Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 3(006)-1496/2022 22.04.2022 BAKI ŞƏHƏRİ NƏSİMİ RAYON MƏHKƏMƏSİ Bakı şəhəri Nəsimi rayon Məhkəməsinin hakimi Hüseynov Elməddin Mirpaşa oğlunun sədrliyi, məhkəmə iclas katibi Mustafayeva İlhamə Mövlan qızının katibliyi, protokolu tərtib edən şəxs Bakı şəhər Nəsimi rayon Polis İdarəsinin 19-cu Polis Şöbəsinin sahə inspektoru X1, Zərərçəkmiş şəxs, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs iştirakları ilə, xx.xx.1999-cu ildə Bakı şəhərində anadan olmuş, Azərbaycan Respublikası vətəndaşı, subay, orta təhsilli, işləməyən, ünvan 1 ünvanında qeydiyyatda olan və yaşayan Şəxs barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 227-ci maddəsi üzrə Bakı şəhər Nəsimi Rayon Polis İdarəsinin 19-cu Polis Şöbəsi tərəfindən tərtib olunmuş 22 aprel 2022-ci il tarixli, MN ******* saylı inzibati xəta haqqında protokola və ona əlavə edilmiş sənədlərə açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: Şəxs 09 aprel 2022-ci il tarixdə ünvan 2 ünvanında yerləşən «Zeytun» adlı aptekə daxil olaraq satıcıya 40 manat dəyərində dərman preparatları yığdırmış, daha sonra satıcıya 200 manat pul verəcəyini deyərək 160 manat pulunu almış və 2-3 dəqiqəlik çölə çıxıb qayıdacağını bildirməklə oradan uzaqlaşmış, bununla da, Zərərçəkmiş şəxs etibarından suiistifadə etməklə dələduzluq yolu ilə 160 manat pulunu ələ keçirmişdir. Bakı şəhər Nəsimi Rayon Polis İdarəsinin 19-cu Polis Şöbəsinin sahə inspektoru X2 izahatında göstərmişdir ki, 09.04.2022-ci il tarixdə Zərərçəkmiş şəxs Daxili İşlər Nazirliyinin 102 xidmətinə zəng vuraraq və Bakı şəhəri Nəsimi rayon Polis İdarəsinin 19-cu Polis Şöbəsinə müraciət edərək, 09 aprel 2022-ci il tarixdə ünvan 2 ünvanında yerləşən «Zeytun» adlı aptekdə satıcı olaraq fəaliyyət göstərərkən Şəxs aptekə gələrək 40 manatlıq dərman preparatlarını yığdırdığını, daha sonra zərərçəkmiş şəxsə 200 manat pul verəcəyini deyərək etibardan sui-istifadə etməklə 160 manat pul aldığını və 2-3 dəqiqəyə qayıdacağını deyərək ərazidən uzaqlaşmaqla dələduzluq etməsi barədə məlumat vermişdir. Bundan sonra aparılmış əməliyyat tədbirləri nəticəsində barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs oğurluq əməlini törətməsi müəyyən olunmuşdur. Daha sonra polis əməkdaşları tərəfindən Şəxs saxlanılaraq şöbəyə gətirilmiş və barəsində inzibati xəta haqqında protokol tərtib edilərək aidiyyəti üzrə Nəsimi rayon məhkəməsinə göndərilmişdir. Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan Şəxs məhkəmə iclasında verdiyi izahatında göstərmişdir ki, o, 09 aprel 2022-ci il tarixdə ünvan 2 ünvanında yerləşən «Zeytun» adlı aptekə gəlib satıcı olaraq fəaliyyət göstərən Zərərçəkmiş şəxs 40 manatlıq dərman preparatlarını yığdırmış, daha sonra ödəniş üçün kartı zərərçəkmiş şəxsə vermiş, lakin kartda pul olmadığı məlum olmuşdur. O, satıcıya aldığı dərmanların pulunu nağd şəkildə ödəmək üçün 200 manatlıq əskinas vermiş, satıcı həmin puldan 40 manat dərmanların pulunu çıxdıqdan sonra ona 160 manat qaytarmışdır. Ondan sonra o, dərmanları götürüb apteki tərk etmişdir. Sonradan isə satıcı onun barəsində polisə şikayət verərək pulunun onun tərəfindən aldadılaraq götürüldüyünü bildirmişdir. Hal-hazırda zərərçəkmiş şəxslə barışdığını, ona dəymiş ziyanı tam olaraq ödədiyini bildirərək, iş üzrə icraata xitam verilməsini xahiş etdi. Məhkəmə iclasında Zərərçəkmiş şəxs verdiyi izahatında göstərmişdir ki, o, 09 aprel 2022-ci il tarixdə ünvan 2 ünvanında yerləşən «Zeytun» adlı aptekdə satıcı olaraq fəaliyyət göstərərkən müştəri qismində aptekə daxil olan Şəxs 40 manatlıq dərman preparatlarını ona yığdırmış, daha sonra ödəniş üçün kartı təqdim etsə də, kartda pul olmadığı məlum olmuşdur. Şəxs ona 160 manat pul verməsini xahiş etmiş və dostundan 200 manat alaraq ona verəcəyini bildirmişdir. O, Şəxs 160 manat pul vermiş, lakin sonuncu aptekdən çıxaraq 2-3 dəqiqəyə qayıdacağını bildirsə də, geri qayıtmamışdır. Bundan sonra hadisə barədə DİN-nin 102 xidmətinə məlumat vermişdir. Hal-hazırda ona dəymiş zərərin Şəxs tərəfindən ödənildiyini, onunla barışdığını, ona qarşı heç bir şikayət və tələbinin olmadığını bildirərək, sonuncu barəsində olan inzibati xəta haqqında iş üzrə icraata xitam verilməsini məhkəmədən xahiş etdi. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 76.1-ci maddəsinə əsasən inzibati xətanın olub-olmamasını, inzibati xəta törədən şəxsin təqsirini və işin düzgün həlli üçün əhəmiyyətli olan digər halları müəyyən etməkdən ötrü hakimin, səlahiyyətli orqanın (vəzifəli şəxsin) əsaslana bildiyi hər cür faktik məlumatlar inzibati xətalar haqqında işlər üzrə sübutlar sayılır. Bu məlumatlar maddi sübutlarla, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin, zərərçəkmiş şəxslərin, şahidlərin izahatları ilə, digər sənədlərlə, xüsusi texniki vasitələrin göstəriciləri ilə, ekspertin rəyi ilə, inzibati xəta haqqında protokolla, bu Məcəllə ilə müəyyən edilmiş digər protokollarla müəyyən edilir. Qeyd olunan Məcəllənin 84.1-ci maddəsinə əsasən inzibati xətalar haqqında işlərə baxan hakim, kollegial orqanın üzvü, vəzifəli şəxs işin bütün hallarının məcmusunun hərtərəfli, tam və obyektiv surətdə baxılmasına əsaslanan öz daxili inamı ilə sübutları qiymətləndirir. İş materiallarında olan Nəsimi rayon Polis İdarəsinin 19-cu Polis Şöbəsinin təhqiqatçısı Rəşad İmanverdiyev tərəfindən qəbul edilmiş 18.04.2022-ci il tarixli qərardan görünür ki, Şəxs 09 aprel 2022-ci il tarixdə ünvan 2 ünvanında yerləşən «Zeytun» adlı aptekə daxil olaraq satıcıya 40 manat dəyərində dərman preparatları yığdırması, daha sonra satıcıya 200 manat pul verəcəyini deyərək 160 manat pulunu alması və 2-3 dəqiqəlik çölə çıxıb qayıdacağını bildirməklə oradan uzaqlaşması, bununla da, Zərərçəkmiş şəxs etibarından sui-istifadə etməklə dələduzluq yolu ilə 160 manat pulunu ələ keçirməsi faktına görə cinayət işinin başlanılması rədd edilmişdir. Məhkəmə iclasında Zərərçəkmiş şəxs tərəfindən təqdim olunmuş ərizədən görünür ki, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs ilə barışmışdır, ona dəymiş ziyan tam olaraq ödənilmişdir. Bu səbəbdən Şəxs qarşı şikayət və tələbi yoxdur. Məhkəmə Nəsimi Rayon Polis İdarəsinin 19-cu Polis Şöbəsinin sahə inspektoru X2 tərəfindən tərtib edilmiş 22 aprel 2022-ci il tarixli, MN ******* saylı inzibati xəta haqqında protokolu nəzərdən keçirib, məhkəmə iclasında iştirak edən şəxsləri dinləyib, iş materiallarını araşdıraraq hesab edir ki, Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 227-ci maddəsində nəzərdə tutulan əməli törətməsi toplanmış sübutlarla təsdiqini tapır. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 3-cü maddəsinə əsasən yalnız bu Məcəllə ilə nəzərdə tutulmuş inzibati xətaların törədilməsində təqsirli hesab edilən və inzibati xəta tərkibinin bütün digər əlamətlərini daşıyan əməli (hərəkət və hərəkətsizlik) törətmiş şəxs inzibati məsuliyyətə cəlb olunur və tənbeh edilir. Həmin Məcəllənin 12-ci maddəsinə əsasən həmin Məcəllə ilə qorunan ictimai münasibətlərə qəsd edən, hüquqazidd olan, təqsirli sayılan (qəsdən və ehtiyatsızlıq üzündən törədilən) və inzibati məsuliyyətə səbəb olan əməl (hərəkət və ya hərəkətsizlik) inzibati xəta hesab olunur. Qeyd olunan Məcəllənin 227-ci maddəsi xırda talama, yəni oğurlama, mənimsəmə, israfçılıq, qulluq mövqeyindən sui-istifadə və ya dələduzluq yolu ilə özgəsinin əmlakını talamağa görə inzibati məsuliyyəti müəyyən edir. Həmin maddənin “Qeyd” hissəsinə əsasən bu Məcəllənin 227-ci maddəsi həmin maddədə göstərilən əməllər Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin müvafiq maddələrinə əsasən cinayət məsuliyyətinə səbəb olmadıqda tətbiq edilir. Məhkəmə hesab edir ki, Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 227-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətməkdə təqsirli olsa da, zərərçəkmiş şəxslə barışdığından və zərərçəkmiş şəxsin vurulmuş ziyanla bağlı şikayət və tələbi olmadığından barəsində olan inzibati xəta haqqında iş üzrə icraata xitam verilməlidir. Belə ki, Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 39.2-ci maddəinə əsasən bu Məcəllənin 227-ci maddəsində nəzərdə tutulmuş inzibati xəta haqqında iş üzrə icraat zamanı inzibati xəta törətmiş şəxs vurulmuş ziyanı tamamilə ödədikdə və zərər çəkmiş şəxslə barışdıqda inzibati iş üzrə icraata xitam verilir. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 39, 49-51, 115 və 128-129-cu maddələrini rəhbər tutaraq, məhkəmə QƏRARA ALDİ: Şəxs barəsində Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 227-ci maddəsi ilə olan inzibati xəta haqqında iş üzrə icraata xitam verilsin. Qərar təqdim edildiyi və ya alındığı gündən 10 (on) gün müddətində ondan Bakı şəhəri Nəsimi rayon məhkəməsi vasitəsilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və ya protesti verilə bilər. Hakim: Elməddin Hüseynov
Məhkəmə qərarları › İş №3(006)-1496/2022
Bakı Şəhəri Nəsimi Rayon Məhkəməsi Qərar — İş №3(006)-1496/2022
22.04.2022 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver