyyən edildi ki, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs tərəfindən Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin 30.07.2019-cu il tarixli, 2(006)-4050/2019 saylı qətnaməsindən apelyasiya şikayəti vermiş, sözügedən qətnamə qanuni qüvvəsini almamışdır. Göstərilənlərə əsasən məhkəmə hesab edir ki, borclu Şəxs hərəkətlərində inzibati xətanın tərkibi olmadığından inzibati xəta haqqında iş üzrə icraata xitam verilməlidir. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 53-cü və 105-ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏRARA ALDİ: Şəxs barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsi ilə başlanılmış inzibati xəta haqqında iş üzrə icraata xitam verilsin. Qərardan, onun surəti rəsmi qaydada verildiyi vaxtdan 10 (on) gün müddətində Bakı şəhəri Nəsimi Rayon Məhkəməsi vasitəsilə Bakı Apelyasiya Məhkəməsinə şikayət verilə bilər. Sədrlik edən Solmaz Mustafayeva

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar