Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 3(006)-1489/2024 18.04.2024 BAKI ŞƏHƏRİ NƏSİMİ RAYON MƏHKƏMƏSİ Bakı şəhəri, Nəsimi rayon məhkəməsinin hakimi Hüseynov Elməddin Mirpaşa oğlunun sədrliyi, məhkəmə iclas katibi Mustafayeva İlhamə Mövlan qızının katibliyi, protokolu tərtib etmiş Bakı şəhəri Nəsimi rayon X4 Şöbəsinin baş inspektoru X1, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan Şəxs iştirakları ilə xx.xx.1980-ci ildə Bakı şəhərində doğulmuş, Azərbaycan Respublikası vətəndaşı, orta təhsilli, evli, fərdi əməklə məşğul olan, Bakı şəhəri, Nəsimi rayonu, S.Rüstəm küçəsi, ev 16, mənzil 4-də qeydiyyatda olmaqla yaşayan Şəxs barəsində Azərbaycan Respublikası DİN Bakı şəhəri Nəsimi rayon Polis İdarəsi tərəfindən daxil olmuş inzibati xəta haqqında materiallara baxaraq məhkəmə müəyyən etdi: Şəxs nəqliyyat vasitəsini idarə etmək hüququ olmadan 16 aprel 2024-cü il tarixdə idarə etdiyi «VAZ 21074 Minik» markalı **-ZP-*** dövlət nömrə nişanlı avtomaşınla Nəsimi rayonu, Moskva prospektində (Bravo marketin duracağı) hərəkətə başlayarkən sağdan düzünə hərəkətdə olan “Kia” markalı, **-PX-*** dövlət nömrə nişanlı avtomobillə toqquşmuş və toqquşma nəticəsində sonuncuya maddi zərərin yetirilməsinə səbəb olan yol-nəqliyyat hadisəsi törətmişdir. Məhkəmə iclasında barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan Şəxs özünü təqsirli bilərək verdiyi izahatında göstərmişdir ki, 16 aprel 2024-cü il tarixdə o idarə etdiyi «VAZ 21074 Minik» markalı **-ZP-*** dövlət nömrə nişanlı avtomaşınla Nəsimi rayonu, Moskva prospektində (Bravo marketin duracağı) hərəkətə başlayarkən sağdan düzünə hərəkətdə olan “Kia” markalı, **-PX-*** dövlət nömrə nişanlı avtomobillə toqquşmuşdur. Hadisə nəticəsində “Kia” markalı, **-PX-*** dövlət nömrə nişanlı nəqliyyat vasitəsinə maddi ziyan dəymişdir. Onun sürücülük vəsiqəsinin müddətinin bitməsindən xəbəri olmamışdır. Qeyd olunanları nəzərə alaraq barəsində daha yüngül cəza təyin edilməsini xahiş etmişdir. Məhkəmə iclasında inzibati xəta haqqında protokolu tərtib etmiş X2 izahatında bildirmişdir ki, Şəxs nəqliyyat vasitəsini idarə etmək hüququ olmadan 16 aprel 2024-cü il tarixdə «VAZ 21074 Minik» markalı **-ZP-*** dövlət nömrə nişanlı avtomaşınla Nəsimi rayonu, Moskva prospektində (Bravo marketin duracağı) hərəkətə başlayarkən sağdan düzünə hərəkətdə olan “Kia” markalı, **-PX-*** dövlət nömrə nişanlı avtomobillə toqquşmuş və toqquşma nəticəsində Kia” markalı, **-PX-*** dövlət nömrə nişanlı avtomobilə maddi zərərin yetirilməsinə səbəb olan yol-nəqliyyat hadisəsi törətmişdir. Bu səbəbdən də Şəxs barəsində inzibati xəta haqqında protokol tərtib edilərək baxılması üçün aidiyyətı üzrə məhkəməyə göndərilmişdir. Məhkəmə barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsi və inzibati xəta haqqında protokolu tərtib etmiş şəxsi dinləyib, inzibati xəta haqqında iş üzrə materialları araşdırıb, sübutlara qiymət verərək hesab edir ki, Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 332.4-cü maddəsində nəzərdə tutulmuş əməli törətməsi özünün etirafı, Bakı şəhəri Nəsimi rayon X4 Şöbəsinin baş inspektoru X2 tərəfindən tərtib edilmiş 18 aprel 2024-cü il tarixli, İXP ******* nömrəli inzibati xəta haqqında protokol və digər iş materialları ilə sübuta yetirilir. Məhkəmə inzibati xəta törətmiş şəxs Şəxs əməlindən səmimi peşman olmasını yüngülləşdirən hal kimi nəzərə alır. Məhkəmədə inzibati xəta törətmiş şəxs Şəxs məsuliyyətini ağırlaşdıran hallar müəyyən edilmədi. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 9.1-ci maddəsinin tələbinə əsasən inzibati xəta törətmiş şəxs haqqında tətbiq edilən tənbeh ədalətli olmalıdır, yəni inzibati xətaların xarakterinə, onun törədilməsi hallarına uyğun, qanuni və əsaslı olmalıdır. Həmin Məcəllənin 21-ci maddəsinin tələbinə görə inzibati tənbeh məsuliyyət tədbiridir və inzibati xəta törədən şəxsi qanunlara əməl edilməsi ruhunda tərbiyələndirmək, habelə həm inzibati xəta törətmiş şəxs, həm də başqa şəxslər tərəfindən yeni inzibati xəta törədilməsinin qarşısını almaq məqsədi daşıyır. Həmin Məcəllənin 31.2-ci maddəsinin tələbinə əsasən fiziki və ya vəzifəli şəxslər barəsində inzibati tənbeh tətbiq edilərkən xətanın xarakteri, inzibati xəta törədən şəxsin şəxsiyyəti, onun təqsirinin dərəcəsi, əmlak vəziyyəti, habelə məsuliyyəti yüngülləşdirən və ağırlaşdıran hallar nəzərə alınır. Məhkəmə inzibati tənbeh tədbiri tətbiq edərkən inzibati xətanın xarakterini, təqsirin dərəcəsini, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin şəxsiyyətini və işin digər hallarını nəzərə alaraq hesab edir ki, Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 332.4-cü maddəsinin sanksiyasında nəzərdə tutulan cərimə növündə inzibati cəzanın tətbiq edilməsi məqsədə müvafiqdir. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 43, 49-51, 114-115, 117, 129 və 130-cu maddələrini rəhbər tutaraq məhkəmə q ə r a r a a l d ı: Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 332.4-cü maddəsində nəzərdə tutulmuş inzibati xətanın törətməkdə təqsirli bilinib, 500 (beş yüz) manat miqdarında inzibati qaydada cərimə edilsin. Qərarın surəti rəsmi qaydada alındığı gündən 10 (on) gün müddətində Bakı Apellyasiya Məhkəməsinə Nəsimi Rayon Məhkəməsi vasitəsi ilə şikayət verilə bilər. Hakim: Elməddin Hüseynov
Məhkəmə qərarları › İş №3(006)-1489/2024
Bakı Şəhəri Nəsimi Rayon Məhkəməsi Qərar — İş №3(006)-1489/2024
18.04.2024 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver