Məhkəmə qərarları › İş №3(006)-1485/2022

Bakı Şəhəri Nəsimi Rayon Məhkəməsi Qərar — İş №3(006)-1485/2022

05.05.2022 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 3(006)-1485/2022 05.05.2022 BAKI ŞƏHƏRİ NƏSİMİ RAYON MƏHKƏMƏSİ Hakim: Pənahov Babək Əkbər oğlunun sədrliyi Məhkəmə iclasının katibi: X4 İnzibati xəta haqqında Azərbaycan Respublikası Mərkəzi Bankın protokolu tərtib etmiş: nümayəndəsi X2 Barəsində icraat aparılan Şəxs MMC-nin şəxs: nümayəndəsi X1 iştirakları ilə Şəxs MMC (hüquqi ünvanı: Bakı şəhəri, Nəsimi rayonu, 20 Yanvar küçəsi, ev 33; VÖEN: **********) barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 430.4cü maddəsi üzrə tərtib olunmuş 05.04.2022-ci il tarixli, EP ******* saylı inzibati xəta haqqında protokola və ona əlavə edilmiş sənədlərə açıq məhkəmə iclasında baxaraq M Ü Ə Y Y Ə N E T D İ: Protokola görə Şəxs MMC 21.000,00 Avro məbləğində olan vəsaiti bank hesabından 28.02.2020-ci il tarixdə Azərbaycan Respublikasından kənara qabaqcadan ödəniş etməklə köçürmüş, lakin ödənişin aparıldığı gündən 02 ildən artıq müddətin keçməsinə baxmayaraq həmin vəsait hesabına alınan malların ölkəyə idxalını təsdiq edən gömrük bəyannaməsi və ya idxal olunan xidmətlərin göstərilməsini təsdiq edən sənədi təqdim etməmiş, qabaqcadan ödənilmiş valyuta vəsaitini xaricdən geri qaytarmamışdır. Məhkəmədə Azərbaycan Respublikası Mərkəzi Bankın nümayəndəsi X5 izahatında göstərdi ki, “Bank VTB (Azərbaycan)” ASC tərəfindən 01.03.2022-ci il tarixli məktubla Mərkəzi Banka ünvanlanmış müraciətdə Şəxs MMC-nin 28.02.2020-ci il tarixdə 21.000,00 Avro məbləğində vəsaiti ödəniş tapşırığına əsasən bankda olan hesabından Azərbaycan Respublikasından kənara qabaqcadan ödəniş etməklə köçürməsi və 02 ildən artıq müddətin keçməsinə baxmayaraq həmin vəsait hesabına alınan malların ölkəyə idxalını təsdiq edən gömrük bəyannaməsini və ya idxal olunan xidmətlərin göstərilməsini təsdiq edən sənədin banka təqdim olunmaması, avans yolu ilə ödənilmiş valyuta vəsaitini xaricdən geri qaytarılmaması göstərilmişdir. Məhkəmədə barəsində icraat aparılan hüquqi şəxs Şəxs MMC-nin nümayəndəsi X3 izahatında göstərdi ki, şirkət avtobus, yük və xüsusi maşınların ölkəyə idxalı və satışı ilə məşğuldur. Bununla əlaqədar müxtəlif xarici şirkətlərlə müqavilələr bağlanılır, sifariş verilmiş maşınlar ölkəyə gətirilir və onların ödənişləri yalnız bundan sonra hissə-hissə aparılır. Həmin hallardan da biri Şəxs MMC ilə Türkiyədə fəaliyyət göstərən “TSM X9 Sanaye ve Ticaret A.Ş.” şirkəti ilə bağlanılmış 10.10.2019-cu il tarixli, 10102019 saylı müqavilədir. Bu müqavilənin ümumi dəyəri “Sumitomo” markalı 2 ekskavator üçün 370.000 Avro təşkil edir. 15.10.2019-cu il tarixli, 2019/0061 saylı proforma invoysa əsasən “Sumitomo” markalı, SH370LHD-6 modelli ekskavator üçün 155.000 Avro, “Sumitomo” markalı, SH490LHD-6 modelli ekskavatora görə isə 215.000 Avro ödənilməli və ödənişlər tərtib edilmiş qrafikə əsasən hissə-hissə həyata keçirlməlidir. Qeyd olunan hər iki ekskavator 02.12.2019-cu il tarixdə ölkəyə gətirilmiş və bununla bağlı müvafiq olaraq **********8847 və **********8774 saylı gömrük bəyannamələri tərtib edilmişdir. Şəxs MMC də həmin qrafikə uyğun olaraq köçürmələri aparmış və 28.02.2020-ci il tarixdə “TSM X9 Sanaye ve Ticaret A.Ş.” şirkətinin hesabına növbəti 21.000 Avro köçürülmüşdür. Sadəcə olaraq ödəniş tapşırığında köçürmə edilən zaman əməliyyatın təyinatında şirkətin işçisi tərəfindən səhvə yol verilərək bu “avans“kimi göstərilmişdir. İş üzrə icraata xitam verilməsini xahiş edir. İşdə olan sənədlərə əsasən: - “Bank VTB (Azərbaycan)” ASC tərəfindən Azərbaycan Respublikası Mərkəzi Bankına göndərilmiş 01.03.2022-ci il tarixli məlumatda Şəxs MMC-nin 28.02.2020-ci il tarixdə 21.000,00 Avro dəyərində vəsaiti xaricə köçürdüyü və 02 il müddətində bu vəsait hesabına alınan malların ölkəyə idxalını təsdiq edən gömrük bəyannaməsi və ya idxal olunan xidmətlərin göstərilməsini təsdiq edən sənədlərin təqdim edilməməsi göstərilmişdir; - Ödəniş sənədinə əsasən Şəxs MMC tərəfindən Türkiyədə fəaliyyət göstərən “TSM X9 Sanaye ve Ticaret A.Ş.” şirkətinin hesabına “Sumitomo” markalı, SH370LHD-6 və SH490LHD-6 modelli iki ekskavatora görə 10.10.2019-cu il tarixli, 10102019 saylı müqavilə ilə bağlı 15.10.2019-cu il tarixli, 2019/0061 saylı proforma invoys üzrə 28.02.2020-ci il tarixdə 21.000,00 Avro məbləğində pul göndərilmişdir; - Şəxs MMC ilə “TSM X9 Sanaye ve Ticaret A.Ş.” şirkəti arasında bağlanılmış 10.10.2019-cu il tarixli, 10102019 saylı müqavilənin predmeti 370.000 Avro dəyərində “Sumitomo” markalı, SH370LHD-6 və SH490LHD-6 modelli iki ekskavator təşkil edir; - “TSM X9 Sanaye ve Ticaret A.Ş.” şirkəti tərəfindən tərtib edilmiş 15.10.2019-cu il tarixli, 2019/0061 saylı proforma invoysa görə “Sumitomo” markalı, SH370LHD-6 modelli ekskavator üçün 155.000 Avro, “Sumitomo” markalı, SH490LHD-6 modelli ekskavatora görə isə 215.000 Avro ödənilməli, ilkin ödəniş 110.000 Avro təşkil edir, daha sonrakı ödənişlər isə 12 ay üzrə aparılmalı, 28.02.2020-ci il tarixdə 21.000 Avro köçürülməlidir; - **********8847 və **********8774 saylı gömrük bəyannamələrinə görə “TSM X9 Sanaye ve Ticaret A.Ş.” şirkəti tərəfindən 10.10.2019-cu il tarixli müqavilə üzrə Şəxs MMC-yə göndərilmiş 215.000 Avro dəyərində “Sumitomo” markalı, SH490LHD-6 modelli və 155.000 dəyərində “Sumitomo” markalı, SH370LHD-6 modelli ekskavatorlar 02.12.2019-cu il tarixdə ölkəyə gətirilmişlər. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 430.4-cü maddəsinə avans yolu ilə ödənilmiş valyuta vəsaitinin müqabilində müəyyən edilmiş müddətlərdə müvafiq mallar idxal edilmədikdə, işlər görülmədikdə və ya xidmətlər göstərilmədikdə ödənilmiş valyuta vəsaitinin xaricdən geri qaytarılmamasına görə məsuliyyət nəzərdə tutur. Azərbaycan Respublikası Mərkəzi X7 28.11.2016-cı il tarixli, 45/1 saylı qərarı ilə təsdiq edilmiş “Azərbaycan Respublikasının rezident və qeyri-rezidentlərinin xarici valyuta əməliyyatlarının aparılması Qaydaları”nın 4.3.1.3-cü bəndinə görə qabaqcadan ödəniş aparıldıqda banka ödənişin təyinatını, şərtlərini və məbləğini əks etdirən sənəd təqdim edilir. Qabaqcadan ödəniş müqabilində malların ölkəyə idxalını (xidmətlərin göstərilməsini) təsdiq edən gömrük bəyannaməsi (xidmətlərin göstərilməsini təsdiq edən sənəd) banka təqdim olunmalıdır və ya xeyrinə qabaqcadan ödənişin edildiyi şəxs və ya üçüncü şəxs tərəfindən qabaqcadan ödənilmiş məbləğ geri qaytarılmalıdır. Müvafiq sənədlər ödənişin aparıldığı gündən ən geci 2 (iki) il müddətində banka təqdim edilmədikdə və ya qabaqcadan ödənilmiş məbləğ geri qaytarılmadıqda və bu zaman idxal edilməyən malların (göstərilməyən xidmətlərin) və ya geri qaytarılmayan məbləğin qalıq dəyəri 10.000 (on min) ABŞ dolları ekvivalenti məbləğindən çox olduqda, bank tərəfindən qabaqcadan ödəniş əməliyyatına dair bütün sənədlər 5 (beş) iş günü ərzində Azərbaycan Respublikasının Mərkəzi Bankına təqdim edilir. Beləliklə məhkəmədə müəyyən olundu ki, Şəxs MMC ilə Türkiyədə fəaliyyət göstərən “TSM X9 Sanaye ve Ticaret A.Ş.” şirkəti arasında “Sumitomo” markalı, SH370LHD-6 və SH490LHD-6 modelli iki ekskavatorun alınmasına dair 370.000 Avro dəyərində 10.10.2019-cu il tarixli, 10102019 saylı müqavilə bağlanılmış, həmin ekskavatorlar 02.12.2019-cu il tarixdə ölkəyə idxal olunmuş, əldə olunmuş razılaşmaya əsasən isə ilkin ödəniş 110.000 Avro olmaqla sonrakı ödənişlər 12 ay üzrə aparılmalı və bununla əlaqədar 28.02.2020-ci il tarixdə də 21.000 Avro köçürülmüşdür. İnzibati Xətalar Məcəlləsinin 3-cü maddəsinə əsasən yalnız bu Məcəllə ilə nəzərdə tutulmuş inzibati xətanın törədilməsində təqsirli hesab edilən və inzibati xəta tərkibinin bütün digər əlamətlərini daşıyan əməli (hərəkət və ya hərəkətsizliyi) törətmiş şəxs inzibati məsuliyyətə cəlb olunur. Həmin Məcəllənin 12.1-ci maddəsinə görə bu Məcəllə ilə qorunan ictimai münasibətlərə qəsd edən, hüquqazidd olan, təqsirli sayılan (qəsdən və ya ehtiyatsızlıqdan törədilən) və inzibati məsuliyyətə səbəb olan əməl (hərəkət və ya hərəkətsizlik) inzibati xəta hesab olunur. Bu Məcəllənin 53.1.1-ci maddəsinin tələbinə görə inzibati xəta hadisəsi olmadıqda inzibati xətalar haqqında işlər üzrə icraat başlanıla bilməz, başlanmış icraata isə xitam verilir. Qeyd edilən Məcəllənin 105.1-ci maddəsinə görə bu Məcəllənin 53-cü maddəsində nəzərdə tutulmuş hallardan hər hansı biri olduqda, icraatında inzibati xəta haqqında iş olan hakim və ya səlahiyyətli orqan (vəzifəli şəxs) inzibati xəta haqqında işin icraatına xitam verilməsi haqqında qərar qəbul edir. Məhkəmə göstərilənləri nəzərdən keçirərək hesab edir ki, hazırkı iş üzrə inzibati xəta hadisəsi olmadığından Şəxs MMC barəsində başlanılmış iş üzrə icraata xitam verilməlidir. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 40-cı, 43-cü, 48-50-ci, 114-115-ci və 128-130-cu maddələrini rəhbər tutaraq məhkəmə Q Ə R A R A A L D İ: Şəxs MMC barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 430.4cü maddəsi ilə başlanılmış inzibati xəta haqqında iş üzrə icraata xitam verilsin. Qərardan, onun surəti rəsmi qaydada verildiyi vaxtdan 10 (on) gün müddətində Bakı şəhəri Nəsimi Rayon Məhkəməsi vasitəsilə Bakı Apellyasiya Məhkəməsinə şikayət verilə bilər. Hakim Babək Pənahov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar