Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 3(006)-1479/2022 05.05.2022 BAKI ŞƏHƏRİ NƏSİMİ RAYON MƏHKƏMƏSİ Hakim: Pənahov Babək Əkbər oğlunun sədrliyi Məhkəmə iclasının katibi: X3 İnzibati xəta haqqında Azərbaycan Respublikası Mərkəzi Bankın protokolu tərtib etmiş: nümayəndəsi X7 oğlunun Barəsində icraat aparılan Şəxs MMC-nin direktoru şəxs: X1 iştirakları ilə Şəxs MMC (hüquqi ünvanı: Bakı şəhəri, Nəsimi rayonu, Bülbül pr., ev 56A; VÖEN: **********) barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 430.4-cü maddəsi üzrə tərtib olunmuş 07.04.2022-ci il tarixli, EP ******* saylı inzibati xəta haqqında protokola və ona əlavə edilmiş sənədlərə açıq məhkəmə iclasında baxaraq M Ü Ə Y Y Ə N E T D İ: Protokola görə Şəxs MMC 297.595,00 ABŞ dolları məbləğində olan vəsaiti bank hesabından 06.03.2020-ci il tarixdə Azərbaycan Respublikasından kənara qabaqcadan ödəniş etməklə köçürmüş, lakin ödənişin aparıldığı gündən 02 ildən artıq müddətin keçməsinə baxmayaraq həmin vəsait hesabına alınan malların ölkəyə idxalını təsdiq edən gömrük bəyannaməsi və ya idxal olunan xidmətlərin göstərilməsini təsdiq edən sənədi təqdim etməmiş, qabaqcadan ödənilmiş valyuta vəsaitini xaricdən geri qaytarmamışdır. Məhkəmədə Azərbaycan Respublikası Mərkəzi Bankın nümayəndəsi X4 izahatında göstərdi ki, "xxxx" ASC tərəfindən 05.03.2022-ci il tarixli məktubla Mərkəzi Banka ünvanlanmış müraciətdə Şəxs MMC-nin 06.03.2020-ci il tarixdə 297.595,00 ABŞ dolları məbləğində vəsaiti ödəniş tapşırığına əsasən bankda olan hesabından Azərbaycan Respublikasından kənara qabaqcadan ödəniş etməklə köçürməsi və 02 ildən artıq müddətin keçməsinə baxmayaraq həmin vəsait hesabına alınan malların ölkəyə idxalını təsdiq edən gömrük bəyannaməsini və ya idxal olunan xidmətlərin göstərilməsini təsdiq edən sənədin banka təqdim olunmaması, avans yolu ilə ödənilmiş valyuta vəsaitini xaricdən geri qaytarılmaması göstərilmişdir. Məhkəmədə barəsində icraat aparılan hüquqi şəxs Şəxs MMC-nin nümayəndəsi X2 izahatında göstərdi ki, ölkə ərazisində mövcud olan Covid-19 pandemiyası ilə əlaqədar aidiyyəti tibb müəssisələrinə ianə formasında köməklik məqsədi ilə şirkət heç bir kommersiya marağı güdmədən şəxsi vəsaiti hesabına xaricdən tibbi maskalar sifariş vermiş, bununla bağlı Hindistanda fəaliyyət göstərən “X8” şirkəti ilə ümumi dəyəri 595.190,00 ABŞ dolları təşkil edən 1.500.000 ədəd maskanın alınmasına dair 05.03.2020ci il tarixdə müqavilə bağlanılmışdır. Bu vəsait iki dəfəyə ödənilmişdir. Qeyd olunan mallar 20.07.2020-ci il tarixdə ölkəyə gətirilmiş və 27.09.2021-ci il tarixli “Təhvil-təslim Aktı”na əsasən İcbari Tibbi Sığorta üzrə Dövlət Agentliyinə təhvil verilmişdir. İş üzrə icraata xitam verilməsini xahiş edir. İşdə olan sənədlərə əsasən: - "xxxx" ASC tərəfindən Azərbaycan Respublikası Mərkəzi Bankına göndərilmiş 05.03.2022-ci il tarixli məlumatda Şəxs MMC-nin 06.03.2020-ci il tarixdə 297.595,00 ABŞ dolları dəyərində vəsaiti xaricə köçürdüyü və 02 il müddətində bu vəsait hesabına alınan malların ölkəyə idxalını təsdiq edən gömrük bəyannaməsi və ya idxal olunan xidmətlərin göstərilməsini təsdiq edən sənədlərin təqdim edilməməsi göstərilmişdir; - Ödəniş sənədinə əsasən Şəxs MMC tərəfindən Hindistanda fəaliyyət göstərən “X8” şirkətinin hesabına 05.03.2020-ci il tarixli müqavilə ilə bağlı 12095B saylı proforma invoys üzrə 06.03.2020-ci il tarixdə 297.595,00 ABŞ dolları məbləğində pul göndərilmişdir; - Şəxs MMC ilə “X8” şirkəti arasında bağlanılmış 05.03.2020-ci il tarixli müqavilənin predmeti 595.190,00 ABŞ dolları dəyərində 1.500.000 ədəd tibbi maska təşkil edir; - “X8” şirkəti tərəfindən tərtib edilmiş 12095B saylı proforma invoysa görə 1.500.000 ədəd tibbi maskaya görə ödəniləcək 595.190,00 ABŞ dolları vəsaitin 50%-i qabaqcadan ödənilməlidir; - 01201000203605 saylı gömrük bəyannaməsinə görə “X8” şirkəti tərəfindən 05.03.2020-ci il tarixli müqavilə üzrə Şəxs MMC-yə göndərilmiş 595.190,00 ABŞ dolları dəyərində 1.500.000 ədəd üz maskaları 20.07.2020-ci il tarixdə ölkəyə gətirilmişlər; - 27.09.2021-ci il tarixli “Təhvil-təslim Aktı”na əsasən 1.150.000 ədəd tibbi maska Şəxs MMC tərəfindən İcbari Tibbi Sığorta üzrə Dövlət Agentliyinə təhvil verilmişdir. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 430.4-cü maddəsinə avans yolu ilə ödənilmiş valyuta vəsaitinin müqabilində müəyyən edilmiş müddətlərdə müvafiq mallar idxal edilmədikdə, işlər görülmədikdə və ya xidmətlər göstərilmədikdə ödənilmiş valyuta vəsaitinin xaricdən geri qaytarılmamasına görə məsuliyyət nəzərdə tutur. Azərbaycan Respublikası Mərkəzi X5 28.11.2016-cı il tarixli, 45/1 saylı qərarı ilə təsdiq edilmiş “Azərbaycan Respublikasının rezident və qeyri-rezidentlərinin xarici valyuta əməliyyatlarının aparılması Qaydaları”nın 4.3.1.3-cü bəndinə görə qabaqcadan ödəniş aparıldıqda banka ödənişin təyinatını, şərtlərini və məbləğini əks etdirən sənəd təqdim edilir. Qabaqcadan ödəniş müqabilində malların ölkəyə idxalını (xidmətlərin göstərilməsini) təsdiq edən gömrük bəyannaməsi (xidmətlərin göstərilməsini təsdiq edən sənəd) banka təqdim olunmalıdır və ya xeyrinə qabaqcadan ödənişin edildiyi şəxs və ya üçüncü şəxs tərəfindən qabaqcadan ödənilmiş məbləğ geri qaytarılmalıdır. Müvafiq sənədlər ödənişin aparıldığı gündən ən geci 2 (iki) il müddətində banka təqdim edilmədikdə və ya qabaqcadan ödənilmiş məbləğ geri qaytarılmadıqda və bu zaman idxal edilməyən malların (göstərilməyən xidmətlərin) və ya geri qaytarılmayan məbləğin qalıq dəyəri 10.000 (on min) ABŞ dolları ekvivalenti məbləğindən çox olduqda, bank tərəfindən qabaqcadan ödəniş əməliyyatına dair bütün sənədlər 5 (beş) iş günü ərzində Azərbaycan Respublikasının Mərkəzi Bankına təqdim edilir. Beləliklə məhkəmədə müəyyən olundu ki, Şəxs MMC ilə Hindistanda fəaliyyət göstərən “X8” şirkəti arasında 1.500.000 ədəd tibbi maskanın alınmasına dair 595.190,00 ABŞ dolları dəyərində müqavilə bağlanılmış, həmin mallar 20.07.2020-ci il tarixdə ölkəyə idxal olunmuş və 27.09.2021-ci il tarixli “Təhvil-təslim Aktı”na əsasən İcbari Tibbi Sığorta üzrə Dövlət Agentliyinə təhvil verilmişdir İnzibati Xətalar Məcəlləsinin 3-cü maddəsinə əsasən yalnız bu Məcəllə ilə nəzərdə tutulmuş inzibati xətanın törədilməsində təqsirli hesab edilən və inzibati xəta tərkibinin bütün digər əlamətlərini daşıyan əməli (hərəkət və ya hərəkətsizliyi) törətmiş şəxs inzibati məsuliyyətə cəlb olunur. Həmin Məcəllənin 12.1-ci maddəsinə görə bu Məcəllə ilə qorunan ictimai münasibətlərə qəsd edən, hüquqazidd olan, təqsirli sayılan (qəsdən və ya ehtiyatsızlıqdan törədilən) və inzibati məsuliyyətə səbəb olan əməl (hərəkət və ya hərəkətsizlik) inzibati xəta hesab olunur. Bu Məcəllənin 53.1.1-ci maddəsinin tələbinə görə inzibati xəta hadisəsi olmadıqda inzibati xətalar haqqında işlər üzrə icraat başlanıla bilməz, başlanmış icraata isə xitam verilir. Qeyd edilən Məcəllənin 105.1-ci maddəsinə görə bu Məcəllənin 53-cü maddəsində nəzərdə tutulmuş hallardan hər hansı biri olduqda, icraatında inzibati xəta haqqında iş olan hakim və ya səlahiyyətli orqan (vəzifəli şəxs) inzibati xəta haqqında işin icraatına xitam verilməsi haqqında qərar qəbul edir. Məhkəmə göstərilənləri nəzərdən keçirərək hesab edir ki, hazırkı iş üzrə inzibati xəta hadisəsi olmadığından Şəxs MMC barəsində başlanılmış iş üzrə icraata xitam verilməlidir. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 40-cı, 43-cü, 48-50-ci, 114-115-ci və 128-130-cu maddələrini rəhbər tutaraq məhkəmə Q Ə R A R A A L D İ: Şəxs MMC barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 430.4cü maddəsi ilə başlanılmış inzibati xəta haqqında iş üzrə icraata xitam verilsin. Qərardan, onun surəti rəsmi qaydada verildiyi vaxtdan 10 (on) gün müddətində Bakı şəhəri Nəsimi Rayon Məhkəməsi vasitəsilə Bakı Apellyasiya Məhkəməsinə şikayət verilə bilər. Hakim Babək Pənahov
Məhkəmə qərarları › İş №3(006)-1479/2022
Bakı Şəhəri Nəsimi Rayon Məhkəməsi Qərar — İş №3(006)-1479/2022
05.05.2022 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver