Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № 3(006)-1503/2021 29.06.2021 BAKI ŞƏHƏRİ NƏSİMİ RAYON MƏHKƏMƏSİ Hakim: Pənahov Babək Əkbər oğlunun sədrliyi Məhkəmə iclasının katibi: X2 Barəsində inzibati xəta haqqında Şəxs iş üzrə icraat aparılan şəxs: iştirakları ilə xx.xx.1961-ci ildə Bakı şəhərində anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı (FİN: xxxxxxx), evli, Bakı şəhəri, Nərimanov rayonu, H.Məmmədov küçəsi, ev 09-da qeydiyyatda olan Şəxs barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 327.8-ci maddəsi üzrə tərtib olunmuş 07.06.2021-ci il tarixli, AP ******* saylı inzibati xəta haqqında protokola və ona əlavə edilmiş sənədlərə açıq məhkəmə iclasında baxaraq M Ü Ə Y Y Ə N E T D İ: Protokola görə Şəxs 03.01.2021-ci il tarixdə, saat 19:30 radələrində idarə etdiyi “Opel Astra” markalı, **-MZ-*** dövlət qeydiyyat nişanlı avtomobillə Nəsimi rayonu, Ə.Salamzadə küçəsi ilə hərəkət edib yolun sol tərəfindən sağa dönmə işığını yandıraraq Ə.Hüseynov küçəsinə dönərkən “Yol hərəkəti haqqında” Qanunun 42-ci maddəsinin İ hissəsinin tələblərini pozmaqla düzünə hərəkətdə olan, Zərərçəkmiş şəxs1 idarə etdiyi “Mercedes- Benz ML350 minik” markalı, **-XH-*** dövlət qeydiyyat nişanlı avtomobillə toqquşmuş, sonuncu idarə etməni itirib dayanmış vəziyyətdə olan, Zərərçəkmiş şəxs3 idarə etdiyi “HONDA CRV minik” markalı, **-DB-*** dövlət qeydiyyat nişanlı avtomobilə dəymiş, bu zərbənin təsirindən Zərərçəkmiş şəxs2 məxsus “Hyundai Veracruz” markalı, **-OT-*** dövlət qeydiyyat nişanlı və X1 məxsus “Hyundai Sonata minik” markalı, **-CB-*** dövlət qeydiyyat nişanlı avtomobillər toqquşmuş, nəticədə sonuncu avtomobil arxa tərəfdə hərəkətsiz dayanan “BMW” markalı, **-NL-*** dövlət qeydiyyat nişanlı avtomobilin ön hissəsi ilə toqquşmasına, eyni zamanda Zərərçəkmiş şəxs2 məxsus “Hyundai Veracruz” markalı, **-OT-*** dövlət qeydiyyat nişanlı avtomobilin yolun kənarındakı işıq dirəyinə çırpılmasına səbəb olmuş və “Mercedes-Benz ML350 minik” markalı, **-XH-*** dövlət qeydiyyat nişanlı avtomobilin sürücüsü Zərərçəkmiş şəxs1, “HONDA CRV minik” markalı, **-DB-*** dövlət qeydiyyat nişanlı avtomobilin sürücüsü Zərərçəkmiş şəxs3, bu avtomobildə sərnişin olan Zərərçəkmiş şəxs2 yol-nəqliyyat hadisəsi nəticəsində yüngül dərəcəli bədən xəsarəti almışlar. Aparılmış araşdırma nəticəsində Şəxs törətdiyi əməldə cinayət tərkibi olmadığından Bakı şəhər Nəsimi Rayon Polis İdarəsinin müstəntiqi Mahmud Mirzəyevin 05.04.2021-ci il tarixli qərarı ilə cinayət işinin başlanılması rədd olunmuş, eyni zamanda həmin qərarda Şəxs əməlində İnzibati Xətalar Məcəlləsinin 327.8ci maddəsinin tərkib əlamətlərinin mövcudluğu qeyd olunaraq toplanılmış materiallar onun inzibati məsuliyyətə cəlb olunması üçün aidiyyəti üzrə göndərilmişdir. Məhkəmə iclasında barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs izahatında bildirdi ki, o, aparılmış araşdırma ilə razı deyil. Belə ki, 03.01.2021-ci il tarixdə, saat 19:30 radələrində etibarnamə əsasında idarə etdiyi “Opel Astra” markalı, **- MZ-*** dövlət qeydiyyat nişanlı avtomobillə ünvan 1 ünvanda sağa dönmə işarəsini yandırıb həmin istiqamətə döndükdə ani olaraq Zərərçəkmiş şəxs1 idarə etdiyi “Mercedes- Benz ML350 minik” markalı, **-XH-*** dövlət qeydiyyat nişanlı avtomobil əyləcdən istifadə etməyib ön sol hissəsi ilə onun avtomobilini sağ arxa qapı tərəfindən vurmuşdur. Bundan sonra idarə etməni itirən bu avtomobil sağ istiqamətdən yola çıxmaq istəyən və yolun kənarında dayanmış digər avtomobilləri də vurmuşdur. O, sağa dönmədən əvvəl güzgüdən baxdıqda arxa tərəfdə heç bir avtomobil görməmişdir. Zərərçəkmiş şəxs1 idarə etdiyi avtomobil qəfildən gəlib onu vurduğu üçün o, düz yoldan çıxmalı olmuş, sonra həmin sürücü idarəetməni itirib başqa maşınları da vurub. Qəzanın əsas səbəbi Zərərçəkmiş şəxs1 avtomobilini yüksək sürətlə idarə etməsi və ona yaxınlaşanda əyləcdən istifadə etməməsi, eyni zamanda onun diqqətinin dağınıq olmasıdır. Göstərilənlərin nəzərə alınmasını xahiş edir. Məhkəmə iclasının vaxtı və yeri barədə xəbardarlıq edilməsinə baxmayaraq inzibati xəta haqqında protokolu tərtib etmiş Bakı şəhəri Nəsimi Rayon Polis İdarəsinin Dövlət Yol Polis Şöbəsinin nümayəndəsi məhkəməyə gəlməmiş və gəlməməsinin səbəbləri barədə məhkəməyə məlumat verilməmişdir. Məhkəmə işə onun iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə proses iştirakçısının izahatını, habelə iş materiallarını araşdıraraq hesab edir ki, barəsində icraat aparılan şəxsin izahatında qeyd olunanlarla bağlı iş üzrə bütün hallar ətraflı araşdırılmamış, hadisənin baş vermə anı və şəraiti yetərincə tədqiq olunmamış, həqiqəti müəyyən edilməsi üçün bütün lazımi tədbirlər görülməmişdir. Bu hallarla inzibati xəta haqqında protokola baxılarkən işi tamamlamaq mümkün deyil. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 3-cü maddəsinə əsasən yalnız bu Məcəllə ilə nəzərdə tutulmuş inzibati xətanın törədilməsində təqsirli hesab edilən və inzibati xəta tərkibinin bütün digər əlamətlərini daşıyan əməli (hərəkət və ya hərəkətsizliyi) törətmiş şəxs inzibati məsuliyyətə cəlb olunur. İnzibati Xətalar Məcəlləsinin 106.0.3-cü və 106.0.5-ci maddələrinə əsasən hakim, səlahiyyətli orqan (vəzifəli şəxs) inzibati xətalar haqqında işlərə baxarkən inzibati xəta haqqında protokol və işin digər materialları bu Məcəllənin tələblərinə müvafiq olaraq tərtib edilib-edilməməsini və mahiyyəti üzrə baxılması üçün işdə kifayət qədər sübutların toplanıb-toplanmaması məsələlərini həll edir. Sözügedən Məcəllənin 109.1.6-cı maddəsinə görə inzibati xəta haqqında işin baxılmağa hazırlanması zamanı protokol və digər materiallar səlahiyyəti olmayan şəxslər tərəfindən tərtib edildikdə, protokol və digər sənədlər düzgün tərtib olunmadıqda, yaxud təqdim edilmiş materiallar natamam olduqda, işə baxılarkən tamamlamaq mümkün olmadıqda, inzibati xətalar haqqında protokolun və ya digər sənədlərin onu tərtib etmiş orqana, vəzifəli şəxsə geri qaytarılması barəsində qərardad qəbul edilir. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 109-cu maddəsini rəhbər tutaraq məhkəmə Q Ə R A R A A L D İ: Şəxs barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 327.8-ci maddəsi üzrə tərtib olunmuş 07.06.2021-ci il tarixli, AP ******* saylı inzibati xəta haqqında protokol və ona əlavə edilmiş sənədlər geri qaytarılsın. Hakim Babək Pənahov
Məhkəmə qərarları › İş №3(006)-1503/2021
Bakı Şəhəri Nəsimi Rayon Məhkəməsi Qərardad — İş №3(006)-1503/2021
29.06.2021 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver