Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 3(006)-153/2025 22.01.2025 BAKI ŞƏHƏRİ NƏSİMİ RAYON MƏHKƏMƏSİ Hakim: Pənahov Babək Əkbər oğlunun sədrliyi Məhkəmə iclasının katibi: X1 Barəsində icraat aparılan Şəxs MMC-nin nümayəndəsi hüquqi şəxs: Nümayəndə2 iştirakları ilə Şəxs MMC (hüquqi ünvanı: Bakı şəhəri, Nəsimi rayonu, Fikrət Əmirov küçəsi, ev 24, VÖEN: **********) barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 430.4cü maddəsi üzrə tərtib olunmuş xx.xx.2024-cü il tarixli, EP ******* saylı inzibati xəta haqqında protokola və ona əlavə edilmiş sənədlərə açıq məhkəmə iclasında baxaraq məhkəmə M Ü Ə Y Y Ə N E T D İ: Protokola görə Şəxs MMC 32.650,00 ABŞ dolları məbləğində olan vəsaiti bank hesabından xx.xx.2022-ci il tarixdə Azərbaycan Respublikasından kənara qabaqcadan ödəniş etməklə köçürmüş, lakin ödənişin aparıldığı gündən 02 ildən artıq müddətin keçməsinə baxmayaraq həmin vəsait hesabına alınan malların ölkəyə idxalını təsdiq edən gömrük bəyannaməsi və ya idxal olunan xidmətlərin göstərilməsini təsdiq edən sənədi təqdim etməmiş, qabaqcadan ödənilmiş valyuta vəsaitini xaricdən geri qaytarmamışdır. Məhkəmədə barəsində icraat aparılan hüquqi şəxs Şəxs MMC-nin nümayəndəsi Nümayəndə2 izahatında göstərdi ki, MMC beynəlxalq yükdaşıma fəaliyyəti ilə məşğuldur. MMC (“Sifarişçi”) ilə Türkiyədə fəaliyyət göstərən “X3 Erkan” şirkəti ("xxxx") arasında xx.xx.2022-ci il tarixdə nəqliyyat-ekspedisiya müqaviləsi bağlanılmış, bu sənədə görə "xxxx" “Sifarişçi”nin sifarişinə əsasən yüklərin daşınması xidmətini yerinə yetirməyi və ya onların yerinə yetirilməsini təşkil etməyi, “Sifarişçi” isə həmin əməliyyatlar müqabilində "xxxx"a xidmət haqqını ödəməyi öhdəsinə götürür. Eyni zamanda, MMC Rusiya Federasiyasının Çeçenistan Respublikasında fəaliyyət göstərən “Qranit-095” şirkəti ilə də nəqliyyat-ekspedisiya xidməti haqqında xx.xx.2021-ci il tarixli, 09/21-BRR saylı müqavilə bağlamış, bu müqaviləyə görə "xxxx" (Şəxs MMC) “Sifarişçi”nin (“Qranit-095” şirkəti) adından və onun hesabına nəqliyyat-ekspedisiya və logistika xidmətlərini həyata keçirir, bunun əvəzində “Sifarişçi” "xxxx"a pul ödəyir. “Qranit-095” xx.xx.2022-ci il tarixdə Şəxs MMC-nin hesabına Çindən alınmış malların çatdırılması üçün 32.840,81 ABŞ dolları pul göndərmiş, MMC tərəfindən də bununla bağlı “X3 Erkan” şirkətinə sifariş verilmiş və bunun müqabilində həmin şirkətə xx.xx.2022-ci il tarixdə 32.650,00 ABŞ dolları pul göndərilmişdir. “X3 Erkan” şirkəti tərəfindən konteynerdə gətirilən mallar Astara gömrük postunda müxtəlif vaxtlarda təhvil verilmiş, bundan sonra Şəxs MMC digər MMC vasitəsilə həmin malların “Qranit-095” şirkətinə çatdırılmasını təmin etmişdir. İş üzrə icraata xitam verilməsini xahiş edir. Məhkəmə iclasının yeri və vaxtı barədə xəbərdarlıq edilməsi üzər görülmüş tədbirlərə baxmayaraq, inzibati xəta haqqında protokolu tərtib etmiş Azərbaycan Respublikasının Mərkəzi Bankın nümayəndəsi gəlməmiş, bunun səbəbləri barədə məlumat verilməmişdir. Məhkəmə işə onun iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Təqdim edilmiş materiallara əsasən: • "xxxx" ASC tərəfindən Mərkəzi Banka göndərilmiş xx.xx.2024-cü il tarixli məlumatda qeyd olunur ki, Şəxs MMC xx.xx.2022-ci il tarixdə ölkə xaricinə 32.650,00 ABŞ dolları göndərmiş, lakin ödənişin aparıldığı gündən 2 il müddətində həmin vəsait hesabına alınan malların ölkəyə idxalını təsdiq edən gömrük bəyannaməsi və ya idxal olunan xidmətlərin göstərilməsini təsdiq edən sənədlərin təqdim etməmişdir; • Köçürmə sənədinə əsasən Şəxs MMC tərəfindən Türkiyədə fəaliyyət göstərən X3 Erkan” şirkətinin hesabına xx.xx.2022-ci il tarixli, xx-xx-2022 saylı müqavilə ilə bağlı xx.xx.2022-ci il tarixli, RİN004 saylı proforma-invoys əsasında konteyner daşınmasına görə qabaqcadan ödəniş kimi xx.xx.2022-ci il tarixdə 32.650,00 ABŞ dolları məbləğində pul göndərilmişdir; • Şəxs MMC (“Sifarişçi”) ilə Türkiyədə fəaliyyət göstərən “X3 Erkan” şirkəti ("xxxx") arasında xx.xx.2022-ci il tarixdə xx-xx-2022 saylı nəqliyyatekspedisiyası müqaviləsi bağlanılmış və bu sənədə görə "xxxx" “Sifarişçi”nin sifarişinə əsasən yüklərin daşınması xidmətini yerinə yetirməyi və ya onların yerinə yetirilməsini təşkil etməyi, “Sifarişçi” isə həmin əməliyyatlar müqabilində "xxxx"a xidmət haqqını ödəməyi öhdəsinə götürür; • Şəxs MMC ilə Rusiya Federasiyasının Çeçenistan Respublikasında fəaliyyət göstərən “Qranit-095” şirkəti arasında nəqliyyat-ekspedisiya xidməti haqqında xx.xx.2021-ci il tarixli, 09/21-BRR saylı müqavilə bağlanmış və bu müqaviləyə görə "xxxx" (Şəxs MMC) “Sifarişçi”nin (“Qranit-095” şirkəti) adından və onun hesabına nəqliyyat-ekspedisiya və logistika xidmətlərini həyata keçirir, bunun əvəzində “Sifarişçi” "xxxx"a pul ödəyir; • “X3 Erkan” şirkəti tərəfindən Şəxs MMC-yə göndərilmiş xx.xx.2022-ci il tarixli, RİN004 saylı proforma-invoysda Çindən Azərbaycana 4 ədəd konteynerin daşınma qiyməti 50.000,00 ABŞ dolları təşkil edir; • “X3 Erkan” şirkəti tərəfindən verilmiş xx.xx.2022-ci il tarixli yekun invoysda konteyner daşınmasının qiyməti 32.650,00 ABŞ dolları göstərilmişdir; • "xxxx" ASC tərəfindən verilmiş “Hesabdan çıxarış”a əsasən xx.xx.2022-ci il tarixdə Şəxs MMC-yə “Qranit-095” şirkətindən göndərilən 32.840,81 ABŞ dolları pul daxil olur, xx.xx.2022-ci il tarixdə isə MMC 32.650,00 ABŞ dollarını “X3 Erkan” şirkətinə göndərir; • Şəxs MMC ilə “X3 Erkan” şirkəti arasında tərtib edilmiş xx.xx.2023-cü il tarixli, 2801/23 saylı aktdan aydın olur ki, xx.xx.2022-ci il tarixli, xx-xx-2022 saylı nəqliyyat ekspedisiyası müqaviləsinin şərtlərinə uyğun olaraq xx.xx.2022-ci il tarixli, RİN004 saylı invoys əsasında “X3 Erkan” şirkəti sifarişi icra etmişdir. Beləliklə məhkəmədə müəyyən olundu ki, Şəxs MMC (“Sifarişçi”) ilə Türkiyədə fəaliyyət göstərən “X3 Erkan” şirkəti ("xxxx") arasında xx.xx.2022-ci il tarixdə nəqliyyatekspedisiya müqaviləsi bağlanılmış və bu sənədə görə "xxxx" “Sifarişçi”nin sifarişinə əsasən yüklərin daşınması xidmətini yerinə yetirməyi və ya onların yerinə yetirilməsini təşkil etməyi, “Sifarişçi” isə həmin əməliyyatlar müqabilində "xxxx"a xidmət haqqını ödəməyi öhdəsinə götürür. Eyni zamanda, MMC Rusiya Federasiyasının Çeçenistan Respublikasında fəaliyyət göstərən “Qranit-095” şirkəti ilə də nəqliyyat-ekspedisiya xidməti haqqında xx.xx.2021-ci il tarixli, 09/21-BRR saylı müqavilə bağlamış, bu müqaviləyə görə "xxxx" (Şəxs MMC) “Sifarişçi”nin (“Qranit-095” şirkəti) adından və onun hesabına nəqliyyat-ekspedisiya və logistika xidmətlərini həyata keçirir, bunun əvəzində “Sifarişçi” "xxxx"a pul ödəyir. “Qranit-095” xx.xx.2022-ci il tarixdə Şəxs MMC-nin hesabına 32.840,81 ABŞ dolları pul göndərmiş, MMC tərəfindən də bununla bağlı “X3 Erkan” şirkətinə sifariş verilmiş və bunun müqabilində həmin şirkətə xx.xx.2022-ci il tarixdə 32.650,00 ABŞ dolları pul göndərilmişdir. Göründüyü kimi, icra edilmiş ödəniş avans ödənişi deyil, vasitəçilik xidməti ilə bağlı olmuşdur. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 430.4-cü maddəsinə avans yolu ilə ödənilmiş valyuta vəsaitinin müqabilində müəyyən edilmiş müddətlərdə müvafiq mallar idxal edilmədikdə, işlər görülmədikdə və ya xidmətlər göstərilmədikdə ödənilmiş valyuta vəsaitinin xaricdən geri qaytarılmamasına görə məsuliyyət nəzərdə tutur. “Azərbaycan Respublikasının rezident və qeyri-rezidentlərinin xarici valyuta əməliyyatlarının aparılması Qaydaları”nın 4.3.1.3-cü bəndinə Azərbaycan Respublikası Mərkəzi X2 20 fevral 2020-ci il tarixli 06/1 nömrəli qərarı ilə edilmiş dəyişikliyə əsasən qabaqcadan ödəniş aparıldıqda banka ödənişin təyinatını, şərtlərini və məbləğini əks etdirən sənəd təqdim edilir. Qabaqcadan ödəniş müqabilində malların ölkəyə idxalını (xidmətlərin göstərilməsini) təsdiq edən gömrük bəyannaməsi (xidmətlərin göstərilməsini təsdiq edən sənəd) banka təqdim olunmalıdır və ya xeyrinə qabaqcadan ödənişin edildiyi şəxs və ya üçüncü şəxs tərəfindən qabaqcadan ödənilmiş məbləğ geri qaytarılmalıdır. Müvafiq sənədlər ödənişin aparıldığı gündənən geci 02 (iki) il müddətində banka təqdim edilmədikdə və ya qabaqcadan ödənilmiş məbləğ geri qaytarılmadıqda və bu zaman idxal edilməyən malların (göstərilməyən xidmətlərin) və ya geri qaytarılmayan məbləğin qalıq dəyəri 10.000 (on min) ABŞ dolları ekvivalenti məbləğindən çox olduqda, bank tərəfindən qabaqcadan ödəniş əməliyyatına dair bütün sənədlər 05 (beş) iş günü ərzində Azərbaycan Respublikasının Mərkəzi Bankına təqdim edilir. İnzibati Xətalar Məcəlləsinin 3-cü maddəsinə əsasən yalnız bu Məcəllə ilə nəzərdə tutulmuş inzibati xətanın törədilməsində təqsirli hesab edilən və inzibati xəta tərkibinin bütün digər əlamətlərini daşıyan əməli (hərəkət və ya hərəkətsizliyi) törətmiş şəxs inzibati məsuliyyətə cəlb olunur. Həmin Məcəllənin 12.1-ci maddəsinə görə bu Məcəllə ilə qorunan ictimai münasibətlərə qəsd edən, hüquqazidd olan, təqsirli sayılan (qəsdən və ya ehtiyatsızlıqdan törədilən) və inzibati məsuliyyətə səbəb olan əməl (hərəkət və ya hərəkətsizlik) inzibati xəta hesab olunur. Bu Məcəllənin 53.1.1-ci maddəsinin tələbinə görə inzibati xəta hadisəsi olmadıqda inzibati xətalar haqqında işlər üzrə icraat başlanıla bilməz, başlanmış icraata isə xitam verilir. Qeyd edilən Məcəllənin 105.1-ci maddəsinə görə bu Məcəllənin 53-cü maddəsində nəzərdə tutulmuş hallardan hər hansı biri olduqda, icraatında inzibati xəta haqqında iş olan hakim və ya səlahiyyətli orqan (vəzifəli şəxs) inzibati xəta haqqında işin icraatına xitam verilməsi haqqında qərar qəbul edir. Məhkəmə göstərilənləri nəzərdən keçirərək hesab edir ki, hazırkı iş üzrə inzibati xəta hadisəsi olmadığından Şəxs MMC barəsində başlanılmış iş üzrə icraata xitam verilməlidir. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 40, 43, 48-50, 114-115 və 128-130-cu maddələrini rəhbər tutaraq məhkəmə Q Ə R A R A A L D İ: Şəxs MMC barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 430.4cü maddəsi ilə başlanılmış inzibati xəta haqqında iş üzrə icraata xitam verilsin. Qərardan, onun surəti rəsmi qaydada verildiyi vaxtdan 10 (on) gün müddətində Bakı şəhəri Nəsimi Rayon Məhkəməsi vasitəsilə Bakı Apellyasiya Məhkəməsinə şikayət verilə bilər. Hakim Babək Pənahov
Məhkəmə qərarları › İş №3(006)-153/2025
Bakı Şəhəri Nəsimi Rayon Məhkəməsi Qərar — İş №3(006)-153/2025
22.01.2025 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver