Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 3(006)-1509/2022 10.05.2022 BAKI ŞƏHƏRİ NƏSİMİ RAYON MƏHKƏMƏSİ Hakim Tağıyev Azər Heydər oğlunun sədrliyi, Lətifov Vəli Abdurəşid oğlunun katibliyi ilə, Şəxs MMC barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 499.1.2-ci maddəsi üzrə tərtib olunmuş inzibati xəta haqqında protokola və ona əlavə edilmiş sənədlərə açıq məhkəmə iclasında baxaraq məhkəmə M Ü Ə Y Y Ə N E T D İ: Şəxs MMC barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 499.1.2-ci maddəsi ilə nəzərdə tutulmuş inzibati xətanı törətməsinə dair 18 aprel 2022-ci il tarixli, 00100-0773/22 (EP № 0017605) saylı inzibati xəta haqqında protokol və ona əlavə edilmiş sənədlər Nəsimi Rayon Məhkəməsinə daxil olmuşdur. İnzibati xəta haqqında protokoldan görünür ki, ünvan 1 ünvanında qeydiyyatda olan Şəxs MMC (VÖEN: **********) tərəfindən 29.03.2021-ci il tarixli, **********0578 sorğu nömrəli gömrük bəyannaməsi ilə bəyan edilmiş 1 dəst tara istehsalı avadanlığı və onun hissələri yükü 19.03.2022-ci il tarixədək müvəqqəti idxal xüsusi gömrük prosedurunda yerləşdirilməklə müvəqqəti olaraq Azərbaycan Respublikasının gömrük ərazisindən kənara aparılmışdır. İş materiallarına əlavə edilmiş gömrük xidmətinin “vahid avtomatlaşdırılmış idarəetmə sistemi” (VAİS) informasiya resursundan çıxarışdan görünür ki, 29.03.2021-ci il tarixli, **********0578 sorğu nömrəli gömrük bəyannaməsi ilə müvəqqəti ixrac gömrük proseduru altında yerləşdirilmiş malların müvəqqəti ixrac müddətinin son tarixi 19.03.2022-ci il müəyyən edilmişdir. İş materiallarına əlavə edilmiş 29.03.2021-ci il tarixli, **********0578 sorğu nömrəli gömrük bəyannaməsinin 44-cü qrafasından görünür ki, sözügedən gömrük bəyannaməsi ilə bəyan edilmiş malların 19.03.2022-ci il tarixədək qaytarılmasına dair olan Şəxs MMC tərəfindən öhdəlik götürülmüş, lakin MMC tərəfindən həmin öhdəliyə əməl edilməmişdir. Həmçinin sözügedən malların 19.03.2022-ci il tarixədək müvəqqəti ixrac gömrük proseduru altında yerləşdirilməsi məqsədilə olan Şəxs MMC tərəfindən 19.03.2021-ci il tarixdə 24/24/007849 qeydiyyat nömrəli ərizə ilə Bakı Baş Gömrük İdarəsinə müraciət edilmişdir. Lakin müvəqqəti ixrac müddıtinin 19.03.2022-ci il tarixində bitməsinə baxmayaraq **********0578 sorğu nömrəli gömrük bəyannaməsi ilə müvəqqəti ixrac gömrük proseduru altında yerləşdirilmiş malların müvəqqəti ixrac müddəti bitməmiş Şəxs MMC tərəfindən həmin malların Azərbaycan Respublikasının gömrük ərazisinə qaytarılması, müvəqqəti ixrac müddətinin uzadılması və ya digər gömrük prosedurunda rəsmiləşdirilməsi ilə bağlı gömrük orqanına müraciət edilməmişdir. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 244 nömrəli 2 sentyabr 2013-cü il tarixli “Malların müvəqqəti ixrac gömrük proseduru altında yerləşdirilməsi Qaydaları”nın təsdiq edilməsi haqqında qərara əsasən müvəqqəti ixrac gömrük proseduru altında yerləşdirilmiş malların bu gömrük proseduru altında qalma müddətinin son tarixi 36 (otuz altı) ayadək müəyyən edilir. Müvəqqəti ixrac gömrük proseduru altında yerləşdirilmiş mallar üçün müəyyən edilmiş müddət başa çatanadək müvəqqəti ixrac gömrük proseduru altında yerləşdirilmiş mallar təkrar idxal edilməli və ya digər gömrük proseduru altında yerləşdirilməlidir. Bununla, Şəxs MMC Azərbaycan Respublikasının İXM-nin 499.1.2-ci maddəsi ilə nəzərdə tutulmuş inzibati xətanı törətmişdir. Məhkəmə iclasının vaxtı və yeri barədə inzibati xəta haqqında protokol tərtib etmiş Azərbaycan Respublikası Dövlət Gömrük Komitəsi Bakı Baş Gömrük İdarəsinə və barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs MMC-nin hüquqi ünvanına qanunla nəzərdə tutulmuş qaydada poçt vasitəsi ilə bildiriş göndərilmişdir. Lakin Azərbaycan Respublikası Dövlət Gömrük Komitəsi Bakı Baş Gömrük İdarəsinin və barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs MMC-nin nümayəndələri məhkəmə iclasına gəlməmiş və onlardan işə baxılmasının təxirə salınması barədə vəsatət daxil olmamışdır. Məhkəmə Azərbaycan Respublikasının İXM-nin 64.3-cü maddəsinə əsasən işə barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan hüquqi şəxs Şəxs MMC-nin nümayəndəsinin iştirakı olmadan baxılmasını mümkün hesab edir. Belə ki, iş materiallarına əlavə edilmiş məhkəmənin elektron sisteminin çıxarışından görünür ki, Şəxs MMC-nin hüquqi ünvanı ünvan 2 əlavə edilmiş 26.04.2022-ci il tarixli, 3(006)-1509/2022 saylı bildirişdən görünür ki, Şəxs MMC-nin hüquqi ünvanı ünvan 3hkəməsi tərəfindən inzibati xəta haqqında işə məhkəmədə baxılmasının vaxtı və yeri barədə məlumat göndərilmişdir (27.04.2022-ci il tarixli reyestrin 20 sıra nömrəsi ilə). Məhkəmə iş materiallarını araşdırıb, toplanmış sübutlara məcmu halda hüquqi qiymət verərək hesab edir ki, Şəxs MMC-nin Azərbaycan Respublikasının İXM-nin 499.1.2-ci maddəsində nəzərdə tutulan əməli törətməsi tam sübuta yetirilir. Beləliklə məhkəmə hesab edir ki, barəsində inzibati xəta haqqında icraat aparılan Şəxs MMC-nin Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 499.1.2-ci maddəsində nəzərdə tutulan inzibati xətanı törətməsi Bakı Baş Gömrük İdarəsinin səlahiyyətli əməkdaşı tərəfindən tərtib edilmiş 18 aprel 2022-ci il tarixli, 00100-0773/22 (EP № 0017605) saylı inzibati xəta haqqında protokolla və digər iş materialları ilə sübuta yetirilir. Belə ki, iş materiallarında olan gömrük prosedurları və ödənişləri şöbəsindən daxil olmuş 34/012/006189 nömrəli, 29.03.2022-ci il tarixli raporta əsasən Şəxs MMC **********0578 saylı gömrük bəyannaməsi ilə müvəqqəti idxal xüsusi gömrük prosedurunda ixrac olunmuş mallara müəyyən olunmuş müddətin bitməsinə baxmayaraq şirkət malları geri qaytarmamış və ya digər gömrük proseduruna keçirilməsini təmin etməmişdir. İş materiallarında olan 29.03.2021-ci il tarixli, **********0578 saylı gömrük bəyannaməsinin surətindən görünür ki, malların geri qaytarılma müddəti 19.03.2022-ci il tarixədək müəyyən edilmişdir. Beləliklə, məhkəmə iclasında müəyyən edilmişdir ki, ünvan 1 ünvanında qeydiyyatda olan Şəxs MMC (VÖEN: **********) tərəfindən 29.03.2021-ci il tarixli, **********0578 sorğu nömrəli gömrük bəyannaməsi ilə bəyan edilmiş 1 dəst tara istehsalı avadanlığı və onun hissələri yükü 19.03.2022-ci il tarixədək müvəqqəti idxal xüsusi gömrük prosedurunda yerləşdirilməklə müvəqqəti olaraq Azərbaycan Respublikasının gömrük ərazisindən kənara aparılmışdır. İş materiallarına əlavə edilmiş gömrük xidmətinin “vahid avtomatlaşdırılmış idarəetmə sistemi” (VAİS) informasiya resursundan çıxarışdan görünür ki, 29.03.2021-ci il tarixli, **********0578 sorğu nömrəli gömrük bəyannaməsi ilə müvəqqəti ixrac gömrük proseduru altında yerləşdirilmiş malların müvəqqəti ixrac müddətinin son tarixi 19.03.2022-ci il müəyyən edilmişdir. İş materiallarına əlavə edilmiş 29.03.2021-ci il tarixli, **********0578 sorğu nömrəli gömrük bəyannaməsinin 44-cü qrafasından görünür ki, sözügedən gömrük bəyannaməsi ilə bəyan edilmiş malların 19.03.2022-ci il tarixədək qaytarılmasına dair olan Şəxs MMC tərəfindən öhdəlik götürülmüş, lakin MMC tərəfindən həmin öhdəliyə əməl edilməmişdir. Həmçinin sözügedən malların 19.03.2022-ci il tarixədək müvəqqəti ixrac gömrük proseduru altında yerləşdirilməsi məqsədilə olan Şəxs MMC tərəfindən 19.03.2021-ci il tarixdə 24/24/007849 qeydiyyat nömrəli ərizə ilə Bakı Baş Gömrük İdarəsinə müraciət edilmişdir. Lakin müvəqqəti ixrac müddıtinin 19.03.2022-ci il tarixində bitməsinə baxmayaraq **********0578 sorğu nömrəli gömrük bəyannaməsi ilə müvəqqəti ixrac gömrük proseduru altında yerləşdirilmiş malların müvəqqəti ixrac müddəti bitməmiş Şəxs MMC tərəfindən həmin malların Azərbaycan Respublikasının gömrük ərazisinə qaytarılması, müvəqqəti ixrac müddətinin uzadılması və ya digər gömrük prosedurunda rəsmiləşdirilməsi ilə bağlı gömrük orqanına müraciət edilməmişdir. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 244 nömrəli 2 sentyabr 2013-cü il tarixli “Malların müvəqqəti ixrac gömrük proseduru altında yerləşdirilməsi Qaydaları”nın təsdiq edilməsi haqqında qərara əsasən müvəqqəti ixrac gömrük proseduru altında yerləşdirilmiş malların bu gömrük proseduru altında qalma müddətinin son tarixi 36 (otuz altı) ayadək müəyyən edilir. Müvəqqəti ixrac gömrük proseduru altında yerləşdirilmiş mallar üçün müəyyən edilmiş müddət başa çatanadək müvəqqəti ixrac gömrük proseduru altında yerləşdirilmiş mallar təkrar idxal edilməli və ya digər gömrük proseduru altında yerləşdirilməlidir. Bununla, Şəxs MMC Azərbaycan Respublikasının İXM-nin 499.1.2-ci maddəsi ilə nəzərdə tutulmuş inzibati xətanı törətmişdir. Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 499.1.2-ci maddəsinə əsasən on beş gündən bir ayadək müddətə gecikdirilməklə Azərbaycan Respublikasının gömrük ərazisindən kənara aparılmasına və ya bu əraziyə qaytarılmasına görə - fiziki şəxslər üç yüz manat məbləğində, vəzifəli şəxslər altı yüz manat məbləğində, hüquqi şəxslər min iki yüz manat məbləğində cərimə edilir. Həmin Məcəllənin 3-cü maddəsinə əsasən yalnız bu Məcəllə ilə nəzərdə tutulmuş inzibati xətanın törədilməsində təqsirli hesab edilən və inzibati xəta tərkibinin bütün digər əlamətlərini daşıyan əməli (hərəkət və ya hərəkətsizliyi) törətmiş şəxs inzibati məsuliyyətə cəlb olunur. Həmin Məcəllənin 9.1-ci maddəsinə əsasən inzibati xəta törətmiş şəxs haqqında tətbiq edilən tənbeh ədalətli olmalıdır, yəni inzibati xətaların xarakterinə, onun törədilməsi hallarına və inzibati xətanı törətməkdə təqsirli bilinənin şəxsiyyətinə uyğun olmalıdır. Həmin Məcəllənin 76-cı maddəsinə əsasən inzibati xətanın olub-olmamasını, inzibati xəta törədən şəxsin təqsirini və işin düzgün həlli üçün əhəmiyyətli olan digər halları müəyyən etmək üçün hakimin, səlahiyyətli orqanın (vəzifəli şəxsin) əsaslana bildiyi hər cür faktik məlumatlar inzibati xətalar haqqında işlər üzrə sübutlar sayılır. Bu məlumatlar maddi sübutlarla, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin, zərər çəkmiş şəxsin, şahidlərin izahatları ilə, digər sənədlərlə, xüsusi texniki vasitələrin göstəriciləri ilə, müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqanın (qurumun) informasiya sistemində, habelə digər dövlət informasiya sistemlərində (ehtiyatlarında) aşkar olunan məlumatlarla, ekspertin rəyi ilə, inzibati xəta haqqında protokolla, bu Məcəllə ilə müəyyən edilmiş digər protokollarla müəyyən edilir. Həmçinin bu Məcəllənin 84-cü maddəsinə görə inzibati xətalar haqqında işlərə baxan hakim, səlahiyyətli orqan (vəzifəli şəxs) işin bütün hallarının məcmusunun hərtərəfli, tam və obyektiv surətdə baxılmasına əsaslanan öz daxili inamı ilə sübutları qiymətləndirir. İnzibati Xətalar Məcəlləsinin 31.3-cü maddəsinə görə hüquqi şəxslər barəsində inzibati tənbeh tətbiq edilərkən, inzibati xətanın xarakteri, inzibati xəta nəticəsində hüquqi şəxsin əldə etdiyi xeyrin həcmi və ya onun maraqlarının təmin edilməsinin xarakteri və dərəcəsi, hüquqi şəxsi xarakterizə edən hallar, o cümlədən onun maliyyə və əmlak vəziyyəti, xeyriyyəçilik və ya digər ictimai faydalı fəaliyyətlə məşğul olması, habelə məsuliyyəti yüngülləşdirən və ağırlaşdıran hallar nəzərə alınır. Məhkəmə iclasında Şəxs MMC-nin məsuliyyətini yüngülləşdirən və ya ağırlaşdıran hallar müəyyən edilmədi. Beləliklə, məhkəmə Şəxs MMC-nin törətdiyi inzibati xətanın xarakterini, inzibati xəta nəticəsində onun maraqlarının təmin edilməsinin dərəcəsini, hüquqi şəxsi xarakterizə edən halları və s. nəzərə alaraq hesab edir ki, ona İnzibati Xətalar Məcəlləsinin 499.1.2-ci maddəsində nəzərdə tutulmuş cərimə tənbeh növü tətbiq olunmalıdır. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 40-cı, 43-cü, 48-50-ci, 114-115-ci və 128-130-cu maddələrini rəhbər tutaraq məhkəmə Q Ə R A R A A L D İ: Şəxs MMC (VÖEN: **********) Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 499.1.2-ci maddəsində nəzərdə tutulmuş əməli törətməkdə təqsirli bilinərək 1.200 (bir min iki yüz) manat məbləğində cərimə edilsin. Qərardan, onun surəti rəsmi qaydada verildiyi vaxtdan 10 (on) gün müddətində Bakı şəhəri Nəsimi Rayon Məhkəməsi vasitəsilə Bakı Apelyasiya Məhkəməsinə şikayət verilə bilər. Hakim: Azər Tağıyev
Məhkəmə qərarları › İş №3(006)-1509/2022
Bakı Şəhəri Nəsimi Rayon Məhkəməsi Qərar — İş №3(006)-1509/2022
10.05.2022 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver