Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 3(006)-15/2025 10.01.2025 BAKI ŞƏHƏRİ NƏSİMİ RAYON MƏHKƏMƏSİ Hakim Mustafayeva Solmaz Rafael qızının sədrliyi, Məhkəmə iclasının katibi Fərəcova Təranə Aydın qızının katibliyi ilə, Şəxs MMC (hüquqi ünvanı: Bakı şəhəri, Nəsimi rayonu, Droqol döngəsi, ev 15, mənzil 4, VÖEN: **********) barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 430.4-cü maddəsi üzrə tərtib olunmuş xx.xx.2024-cü il tarixli, EP ******* saylı inzibati xəta haqqında protokola və ona əlavə edilmiş sənədlərə açıq məhkəmə iclasında baxaraq, M Ü Ə Y Y Ə N E T D İ: Şəxs MMC barəsində inzibati xəta haqqında protokol tərtib edilmişdir, ona görə ki, o, 10000,00 Avro məbləğində olan vəsaiti bank hesabından xx.xx.2022-ci il tarixdə Azərbaycan Respublikasından kənara qabaqcadan ödəniş etməklə köçürmüş, lakin ödənişin aparıldığı gündən 2 ildən artıq müddətin keçməsinə baxmayaraq həmin vəsait hesabına alınan malları ölkəyə idxal etməmiş, valyuta vəsaitini geri qaytarmamışdır. Məhkəmə iclasının vaxtı və yeri barədə barəsində icraat aparılan hüquqi şəxs və inzibati xəta haqqında protokolu tərtib etmiş quruma bildirişlərin göndərilməsinə baxmayaraq, tərəflər məhkəmədə iştirak etməmişlər. Məhkəmə işə onların iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Şəxs MMC-nin direktoru məhkəməyə etiraz ərizəsi ünvanlayaraq Şəxs MMC barəsində olan inzibati xəta haqqında iş üzrə icraata xitam verilməsi haqqında qərar qəbul edilməsini məhkəmədən xahiş etmişdir. Etiraz onunla əsaslandırılmışdır ki, Azərbaycan Respublikası Mərkəzi Bankının Şəxs MMC-nin Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 430.4-cü maddəsində nəzərdə tutulmuş inzibati xəta haqqında xx.xx.2024-cü il tarixli, EP 019587 saylı protokol tərtib edilmiş və Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 18.5 və 18.6-cı maddələrinə əsasən baxılması üçün Bakı şəhəri Nəsimi rayon Məhkəməsinə göndərilmişdir. İnzibati xəta haqqında protokolun tərtib olunmasına səbəb kimi şirkət tərəfindən 10000 (on min) Avro məbləğində Xarici valyutada olan pul vəsaiti ödəniş tapşırığına əsasən şirkətin "xxxx" ASC-də olan hesabından xx.xx.2022-ci il tarixində Azərbaycan Respublikasından kənara qabaqcadan ödəniş etməklə köçürülmüş, lakin köçürülən xarici valyutada olan pul vəsaiti hesabına alınan malların ölkəyə idxal olunmasını, xidmətin göstərilməsini təsdiq edən sənədlər ödənişin aparıldığı vaxtdan 2 il müddətin keçməsinə baxmayaraq banka təqdim edilməməsi, qabaqcadan ödənilmiş valyuta vəsaitinin isə xaricdən geri qaytarılmaması göstərilmişdir. Bununla bağlı bildirir ki, Şəxs MMC Türkiyə Respublikasında fəaliyyət göstərən ŞENOL SOĞUTMA SANAYİ VE TİCARET LİMİTED ŞİRKƏTİ arasında malların alınmasına dair xx.xx.2022-ci il tarixli 75831,0 Avro məbləğində Müqavilə bağlamış, sonradan Müqaviləyə 1 saylı Əlavə ilə dəyişiklik edərək, müqavilə dəyərinin 150000,0 Avro məbləğində artırılmışdır. ŞENOL SOĞUTMA SANAYİ VE TİCARET LİMİTED ŞİRKƏTİ-nə xx.xx.2022-ci il tarixli Müqavilə üzrə 30000 X2 ASC-də olan bank hesabından, "xxxx" ASC-də olan bank hesabından xx.xx.2022-ci il tarixdə 10000 Avro, xx.xx.2023-cü il tarixdə 15000 Avro, xx.xx.2023-cü il tarixdə 20000 Avro, xx.xx.2023-cü il tarixdə 30000,0 Avro,xx.xx.2023-cü il tarixdə isə 8500 Avro ödənilməklə, ümumilikdə 113500,0 Avro məbləğində vəsait köçürülmüşdür. Qeyd edir ki, ŞENOL SOĞUTMA SANAYİ VE TİCARET LİMİTED ŞİRKƏTİ -dən ünvanlarına xx.xx.2022-ci il tarixdə **********5550 №-li YGB ilə 42039,0 Avro məbləğində, xx.xx.2023cü il tarixdə **********4267 №-li YGB ilə 33792,0 Avro məbləğində,xx.xx.2023-cü il tarixdə **********4959 №-li YGB ilə 56000,0 Avro məbləğində olmaqla, ümumilikdə 131831,0 Avro məbləğində soyutma sistemi idxal edilərək rəsmiləşdirilmişdir. Hal-hazırda, ŞENOL SOĞUTMA SANAYİ VE TİCARET LİMİTED ŞİRKƏTİ-nə Şəxs MMC-nin 18331,0 Avro məbləğində kreditor borcu yaranmışdır. Göründüyü kimi, köçürülmüş vəsaitdən artqı mal alınaraq, idxal edilmişdir. "xxxx" ASC-nin EP 019587 saylı protokola əlavə etdiyi xx.xx.2022-ci il tarixli müqavilə ilə qeyd edir ki, xx.xx.2022-ci il tarixli Müqavilənin bağlanılmasından sonra alınacaq soyutma avadanlıqların dəyərinin 150000,0 cıvarında olacağını dəqiləşdirdikdən sonra xx.xx.2022-ci il tarixdə müqavilə bağlanılmış, sonradan həmin müqavilə etibarsız hesab edilərək, xx.xx.2022-ci il tarixli müqaviləyə 1 saylı Əlavə ilə alınacaq məbləğə dəyişiklik edilmişdir. "xxxx" ASC-nin EP 019587 saylı protokola əlavə etdiyi xx.xx.2022-ci il tarixli 10000 Avro köçürmə aparılan ödəmə tapşırığında “ödənişin təyinatı və əlavə məlumatda (qrafa-70) contraktın tarixi xx.xx.2022-ci il tarixi qeyd edilsə də invoysun tarixini isə xx.xx.2022-ci il tarixi qeyd edilmişdir ki, invoysun tarixi müqavilənin tarixindən oncə olması mümkün deyildir. Çünkü əvvəl müqavilə bağlanılır, sonra isə mal göndərilməsi razılaşdırılır. "xxxx" ASC-nin ödəmə tapşırığının icrası zamanı texniki xətaya yol vermiş, sonra isə bunu inzibati xəta kimi rəsmiləşdirmişdir. Bundan əlavə qeyd edir ki, ŞENOL SOĞUTMA SANAYİ VE TİCARET LİMİTED ŞİRKƏTİ-dən alınaraq, idxal edilmiş **********5550 №-li, **********4267 №-li, **********4959 №-li YGB-nin 44-cü qrafasında (4011)müqavilənin tarixi xx.xx.2022-ci il qeyd edilmişdir. Göründüyü kimi, "xxxx" MMC ödənilmiş valyuta vəsaitinin müqabilində müəyyən edilmiş müddətlərdə ŞENOL SOĞUTMA SANAYİ VE TİCARET LİMİTED ŞİRKƏTİ-dən mallar idxal etdiyindən heç bir xəta törədilməmişdir. Buna görə də şirkətin İnzibati Xətalar Məcəlləsinin 430.4-cü maddəsində nəzərdə tutulmuş xətanı törətməkdə təqsirli bilinməsi və cərimə tənbeh növünün tətbiq edilməsi qanunsuzdur. Odur ki, yuxarıda göstərilənlərə əsasən Azərbaycan Respublikası Mərkəzi Bankı tərəfindən tərtib edilmiş xx.xx.2024-cü il tarixli, EP 019587 saylı protokola əsasən Şəxs MMC-nin Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 430.4-cü maddəsinə əsasən başlanılmış inzibati xəta haqqında iş üzrə icraata xitam verilməsi haqqında qərar qəbul edilməsi xahiş edilmişdir. Təqdim edilmiş materiallara əsasən: - "xxxx" ASC tərəfindən Mərkəzi Banka göndərilmiş xx.xx.2024-cü il tarixli məlumatda Şəxs MMC-nin ödənişin aparıldığı gündən 2 il müddətində malların ölkəyə idxalını təsdiq edən gömrük bəyannaməsi və ya idxal olunan xidmətlərin göstərilməsini təsdiq edən sənədlərin təqdim edilməməsi göstərilmişdir. Həmin məlumatda Şəxs MMC-nin xx.xx.2022-ci il tarixdə 10000,00 Avro göndərildiyi qeyd olunmuşdur; - Xarici valyutada köçürmələr üçün ərizəyə əsasən Şəxs MMC tərəfindən Türkiyə Respublikasında yerləşən «SENOL SOGUTMA SAN.VE.TİC.LTD.STİ» şirkətinin hesabına xx.xx.2022-ci il tarixdə 10000,00 Avro məbləğində pul göndərilmişdir. Beləliklə müəyyən edilir ki, Şəxs MMC 10000,00 Avro məbləğində xarici valyutada olan vəsaiti xx.xx.2022-ci il tarixdə bank vasitəsilə Azərbaycan Respublikasından kənara köçürmüş və bunun müqabilində 2 il müddət ərzində həmin vəsait hesabına alınan malların ölkəyə idxalını təsdiq edən gömrük bəyannaməsi və ya idxal olunan xidmətlərin göstərilməsini təsdiq edən sənəd təqdim edilməmiş, qabaqcadan ödənilmiş valyuta vəsaiti xaricdən geri qaytarılmamışdır. Məhkəmə barəsində inzibati xəta haqqında protokol tərtib edilmiş hüquqi şəxs Şəxs MMC-nin direktoru tərəfindən verilmiş etirazda qeyd edilənlərə tənqidi yanaşıb hesab edir ki, etirazda göstərilən həmin hallar Şəxs MMC-nin məsuliyyətdən yayınma xarakteri daşıyır və işin həqiqi halları ilə uyğunluq təşkil etmir. Azərbaycan Respublikası Mərkəzi X1 xx.xx.2016-cı il tarixli, 45/1 saylı qərarı ilə təsdiq edilmiş “Azərbaycan Respublikasının rezident və qeyri-rezidentlərinin xarici valyuta əməliyyatlarının aparılması Qaydaları”nın 4.3.1.3-cü bəndinə görə qabaqcadan ödəniş aparıldıqda banka ödənişin təyinatını, şərtlərini və məbləğini əks etdirən sənəd təqdim edilir. Qabaqcadan ödəniş müqabilində malların ölkəyə idxalını (xidmətlərin göstərilməsini) təsdiq edən gömrük bəyannaməsi (xidmətlərin göstərilməsini təsdiq edən sənəd) banka təqdim olunmalıdır və ya xeyrinə qabaqcadan ödənişin edildiyi şəxs və ya üçüncü şəxs tərəfindən qabaqcadan ödənilmiş məbləğ geri qaytarılmalıdır. Müvafiq sənədlər ödənişin aparıldığı gündən ən geci 2 (iki) il müddətində banka təqdim edilmədikdə və ya qabaqcadan ödənilmiş məbləğ geri qaytarılmadıqda və bu zaman idxal edilməyən malların (göstərilməyən xidmətlərin) və ya geri qaytarılmayan məbləğin qalıq dəyəri 10.000 (on min) ABŞ dolları ekvivalenti məbləğindən çox olduqda, bank tərəfindən qabaqcadan ödəniş əməliyyatına dair bütün sənədlər 5 (beş) iş günü ərzində Azərbaycan Respublikasının Mərkəzi Bankına təqdim edilir. Azərbaycan Respublikası İXM-nin 430.4-cü maddəsi avans yolu ilə ödənilmiş valyuta vəsaitinin müqabilində müəyyən edilmiş müddətlərdə müvafiq mallar idxal edilmədikdə, işlər görülmədikdə və ya xidmətlər göstərilmədikdə ödənilmiş valyuta vəsaitinin xaricdən geri qaytarılmamasına görə məsuliyyət nəzərdə tutur. Yuxarıda qeyd edilənlərə əsasən məhkəmə belə qənaətə gəlir ki Şəxs MMC tərəfindən Azərbaycan Respublikası İXM-nin 430.4-cü maddəsində nəzərdə tutulmuş inzibati xətanın törədilməsi tam sübuta yetirilir. Buna görə də qurum həmin maddə ilə təqsirli bilinərək inzibati məsuliyyətə cəlb edilməlidir. İnzibati Xətalar Məcəlləsinin 3-cü maddəsinə əsasən yalnız bu Məcəllə ilə nəzərdə tutulmuş inzibati xətanın törədilməsində təqsirli hesab edilən və inzibati xəta tərkibinin bütün digər əlamətlərini daşıyan əməli (hərəkət və ya hərəkətsizliyi) törətmiş şəxs inzibati məsuliyyətə cəlb olunur. Həmin Məcəllənin 9.1-ci maddəsinin tələbinə görə inzibati xəta törətmiş şəxs haqqında tətbiq edilən tənbeh ədalətli olmalıdır, yəni inzibati xətaların xarakterinə, onun törədilməsi hallarına və inzibati xətanı törətməkdə təqsirli bilinənin şəxsiyyətinə uyğun olmalıdır. Həmin Məcəllənin 84-cü maddəsinə görə inzibati xətalar haqqında işlərə baxan hakim, səlahiyyətli orqan (vəzifəli şəxs) işin bütün hallarının məcmusunun hərtərəfli, tam və obyektiv surətdə baxılmasına əsaslanan öz daxili inamı ilə sübutları qiymətləndirir. Həmin Məcəllənin 31.3-cü maddəsinə görə hüquqi şəxslər barəsində inzibati tənbeh tətbiq edilərkən, inzibati xətanın xarakteri, inzibati xəta nəticəsində hüquqi şəxsin əldə etdiyi xeyrin həcmi və ya onun maraqlarının təmin edilməsinin xarakteri və dərəcəsi, hüquqi şəxsi xarakterizə edən hallar, o cümlədən onun maliyyə və əmlak vəziyyəti, xeyriyyəçilik və ya digər ictimai faydalı fəaliyyətlə məşğul olması, habelə məsuliyyəti yüngülləşdirən və ağırlaşdıran hallar nəzərə alınır. Məhkəmə iclasında Şəxs MMC-nin məsuliyyətini yüngülləşdirən və ya ağırlaşdıran hallar müəyyən edilmədi. Məhkəmə Şəxs MMC-nin törətdiyi inzibati xətanın xarakterini, inzibati xəta nəticəsində onun maraqlarının təmin edilməsinin dərəcəsini, hüquqi şəxsi xarakterizə edən halları və s. nəzərə alaraq hesab edir ki, ona İnzibati Xətalar Məcəlləsinin 430.4cü maddəsində nəzərdə tutulmuş qaydada inzibati xətanın obyekti olmuş valyuta vəsaitinin dəyəri həcmində cərimə tənbeh növü tətbiq olunmalı və qurum tərəfindən həmin cərimə ödəniş gününün məzənnəsi üzrə Azərbaycan manatı ilə ödənilməlidir. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası İXM-nin 40, 43, 48- 50, 114-115 və 128-130-cu maddələrini rəhbər tutaraq məhkəmə QƏRARAALDİ: Şəxs MMC Azərbaycan Respublikası İXM-nin 430.4-cü maddəsində nəzərdə tutulmuş əməli törətməkdə təqsirli bilinərək inzibati xətanın obyekti olmuş 10000,00 Avro valyuta vəsaiti məbləğinin 20 faizi – 2000.00 (iki min) Avro məbləğində inzibati cərimə edilsin və həmin məbləğ ödəniş gününün məzənnəsi üzrə Azərbaycan manatı ilə dövlət büdcəsinə ödənilsin. Qərarın surəti rəsmi qaydada verildiyi vaxtdan 10 (on) gün müddətində işə baxan Bakı şəhəri Nəsimi Rayon Məhkəməsi vasitəsilə və ya bilavasitə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və ya protesti verilə bilər. Sədrlik edən Solmaz Mustafayeva
Məhkəmə qərarları › İş №3(006)-15/2025
Bakı Şəhəri Nəsimi Rayon Məhkəməsi Qərar — İş №3(006)-15/2025
10.01.2025 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver