Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № 3(006)-1483/2020 16.07.2020 BAKI ŞƏHƏRİ NƏSİMİ RAYON MƏHKƏMƏSİ Mən, Nəsimi rayon məhkəməsinin hakimi Hüseynov Elməddin Mirpaşa oğlu, «Gilan İnşaat» x1Azərbaycan Respublikası Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Bakı şəhər Ekologiya və x2 BD-066 saylı, 13.07.2015-ci il tarixli qərarından verdiyi şikayətə baxaraq, m ü ə y y ə n e t d i m: «Gilan İnşaat» x3 şikayət ərizəsi ilə məhkəməyə müraciət edərək Azərbaycan Respublikası Ekologiya və Təbii SərvətlərNazirliyinin Bakı şəhər Ekologiya və x2 BD-066 saylı, 13.07.2015-ci il tarixli qərarının ləğv edilməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir. Şikayət ərizəsini və ona əlavə edilmiş sənədləri araşdıraraq hesab edirəm ki, şikayət ərizəsi geri qaytarılmalıdır. Belə ki, məhkəməyə təqdim edilmiş sənədlərdən görünür ki, Azərbaycan Respublikası Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Bakı şəhər Ekologiya və x2 BD-066 saylı, 13.07.2015-ci il tarixli inzibati tənbeh vermə haqqında qərarı ilə «Gilan İnşaat» x3 İnzibati Xətalar Məcəlləsinin 17 və 104.1-ci maddələrində nəzərdə tutulan xətanı törətməkdə təqsirli bilinib, 9000 manat məbləğində cərimə edilmişdir. Həmin inzibati tənbeh vermə haqqında qərarı şikayətçi 08 iyul 2020-ci il tarixdə əldə etməsini şikayət ərizəsində qeyd etsə də, həmin tarixdə qərarın əldə edilməsi barədə hər hansı mötəbər sübut və dəlil göstərilməmiş və iş materiallarına əlavə edilməmişdir. Bu səbəbdən şikayət vermə müddətinin üzürlü səbəblərdən ötürülməsi öz təsdiqini tapmamışdır. Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 128.2-ci maddəsinə əsasən inzibati xətalar haqqında işlər üzrə qərardan şikayət və ya protest aşağıdakı qaydada verilir: 128.2.1. hakimin qərarından - apellyasiya instansiyası məhkəməsinə; 128.2.2. kollegial orqanın qərarından - kollegial orqanın olduğu yerin məhkəməsinə; 128.2.3. səlahiyyətli orqanın (vəzifəli şəxsin) qərarından - yuxarı səlahiyyətli orqana (vəzifəli şəxsə) və ya məhkəməyə. Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 130.1-ci maddəsinə əsasən qərarın surəti bu Məcəllənin 57-ci maddəsində nəzərdə tutulmuş rəsmi qaydada verildiyi vaxtdan on gün müddətində inzibati xəta haqqında iş üzrə qərardan şikayət verilə bilər. Həmin Məcəllənin 130.2-ci maddəsinə əsasən bu Məcəllənin 130.1-ci maddəsində nəzərdə tutulmuş müddət üzrlü səbəbdən buraxıldıqda, şikayət verən şəxsin vəsatəti ilə bu müddət hakim, səlahiyyətli orqan (vəzifəli şəxs) tərəfindən bərpa edilir. Qeyd olunanlara əsasən hesab edirəm ki, «Gilan İnşaat» x1Azərbaycan Respublikası Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Bakı şəhər Ekologiya və x2 BD-066 saylı, 13.07.2015-ci il tarixli inzibati xəta barədə qərarından şikayəti Azərbaycan Respublikası İXM-nin 130.1-ci maddəsində nəzərdə tutulmuş şikayət vermə müddəti buraxıldığından və buraxılmış müddətin üzürlü sayılmasına dair əsaslı sübut təqdim edilmədiyindən geri qaytarılmalıdır. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 128-130-cu maddələrini rəhbər tutaraq, Q Ə R A R A A L D İ M: «Gilan İnşaat» x1 Azərbaycan Respublikası Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Bakı şəhər Ekologiya və x2 BD-066 saylı, 13.07.2015-ci il tarixli inzibati xəta haqqında qərarından verdiyi şikayət geri qaytarılsın. Hakim: Elməddin Hüseynov
Məhkəmə qərarları › İş №3(006)-1483/2020
Bakı Şəhəri Nəsimi Rayon Məhkəməsi Qərardad — İş №3(006)-1483/2020
16.07.2020 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver