Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 3(006)-1479/2021 29.06.2021 BAKI ŞƏHƏRİ NƏSİMİ RAYON MƏHKƏMƏSİ Hakim: Pənahov Babək Əkbər oğlunun sədrliyi Məhkəmə iclasının katibi: X2 iştirakı ilə Bakı şəhəri Nəsimi Rayon Polis İdarəsi tərəfindən qəbul edilmiş 15.06.2021-ci il tarixli, EXP1072313 saylı inzibati tənbeh vermə haqqında qərardan verilmiş şikayətə açıq məhkəmə iclasında baxaraq MÜƏYYƏN ETDİ: X1 qeyd olunan qərardan şikayətlə məhkəməyə müraciət edərək göstərmişdir ki, 15.06.2021-ci il tarixdə 85 nömrəli sərnişin avtobusunda olarkən Nəsimi rayonu, 3-cü mikrorayon dairəsi yaxınlığında iki nəfər polis əməkdaşı onu avtobusdan düşürüb tibbi maskadan istifadə etmədiyi üçün saxlamışlar. O, polislərdən inzibati xəta haqqında protokolun kağız formasında tərtib edilməsini və surətinin də onda təqdim edilməsini tələb etsə də, bu protokol elektron formada tərtib edilmişdir. Protokol tərtib edilərkən ona hüquq və vəzifələri izah edilməmişdir. Eyni zamanda İnzibati Xətalar Məcəlləsində də qeyd olunmuşdur ki, yalnız yol hərəkəti qaydaları, hərəkət təhlükəsizliyinin təmin edilməsi və avtomobil yollarından istifadə qaydaları əleyhinə olan inzibati xətalar, o cümlədən, əmək, məşğulluq, əmək pensiyaları, sosial müavinətlər və icbari sığorta sahələrində qanunvericiliyin pozulması ilə əlaqədar inzibati xətalara dair işlərlə bağlı elektron formada protokol tərtib edilə və ya qərar qəbul oluna bilər. Lakin buna baxmayaraq onun barəsində olan protokol kağız formada deyil, elektron formada tərtib edilmişdir. Göstərilənləri nəzərə alaraq inzibati tənbeh vermə haqqında qərarın ləğv edilməsi xahiş olunur. Məhkəmə iclasının yeri və vaxtı barədə rəsmi qaydada xəbərdarlıq edilmələrinə baxmayaraq qərarı qəbul etmiş qurumun nümayəndəsi və qərardan şikayət vermiş X1 məhkəməyə gəlməmiş, bunun səbəbləri barədə məlumat verilməmişdir. Məhkəmə işə onların iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir.. Məhkəmə şikayəti və ona əlavə edilmiş sənədləri tədqiq edərək belə nəticəyə gəlir ki, X1 tərəfindən verilmiş şikayət əsassız olduğundan təmin edilməməlidir. Belə ki, Ələddin Qarayev barəsində qəbul edilmiş qərarın ləğvini xahiş edərək şikayətlə məhkəməyə müraciət etsə də, bu qərarın qanunsuz olmasına dair hər hansı əsaslı sübut təqdim edə bilməmişdir. Eyni zamanda şikayətdə karantin qaydalarının pozulması faktının mövcudluğu mübahisələndirilməmişdir. Göründüyü kimi, Ə.Qarayevin əməlində İnzibati Xətalar Məcəlləsinin 211.2-ci maddəsinin tərkib əlamətləri olduğundan onun barəsində düzgün olaraq inzibati tənbeh vermə haqqında qərar qəbul edilmişdir. İnzibati Xətalar Məcəlləsinin 133.2.8-ci maddəsinə əsasən inzibati tənbeh vermək haqqında iş qərardan verilən şikayətə və ya protestə baxılarkən qəbul edilmiş qərarın qanuniliyi və əsaslılığı iş üzrə olan və əlavə təqdim olunmuş materiallar əsasında yoxlanılır. Həmin Məcəllənin 134.1.1-ci maddəsinə əsasən inzibati tənbeh vermək haqqında iş üzrə qərardan verilən şikayətə və ya protestə baxılaraq qərarın dəyişdirilmədən, şikayətin və ya protestin isə təmin edilmədən saxlanılması haqqında qərar qəbul edilir. Yuxarırda qeyd edilənlərə əsasən və Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 128-130-cu və 133-135-ci maddələrini rəhbər tutaraq məhkəmə Q Ə R A R A A L D İ: Şikayət təmin edilməsin. Bakı şəhəri Nəsimi Rayon Polis İdarəsi tərəfindən qəbul edilmiş 15.06.2021-ci il tarixli, EXP1072313 saylı inzibati tənbeh vermə haqqında qərar dəyişdirilmədən saxlanılsın. Qərardan, onun surəti rəsmi qaydada verildiyi andan 10 gün müddətində Bakı şəhəri Nəsimi Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinə şikayət verilə bilər. Hakim Babək Pənahov
Məhkəmə qərarları › İş №3(006)-1479/2021
Bakı Şəhəri Nəsimi Rayon Məhkəməsi Qərar — İş №3(006)-1479/2021
29.06.2021 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver