Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 3(006)-1488/2022 19.05.2022 BAKI ŞƏHƏRİ NƏSİMİ RAYON MƏHKƏMƏSİ Hakim Tağıyev Azər Heydər oğlunun sədrliyi, Lətifov Vəli Abdurəşid oğlunun katibliyi, Azərbaycan Respublikasının Mərkəzi Bankının nümayəndəsi X1, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan hüquqi şəxs «PİMAK PROFESYONEL MUTFAK LİMİTED ŞİRKƏTİ»nin Azərbaycan Respublikasındakı Nümayəndəliyinin direktoru X2 iştirakları ilə, «PİMAK PROFESYONEL MUTFAK LİMİTED ŞİRKƏTİ»nin Azərbaycan Respublikasındakı Nümayəndəliyinin Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 430.4-cü maddəsi ilə nəzərdə tutulmuş inzibati xətanı törətməsinə dair materiala açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: «PİMAK PROFESYONEL MUTFAK LİMİTED ŞİRKƏTİ»nin Azərbaycan Respublikasındakı Nümayəndəliyinin Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 430.4-cü maddəsi ilə nəzərdə tutulmuş inzibati xətanı törətməsinə dair 06.04.2022-ci il tarixli EP № ******* saylı inzibati xəta haqqında protokol və ona əlavə edilmiş sənədlər Nəsimi Rayon Məhkəməsinə daxil olmuşdur. İnzibati xəta haqqında protokola əsasən «PİMAK PROFESYONEL MUTFAK LİMİTED ŞİRKƏTİ»nin Azərbaycan Respublikasındakı Nümayəndəliyi 13.507,20 ABŞ dolları məbləğində vəsaiti 24.02.2020-ci il tarixdə xaricə köçürmüş və 2 il müddət keçsə də, 13.507,20 ABŞ dolları məbləğində vəsait hesabına alınan malları (xidməti) ölkəyə idxal etməmişdir. İnzibati xəta 25.02.2022-ci il tarixdə hüquqi şəxsin qeyd olunan ünvanında törədilmişdir. Bununla da, «PİMAK PROFESYONEL MUTFAK LİMİTED ŞİRKƏTİ»nin Azərbaycan Respublikasındakı Nümayəndəliyi Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 430.4-cü maddəsi ilə nəzərdə tutulmuş inzibati xətanı törətmişdir. Məhkəmə iclasında iştirak edən Azərbaycan Respublikasının Mərkəzi Bankının nümayəndəsi O.R.Xaspoladov «PİMAK PROFESYONEL MUTFAK LİMİTED ŞİRKƏTİ»nin Azərbaycan Respublikasındakı Nümayəndəliyinin barəsində olan inzibati iş üzrə icraata xitam verilməsinə etiraz etmədiyini bildirmişdir. Bundan başqa, Azərbaycan Respublikasının Mərkəzi Bankının nümayəndəsi O.R.Xaspoladov məhkəmə iclasında ona verilmiş suallara cavab olaraq bildirmişdir ki, hazırda «PİMAK PROFESYONEL MUTFAK LİMİTED ŞİRKƏTİ»nin Azərbaycan Respublikasındakı Nümayəndəliyinin direktoru tərəfindən məhkəməyə təqdim edilən sənədlərə əsasən şirkətin əməlində inzibati xəta hadisəsinin olmadığı müəyyən edilir. Həmçinin bildirmişdir ki, sifariş edilən mallar qanunla müəyyən edilmiş müddətdə ölkəyə idxal edilmiş və həmin sənədlər şirkətin barəsində inzibati xəta haqqında protokol tərtib edilərkən Mərkəzi Banka təqdim edilməmişdir. Məhkəmə iclasında iştirak edən barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan hüquqi şəxs «PİMAK PROFESYONEL MUTFAK LİMİTED ŞİRKƏTİ»nin Azərbaycan Respublikasındakı Nümayəndəliyinin direktoru X4 bildirmişdir ki, o, avadanlıq almaq məqsədi ilə 24.02.2020-ci il tarixdə 13.507,20 ABŞ dolları məbləği Rusiya Federasiyası, Krasnodar Vilayətində yerləşən Kupeçeskiy şirkətinin hesabına köçürmüş, sonradan həmin şirkətin saxta olduğunu bilmişdir. Bununla bağlı Rusiya Federasiyasının Daxili İşlər Nazirliyinə məktub göndərilmişdir. Daha sonra "xxxx" ASC-nin Nəsimi Filialının rəhbərliyinə müraciət edərək şirkətin hesabından 13.507,20 ABŞ dolları məbləğində olan pulu geri qaytarılmasını xahiş etmişdir. Həmçinin “BSC Consulting & Outsourcing Company” şirkətinə müraciət edərək göndərilmiş pulun geri qaytarılmasına köməklik edilməsini xahiş etmişdir. Bundan başqa, o bildirmişdir ki, sifariş etdiyi malları "xxxx" şirkətinə satacaqdı. Həmin sənədləri məhkəməyə təqdim edir. Həmin şirkət dələduzluq etmişdir. Göründüyü kimi, «PİMAK PROFESYONEL MUTFAK LİMİTED ŞİRKƏTİ»nin Azərbaycan Respublikasındakı Nümayəndəliyinə istinad edilən inzibati xəta hadisəsi yoxdur. Göstərilənləri nəzərə alaraq, «PİMAK PROFESYONEL MUTFAK LİMİTED ŞİRKƏTİ»nin Azərbaycan Respublikasındakı Nümayəndəliyi-nin barəsində başlanılmış inzibati iş üzrə icraata xitam verilməsini məhkəmədən xahiş etmişdir. Məhkəmə proses iştirakçılarının izahatlarını dinləyib, toplanmış sübutlara məcmu halda hüquqi qiymət verərək hesab edir ki, «PİMAK PROFESYONEL MUTFAK LİMİTED ŞİRKƏTİ»nin Azərbaycan Respublikasındakı Nümayəndəliyi-nin barəsində Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 430.4-cü maddəsi ilə olan inzibati xəta haqqında iş üzrə icraata xitam verilməlidir. Belə ki, iş materiallarına əlavə edilmiş 06.12.2017-ci il tarixli, № 1 saylı müqavilədən görünür ki, «PİMAK PROFESYONEL MUTFAK LİMİTED ŞİRKƏTİ»nin Azərbaycan Respublikasındakı Nümayəndəliyi ilə "xxxx" MMC arasında alqı-satqı müqaviləsi imzalanmışdır. İş materiallarına əlavə edilmiş 21.01.2020-ci il tarixli, № 11 saylı müqavilədən görünür ki, «PİMAK PROFESYONEL MUTFAK LİMİTED ŞİRKƏTİ»nin Azərbaycan Respublikasındakı Nümayəndəliyi ilə Rusiya Federasiyasının “ Kupeçeskiy” şirkəti arasında alqı-satqı müqaviləsi imzalanmışdır. İş materiallarına əlavə edilmiş «PİMAK PROFESYONEL MUTFAK LİMİTED ŞİRKƏTİ»nin Azərbaycan Respublikasındakı Nümayəndəliyi tərəfindən "xxxx" ASC-nin Nəsimi filialına ünvanlanmış 16.04.2020-ci il tarixli məktubdan görünür ki, 21.02.2020-ci il tarixində «PİMAK PROFESYONEL MUTFAK LİMİTED ŞİRKƏTİ»nin Azərbaycan Respublikasındakı Nümayəndəliyinin (VÖEN: **********) ******************** saylı hesabından ödənilmiş 13.507,20 USD məbləğin geri qaytarılması xahiş edilmişdir. İş materiallarına əlavə edilmiş 04.05.2022-ci il tarixli aktdan görünür ki, "xxxx" MMCnin əməkdaşları radiooperator X.X.Soltanov və kuryer Z.N.Nağıyev öz imzaları ilə təsdiq edirik ki, 04.06.2021-ci il tarixdə «PİMAK PROFESYONEL MUTFAK LİMİTED ŞİRKƏTİ» tərəfindən Rusiya Federasiyası, Krasnodar vilayətinin Daxili İşlər Nazirliyinə məktub göndərilmişdir. İş materiallarına əlavə edilmiş 04.05.2022-ci il tarixli aktdan görünür ki, "xxxx" MMCnin əməkdaşları radiooperator X.X.Soltanov və kuryer Z.N.Nağıyev öz imzaları ilə təsdiq edirik ki, 04.06.2021-ci il tarixdə «PİMAK PROFESYONEL MUTFAK LİMİTED ŞİRKƏTİ» tərəfindən Rusiya Federasiyası, Krasnodar vilayəti, Vişnyovskiy küçəsi, ev 3 ünvanında yerləşən Kupeçeskiy şirkətinə məktub göndərilmişdir. İş materiallarına əlavə edilmiş 04.05.2022-ci il tarixli elektron poçt ünvanından göndərilmiş məktubdan görünür ki, «PİMAK PROFESYONEL MUTFAK LİMİTED ŞİRKƏTİ»nin Azərbaycan Respublikasındakı Nümayəndəliyinin 21.02.2020-ci il tarixində USD hesabından TD Kupecheskiy şirkətinə köçürdükləri 13507.2 USD geri qaytarılmasında köməklik göstərilməsi xahiş edilmiş və TD Kupecheskiy şirkətinin saxta şirkət olması qeyd edilmişdir. İş materillarına əlavə edilmiş 04.05.2022-ci il tarixli internetdən çıxarışdan görünür ki, Rusiya Federasiyası, Krasnodar Vilayətində yerləşən Kupeçeskiy şirkəti dələduzluq edir, sifariş edilən malların göndərilməsini müqavilələrində qeyd etsələr də sifarişin göndəriləcəyi vaxt zavodda hər hansı avadanlığın işlək olmaması səbəbindən xammal ala bilmədiklərini və sifariş edilən malları göndərə bilmədiklərini qeyd edirlər. Həmin şirkət qara zavodların siyahısındadır. Beləliklə, məhkəmə iclasında müəyyən edilmişdir ki, «PİMAK PROFESYONEL MUTFAK LİMİTED ŞİRKƏTİ»nin Azərbaycan Respublikasındakı Nümayəndəliyi tərəfindən 24.02.2020-ci il tarixdə 13.507,20 ABŞ dolları məbləğində vəsait ödəniş tapşırığına əsasən Rusiya Federasiyası, Krasnodar Vilayətində yerləşən Kupeçeskiy şirkətinin hesabına köçürülmüş, daha sonra «PİMAK PROFESYONEL MUTFAK LİMİTED ŞİRKƏTİ»nin tərəfindən xarici şirkətin saxta şirkət olması aşkarlanmış, xaricə köçürülmüş məbləğin geri qaytarılması üçün "xxxx" ASC-nin Nəsimi filialına və Rusiya Federasiyası, Krasnodar vilayətinin Daxili İşlər Nazirliyinə müraciət edilmişdir. Məhkəmə qeyd edir ki, hazırki iş üzrə avans yolu ilə ödənilmiş valyuta vəsaitinin müqabilində müəyyən edilmiş müddətdə müvafiq malların ölkəyə idxal edilməməsi və ya ödənilmiş məbləğin ölkə ərazisinə geri qaytarılmaması «PİMAK PROFESYONEL MUTFAK LİMİTED ŞİRKƏTİ»nin Azərbaycan Respublikasındakı Nümayəndəliyindən asılı olmamışdır. Buna görə də məhkəmə hesab edir ki, «PİMAK PROFESYONEL MUTFAK LİMİTED ŞİRKƏTİ»nin Azərbaycan Respublikasındakı Nümayəndəliyinin əməlində Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 430.4-cü maddəsində nəzərdə tutulmuş inzibati xəta hadisəsi yoxdur. Belə ki, Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 430.4-cü maddəsinə əsasən, avans yolu ilə ödənilmiş valyuta vəsaitinin müqabilində müəyyən edilmiş müddətlərdə müvafiq mallar idxal edilmədikdə, işlər görülmədikdə və ya xidmətlər göstərilmədikdə ödənilmiş valyuta vəsaitinin xaricdən geri qaytarılmamasına görə - vəzifəli şəxslər inzibati xətanın bilavasitə obyekti olmuş valyuta vəsaiti məbləğinin on faizindən iyirmi faizinədək məbləğdə, hüquqi şəxslər inzibati xətanın obyekti olmuş valyuta vəsaiti məbləğinin iyirmi faizindən otuz faizinədək məbləğdə cərimə edilir. Həmin Məcəllənin 3-cü maddəsinə əsasən, yalnız bu Məcəllə ilə nəzərdə tutulmuş inzibati xətanın törədilməsində təqsirli hesab edilən və inzibati xəta tərkibinin bütün digər əlamətlərini daşıyan əməli (hərəkət və ya hərəkətsizliyi) törətmiş şəxs inzibati məsuliyyətə cəlb olunur. Həmin Məcəllənin 8.1-ci maddəsinə əsasən, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin təqsiri bu Məcəllədə nəzərdə tutulmuş qaydada sübuta yetmədikdə və bu, inzibati xəta haqqında iş üzrə icraata baxmış hakimin, səlahiyyətli orqanın (vəzifəli şəxsin) qüvvəyə minmiş qərarı ilə müəyyən edilmədikdə o, təqsirsiz hesab edilir. Həmin Məcəllənin 8.2-ci maddəsinə əsasən, inzibati məsuliyyətə cəlb olunmuş şəxs öz təqsirsizliyini sübut etməyə borclu deyildir. Həmin Məcəllənin 8.3-cü maddəsinə əsasən, inzibati məsuliyyətə cəlb olunan şəxsin təqsirli olması barəsində şübhələr onun xeyrinə həll edilir. Həmin Məcəllənin 53.1.1-ci maddəsinə əsasən inzibati xəta hadisəsi olmadıqda inzibati xətalar haqqında işlər üzrə icraat başlanıla bilməz, başlanmış icraata isə xitam verilir. Həmin Məcəllənin 105.1-ci maddəsinə əsasən həmin Məcəllənin 53-cü maddəsində nəzərdə tutulmuş hallardan hər hansı biri olduqda, icraatında inzibati xəta haqqında iş olan hakim və ya səlahiyyətli orqan (vəzifəli şəxs) inzibati xəta haqqında işin icraatına xitam verilməsi haqqında qərar qəbul edir. Həmin Məcəllənin 109.2-ci maddəsinə əsasən, bu Məcəllənin 53 və 104.1-ci maddələrində nəzərdə tutulmuş hallar olduqda inzibati xəta haqqında iş üzrə icraata xitam verilməsi və ya inzibati xəta haqqında iş üzrə icraatın dayandırılması barədə qərar qəbul edilir. Beləliklə, məhkəmə hesab edir ki, hazırki iş üzrə barəsində inzibati xəta haqqında protokol tərtib edilmiş hüquqi şəxsə münasibətdə təqsirli sayılan (qəsdən və ya ehtiyatsızlıqdan törədilən) və inzibati məsuliyyətə səbəb olan əməl (hərəkət və ya hərəkətsizlik) mövcud deyildir. Ona görə də, «PİMAK PROFESYONEL MUTFAK LİMİTED ŞİRKƏTİ»nin Azərbaycan Respublikasındakı Nümayəndəliyi barəsində Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 430.4-cü maddəsi ilə başlanılmış inzibati iş üzrə icraata xitam verilməlidir. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 40, 43, 48-51, 114-117, 128-130 və 430.4-cü maddələrini rəhbər tutaraq, məhkəmə QƏRARA ALDİ: «PİMAK PROFESYONEL MUTFAK LİMİTED ŞİRKƏTİ»nin Azərbaycan Respublikasındakı Nümayəndəliyi barəsində Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 430.4-cü maddəsi ilə başlanılmış inzibati iş üzrə icraata inzibati xəta hadisəsi olmadığından xitam verilsin. Qərarın surəti təqdim edildiyi və ya alındığı gündən 10 (on) gün müddətində Bakı Apelyasiya Məhkəməsinə apelyasiya şikayəti verilə bilər. Hakim: Azər Tağıyev
Məhkəmə qərarları › İş №3(006)-1488/2022
Bakı Şəhəri Nəsimi Rayon Məhkəməsi Qərar — İş №3(006)-1488/2022
19.05.2022 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver