Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № 3(006)-1497/2021 29.06.2021 BAKI ŞƏHƏRİ NƏSİMİ RAYON MƏHKƏMƏSİ Hakim: Pənahov Babək Əkbər oğlunun sədrliyi Məhkəmə iclasının katibi: X2 iştirakı ilə xx.xx.1962-ci ildə Ermənistan Respublikası, Quqark rayonunda anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı (FİN: xxxxxxx), Bakı şəhəri, Xəzər rayonu, Qala qəsəbəsi, Qala küçəsi, ev 2A-da qeydiyyatda olan Şəxs barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 327.8-ci maddəsi üzrə tərtib olunmuş 12.06.2021-ci il tarixli, AP ******* saylı inzibati xəta haqqında protokola və ona əlavə edilmiş materiala açıq məhkəmə iclasında baxaraq məhkəmə MÜƏYYƏN ETDİ: Təqdim olunmuş sənədlərə əsasən Şəxs 05.03.2021-ci il tarixdə, saat 19:20 radələrində Azərbaycan Respublikası Səhiyyə Nazirliyinin TTYS-yə məxsus, yol vərəqəsi əsasında idarə etdiyi “Mercedes-Benz Vito” markalı, **-JD-*** dövlət qeydiyyat nişanlı nəqliyyat vasitəsi ilə Bakı şəhəri, Nəsimi rayonu, R.Behbudov küçəsi ilə Bakıxanov küçəsi istiqamətində hərəkətdə olan zaman orta zolaqdan yolun sağ hərəkət zolağını, oradan da avtobusların hərəkəti üçün nəzərdə tutulmuş hərəkət zolağına manevr edərkən sağ birinci zolaqda hərəkətdə olan, Zərərçəkmiş şəxs1 idarə etdiyi “Karsan Atak” markalı, **-JK-*** dövlət qeydiyyat nişanlı avtobusun yoluna çıxmış və avtomobilin ön sağ bufer hissəsi ilə avtobusun ön sol təkər ətrafı hissəsinə sürtünüb toqquşmuş, nəticədə Zərərçəkmiş şəxs1 yüngül dərəcəli bədən xəsarətləri, X3, Zərərçəkmiş şəxs3 və Zərərçəkmiş şəxs4 isə dərəcələri təyin edilməyən xəsarətlər almışlar. Faktla bağlı Bakı şəhər Nəsimi Rayon Polis İdarəsinin İstintaq şöbəsində araşdırma aparılmış və şöbənin müstəntiqi Elçin Mehdiyevin 11.05.2021-ci il tarixli qərarı ilə cinayət işinin başlanması rədd olunmuşdur. Bundan sonra Şəxs barəsində Bakı şəhəri Nəsimi Rayon Dövlət X8 tərəfindən Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 327.8-ci maddəsi üzrə inzibati xəta haqqında protokol tərtib edilərək baxılması üçün məhkəməyə təqdim olunmuşdur. Məhkəmə iclasının yeri və vaxtı barədə xəbərdarlıq edilməsinə baxmayaraq barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs və Bakı şəhəri Nəsimi Rayon Dövlət X6 nümayəndəsi məhkəmə iclasına gəlməmiş və bunun səbəbləri barədə məhkəməyə məlumat verilməmişdir. Məhkəmə işə tərəflərin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəməyə ünvanlanmış Şəxs müdafiəçisi X1 müraciətində qeyd olunur ki, hazırki iş üzrə bağlı Bakı şəhər Nəsimi Rayon Polis İdarəsinin müstəntiqi Elçin Mehdiyev tərəfindən qəbul edilmiş “Cinayət işinin başlanmasının rədd olunması haqqında” 11.05.2021-ci il tarixli qərardan prokurorluğa şikayət edilmiş və hazırda orada bu şikayətinə baxılır. Bu səbəbdən də hazırki protokola baxmayaraq onun geri qaytarılmasını xahiş edir. İş materiallarını nəzərdən keçirib məhkəmə hesab edir ki, həmin qərar əsasında tərtib edilmiş inzibati xəta haqqında protokola hazırki mərhələdə baxılması mümkün olmadığından inzibati xəta haqqında protokol və ona əlavə edilmiş sənədlər geri qaytarılmalıdır. Yuxarıda göstərilənləri nəzərə alaraq və Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 40-cı, 43-cü, 48-50-ci, 114-115-ci və 128-130-cu maddələrini rəhbər tutaraq məhkəmə QƏRARA ALDİ: Şəxs barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 327.8-ci maddəsi üzrə tərtib olunmuş 12.06.2021-ci il tarixli, AP ******* saylı inzibati xəta haqqında protokol ona əlavə edilmiş materiallarla birlikdə onu tərtib etmiş orqana geri qaytarılsın. Hakim Babək Pənahov
Məhkəmə qərarları › İş №3(006)-1497/2021
Bakı Şəhəri Nəsimi Rayon Məhkəməsi Qərardad — İş №3(006)-1497/2021
29.06.2021 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver