Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 3(006)-1522/2023 13.04.2023 BAKI ŞƏHƏRİ NƏSİMİ RAYON MƏHKƏMƏSİ Hakim Tağıyev Azər Heydər oğlunun sədrliyi, Lətifov Vəli Abdurəşid oğlunun katibliyi, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan hüquqi şəxs "xxxx" MMC-nin nümayəndəsi X1 iştirakı ilə, "xxxx" MMC-nin Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 347-ci maddəsi ilə nəzərdə tutulmuş inzibati xətanı törətməsinə dair inzibati xəta haqqında protokola və ona əlavə olunmuş materiallara baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: "xxxx" MMC-nin Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 347-ci maddəsində nəzərdə tutulmuş inzibati xəta törətməsinə dair Nəsimi RPİ-nin DYPŞ tərəfindən xx.xx.2023-cü il tarixli, İXP ******* saylı inzibati xəta haqqında protokol tərtib edilərək baxılması üçün məhkəməyə göndərilmişdir. İnzibati xəta haqqında protokola əsasən "xxxx" MMC “X3” markalı, **-PG-*** dövlət qeydiyyat nişanlı nəqliyyat vasitəsini xx.xx.2023-cü il tarixdə, saat 13:18-də inzibati xətanın törədilməsi zamanı idarə etmiş fiziki şəxs barəsində məlumatı səlahiyyətli orqanın bu barədə sorğusu daxil olduğu vaxtdan 5 gün müddətində verməmiş, bununla da, Azərbaycan Respublikasının İXM-nin 347-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətmişdir. Məhkəmə iclasında iştirak edən barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan hüquqi şəxs "xxxx" MMC-nin nümayəndəsi B.İ.Quliyeva məhkəməyə etiraz təqdim edərək bildirmişdir ki, xx.xx.2023-cü il tarixli, İXP ******* saylı inzibati xəta haqqında protokolda qeyd edilən, həm də poçt tərəfindən təhvil verilən ünvan "xxxx" MMC-nin faktiki ünvanı deyildir. Belə ki, xx.xx.2022-ci il tarixdə Nəsimi RPİ-nin DYPŞ-nə MMC tərəfindən şirkətə məxsus avtomobil vasitələrini idarə edən fiziki şəxslər barədə məlumatların təqdim olunması ilə bağlı sorğuların qısa zamanda cavablandırılması üçün MMC-nin faktiki ünvanına göndərilməsi barədə rəsmi məktub ünvanlanmışdır. Lakin müvafiq protokolda MMC-nin faktiki ünvanı kimi məktubda qeyd edilən ünvan göstərilməmişdir. Poçt tərəfindən isə qaydalar pozularaq işə əlavə edilmiş poçt göndərişin verilməsi barədə xəbərnamənin sürətindən də göründüyü kimi sənəd etibarnamə ilə "xxxx" adında şəxsə təhvil verildiyi qeyd edilmişdir. MMC-nin ünvanında poçt təhvil verildiyi zaman onun qəbulu dəfətrxana və ya ekspedisiya tərəfindən həyata keçirilir, bununla bağlı məktubun qəbulu üzrə dəftərxananın işçisi (səlahiyyətli şəxs) məktubu öz imzası ilə qəbul edir və etibarnaməyə ehtiyac olmur. İkinci halda isə hüquqi şəxsin ünvanını tapmaq mümkün olmadıqda həmin hüquqi şəxs məktubu poçt obyektindən götürmək üçün etibarnamə ilə səlahiyyətli şəxs müəyyənləşdirir və sənəd həmin şəxs tərəfindən etibarnamə ilə təhvil alınır. Burada isə poçt göndərişinin verilməsi barədə xəbərnamənin etibarnamə ilə təhvil verildiyi yazılsa da işə etibarnamə əlavə edilməmiş və yanlız təhvil alan qisimində "xxxx" adlı şəxsin imzası göstərilmişdir. O. həmçinin bildirmişdir ki, MMC-də "xxxx" adlı şəxs işləmir. Bundan başqa, o, inzibati xəta haqqında protokol tərtib edilərkən barəsində inzibati xəta haqqında iş üzrə icraata aparılan hüquqi şəxsin nümayəndəsi dəvət edilərək izahatı alınmamış və ümumiyyətlə protokolla tanış edilməmişdir. Protokol bir tərəfli qaydada tərtib edilmiş, nəticədə, barəsində inzibati xəta haqqında protokol tərtib edilmiş hüquqi şəxsin nümayəndəsi izahat vermək, protokol məzmunu barəsində öz rəy və mülahizələrini bildirmək, sübutlar təqdim etmək, vəsatət və etirazlar vermək hüquqlarından məhrum edilmişdir. Göstərilənləri nəzərə alaraq "xxxx" MMC-nin əməlində inzibati xəta hadisəsi olmadığından barəsində başlanılmış inzibati xəta haqqında iş üzrə icraata xitam verilməsini məhkəmədən xahiş etmişdir. Məhkəmə iclasının vaxtı və yeri barədə inzibati xəta haqqında protokol tərtib etmiş Nəsimi RPİ-nə qanunla nəzərdə tutulmuş qaydada poçt vasitəsi ilə bildiriş göndərilmişdir. Lakin Nəsimi RPİ-nin nümayəndəsi məhkəmə iclasına gəlməmiş və ondan işə baxılmasının təxirə salınması barədə vəsatət daxil olmamışdır. Məhkəmə işə inzibati xəta haqqında protokol tərtib etmiş orqanın nümayəndəsinin iştirakı olmadan baxılmasını mümkün hesab edir. Məhkəmə inzibati xəta haqqında protokolu araşdırıb, toplanmış sübutlara məcmu halda hüquqi qiymət verərək hesab edir ki, "xxxx" MMC-nin Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 347-ci maddəsində nəzərdə tutulan əməli törətməsi sübuta yetirilmir. Ona görə də, "xxxx" MMC-nin barəsində Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 347-ci maddəsi ilə olan inzibati xəta haqqında iş üzrə icraata xitam verilməlidir. Belə ki, iş materiallarında olan Daxili İşlər Nazirliyi Bakı şəhəri Nəsimi RPİ-nin "xxxx" MMC-yə ünvanladığı 16 fevral 2023-cü il tarixli sorğudan görünür ki, “KİA “Toyota Camry” minik markalı, **-PG-*** dövlət qeydiyyat nişanlı nəqliyyat vasitəsini xx.xx.2023-cü il tarixdə, saat 13:18-də inzibati xətanın törədilməsi zamanı idarə etmiş fiziki şəxs barəsində məlumat verilməsi xahiş edilmiş, eyni zamanda həmin məlumatların 5 iş günü müddətində verilməməsinə görə hüquqi şəxs (vəzifəli şəxs) barəsində Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 347-ci maddəsi ilə tədbir görüləcəyi barədə xəbərdarlıq edilmişdir. İş materiallarında olan poçt göndərişinin verilməsi haqqında xəbərnamədən görünür ki, həmin sorğu 13 fevral 2023-cü il tarixdə "xxxx" MMC-nin məsul şəxsi "xxxx" adlı şəxs tərəfindən qəbul edilmiş və həmin xəbərnamədə hüquqi şəxsin ünvanı ünvan 3lavə edilmiş "xxxx" MMC tərəfindən Nəsimi RPİ-nin DYPŞ-nə ünvanlanmış xx.xx.2022-il tarixli məktubundan görünür ki, həmin MMC-yə məxsus avtomobili idarə etmiş fiziki şəxs barədə məlumatların təqdim olunması ilə bağlı sorğuların qısa zaman ərzində cavablandırılması üçün məktubları MMC-nin faktiki ünvanına yəni, Bakı şəhəri, Nəsimi rayonu, ünvan 4lmişdir. İş materiallarına əlavə edilmiş 335620 nömrəli qaimədən görünür ki, xx.xx.2022-ci il tarixdə Nəsimi RPİ-nin DYPŞ-nin məsul şəxsi “Əliyev” tərəfindən həmin məktub təhvil alınmışdır. İş materiallarına əlavə edilmiş çıxarışdan görünür ki, "xxxx" MMC-nin faktiki ünvanı Bakı şəhəri, Nəsimi rayonu, ünvan 5 ki, Nəsimi RPİ-nin DYPŞ-nin tərəfindən inzibati xəta haqqında protokol tərtib edilərkən hüquqi şəxsin faktiki ünvanı düzgün göstərilməmiş, barəsində inzibati xəta haqqında iş üzrə icraata aparılan hüquqi şəxsin nümayəndəsi dəvət edilərək izahatı alınmamış və ümumiyyətlə protokolla tanış edilməmiş və həmçinin "xxxx" MMC-nin faktiki ünvanına, yəni Bakı şəhəri, Nəsimi rayonu, ünvan 6. Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 3-cü maddəsinə əsasən, yalnız bu Məcəllə ilə nəzərdə tutulmuş inzibati xətanın törədilməsində təqsirli hesab edilən və inzibati xəta tərkibinin bütün digər əlamətlərini daşıyan əməli (hərəkət və ya hərəkətsizliyi) törətmiş şəxs inzibati məsuliyyətə cəlb olunur. Həmin Məcəllənin 53.1.1-ci maddəsinə əsasən inzibati xəta hadisəsi olmadıqda, 53.1.2-ci maddəsinə əsasən isə inzibati xəta tərkibi olmadıqda inzibati xətalar haqqında işlər üzrə icraat başlanıla bilməz, başlanmış icraata isə xitam verilir. Həmin Məcəllənin 105.1-ci maddəsinə əsasən həmin Məcəllənin 53-cü maddəsində nəzərdə tutulmuş hallardan hər hansı biri olduqda, icraatında inzibati xəta haqqında iş olan hakim və ya səlahiyyətli orqan (vəzifəli şəxs) inzibati xəta haqqında işin icraatına xitam verilməsi haqqında qərar qəbul edir. Həmin Məcəllənin 109.2-ci maddəsinə əsasən, bu Məcəllənin 53 və 104.1-ci maddələrində nəzərdə tutulmuş hallar olduqda inzibati xəta haqqında iş üzrə icraata xitam verilməsi və ya inzibati xəta haqqında iş üzrə icraatın dayandırılması barədə qərar qəbul edilir. Beləliklə, məhkəmə hesab edir ki, hazırkı iş üzrə barəsində protokol tərtib edilmiş şəxsə münasibətdə təqsirli sayılan (qəsdən və ya ehtiyatsızlıqdan törədilən) və inzibati məsuliyyətə səbəb olan əməl (hərəkət və ya hərəkətsizlik) mövcud deyildir, onun əməlində inzibati məsuliyyətə səbəb ola biləcək inzibati xəta tərkibinin bütün əlamətləri mövcud deyildir. Ona görə də, "xxxx" MMC barəsində Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 347-ci maddəsi ilə başlanılmış inzibati iş üzrə icraata xitam verilməlidir. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 40, 43, 48-51, 114-117, 128-130 və 347-ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏRARA ALDİ: "xxxx" MMC barəsində Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 347-ci maddəsi ilə başlanılmış inzibati iş üzrə icraata xitam verilsin. Qərarın surəti təqdim edildiyi və ya alındığı gündən 10 (on) gün müddətində Bakı Apelyasiya Məhkəməsinə şikayət verilə bilər. Sədrlik edən: Azər Tağıyev
Məhkəmə qərarları › İş №3(006)-1522/2023
Bakı Şəhəri Nəsimi Rayon Məhkəməsi Qərar — İş №3(006)-1522/2023
13.04.2023 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver