Məhkəmə qərarları › İş №3(006)-1479/2020

Bakı Şəhəri Nəsimi Rayon Məhkəməsi Qərar — İş №3(006)-1479/2020

01.10.2020 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 3(006)-1479/2020 01.10.2020 BAKI ŞƏHƏRİ NƏSİMİ RAYON MƏHKƏMƏSİ Hakim Tağıyev Azər Heydər oğlunun sədrliyi, X3 qızının katibliyi, Şəxs MMC-nin nümayəndəsi X2 iştirakı ilə, Şəxs MMC-nin Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 485.2-ci maddəsi ilə nəzərdə tutulmuş inzibati xətanı törətməsinə dair materiala açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: Şəxs MMC-nin Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 485.2cimaddəsi ilə nəzərdə tutulmuş inzibati xətanı törətməsinə dair xx xxxxxx 2019-cu il tarixli,00100-2400/19 saylı inzibati xəta haqqında protokol və ona əlavə edilmiş sənədlər Nəsimi Rayon Məhkəməsinə daxil olmuşdur. İnzibati xəta haqqında protokoldan görünür ki, ünvan 1 ünvanında qeydiyyatda olan Şəxs MMC-nin ünvanına Niderlanddan SA068İT/SS096 nömrəli avtomaşınla daxil olmuş yüklər **********2037 sorğu nömrəli xx.xx.2019-cu il tarixli gömrük bəyannaməsi tərtib edilərək gömrük orqanına bəyan edilmişdir. **********2037 sorğu nömrəli xx.xx.2019-cu il tarixli gömrük bəyannaməsi və digər sənədlərin araşdırılması zamanı məlum olmuşdur ki, Şəxs MMC-nin ünvanına SA068İT/SS096 nömrəli avtomaşınla daxil olmuş yüklərə dair Azərbaycan Respublikası Gömrük Məcəlləsinin 113.1-ci maddəsi ilə müəyyən edilmiş qaydada mallar gömrük sərhədini keçənədək elektron qaydada qısa idxal bəyannaməsi təqdim etməmişdir. Belə ki, gömrük orqanına təqdim olunan **********2037 sorğu nömrəli xx.xx.2019-cu il tarixli gömrük bəyannaməsinin 40-cı qrafasında SA068İT/SS096 nömrəli avtomaşınla daxil olmuş yüklərə dair sərhəd gömrük orqanına təqdim edilməli olan qısa idxal bəyannaməsinin sorğu nömrəsi qeyd olunmamışdır. Nəticədə, gömrük qaydaları əleyhinə inzibati xəta baş vermişdir. Araşdırma zamanı Şəxs MMC-nin ünvanına daxil olmuş SA068İT/SS096 nömrəli avtomaşının xx.xx.2019-cu il, saat 14:24-də gömrük ərazisinə daxil olduğu, lakin həmin nəqliyyat vasitəsində gömrük ərazisinə gətirilən yüklərə dair elektron qaydada qısa idxal bəyannaməsinin verilmədiyi məlum olmuşdur. Belə ki, Gömrük Prosedurları və Ödənişləri Şöbəsindən daxil olmuş 34/012/028432 nömrəli xx.xx.2019-cu il tarixli raporta əsasən Şəxs MMC-nin adına SA068İT/SS096 nömrəli nəqliyyat vasitəsi ilə daxil olmuş yüklər **********2037 saylı GB ilə bəyan edilmişdir. İdxalatçı tərəfindən gətirilən mallar və nəqliyyat vasitəsi gömrük ərazisinə daxil olmamışdan əvvəl qısa idxal bəyannaməsi təqdim edilmədiyi üçün **********2037 saylı bəyannaməsinin 40-cı qrafasında qeyd edilməmişdir. İş materiallarına əlavə edilmiş Dövlət Gömrük Komitəsinin “X1 Sistemi” informasiya resursuna baxış keçirilməsinə dair çıxarışdan görünür ki, SA068İT/SS096 nömrə nişanlı nəqliyyat vasitəsilə Şəxs MMC-nin ünvanına göndərilən mallar xx.xx.2019-cu il tarixdə saat 14:24-də Qərb Ərazi Baş Gömrük İdarəsinin “İpək Yolu” gömrük postundan keçməklə Azərbaycan Respublikası gömrük ərazisinə gətirilmişdir. Dövlət Gömrük Komitəsinin “X1 Sistemi” informasiya resursuna baxış keçirilməsi haqqında protokoldan görünür ki, Şəxs MMCünvanına SA068İT/SS096 nömrəli avtomaşınla göndərilmiş mallar Azərbaycan Respublikasının gömrük ərazisinə xx.xx.2019-cu il saat 14:24-də daxil olmuş, lakin həmin nəqliyyat vasitəsində ölkə ərazisinə gətirilən mallara dair elektron qaydada qısa idxal bəyannaməsi verilməmişdir. Bununla da, Şəxs MMCAzərbaycan Respublikasının İXM-nin 485.2-ci maddəsi ilə nəzərdə tutulmuş inzibati xətanı törətmişdir. Məhkəmə iclasında iştirak edən Şəxs MMC-nin nümayəndəsi A.M.Qədirov izahatında bildirmişdir ki, Şəxs MMC və Hesy Aquaculture B.V. şirkətləri arasında bağlanmış müqavilə çatdırılmaya dair predmetə sahibdir və daşımadan məsul olan şirkət öz nizamnaməsi əsasında fəaliyyət göstərən ünvan 2 ünvanında qeydiyyatda olan “xxxxxxxxxxxxxxxxx” MMC olaraq qeydiyyatdan keçmiş başqa bir hüquqi şəxsdir. Həmçinin Şəxs MMC və Hesy Aquaculture B.V. şirkətləri arasında bağlanmış xx xxxxxxxx 2018-ci il tarixli, ***-**** saylı müqaviləyə əsasən razılaşdırılmış malların MMC-yə çatdıtrılması satıcı Hesy Aquaculture B.V. şirkətinin üzərinə qoyulmuşdur. Həmin sənədləri məhkəməyə təqdim edir. Göstərilənləri nəzərə alaraq MMC barəsində başlanılmış inzibati icraata xitam verilməsini məhkəmədən xahiş etmişdir. Məhkəmə iclasının vaxtı və yeri barədə qanunla nəzərdə tutulmuş qaydada məlumat verilməsinə baxmayaraq, inzibati xəta haqqında protokol tərtib etmiş Azərbaycan Respublikası Dövlət Gömrük Komitəsinin Bakı Baş Gömrük İdarəsinin nümayəndəsi məhkəmə iclasına gəlməmiş, gəlməməsinin üzrlü səbəbləri barəsində məhkəməyə məlumat verməmiş və ondan işə baxılmasının təxirə salınması barədə vəsatət daxil olmamışdır.Məhkəməişə inzibati xəta haqqında protokol tərtib etmiş orqanın nümayəndəsinin iştirakı olmadan baxılmasını mümkün hesab edir. Belə ki, iş materiallarına əlavə edilmiş xx xxxxxxxx 2018-ci il tarixli, No AFF_HESY_018_0918 nömrəli istifadəyə hazır resirkulyasiyalı akvamədəniyyət sisteminin çatdırılmasına dair müqavilədən görünür ki, satıcı qapalı balıqçılıq fəaliyyəti üçün nəzərdə tutulmuş istifadəyə hazır resirkulyasiyalı akvamədəniyyət sistemi (bundan sonra RAS) üçün bütün materialları təşkil etməli və Azərbaycanın Neftçala rayonunda (CPT İncoterms 2010) bundan sonra alıcıya çatdırılması nəzərdə tutulmuşdur. Məhkəmə iş materiallarını araşdıraraq hesab edir ki, Şəxs MMC-nin barəsindəAzərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 485.2-ci maddəsi ilətərtib edilmiş inzibati xəta haqqında protokol və ona əlavə edilmiş sənədlər geri qaytarılmalıdır. Belə ki, qanunvericiliyin tələblərinə əsasən sübut etmə vəzifəsi protokolu tərtib edən orqanın üzərinə düşür. Belə ki, Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 485.2-ci maddəsinəəsasən, Azərbaycan Respublikasının Gömrük Məcəlləsi ilə müəyyən edilmiş hallarda qısa idxal bəyannaməsinin mallar gömrük ərazisinə gətirilməzdən əvvəl elektron formada verilməməsinə görə - vəzifəli şəxslər min manat məbləğində, hüquqi şəxslər min beş yüz manat məbləğində cərimə edilir. Həmin Məcəllənin 3-cü maddəsinəəsasən, yalnız bu Məcəllə ilə nəzərdə tutulmuş inzibati xətanın törədilməsində təqsirli hesab edilən və inzibati xəta tərkibinin bütün digər əlamətlərini daşıyan əməli (hərəkət və ya hərəkətsizliyi) törətmiş şəxs inzibati məsuliyyətə cəlb olunur. İşin faktiki hallarına və qanunvericiliyin yuxarıda qeyd edilən müddəalarına əsasən müəyyən edilir ki, barəsində inzibati iş üzrə icraat aparılan hüquqi şəxs Şəxs MMCninəməlində inzibati xəta hadisəsinin olub-olmamasını müəyyən etmək mümkün olmamışdır. Həmçinin şirkətin əməlində inzibati xəta tərkibinin yaranması üçün zəruri olan 4 zəruri elementdən (obyekt, obyektiv cəhət, subyekt və subyektiv cəhət) biri olan subyekt yoxdur. Azərbaycan Respublikasının İXM-nin 109.1.6-cı maddəsinə əsasən protokol və digər materiallar səlahiyyəti olmayan şəxslər tərəfindən tərtib edildikdə, protokol və digər sənədlər düzgün tərtib olunmadıqda, yaxud təqdim edilmiş materiallar natamam olduqda işə baxılarkən tamamlamaq mümkün olmadıqda, inzibati xətalar haqqında protokolun və ya digər sənədlərin onu tərtib etmiş orqana, vəzifəli şəxsə geri qaytarılması barədə qərardad qəbul edilir. Göstərilənlərə əsasən məhkəmə hesab edir ki, Şəxs MMC-ninbarəsində Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 485.2-ci maddəsi ilə olan inzibati xəta haqqında protokol və ona əlavə edilmiş materiallar natamam olduğundan və mövcud natamamlıqları işə baxılarkən tamamlamaq mümkün olmadığından geri qaytarılmalıdır. Qeyd olunanları və Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 40, 100, 109, 110 və 114-cü maddələrini rəhbər tutaraq, Q Ə R A R A A L D İ: Şəxs MMC-nin barəsində Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 485.2-ci maddəsi ilə olan inzibati xəta haqqında protokol və ona əlavə edilmiş materiallar Azərbaycan Respublikası Dövlət Gömrük Komitəsi Bakı Baş Gömrük İdarəsinə qaytarılsın. Hakim: Azər Tağıyev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar