Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 3(006)-1484/2020 27.07.2020 BAKI ŞƏHƏRİ NƏSİMİ RAYON MƏHKƏMƏSİ Bakı şəhəri Nəsimi Rayon Məhkəməsi Hakim Pənahov Babək Əkbər oğlunun sədrliyi, Məhkəmə iclasının katibi X2, İnzibati tənbeh vermə haqqında qərardan şikayət vermiş “xxxxxxxxxxxx” MMC-nin nümayəndəsi X1 iştirakları ilə “xxxxxxxxxxxx” MMC-nin Bakı şəhər Ekologiya və Təbii sərvətlər Departamentinin (indiki 11 saylı Regional Ekologiya və X4) xx.xx.2012-ci il tarixli, BD-089 saylı inzibati tənbeh vermə haqqında qərarından verdiyi şikayətə açıq məhkəmə icla-sın-da baxaraq MÜƏYYƏN ETDİ: “xxxxxxxxxxxx” MMC qeyd olunan qərardan şikayətlə məhkəməyə müraciət edərək göstərmişdir ki, Bakı şəhər Ekologiya və Təbii sərvətlər Departamentinin (indiki 11 saylı Regional Ekologiya və X4) xx.xx.2012-ci il tarixli, BD-089 saylı qərarına əsasən “xxxxxxxxxxxx” MMC xx.xx.2016-cı il tarixədək qüvvədə olmuş Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 319-cu maddəsi ilə təqsirli bilinərək 15.000 manat məbləğində cərimə edilmişdir. Həmin qərardan cəmiyyətin “xxxxxxxx” ASC bank hesabına Bakı şəhəri Yasamal rayon İcra və probasiya şöbəsinin xx.xx.2020-ci il tarixli qərarı ilə qoyulmuş məhdudiyyətdən sonra xx.xx.2020-ci il tarixdə məlumatlı olmuşlar. Bu qərar əsassız hesab olunmalı, çünki orada qeyd olunan inzibati xətanın törədilməsi ilə əlaqədar cəmiyyətin əvəzinə “xxxxxxxxxxxx” MMC-nin vəzifəli şəxsi məsuliyyətə cəlb edilməli idi. Məhkəmə iclasında şikayətçi “xxxxxxxxxxxx” MMC-nin nümayəndəsi X3 şikayətdə göstərilənlərə uyğun izahat verərək əlavə olaraq qeyd etdi ki, iş üzrə araşdırma aparılarkən “xxxxxxxxxxxx” MMC-yə bu barədə məlumat verilməmiş, şirkətin təqdim edə biləcəyi dəlillərə qiymət verilməmişdir. Şikayətin təmin olunmasını xahiş etdi. Məhkəmə iclasının yeri və vaxtı barədə rəsmi qaydada xəbərdarlıq edilməsinə baxmayaraq qərarı qəbul etmiş orqanın nümayəndəsi məhkəmə iclasına gəlməmiş, gəlməməsinin səbəbləri barədə məhkəməyə məlumat verilməmişdir. Məhkəmə işə nümayəndənin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə proses iştirakçısının izahatını dinləyib və iş materiallarını araşdıraraq belə nəticəyə gəlir ki, şikayət qismən təmin edilməlidir. Qeyd edilməlidir ki, araşdırma aparan qurum tərəfindən inzibati xəta haqqında iş üzrə icraat qanunvericiliyin tələbləri pozulmaqla aparılmış, iş üzrə bütün faktiki halları tam və hərtərəfli qaydada öyrənmək üçün lazımi təbdirlər görülməmiş, sonda da bu qeyriobyektiv qərarın qəbul edilməsi ilə nəticələnmişdir. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 48-ci maddəsinə əsasən inzibati xətalar haqqında işlər üzrə icraatın vəzifələri şəxslərin hüquqlarını və azadlıqlarını, onların qanuni mənafelərini qorumaqdan, inzibati xəta haqqında hər bir işin hallarını vaxtında, hərtərəfli, tam və obyektiv surətdə aydınlaşdırmaqdan, inzibati xəta törətmiş şəxsi aşkar etməkdən və onu inzibati məsuliyyətə cəlb etməkdən, çıxarılmış qərarın icrasını təmin etməkdən, habelə inzibati xətanın törədilməsinə kömək edən səbəbləri və şəraiti aşkar etməkdən və inzibati xətaların qarşısını almaqdan ibarətdir. Həmin Məcəllənin 5.2-ci maddəsinə əsasən bu Məcəllə insan və vətəndaş hüquqlarının və azadlıqlarının dövlət orqanları (vəzifəli şəxslər) tərəfindən pozulmasının qarşısının alınmasını və onlara hörmət olunmasını təmin edir. Bu Məcəllənin 6.2-ci maddəsinə əsasən inzibati xətalar haqqında işlər üzrə icraatın təmin edilməsi tədbirləri tətbiq edilərkən, qanunvericiliyin tələblərinə əməl olunması yuxarı orqanların və vəzifəli şəxslərin idarə nəzarəti ilə, məhkəmə və prokuror nəzarəti ilə və şikayət etmək hüquqi ilə təmin edilir. Qeyd olunan Məcəllənin 135.1.6-cı maddəsinə görə bu Məcəllə ilə müəyyən edilmiş tələblərin işin hallarının hərtərəfli, tam və obyektiv araşdırılmasına maneə törədəcək dərəcədə pozulması inzibati xəta haqqında iş üzrə qərarın ləğv edilməsi və ya dəyişdirilməsi üçün əsasdır. Sözügedən Məcəllənin 134.1.4-cü maddəsinə görə inzibati xəta haqqında iş üzrə qərardan verilən şikayətə və ya protestə baxılaraq bu Məcəllənin 135.1.1 və 135.1.6-cı maddələri ilə müəyyən edilmiş hallarda qərarın ləğv edilməsi və inzibati xəta haqqında işin yenidən baxılmaq üçün hakimə, səlahiyyətli orqana (vəzifəli şəxsə) göndərilməsi haqqında qərar qəbul edilə bilər. Qeyd edilənlərə əsasən və Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 128-130-cu və 133-135-ci maddələrini rəhbər tutaraq məhkəmə QƏRARA ALDİ: Şikayət qismən təmin edilsin. Bakı şəhər Ekologiya və Təbii sərvətlər Departamentinin (indiki 11 saylı Regional Ekologiya və X4) xx.xx.2012-ci il tarixli, BD-089 saylı inzibati tənbeh vermə haqqında qərarı ləğv edilsin və iş baxılması üçün həmin quruma göndərilsin. Qərardan, onun surəti rəsmi qaydada verildiyi andan 10 gün müddətində Bakı şəhəri Nəsimi Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinə şikayət verilə bilər. Hakim Babək Pənahov
Məhkəmə qərarları › İş №3(006)-1484/2020
Bakı Şəhəri Nəsimi Rayon Məhkəməsi Qərar — İş №3(006)-1484/2020
27.07.2020 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver